Bizə yazın

Baku

-°C

USD

-

Kapitan həbsdən məktub göndərdi - Generala ağır ittihamlar 

Hadisə 18 Noyabr 2025, 10:19

163

Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin sabiq rəis müavini, general-mayor Raul Zeynalov da daxil olmaqla, 9 nəfərin 3 milyon manata yaxın pulunu ələ keçirmə ittihamı ilə həbs edilən kapitan Ayaz Bayramov istintaq təcridxanasından müraciət ünvanlayıb.

Kapitanın 28 vərəqlik yazılı müraciəti “Qafqazinfo”ya göndərilib.

FHN-də xidmət etmiş A.Bayramov böyük dələduzluq cinayəti ilə bağlı mühakimə edilsə də, özünü təqsirli bilmir. O, həbsinə görə general Raul Zeynalovu günahlandırır, ilk gündən ona qarşı ittihamları səngimir.

Ayaz Bayramovun sözlərinə görə, Raul Zeynalov ona bütün pulları faizə verib. Hətta qardaşı Nofəl Zeynalovu da bu işə qoşub. O deyir ki, sonradan aralarında ticarət yönümlü pul münasibətləri pozulub, elə bunun ardınca Raulun təşəbbüsü ilə həbsə atılıb: “Mən bu gün Raul Zeynalova görə həbsdəyəm. Sifarişçi odur. Digər zərərçəkmişlər də məhz onun ssenarisi ilə mənə qarşı ifadə veriblər. Gənc yaşlarımdan xurma alveri ilə məşğul olmuşam. Kasıb oğlan idim, bu alverlə dolanırdım. Raul Zeynalov Xüsusi Riskli Xilasetmə Xidmətinin rəis müavini keçəndən sonra mənim bu işlə məşğul olduğumu öyrəndi. Yanına çağırıb dedi ki, mən alverin üçün sənə böyük məbləğdə pullar verə bilərəm. Amma faizə verdiyi üçün rəsmi müqavilə bağlamadıq. Müxtəlif vaxtlarda ondan böyük məbləğdə pullar götürdüm, faizi ilə geri qaytardım. Dediyim kimi faizi ilə… Bir neçə dəfə də onun qardaşı Nofəldən pul götürüb faizi ilə geri qaytarmışam. Yeri gəlmişkən, Raul mənim verdiyim faiz pulla qardaşına avtomobil də almışdı. Amma şikayətində yazıb ki, mən onu aldatmışam, dələduzluqla 1 milyon manata yaxın pulunu ələ keçirmişəm. Məni ilk dəfə prokurorluğa çağırandan sonra ona zəng etdim, nə baş verdiyini soruşdum. Raul Zeynalov “Sənin başına hələ çox oyunlar açacağam. Gətir gizlətdiyin pulları ver. Yoxsa nə səndən, nə ailəndən əl çəkənəm. Hamısını həbs etdirəcəyəm”, - deyərək mənə hədə-qorxu gəldi. Hətta o və yanında gətirdiyi iki “zərərçəkmiş” üstümə hücum çəkib qolumu burdular. Həbs olunduğum gün də mənim pulumla aldığı maşında oturub gülürdü”.

Kapitan bildirib ki, 2 il ərzində Raul Zeynalova külli miqdarda pul qazandırıb. Məhz bu pullar hesabına general özünə və yaxınlarına lüks avtomobillər alıb: “Mənim hesabıma qazandığı pulları əyləncəyə xərcləyirdi. Bəzi hallarda xidməti otağına qadınları çağırırdı. Nazirliyin adına xələl gətirən hərəkətlər etdiyinə görə də axırda nazirin əmri ilə vəzifəsindən azad edildi”.

Təqsirləndirilən kapitan digər zərərçəkmişləri elə R.Zeynalovun öyrətdiyini deyir. Onlardan biri də FHN-də şöbə müdiri işləmiş polkovnik-leytenant Yasin Muradovdur. Muradov da bir müddət ona faizlə pul verib.

Kapitan hətta generalı xaricdə yaşayan söyüş müxalifəti ilə əlaqəsinin olması ilə ittiham edib. Həmin bloqerlərdən biri vasitəsilə ona qarşı internet üzərindən qarayaxma aparıldığını müraciətində qeyd edib. O, dörd divar arasından yazdığı müraciəti ilə ictimaiyyətin diqqətini bu məsələyə çəkməyi, cinayət işinin dərindən araşdırılmasını istəyir.

Qeyd edək ki, iş hazırda Bakı Hərbi Məhkəməsində hakim Zaur Hacıyevin sədrliyi ilə araşdırılır. A. Bayramova xüsusilə külli miqdarda dələduzluq maddəsi ilə verilmiş ittiham sübuta yetirilsə, onu 14 ilə kimi həbs gözləyir.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Bakıda 15 yaşlı yeniyetmə qətlə yetirilib, saxlanılan var 

Bu gün saat 22 radələrində Yasamal rayonu ərazisində 2010-cu il təvəllüdlü H. Mirzəyev kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib.CityPost.az xəbər verir ki, ona göstərilən tibbi müdaxilələrə baxmayaraq həyatını itirib.DİN-in Mətbuat Xidmətindən bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 2011-ci il təvəllüdlü Ə. Novruzlu saxlanılıb.Araşdırmalar davam etdirilir.

17 Noyabr 2025, 23:16

Yanmış meyitlər tapıldı

Lənkəranda 2 nəfərin yanmış meyitinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır.Baş Prokurorluğun Mətbuat xidmətindən  bildirilib ki, noyabrın 15-də Lənkəran rayonu Göyşaban kəndi ərazisində yerləşən fermalardan birinin həyətində olan metal konstruksiyalı yardımçı tikilidə baş vermiş yanğın nəticəsində 2 nəfərin yanmış meyitinin aşkar edilməsi faktı üzrə Lənkəran rayon prokurorluğunda araşdırma aparılır.Hadisənin baş vermə halı və şəraiti tam, hərtərəfli və obyektiv araşdırılmaqla nəticəsi barədə müvafiq qərarın qəbul edilməsi təmin olunacaq....

17 Noyabr 2025, 13:06

Boz kardinalın şinelindən çıxmış Əziz Quliyevdən şok xəbər var  

İmişlidə və Bakıda müxtəlif təyinatlı ticarət obyektlərinin və mənzil inşası ilə məşğul olan bir neçə şirkətin sahibi Əziz Quliyevə məxsus,Araz çayının vadisində yerləşən qum-çınqıl karxanasında bədbəxt hadisə baş verib.CityPost.az  xəbər verir  ki,Əziz Quliyevin Bakıdakı yüksək mərtəbəli binalar inşa edən obyektinə aparmaq üçün yük maşınına çınqıl yükləyən ekskvatorun hissəsi 1966-cı il təvəllüdlü Sabirabad rayon sakini,yük maşınının sürücüsü Mansur Hüseynağa oğlu Həsənovun baş nayihəsinə çırpılıb.O,nəticədə ağır xəsarətlər alıb.Yaralı xəstəxanaya çatdırılsa da,aldığı ağır xəsarətlər səbəbindən vəfat edib.Hadisə ilə bağlı İmişli Rayon Prokurorluğunda araşdırma başlanılıb.Müşərrəfxanım...

17 Noyabr 2025, 11:07

Abşeronda şirniyyat sexində kişinin əli dəzgahda qalıb 

Abşeronda şirniyyat sexində bədbəxt hadisə baş verib.CityPost.az  xəbər verir ki, Masazır qəsəbəsinin ərazisində yerləşən şirniyyat sexində işləyən qəsəbə sakini - 1980-ci il təvəllüdlü Teymur Ramiz oğlu Allahverdiyevin sağ əli dəzgahda qalıb.Xəstəxanaya yerləşdirilmiş T.Allahverdiyevin əli amputasiya olunub.Araşdırmalar aparılır.

17 Noyabr 2025, 10:23

Lənkəranda zibil poliqonunda iki nəfərin yanmış cəsədi tapılıb - FOTO 

Lənkəranda 2 nəfərin cəsədi tapılıb.APA-nın cənub bürosunun verdiyi xəbərə görə, meyitlər Lənkəran rayonunun Göyşaban kəndi ərazisində yerləşən məişət tullantıları poliqonunda tapılıb.Hal-hazırda hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerindədir. Onların kimliyi və hansı şəraitdə öldüyü araşdırılır. İlkin məlumata görə ölənlərin hər ikisi kişi cinsinə mənsubdur.Faktla bağlı araşdırma aparılır.

16 Noyabr 2025, 16:55

Oğuzda qadın öldürülüb, qətlə şübhəli bilinən 15 yaşlı oğlu tutulub 

Noyabrın 16-da saat 8 radələrində Oğuz rayonunun Bayan kəndində 47 yaşlı Zahidə Qəhrəmanova kəsici alətlə qətlə yetirilib.CityPost.az  xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən qadının oğlu, 15 yaşlı O.Q polis tərəfindən saxlanılıb.Fakt üzrə araşdırma aparılır.

16 Noyabr 2025, 11:18