Dünyasını dəyişən Xalq artisti Roza Cəlilova digər Xalq artistinin baldızı imiş
Cəmiyyət 19 Noyabr 2025, 14:14
1752
CityPost.az xəbər verir ki,dünyasını dəyişmiş məşhur rəqqasə Roza Cəlilovanın digər xalq artisti rəqqasə Təranə Muradovanın baldızı olduğu barədə məlumatlar əldə edib.
Məlum olub ki,Təranə Muradova dövrünün tanınmış iş adamı,mərhum Ramiz Cəlilovun (Linkolin Ramiz) arvadıdır.
Ramiz Cəlilov 1995-ci il mart hadisələrinin əsas təşkilatçısı Rövşan Cavadovun yaxın adamı olub.Baş verən hadisələrə görə,15 il həbs cəzasına məhkum edilmişdi.
O da məlum olub ki,mərhum akademik,məşhur “Lalələr” mahnısının söz müəllifi Aslan Aslanov isə,Roza Cəlilovanın bacısının əri olub.
Həmçinin oxuyun
Onu da qeyd edək ki,Aslan Aslanov övladı olmadığı üçün Roza Cəlilovanın qızı Yeganə Cəlilovanı və oğlu Zahid Cəlilovu mərhum akademik Aslan Aslanov himayəyə götürübmüş.Hər iki övladın təhsil almasında Aslan Aslanovun böyük əməyi olub.
Onu da qeyd edək ki,Roza Cəlilovanın oğlu Zahid Cəlilov I Qarabağ Müharibəsi zamanı ermənilərə əsir düşmüşdü.Ermənilər ona işgəncələr verərək,damarına benzin vurubmuş.
Müşərrəfxanım
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
İcra başçısının balıq sevdası iflasa uğradı: Çəltik biznesinə keçdi
İcra başçısı düyü işinə baxırmış - YENİ DETALLARÖtən həftə Ucar Rayon İcra Hakimiyyəti başçısı Mənsur Məmmədova məxsus olduğu deyilən camış ferması barədə xəbər vermişdik.Yerli sakinlərin verdiyi məlumata görə,icra başçısı rayonun Müsüslü kəndi ərazisində böyük bir ərazini əhatə edən camış ferması yaradıb.Orada Macarıstandan gətiirlmiş xüsusi növ cins camışlar bəslənir.Bu,faktı əməkdaşımıza ərazidə yaşayan sakinlər də təsdiqləmişdi.Məlumat üçün qeyd edək ki,Mənsur Məmmədovun adı mediada Ramiz Mehdiyevin komandasında yer alan məmurlar siyahısında hallanır.Onun bu komandaya sabiq nəqliyyat naziri Ziya Məmmədovun vasitəsi ilə üzv olduğu yazılır.CityPost.az xəbər verir ki,qeyd olunan reportaj yayımlandıqdan sonra sayta icra başçısının neqativ əməlləri ilə bağlı bir çox informasiyalar daxil oldu.Məsələni araşdırmaq məqsədi...
19 Noyabr 2025, 12:11
Xalq artisti vəfat etdi
Xalq artisti, 97 yaşlı rəqqasə Roza Cəlilova vəfat edibCityPost.az Bakupost.az-a istinadən xəbər verir ki, hadisə sənətkarın yaşadığı mənzildə - Bakının Səbail rayonunda T. Elçin küçəsi 5 ünvanında qeydə alınıb. Məlumata görə, Roza Cəlilova həkimə çatdırılmadan əvvəl vəfat edib. Faktla bağlı araşdırma aparılır.
19 Noyabr 2025, 10:24
Xankəndi şəhəri və Kərkicahan qəsəbəsinə ilk köçlə bağlı sabah püşkatma olacaq
Xankəndi şəhəri və Kərkicahan qəsəbəsinə ilk köçlə bağlı sabah püşkatma olacaq.APA-nın əldə etdiyi xəbərə görə, püşkatma Xankəndi şəhəri və Kərkicahan qəsəbəsinə ilk qayıdacaq ailələr arasında keçiriləcək.
18 Noyabr 2025, 23:32
YAXŞI ADAM
Mənə hərdən elə gəlir ki, yaxşı adam ifadəsi, yaxşı adam anlayışı yavaş-yavaş dilimizdən, orfoqrafiyamızdan silinəcək. Bəlkə də elə insanlar var ki, bu ifadəni sonuncu dəfə nə zaman işlətdiklərini və yaxşı adamla haçan təmasda olduqlarını artıq unudublar. Dostum, tanınmış şair uzun müddət Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitə Aparatında məsul vəzifələrdə çalışmış, mərhum Ramiz Məmmədzadə mən “Yazıçı” nəşriyyatının direktoru olan zaman “İşıq günü” şeirlər kitabının çapı ilə bağlı nəşriyyata gəlmişdi. Məşhur şair Şamxal Rüstəm də mənim yanımda idi. Şamxal bizə Əjdər Olun ona etdiyi maddi və mənəvi, təmənnasız yaxşılıqlardan danışırdı. Ramiz müəllim, dərhal Şamxalın sözünü kəsib, ağzında qoydu: “Şamxal, sən Allah lazım...
18 Noyabr 2025, 16:15
Ağdamın Xıdırlı kəndinə növbəti köç olub
Ağdam rayonunun Xıdırlı kəndinə növbəti köç olub.CityPost.az xəbər verir ki, noyabrın 18-də yola salınan köç karvanı Xıdırlı kəndinə çatıb. Bu mərhələdə Xıdırlı kəndinə 15 ailə - 57 nəfər köçürülüb. Sakinlərə evlərin açarları təqdim edilib.Mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
18 Noyabr 2025, 14:57
Azərbaycanın Mərkəzi Asiya ölkələri üzrə ticarət nümayəndəsi təyin edilib
Səməd Həsənov Özbəkistan Respublikasında yerləşməklə Mərkəzi Asiya ölkələri (Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistan) üzrə ticarət nümayəndəsi təyin edilib.Bu barədə "Report"a İqtisadiyyat Nazirliyindən bildirilib.Qeyd olunub ki, Azərbaycanın Mərkəzi Asiya ölkələri üzrə ticarət nümayəndəsi Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında ticarət-iqtisadi əməkdaşlığın inkişafında, bu ölkələrdə "Made in Azerbaijan" brendinin və Azərbaycandakı investisiya mühitinin təşviqində, ölkəmizin qeyri-neft ixracının artırılmasında önəmli rol oynayacaq.S. Həsənov 1990-cı ildə anadan olub. 2012-ci ildə ümumi iqtisadiyyat ixtisası üzrə Azərbaycan Dövlət İqtisad Universitetini, 2018-ci ildə isə hüquqşünaslıq ixtisası üzrə Belarus Respublikasının Yanka Kupala adına Dövlət Universitetini bitirib.O, 2015-ci ildə əmək fəaliyyətinə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunda (AZPROMO)...
18 Noyabr 2025, 13:37