Bizə yazın

Baku

-°C

USD

-

İcra başçısının balıq sevdası  iflasa uğradı: Çəltik biznesinə keçdi 

Cəmiyyət 19 Noyabr 2025, 12:11

1286

İcra başçısı düyü işinə baxırmış  - YENİ DETALLAR

Ötən həftə Ucar Rayon İcra Hakimiyyəti başçısı Mənsur Məmmədova məxsus olduğu deyilən camış ferması barədə xəbər vermişdik.Yerli sakinlərin verdiyi məlumata görə,icra başçısı rayonun Müsüslü kəndi ərazisində böyük bir ərazini əhatə edən camış ferması yaradıb.Orada Macarıstandan gətiirlmiş xüsusi növ cins camışlar bəslənir.Bu,faktı əməkdaşımıza ərazidə yaşayan sakinlər də təsdiqləmişdi.Məlumat üçün qeyd edək ki,Mənsur Məmmədovun adı mediada Ramiz Mehdiyevin komandasında yer alan məmurlar siyahısında hallanır.Onun bu komandaya sabiq nəqliyyat naziri Ziya Məmmədovun vasitəsi ilə üzv olduğu yazılır.

CityPost.az xəbər verir  ki,qeyd olunan reportaj yayımlandıqdan sonra sayta icra başçısının neqativ əməlləri ilə bağlı bir çox informasiyalar daxil oldu.Məsələni araşdırmaq məqsədi ilə Oxu24.com saytının  əməkdaşı Ucar rayonunda olub.

Yerli sakinlərin bildirdiyinə görə,rayonun ərazisində olan bir çox əkinə yararlı torpaq sahələri icra başçısı Mənsur Məmmədov və onun adamları tərəfindən zəbt edilib.Əldə etdiyimiz məlumata görə,başçı camışçılıqdan savayı bu,torpaqlarda çəltikçiliklə də  məşğul olur.

Rayonun bir çox kəndlərində icra başçısına məxsus çəltik sahələri mövcuddur.

Başçı niyə çəltik əkir?

Yerli mənbənin saytımıza verdiyi məlumata görə,çəltik sahəsinə dövlət tərəfindən daha çox subsidiya ayrıldığı üçün başçı da məhz bu məşğuliyyəti seçib.Rayon sakinlərinin torpaq qıtlığı çəkdiyi bir zamanda geniş sahələr başçının ixtiyarına verilib.İş təkcə bununla bitmir.

İcra başçısı hazırda biçdirdiyi çəltikləri özünün tikib-qurduğu mini  zavodda emal edir və satışa çıxarır.

Əməkdaşımız sözügedən zavodda olub.Əraziyə kənar şəxslərin girişi qadağan edilib.Bura ancaq işçilər daxil ola bilər.Nəzərimizi zavodun ərazisində olan texnikalar,traktorlar çəkdi.Bunlar ki,dövlətə məxsus texnikalardır. Onlar başçının zavodunda nə iş görür?

Mənbəmiz bu suala da cavab verib.Məlumata görə,icra başçısı kənd təsərrüfatı işlərini rayonun  Dövlət Aqrar İnkişaf Mərkəzinin (Red-bundan sonra DAİM) vəzifəli şəxsi Səfərov Rəhman Sadıq oğlu ilə birlikdə görürmüş.Məhz,dövlətin balansında olan həmin texnikalar da bu məqsədlə başçının sərəncamına verilib.Bu,isə ciddi qanun pozuntusudur.Bu haqda daha ətraflı məlumat təqdim edəcəyik.

Başçının kənd təsərrüfatı biznesi bununla da məhdudlaşmır.O,camışları və qoyun sürülərini yemləmək üçün hektarlarla ərazini zəbt edərək,orada yonca,taxıl və bu kimi bitkilər də becərir.Əməkdaşımız həmin ərazilərdə də olub və sözügedən sahələri görüntüyə alıb.

Adının çəkilməsini istəməyən Müsüslü kənd sakini saytımızın əməkdaşı ilə söhbətində bildirib ki,camış ferması yaranan gündən sözün hər mənasında kəndlilərin evi yıxılıb.

“Ay dədə,başçı ferma açan gündən mal-qaramız ac qaldı.Bax,bütün bu torpaqlar onundur.Fermanın arxasında balıq gölü də yaratmışdı.Onun da arxasında Ziya Məmmədovun avtoparkı var.Hamısını zəbt ediblər.Kənd sakinləri ora girə bilmir”,-deyə yerli sakin bildirib.

Əməkdaşımız başçının bir vaxtlar nəzarətində olan süni yaradılmış balıq gölündə də olub.Hazırda balıq gölü nəzarətsiz qalıb.Deyilənə görə,başçı burada xeyli ziyana da düşüb.Balıq əvəzinə,göldə qurbağalar quruldayır...

Qeyd olunanlarla bağlı Ucar Rayon İcra Hakimiyyəti başçısı Mənsur Məmmədova,onun bu kimi  işlərini icra edən şəxs olduğu deyilən birinci müavin Əliş Cəbrayılova telefon zəngi etsək də,zənglərimizə cavab verilmədi.

Oxu24.com yazıda qeyd olunan məsələlərlə bağlı qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırdır.

Hazırladı:Azər 

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Xalq artisti vəfat etdi 

Xalq artisti, 97 yaşlı rəqqasə Roza Cəlilova vəfat edibCityPost.az Bakupost.az-a istinadən xəbər verir ki, hadisə sənətkarın yaşadığı mənzildə - Bakının Səbail rayonunda T. Elçin küçəsi 5 ünvanında qeydə alınıb. Məlumata görə, Roza Cəlilova həkimə çatdırılmadan əvvəl vəfat edib. Faktla bağlı araşdırma aparılır.

19 Noyabr 2025, 10:24

Xankəndi şəhəri və Kərkicahan qəsəbəsinə ilk köçlə bağlı sabah püşkatma olacaq 

Xankəndi şəhəri və Kərkicahan qəsəbəsinə ilk köçlə bağlı sabah püşkatma olacaq.APA-nın əldə etdiyi xəbərə görə, püşkatma Xankəndi şəhəri və Kərkicahan qəsəbəsinə ilk qayıdacaq ailələr arasında keçiriləcək.

18 Noyabr 2025, 23:32

YAXŞI ADAM  

Mənə hərdən elə gəlir ki, yaxşı adam ifadəsi, yaxşı adam anlayışı yavaş-yavaş dilimizdən, orfoqrafiyamızdan silinəcək. Bəlkə də elə insanlar var ki, bu ifadəni sonuncu dəfə nə zaman işlətdiklərini və yaxşı adamla haçan təmasda olduqlarını artıq unudublar. Dostum, tanınmış şair uzun müddət Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitə Aparatında məsul vəzifələrdə çalışmış, mərhum Ramiz Məmmədzadə mən “Yazıçı” nəşriyyatının direktoru olan zaman “İşıq günü” şeirlər kitabının çapı ilə bağlı nəşriyyata gəlmişdi. Məşhur şair Şamxal Rüstəm də mənim yanımda idi. Şamxal bizə Əjdər Olun ona  etdiyi maddi və mənəvi, təmənnasız yaxşılıqlardan danışırdı. Ramiz müəllim, dərhal Şamxalın sözünü kəsib, ağzında qoydu: “Şamxal, sən Allah lazım...

18 Noyabr 2025, 16:15

Ağdamın Xıdırlı kəndinə növbəti köç olub 

Ağdam rayonunun Xıdırlı kəndinə növbəti köç olub.CityPost.az  xəbər verir ki, noyabrın 18-də yola salınan köç karvanı Xıdırlı kəndinə çatıb. Bu mərhələdə Xıdırlı kəndinə 15 ailə - 57 nəfər köçürülüb. Sakinlərə evlərin açarları təqdim edilib.Mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

18 Noyabr 2025, 14:57

Azərbaycanın Mərkəzi Asiya ölkələri üzrə ticarət nümayəndəsi təyin edilib

Səməd Həsənov Özbəkistan Respublikasında yerləşməklə Mərkəzi Asiya ölkələri (Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistan) üzrə ticarət nümayəndəsi təyin edilib.Bu barədə "Report"a İqtisadiyyat Nazirliyindən bildirilib.Qeyd olunub ki, Azərbaycanın Mərkəzi Asiya ölkələri üzrə ticarət nümayəndəsi Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında ticarət-iqtisadi əməkdaşlığın inkişafında, bu ölkələrdə "Made in Azerbaijan" brendinin və Azərbaycandakı investisiya mühitinin təşviqində, ölkəmizin qeyri-neft ixracının artırılmasında önəmli rol oynayacaq.S. Həsənov 1990-cı ildə anadan olub. 2012-ci ildə ümumi iqtisadiyyat ixtisası üzrə Azərbaycan Dövlət İqtisad Universitetini, 2018-ci ildə isə hüquqşünaslıq ixtisası üzrə Belarus Respublikasının Yanka Kupala adına Dövlət Universitetini bitirib.O, 2015-ci ildə əmək fəaliyyətinə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunda (AZPROMO)...

18 Noyabr 2025, 13:37

Sabahın havası açıqlanıb 

Noyabrın 19-da gözlənilən hava şəraiti açıqlanıb.Bu barədə  Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.Mülayim cənub-qərb küləyi əsəcək.Havanın temperaturu gecə 10-14, gündüz 17-22 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunu, nisbi rütubət gecə 80-85 %, gündüz 70-75 % təşkil edəcək.Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.Havanın temperaturu gecə 7-11, gündüz 17-21, dağlarda gecə 0-4, gündüz 7-12 dərəcə isti olacaq....

18 Noyabr 2025, 12:14