“Boz kardinal”ın adamları ona qarşı çıxır — Nəsib Məhəməliyev mənsub olduğu komandanı dandı
Cəmiyyət 17 Noyabr 2025, 15:01
2765
Baku TV-də yayımlanan Elçin Əlibəylinin aparıcı olduğu verilişin qonağı olan Balakən və Nəsimi rayonlarının sabiq icra başçısı, millət vəkili Nəsib Məhəməliyev maraqlı və təzadlı çıxışı ilə yadda qalıb. Aparıcı Elçin Əlibəylinin “Siz həmin dövrdə işləmisiniz də, iki rayonda, özü də kifayət qədər böyük bir rayonda, sizə də elə bir tapşırıqlar gəlirdimi?” sualına cavab olaraq deyib.
“Yox, mən indi, işdi, o məsələlər qətiyyən, elə bir şey olmayıb. Harda, müəyyən bəzi, eee, gərək, mən məmuram və mənə o qədər də cürət etmirdilər, hansı ki, məsələ, əxlaq məsələsidir, əxlaq məsələsidir, bu gün bizdə Zeynal Nağdəliyev vəzifədədir. Bir Ramiz Mehdiyevin kürəkənini, məsələn mən qəbul etməmişəm. Onun xahişini icra etməmişəm. Başqa qohumlarını yüksək, vəzifəli məmurların, yəni mümkün olmayanları,mən qanunsuz hərəkətləri. Bu gün, mən istər Balakəndə gedəndə, istərsə də bu şəhərdə, Nəsimi rayonunda mən başı dik gəzirəm, eee. Birincisi mənim aldığım təhsil, ondan sonra mən həddindən artıq qanun pərəst olmuşam və qanunlardan çəkinmişəm. Əxlaq məsələləri var. Hər zaman mən, eee, özümün maddi cəhətdən ziyana getmişəmsə, amma hər zaman, arxamda duran siyasi qüvvəni, siyasi komandanın mənafeyini qorumuşam. Hər zaman işçilərdən də tələb edirdim ki, siz fikirləşin ki, siz hansı komandada təmsil olunursunuz. Hətta haqsız şikayətlər olanda belə, o vaxt sizin gücünüz onda olmalıdır ki, siz vətəndaşa izah etməlisiniz onun haqsız olduğu...”.
Təəssüflər olsun ki, Elçin Əlibəylinin Nəsib Məhəməliyev üzərində apardığı məşq və təlim işləri heç bir işə yaramadı. Əgər belə olmasaydı, Nəsib Məhəməliyev də çətiri altına sığındığı adamların dalıyca digərləri kimi yetərincə,ağıllı -başlı danışardı. Aparıcı ilə işimiz yoxdur. Onu başa düşürük. Bu cür çıxışların necə təşkil olunduğunu da biz gözəl bilirik.
Bu, iki rayonda icra başçısı olmuş Milli Məclisə 3 çağırış deputat seçilmiş Nəsib Məhəməliyevin Baku TV-dəki çıxışının mətnidir. Azərbaycan əhalisinin 95%-i Nəsib Məhəməliyev adlı deputat tanımır. O, Milli Məclisdə “lal deputatlar” lojasında əyləşir. Kimsə deyə bilməz ki, Nəsib Məhəməliyev bu günə qədər Milli Məclisdə hansısa bir problem məsələni qaldırıb və həllinə nail olub. Qaldı guya “boz kardinal”ın kürəkəni İlham Əliyevi qəbul etməməsinə, bu barədə sonuncunun məsələyə dair fikrini öyrənib oxucuların nəzərinə çatdıracağıq. Nəsib Məhəməliyevin təhsil məsələsinə gəldikdə isə araşdırma aparıb öyrəndik ki, bu adam ixtisasca dəmiryolçudur. Biz bir daha israr edirik, bu adam Ramiz Mehdiyevin iyi gələn Ziya və Elton Məmmədov qardaşlarının şinelindən çıxıb. Nəsib Məhəməliyevin bəhs etdiyi əxlaq məsələsinə gəldikdə isə, bəli əxlaqlı adam həqiqəti danışar. Birmənalı deyə bilərik ki,Nəsib Məhməliyev isə düz danışmır, onun çıxışı özünümüdafiə xarakteri daşıyır. Nəsib Məhəməliyev bir şeyi anlamalıdır ki, sabiq deputat Əsabil Qasımov kimi O da deyə bilər ki, “boz kardinal” və ya Elton və Ziya Məmmədov qardaşları ilə düşümənəm. Nə faydası... Axı, aidiyyatı orqanlarda hər bir kəsin dosyesi var. Onlar bilir ki, kim kimdir. Haradan gəlib, haraya gedirsən.
Korrupsiya və rüşvət sözünü eşidəndə qulaqlarını tutan, alış-verişin nə olduğunu bilməyən körpə kimi məsum və tərtəmiz insan Nəsib Məhəməliyevin Nəsimi rayonunda 4 obyektinin yerini aşkar etmişik. Yaxın günlərdə həmin obyektlərdən hazırlanmış reportajı və görüntüləri təqdim edəcəyik.
Həmçinin oxuyun
Sonda Nəsib Məhəməliyevin diqqətinə bir məsələni çatdırırıq və hər zaman yadında saxlamasını tövsiyyə edirik. İnsanın gücü onun əqidəsindədir. Əgər, başmaqçı kamil sənətkar olmasa dövlət bundan bir o qədər də ziyan çəkməz, əhali keyfiyyətsiz ayaqqabı geyinər, vəssalam... Amma, siyasətçilər öz borclarını ləyaqət və vicdanla yerinə yetirməsələr məmləkətdə cahil və yaramaz adamlardan ibarət bütöv bir nəsil peyda olar.
Müşərrəfxanım
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
İmişli Mərkəzi Xəstəxanasında RƏZALƏT
İmişlidə Araz çayının vadisində yerləşən qum-çınqıl karxanalarının birində ölüm hadisəsi baş verib.Ehtiyatsızlıq nəticəsində ekskvatorun çınqıl yükləyən kəfkiri oradakı yük avtomobilinin sürücüsü Mənsur Həsənovun başına dəyib.Xəsarət alan dərhal İmişli Rayon Mərkəzi xəstəxanasına çatdırılıb.İddiaya görə,yaralı onu xəstəxanaya gətirən maşında bir müddət qalıb və ona vaxtında təcili yardım göstərən olmayıb.Nəticədə ağır xəsarətlər almış M.Həsənov həyatını itirib.İmişli Rayon Mərkəzi Xəstəxanasının direktoru və baş həkimi vəzifəsini icra edən Şahin Quliyevdən iddiaya münasibət öyrənmək istədik.Əlaqə saxlamaq cəhdlərimiz uğursuz oldu.Xəstəxana rəhbərliyinin mövcud iddiaya mövqeyinə yer ayırmağa hazırıq.Müşərrəfxanım...
17 Noyabr 2025, 15:59
Nazirlik: Tədbirlərə ifaçıların dəvəti proqramın formatından və ifaçının repertuarından asılıdır
Mədəniyyət Nazirliyinin təşkil etdiyi rəsmi tədbirlərdə, konsert proqramlarında çıxış edən ifaçıların seçimi tədbirin formatına, konsepsiyasına, habelə ifaçının repertuar məzmunun bu formata uyğunluğuna əsasən aparılır və müvafiq ekspert qrupunun qərarı ilə təsdiq edilir.Bu barədə nazirlikdən son günlər sosial mediada bəzi sənətçilərin nazirliyin tədbirlərinə dəvət almadıqları barədə müraciətləri barədə sorğusuna cavab olaraq bildirilib.Qeyd olunub ki, incəsənət nümayəndələrinin dövlət tədbirlərində iştirakına şərait yaradılmaması Nazirliyin fəaliyyətinin 2004-2022-ci il dönəmlərini əhatə edib."Buna baxmayaraq, ötən il müəyyən qüvvələr tərəfindən bir daha aktuallaşdırılıb, Nazirlik tərəfindən bu iddialara baxılmış və xidməti yoxlama aparılıb. Araşdırma nəticəsində konkret şəxslərin qanunsuz əməllərini sübuta yetirən faktlar və sübutlar təqdim edilməyib. Bu isə...
17 Noyabr 2025, 15:13
Qənimət Zahidov Baş Prokurorluğa çağırılıb
Qənimət Zahidov Baş Prokurorluğa çağırılıb.CityPost.az xəbər verir ki, bununla bağlı Baş Prokurorluğun rəsmi müraciəti İctimai Televiziyada yayımlanıb.
17 Noyabr 2025, 14:11
Sabahın havası açıqlandı
Noybarın 18-i hava necə olacaq?Noyabrın 18-də gözlənilən hava şəraiti açıqlanıb.Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bakıda və Abşeronda gözlənilən hava şəraitiBakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Günün birinci yarısında bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi səhər cənub-şərq küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 10-14, gündüz 16-19 dərəcə isti olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunundan 768 mm civə sütununa enəcək. Nisbi rütubət 75-85 % təşkil edəcək.Sabah Azərbaycanın rayonlarında hava necə olacaq?Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.Havanın temperaturu gecə 8-12, gündüz 16-21, dağlarda gecə...
17 Noyabr 2025, 12:35
Prezident İlham Əliyev WTDC-25-in iştirakçılarına müraciət ünvanlayıb
Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransının (WTDC-2025) iştirakçılarına müraciət ünvanlayıb.CityPost.az-ın məlumatına görə, müraciəti Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev oxuyub.
17 Noyabr 2025, 10:25
Prezident İlham Əliyev 17 Noyabr - Milli Dirçəliş Günü münasibəti ilə paylaşım edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 17 Noyabr - Milli Dirçəliş Günü münasibəti ilə paylaşım edib.CityPost.az paylaşımı təqdim edir: View this post on Instagram A post shared by @presidentaz
17 Noyabr 2025, 09:25