Bizə yazın

Baku

-°C

USD

-

Elton Məmmədov gözyaşları içində yalvarıb...  

Cəmiyyət 03 Noyabr 2025, 15:51

16946

Onun mülklərini satdığı deyilir.

Baş Prokurorluq Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Milli Elmlər Akadmeiyasındakı qanun pozuntuları ilə bağlı intensiv araşdırmalar davam edir.

AMEA-nın İşlər İdarəsinin keçmiş, Sosial Xidmətlər Şöbəsinin indiki müdiri Elton Məmmədov AMEA-da baş verən qanunsuzluqlarla bağlı Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla israf etmə) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ibtidai istintaqı davam etdirilən cinayət işi üzrə ittiham olunur.Baş Prokurorluğun mətbuat xidmətinin Elton Məmmədov barədə yaydığı məlumatda bildirilir ki,istintaq tədbirləri nəticəsində qanunsuz olaraq xərclənmiş 3 milyon manat büdcə vəsaitinin E.Məmmədov tərəfindən tam şəkildə Dövlət büdcəsinə ödənilməsi təmin edilib.

CityPost.az-a Elton Məmmədova yaxın çevrədən daxil olan məlumata görə,O, barəsindəki işin təqibi ilə mə.ğul olan istintaq qrupunun qarşısında göz yaşları içində diz çöküb,əməlindən peşman olduğunu etiraf edib.Təqsirkar qismində dindirilən E.Məmmədov ağlaya-ağlaya yalvarıb ki,heç olmasa iş məhkəmə müstəviisnə çatanadək onu həbs etməsinlər.Mənimsədiyi büdcə vəsaitini könüllü olaraq tam şəkilkdə Dövlət büdcəsinə qaytarmasını, iş üzrə ifadə verərkən törətdiyi cinayət xarakterli əməlləri səmimi etiraf etməsini və yaş həddini nəzərə almaqla onun vəkilinin iş məhkəməyə gedənədək həbs edilməməsinə dair  istintaq qarşısında qaldırdığı vəsatət təmin edilib.

Barəsində ağır  maddələrlə cinayət  işi təqib olunduğundan Elton Məmmədov AMEA-dan çırpışdırdığı 3 milyon manatı qaytarmaq üçün xeyli daşınan və daşınmaz əmlakını dəyərindən aşağı qiymətə satıb.O,Bakının Novxanı qəsəbəsindəki dəbdəbəli bağ evini,3 ədəd son model avtomobili,20 Yanvar metrosu ətrafında yerləşən kafesini,”MAİN”Yaşayış Kompleksində  beş 2 və 3 otaqlı mənzilləri,böyük sahəyə malik avtoqarajı,Həsən Əliyev küçəsində,keçmiş “Tramvay Parkı”nın yerində yerləşən  özünəməxsus şirkətin inşa etdiyi hündürmərtəbəli binadakı iki mənzili dəyər-dəyməzinə satıb.

Xatırladaq ki,Elton Məmmədov keçmiş nəqliyyat naziri Ziya Məmmədovun qardaşıdır.Qardaşların ikisi də dövlətə xəyanət və başqa ağır cinayətlərdə ittiham olunan Prezident Administrasiyasının  sabiq rəhbəri,AMEA-nın keçmiş  prezidenti  Ramiz Mehdiyevin sadiq adamları olduğu bildirilir.

Mirzə

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Lənkəranda şəhidlərin məzarı ziyarət olunub

Oktyabrın 24-də Vətən müharibəsi şəhidləri Abbasov Murad Vasif oğlunun və Məmmədli Elməddin Anar oğlunun anım günüdür.Citypost.az  xəbər verir ki, Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov, icra başçısı aparatının kollektivi və ictimaiyyət nümayəndələri şəhidlərin Şıxakəran və Velədi kənd qəbristanlığındakı məzarlarını ziyarət ediblər. Şəhidlərin məzarı önünə tər çiçəklər düzülüb və ruhuna dualar oxunub.Taleh Qaraşov şəhid ailələri ilə həmsöhbət olaraq onların qayğı və problemləri ilə maraqlanıb, dövlətin hər zaman şəhid ailələrinin yanında olduğunu vurğulayıb.Şəhidlərin ailə üzvləri də onlara göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.Allah bütün şəhidlərimizə rəhmət eləsin!...

24 Oktyabr 2026, 15:46

Bakıda leysan yağacaq, şimşək çaxacaq

Bakıda və Abşeron yarımadasında oktyabrın 25-də bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir.Bu barədə Citypost.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var.

24 Oktyabr 2026, 14:52

Hüseyn Cavidin anadan olduğu gündür

Bu gün  Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri, milli romantik şeirin və mənzum faciənin banisi Hüseyn Cavidin (1882–1941) anadan olduğu gündür. "Şərqin Şekspiri", "Cavid Əfəndi" təxəllüsləri ilə anılan ədibimizin əsl adı və soyadı Hüseyn Rasizadədir. Hüseyn Cavid Azərbaycan Respublikasının sabiq Baş Naziri Artur Rasizadə ilə qohumluq əlaqələrinə malikdir. Hüseyn Cavid daha çox dramaturq kimi  tanınmış və ədəbiyyat xəzinəmizə bir-birindən dəyərli dram əsərləri bəxş etmişdir. Onun fəlsəfi və tarixi faciələri, ailə-məişət dramları üslub, yazı, forma yeniliyi baxımından Azərbaycan dramaturgiyasında yeni bir mərhələ yaratdığı kimi, milli teatr mədəniyyətinin inkişafına da qüvvətli təsir göstərmiş, "Cavid teatrı" kimi səciyyələndirilmişdir. Azərbaycan ədəbiyyatında ilk mənzum faciə olan...

24 Oktyabr 2026, 14:13

Kafedəki davada saxlanılan deputat oğlunun FOTOSU

Bakıda ölümlə nəticələnən kütləvi dava ilə bağlı bəzi təfərrüat məlum olub.Citypost.az  Unikala istinadən xəbər verir ki, hadisənin baş verdiyi ərazidə görüşü deputat Arzuxan Əlizadənin oğlu Əhməd təşkil edibmiş.

24 Oktyabr 2026, 14:10

Kəmaləddin Heydərov baş leytenanta yeni vəzifə verdi 

Fövqəladə Hallar Nazirliyində yeni təyinat baş tutub.Citypost.az  Yurdmedia-ya istinadən xəbər verir ki, İbrahim Məsimov FHN Dövlət Yanğından Mühafizə Xidmətində Yanğından mühafizə bölməsinin rəisi vəzifəsinə təyin edilib.  Baş leytenant İbrahim Məsimov 2022-ci ildən yeni təyinata qədər qurumda növbə rəisi vəzifəsində çalışıb.

24 Oktyabr 2026, 13:56

Cəlilabad bələdiyyəsinə yeni sədr seçildi

Cəlilabad bələdiyyəsinin rəhbərliyində dəyişiklik olub.Citypost.az Modern.az-a istinadən, bələdiyyədə keçirilən iclasda sədr müavini Rafiq Rüstəmov yeni sədr seçilib. Bu barədə özü xəbəri saytımıza təsdiqləyib.O, səs çoxluğu ilə yeni vəzifəyə layiq görülüb.Qeyd edək ki, bələdiyyənin əvvəlki sədri Vahid Mirzəyev Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının müavini – Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdiri vəzifəsinə təyin olunub. Bu səbəbdən o, bələdiyyə sədri vəzifəsindən istefa verib....

24 Oktyabr 2026, 13:39