Rüşvət almaqda təqsirləndirilən hərbi komissar və işçilərinə hökm oxunub
Cəmiyyət 19 Noyabr 2025, 16:07
176
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Xəzər rayon idarəsinin rəisi Ramin Şükürov, həmin idarənin Çağırış şöbəsinin baş zabiti Xalid Əzimov və zabiti Emil Nəbiyevin barəsində cinayət işi üzrə məhkəmədə hökm oxunub.
CityPost.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edərək Ramin Şükürovun 10, Xalid Əizmovun 9, Emil Nəbiyevin isə 8 il azadlıqdan məhrum edilməsini məhkəmə təklif edib.
Prokuror hər üç təqsirləndirilən şəxsin məhkəmə zalından həbs edilməsini istəyib.
Təqsirləndirilən şəxslər və vəkillər çıxışları zamanı ittihamları qəbul etmədikləri və məhkəmənin barələrində bəraət hökmü çıxarılmasını istəyib.
Prosesdə hökm oxunub. Hökmə əsasən, Ramin Şükürov 4 il sınaq müddəti seçilməklə 10 il şərti, Xalid Əzimov 2 ilin 6 ay müddətinə sınaq müddəti seçilməklə 9 il şərti, Emil Nəbiyevin isə 3 il sınaq müddəti seçilməklə 8 il şərti cəza verilib.
Hər üç təqsirləndirilən müəyyən dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilib.
Həmçinin oxuyun
Qeyd edək ki, Ramin Şükürova Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən külli miqdarda rüşvət alma) və 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri) maddələri ilə ittiham elan edilib.
Emil Nəbiyev və Xalid Əzimova isə Cinayət Məcəllənin 311.3.1 və 311.3.2-ci maddələri ilə ittiham elan olunub.
Ramin Şükürovun barəsində həbs, Emil Nəbiyev və Xalid Əzimovun barəsində isə ev dustaqlığı növündə qətimkan tədbiri seçilib.
Məhkəmənin gedişatında Ramin Şükürov barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilib və ev dustaqlığına buraxılıb.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Kamran Əliyev 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib - SƏRƏNCAM
Baş prokuror Kamran Əliyev 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.CityPost.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.Sərəncamla K.Əliyev həmin ordenə Azərbaycanın prokurorluq orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə layiq görülüb.
19 Noyabr 2025, 16:30
Zahid Oruc: Xankəndidə 500-dən çox obyektin sahibkarlara icarəyə verilməsi real iqtisadi dinamika yaradıb
Xankəndidə 500-dən çox obyektin sahibkarlara icarəyə verilməsi real iqtisadi dinamika yaradıb.CityPost.az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentin bugünkü plenar iclasında "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.O bildirib ki, Əmlak Məsələləri Dövlət Xidmətinin məlumatına görə, dövlətin balansında olan 10 minə yaxın qeyri-yaşayış obyektinin yalnız 30 faizinin icarəyə verilməsi iqtisadi rezervləri və büdcə gəlirləri üçün əlavə mənbələri göstərir:"Cəmi iki il əvvəl azad olunan Xankəndidəki iqtisadi canlanma modeli bunu təsdiqləyir. Belə ki, əhali məskunlaşmağı aparılmadığı şəraitdə 500-dən çox obyektin sahibkarlara şəffaf qaydada verilməsi real iqtisadi dinamika yaradıb".Komitə sədri həmçinin qeyd...
19 Noyabr 2025, 16:10
AZAL-ın təyyarələrində internetə çıxış olacaq
"Azərbaycan Hava Yolları" QSC (AZAL) sərnişinlərə tezliklə yüksəksürətli, videoyayıma uyğun bortdaxili "Wi-Fi" xidməti təqdim edəcək.CityPost.az şirkətə istinadən xəbər verir ki, AZAL peyk rabitəsi sahəsində qlobal lider olan "Viasat Inc." şirkəti ilə bu istiqamətdə strateji tərəfdaşlıq müqaviləsi imzalayıb.Saziş dünyanın ən böyük aviasiya tədbirlərindən biri olan "Dubai Airshow 2025" çərçivəsində AZAL-ın prezidenti Samir Rzayev və "Viasat"ın aviasiya üzrə prezidenti Don Bakman tərəfindən imzalanıb. Bu əməkdaşlığın məhz beynəlxalq aviasiya sənayesinin əsas platformalarından birində rəsmiləşdirilməsi AZAL-ın innovativ texnologiyaların tətbiqi və rəqəmsal xidmətlərin genişləndirilməsi strategiyasına sadiqliyini nümayiş etdirir.Tərəfdaşlıq çərçivəsində AZAL-ın parkına daxil ediləcək 20 yeni təyyarə ("Airbus A320" ailəsi və uzunməsafəli "Boeing 787-9 Dreamliner") "Viasat...
19 Noyabr 2025, 15:41
Dünyasını dəyişən Xalq artisti Roza Cəlilova digər Xalq artistinin baldızı imiş
CityPost.az xəbər verir ki,dünyasını dəyişmiş məşhur rəqqasə Roza Cəlilovanın digər xalq artisti rəqqasə Təranə Muradovanın baldızı olduğu barədə məlumatlar əldə edib.Məlum olub ki,Təranə Muradova dövrünün tanınmış iş adamı,mərhum Ramiz Cəlilovun (Linkolin Ramiz) arvadıdır.Ramiz Cəlilov 1995-ci il mart hadisələrinin əsas təşkilatçısı Rövşan Cavadovun yaxın adamı olub.Baş verən hadisələrə görə,15 il həbs cəzasına məhkum edilmişdi.O da məlum olub ki,mərhum akademik,məşhur “Lalələr” mahnısının söz müəllifi Aslan Aslanov isə,Roza Cəlilovanın bacısının əri olub.Onu da qeyd edək ki,Aslan Aslanov övladı olmadığı üçün Roza Cəlilovanın qızı Yeganə Cəlilovanı və oğlu Zahid Cəlilovu mərhum akademik Aslan Aslanov himayəyə götürübmüş.Hər iki övladın təhsil almasında Aslan Aslanovun böyük əməyi...
19 Noyabr 2025, 14:14
İcra başçısının balıq sevdası iflasa uğradı: Çəltik biznesinə keçdi
İcra başçısı düyü işinə baxırmış - YENİ DETALLARÖtən həftə Ucar Rayon İcra Hakimiyyəti başçısı Mənsur Məmmədova məxsus olduğu deyilən camış ferması barədə xəbər vermişdik.Yerli sakinlərin verdiyi məlumata görə,icra başçısı rayonun Müsüslü kəndi ərazisində böyük bir ərazini əhatə edən camış ferması yaradıb.Orada Macarıstandan gətiirlmiş xüsusi növ cins camışlar bəslənir.Bu,faktı əməkdaşımıza ərazidə yaşayan sakinlər də təsdiqləmişdi.Məlumat üçün qeyd edək ki,Mənsur Məmmədovun adı mediada Ramiz Mehdiyevin komandasında yer alan məmurlar siyahısında hallanır.Onun bu komandaya sabiq nəqliyyat naziri Ziya Məmmədovun vasitəsi ilə üzv olduğu yazılır.CityPost.az xəbər verir ki,qeyd olunan reportaj yayımlandıqdan sonra sayta icra başçısının neqativ əməlləri ilə bağlı bir çox informasiyalar daxil oldu.Məsələni araşdırmaq məqsədi...
19 Noyabr 2025, 12:11
Xalq artisti vəfat etdi
Xalq artisti, 97 yaşlı rəqqasə Roza Cəlilova vəfat edibCityPost.az Bakupost.az-a istinadən xəbər verir ki, hadisə sənətkarın yaşadığı mənzildə - Bakının Səbail rayonunda T. Elçin küçəsi 5 ünvanında qeydə alınıb. Məlumata görə, Roza Cəlilova həkimə çatdırılmadan əvvəl vəfat edib. Faktla bağlı araşdırma aparılır.
19 Noyabr 2025, 10:24