Lənkəranda şəhidlərin məzarı ziyarət olunub
Cəmiyyət 24 Oktyabr 2026, 15:46
740
Oktyabrın 24-də Vətən müharibəsi şəhidləri Abbasov Murad Vasif oğlunun və Məmmədli Elməddin Anar oğlunun anım günüdür.
Citypost.az xəbər verir ki, Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov, icra başçısı aparatının kollektivi və ictimaiyyət nümayəndələri şəhidlərin Şıxakəran və Velədi kənd qəbristanlığındakı məzarlarını ziyarət ediblər. Şəhidlərin məzarı önünə tər çiçəklər düzülüb və ruhuna dualar oxunub.
Taleh Qaraşov şəhid ailələri ilə həmsöhbət olaraq onların qayğı və problemləri ilə maraqlanıb, dövlətin hər zaman şəhid ailələrinin yanında olduğunu vurğulayıb.
Həmçinin oxuyun
Şəhidlərin ailə üzvləri də onlara göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Bakıda leysan yağacaq, şimşək çaxacaq
Bakıda və Abşeron yarımadasında oktyabrın 25-də bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir.Bu barədə Citypost.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var.
24 Oktyabr 2026, 14:52
Hüseyn Cavidin anadan olduğu gündür
Bu gün Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri, milli romantik şeirin və mənzum faciənin banisi Hüseyn Cavidin (1882–1941) anadan olduğu gündür. "Şərqin Şekspiri", "Cavid Əfəndi" təxəllüsləri ilə anılan ədibimizin əsl adı və soyadı Hüseyn Rasizadədir. Hüseyn Cavid Azərbaycan Respublikasının sabiq Baş Naziri Artur Rasizadə ilə qohumluq əlaqələrinə malikdir. Hüseyn Cavid daha çox dramaturq kimi tanınmış və ədəbiyyat xəzinəmizə bir-birindən dəyərli dram əsərləri bəxş etmişdir. Onun fəlsəfi və tarixi faciələri, ailə-məişət dramları üslub, yazı, forma yeniliyi baxımından Azərbaycan dramaturgiyasında yeni bir mərhələ yaratdığı kimi, milli teatr mədəniyyətinin inkişafına da qüvvətli təsir göstərmiş, "Cavid teatrı" kimi səciyyələndirilmişdir. Azərbaycan ədəbiyyatında ilk mənzum faciə olan...
24 Oktyabr 2026, 14:13
Kafedəki davada saxlanılan deputat oğlunun FOTOSU
Bakıda ölümlə nəticələnən kütləvi dava ilə bağlı bəzi təfərrüat məlum olub.Citypost.az Unikala istinadən xəbər verir ki, hadisənin baş verdiyi ərazidə görüşü deputat Arzuxan Əlizadənin oğlu Əhməd təşkil edibmiş.
24 Oktyabr 2026, 14:10
Kəmaləddin Heydərov baş leytenanta yeni vəzifə verdi
Fövqəladə Hallar Nazirliyində yeni təyinat baş tutub.Citypost.az Yurdmedia-ya istinadən xəbər verir ki, İbrahim Məsimov FHN Dövlət Yanğından Mühafizə Xidmətində Yanğından mühafizə bölməsinin rəisi vəzifəsinə təyin edilib. Baş leytenant İbrahim Məsimov 2022-ci ildən yeni təyinata qədər qurumda növbə rəisi vəzifəsində çalışıb.
24 Oktyabr 2026, 13:56
Cəlilabad bələdiyyəsinə yeni sədr seçildi
Cəlilabad bələdiyyəsinin rəhbərliyində dəyişiklik olub.Citypost.az Modern.az-a istinadən, bələdiyyədə keçirilən iclasda sədr müavini Rafiq Rüstəmov yeni sədr seçilib. Bu barədə özü xəbəri saytımıza təsdiqləyib.O, səs çoxluğu ilə yeni vəzifəyə layiq görülüb.Qeyd edək ki, bələdiyyənin əvvəlki sədri Vahid Mirzəyev Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının müavini – Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdiri vəzifəsinə təyin olunub. Bu səbəbdən o, bələdiyyə sədri vəzifəsindən istefa verib....
24 Oktyabr 2026, 13:39
BDYPİ sürücülərə xəbərdarlıq edib
Hazırda Azərbaycanda müşahidə olunan yağışlı və dumanlı hava şəraiti, eləcə də həftəsonu avtomobil yollarında hərəkət intensivliyinin artacağı gözlənildiyindən sürücülərə diqqətli olmaları tövsiyə edilib.APA xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.Bildirilib ki, xüsusilə gecə və səhər saatlarında dumanlı və çiskinli hava şəraiti yollarda görünüş məsafəsini əhəmiyyətli dərəcədə məhdudlaşdırır. Bu isə sürücülərin digər hərəkət iştirakçılarını, yol nişanlarını, nişanlama xətlərini və nizamlayıcı vasitələri vaxtında görməsinə maneə yaradır.BDYPİ həftənin şənbə və bazar günləri avtomobil yollarında hərəkət intensivliyinin artacağını nəzərə alaraq, sürücülərə əlverişsiz hava şəraitində daha diqqətli olmağı, sürət həddini yol şəraitinə uyğun seçməyi və texniki cəhətdən nasaz nəqliyyat...
24 Oktyabr 2026, 13:20