Bizə yazın

Baku

-°C

USD

-

 "Mənim üçün o rənglər şəhidlərimizin qanını xatırladır" -  "Ey Sevgili Bayrağım!" şeirinin müəllifi ilə MÜSAHİBƏ

Cəmiyyət 09 Noyabr 2025, 14:16

548

Bu gün Azərbaycan xalqının milli simvolu – üçrəngli bayrağımızın şərəf və qürur günü qeyd olunur. Bayraq təkcə simvol deyil, o, tariximizin, mübarizəmizin və şəhidlərimizin qanı ilə yoğrulmuş mənəvi bir dəyərdir. Hər bir rəngi xalqımızın azadlıq və vətənpərvərlik ruhunu, hər dalğalanışı isə birlik və sadiqliyi simvolizə edir.

Bayraq Günü, yalnız dövlət rəmzimizə hörmətin ifadəsi deyil, həm də millətimizin birliyinə, iradəsinə və gələcəyə olan ümidinə həsr olunmuş əziz gündür. 

Hər bir şair, qələm sahibi üçün vətənini, torpağını, elini, bayrağını vəsf etməkdən, onlara şeir həsr etməkdən daha böyük qürur ola bilməz. 

CityPost.az  xəbər  verir  ki,bir çox məşhur sənətçilərin,qiraətçilərin,şairlərin səsləndirdiyi "Ey Sevgili Bayrağım!" şeirinin müəllifi şair  Şəmsi Vəfadar  Oxu24.com-a əsərin yaranması tarixçəsindən danışıb.

"Azərbaycan bayrağını harada dalğalanan görsəm, özümə hakim ola bilmirəm, qürur hissi ürəyimə dolur və kövrəlirəm. Mənim üçün o rənglər, xüsusilə qırmızı, şəhidlərimizin qanını xatırladır. Hər dəfə bayrağın yüksəlişini görəndə düşünürəm ki, bu ucalış üçün canını fəda edən oğullar və dua edən analar var.

Tələbə ikən, 1988-ci illərdə, insanlar Azərbaycan bayrağını çox vaxt tanımırdılar, soruşurdular: “Bu haranın bayrağıdır?” Sonralar isə hamı öyrəndi və onu tanıdı. Mən jurnalist kimi Elmlər Akademiyasının elmi qəzetində işləyəndə Ziya Bünyadovun kabinetində həm sovet bayrağı, həm də Azərbaycan bayrağının birlikdə olduğunu görmüşdüm. Belə vətənpərvər insanlar çox idi.

O dövrdə bayraq istehsalı kütləvi deyildi. Bəzi insanlar isə öz evlərində əl ilə bayraq tikirdilər. Yadımdadır ki, Ramiz adlı bir müəllimim vardı; İsmayıllının Baskallı kəndindən idi. Qarajında xüsusi bir yer düzəltmişdi və orada insanlar təmənnasız olaraq bayraqlar tikir, onları idarələrə və müəssisələrə paylayırdılar.O illəri canlı yaşayan bir insan  kimi məndə hisslər  formalaşdı.Elə zəmanənin tələbinə uyğun olaraq  bu gün  hər kəs tərəfindən sevilən  “Ey sevgili bayrağım!” şeirini  yazdım. Bu,baş verən təbii proseslər  zamanı  ortaya çıxan  bir şeir oldu.Daha sonra  bəstəkar Tamilla  Əhmədova bu şeirə musiqi bəstələdi. İstedadlı müğənnimiz   Aynur İskəndərli  bu musiqini  özünə məxsus şəkildə ifa etdi.Bununla da şeirin musiqi ilə birlikdə yeni məşhurluq dönəmi başladı.Bayraq haqqında şeir hər zaman aktualdır.Müəllifi olduğum şeiri  kimlərinsə ifasında eşidəndə qürur duyuram.Çünki orada Azərbaycan Bayrağı ifadəsi var",-deyə Şəmsi Vəfadar bildirib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Hava ilə bağlı AÇIQLAMA 

Azərbaycan ərazisində noyabrın 10-na gözlənilən hava şəraiti açıqlanıb.Milli Hidrometeorologiya Xidmətindən CityPost.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman, az çiskin olacaq, şimal-qərb küləyi səhər cənub-qərb küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 9-13° isti, gündüz 17-20° isti olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunundan 765 mm civə sütununa enəcək. Nisbi rütubət 75-85 % olacaq.Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq, şərq küləyi əsəcək.Havanın temperaturu gecə 8-13° isti, gündüz 18-23° isti, dağlarda gecə 1-4° isti, gündüz 10-15°...

09 Noyabr 2025, 12:15

Mehriban Əliyeva: Qoy, sonsuz qürur mənbəyimiz olan üçrəngli bayrağımız Vətənimizin səmasında əbədi dalğalansın 

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva instaqramdakı hesabında 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə paylaşım edib.CityPost.az  paylaşımı təqdim edir:"9 Noyabr Dövlət Bayrağı Günü.Qoy, sonsuz qürur mənbəyimiz olan üçrəngli bayrağımız sülhün, sabitliyin, təhlükəsizliyin, tolerantlığın hökm sürdüyü doğma Vətənimizin səmasında əbədi dalğalansın!".

09 Noyabr 2025, 09:57

İlham Əliyev Dövlət Bayrağı Günü münasibətilə paylaşım edib 

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesablarında 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə paylaşım edib.CityPost.az  paylaşımı təqdim edir:9 Noyabr - Dövlət Bayrağı Günü pic.twitter.com/IozZ2BqBjs— İlham Əliyev (@azpresident) November 9, 2025

09 Noyabr 2025, 09:54

Azərbaycanda Dövlət Bayrağı Günüdür 

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur.CityPost.az-ın  məlumatına görə, Azərbaycanın üçrəngli bayrağı dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhuriyyəti (AXC) Hökumətinin 1918-ci il 9 noyabr tarixli iclasında qəbul olunub.1920-ci il aprelin 27-də bolşevik işğalından sonra AXC-nin bayrağı Azərbaycan SSR-in qırmızı rəngli oraq-çəkicli bayrağı ilə əvəzlənib.1990-cı il noyabrın 17-də Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə üçrəngli bayraq Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı kimi qəbul edilib.Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Sovetinin Heydər Əliyevin sədrliyi ilə keçirilən sessiyasında ilk dəfə olaraq Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı kimi qəbul olunmasına qərar verilib.1991-ci il fevralın 5-də isə Azərbaycan Ali...

09 Noyabr 2025, 00:06

Bakı Metropoliteni iş rejimini 1 saat uzadacaq 

Zəfər Gününün 5-ci ildönümü ilə əlaqədar paytaxtda keçirilən kütləvi-mədəni bayram tədbirləri və şəhər gəzintisi nəzərə alınaraq, Bakı Metropoliteni iş rejimini 1 saat uzadacaq.Bu barədə  CityPost.az-a qurumdan bildirilib.Bakı metropoliteninin bütün stansiyaları gecə saat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.

08 Noyabr 2025, 18:27

DTX Zəfər Günü münasibətilə paylaşım edib 

Dövlət Təhlükəsizliyi Xidməti 8 Noyabr – Zəfər Günü münasibətilə paylaşım edib.CityPost.az  paylaşımı təqdim edir:

08 Noyabr 2025, 18:12