Bizə yazın

Baku

-°C

USD

-

İlqar Hacıyev Baş Prokurorluğa çağırılıb 

Hadisə 15 Noyabr 2025, 21:48

230

“Akkord İnşaat Sənaye” ASC-nin keçmiş sahibi İlqar Hacıyev Baş Prokurorluğa çağırılıb.

Bu barədə İctimai Televiziya məlumat yayıb.

Məlumata görə, Hacıyev İlqar Allaz oğluna Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 467-13.4-cü maddəsinin tələbinə əsasən, Baş Prokurorluğun İstintaq İdarəsinə dəvət olunması barədə rəsmi bildiriş göndərilib.

Bildirilib ki, o, bu il noyabrın 24-də 10:00-da Bakı şəhəri Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi 160 ünvanında yerləşən Baş Prokurorluğun İstintaq Baş İdarəsinə gəlməlidir.

İlqar Hacıyev barəsində 2017-ci ilədək qüvvədə olan AR Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərar qəbul edilib. O, istintaqdan qaçaraq Azərbaycan hüdudlarından kənarda gizləndiyi üçün barəsində ittiham elan edilməsi ilə bağlı axtarış elan olunub. Nərimanov Rayon Məhkəməsinin 13 yanvar 2021-ci il tarixli qərarı ilə barəsində qiyabi həbs qətimkan tədbiri seçilib.

Noyabrın 14-də ittihamın məzmununa əlavələr və dəyişikliklər edilərək İlqar Hacıyev barəsində Cinayət Məcəlləsinin 1 dekabr 2017-ci ilədək qüvvədə olan 178.3.2 və 193-1.3.2 maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilib.

Qeyd olunub ki, o, 2016-cı ildən 2017-ci ilədək "SDI Group" MMC-nin rəhbəri olarkən öz qulluq mövqeyindən istifadə etməklə 10 milyon dollar, yəni 16 milyon 270 min manat pulu Rusiya Federasiyasının Moskva şəhərində və Bakı şəhərinin Xəzər rayonu ərazisində yerləşən Heydər Əliyev Beynəlxalq Aeroportunun qarşısında alıb, zərərçəkmiş şəxsin külli miqdarda əmlakını dələduzluq yolu ilə ələ keçirib və leqallaşdırıb.

Təqsirləndirilən şəxsə qiyabi icraatın açıla biləcəyi, qiyabi hökmün və məhkəmənin digər qərarının çıxarılacağı barədə xəbərdarlıq edilib.

Bildirilib ki, çağırışa gəlmədiyi halda barəsində qiyabi icraat açıla, qiyabi hökm və ya məhkəmənin digər yekun qərarı çıxarıla bilər.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Şəkidə 50 yaşlı kişi qətlə yetirilib, şübhəli şəxs polisə təslim olub 

Şəkidə 50 yaşlı şəxs qətlə yetirilib.Hadisə bu gün axşam saatlarında rayonun Turan qəsəbəsində baş verib.Belə ki, 1975-ci il təvəllüdlü Mehman Bayramov kəsici alətlə öldürülüb.Cinayəti törətməkdə şübhəli bilinən 2001-ci il təvəllüdlü Sədi Heydərov könüllü şəkildə polisə təslim olub.Faktla bağlı araşdırma aparılır.

15 Noyabr 2025, 21:46

Fransa Rusiyanın Ukraynaya zərbələri zamanı Azərbaycan səfirliyinin zərər görməsini pisləyib 

Fransa noyabrın 13-dən 14-nə keçən gecə Rusiya tərəfindən Ukrayna ərazisinə endirilən kütləvi zərbələri qətiyyətlə pisləyir. Bu hücumlar nəticəsində həmin ölkədəki Azərbaycan səfirliyi də zərər görüb.CityPost.az-ın   məlumatına görə, bu barədə Fransanın Xarici İşlər Nazirliyinin saytında yayımlanan bəyanatda qeyd olunub."Fransa noyabrın 13-dən 14-nə keçən gecə Rusiya tərəfindən Ukrayna ərazisinə, əsasən də, paytaxt Kiyevə, onun enerji obyektlərinə, yaşayış məhəllələrinə və xəstəxanaya endirilən kütləvi zərbələri pisləyir. Nəticədə çoxlu sayda insan həlak olub və yaralanıb, o cümlədən uşaqlar, həmçinin Azərbaycanın səfirliyi də zərər görüb", – deyə məlumatda qeyd olunub.Fransa XİN-in bildirdiyinə görə, bir neçə atəş ilə buraxılan təxminən 430 pilotsuz uçuş aparatı və 18 raketin...

15 Noyabr 2025, 21:44

Bakıda narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs olunub 

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü həbs edilib.Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.Bildirilib ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən yol hərəkəti qaydasını pozduğu üçün "BMW" markalı, 90-BY-008 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü İlkin Qarayev saxlanılıb.Sənədləri yoxlanılan zaman sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinə zamanı İ.Qarayevin narkotik vasitə qəbul etməsi də müəyyən olunub.Qeyd olunub ki, sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib.Məhkəmənin qərarı ilə İ.Qarayevin sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 25 sutka inzibati qaydada həbs edilib....

15 Noyabr 2025, 10:47

Azyaşlını yolu keçərkən maşın vurdu

Gəncədə ağır qəza baş verib.CityPost.az  xəbər verir ki,yolu keçmək istəyən azyaşlını maşın vurub.Hadisə Gəncə şəhəri, 1-ci mikrarayonda baş verib.2019-cu il təvəllüdlü Ə.A.N qızınını avtomobil vurub.Azyaşlının vəziyyəti ağır olduğu üçün Bakıya təxliyyə edilib.Yaralı Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında əməliyyat olunub.Vəziyyəti kafidir.Müşərrəfxanım

14 Noyabr 2025, 14:07

Şərurlu İsfəndiyarın vəkili cəzalandırıla bilər

O,məhkəməyə yalan məlumat verib."Şərur MTK"nın sahibi İsfəndiyar Axundova qarşı xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə prosesində maraqlı və təzadlı anlar yaşanıb.Onun vəkili Ülvi Nəsibli deyib. müvəkkilinin səhhətində problem olduğunu,məhkəmə prosesi uzandığı üçün müalicə almağa görə İsfəndiyar Axundovun ölkə xaricinə gedə bilmədiyindən gileylənib.Maraqlı və ziddiyyətli olan isə odur ki,İsfəndiyar Axundovun səhhətində problem olmasından özünün xəbəri yoxdur.Belə ki,prosesdən sonra səhhəti haqda məlumat almaq üçün iş adamı ilə əlaqə saxlayan “Qafqazinfo”ya İsfəndiyar Axundov deyib:"Əşi,səhhətimdə problem yoxdur,yaxşıyam.Xaricə, zada getmək istəmirəm.Vəkilim nə deyibsə,onun özündən soruşun".Müvəkkili barədə proses iştirakçılarına və hakimə həqiqəti əks etdirməyən məlumat verən vəkilləri  hər hansı cəza gözləyirmi?CityPost.az məsələnin hüquqi tərəfini araşdırıb.Azərbaycan Vəkillər Kollegiyasının...

14 Noyabr 2025, 13:13

Dövlət sirrini yaymaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb 

Dövlət sirrini yaymaqda təqsirləndirilən Vüsal Allahverdiyevin cinayət işi üzrə məhkəmə başlayıb.Citypost.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsində hakim Səxavət Hüseynovun sədrliyi ilə cinayət işi üzrə hazırlıq iclası keçirilib. Prosesdə anket məlumatları dəqiqləşdirilib.Cinayət işi məhkəmə baxışına verilib və baxış iclası noyabrın 25-nə təyin edilib.Qeyd edək ki, Vüsal Allahverdiyevə Cinayət Məcəlləsinin 284.1-ci (Şəxs tərəfindən ona etibar edilmiş və ya xidməti vəzifəsinə və yaxud işinə görə ona məlum olan dövlət sirrini təşkil edən məlumatların yayılması, dövlətə xəyanət əlamətləri olmadıqda) maddəsi ilə yekun ittiham irəli sürülüb....

14 Noyabr 2025, 10:30