“Nəcməddin Sadıkovun sağ əli idi, amma...” - Mərhum generalla bağlı maraqlı FAKTLAR
Cəmiyyət 24 Noyabr 2025, 13:08
140
Azərbaycan Ordusunun mərhum general-mayoru Aleksandr Vasyakın anım günüdür. Onun ölmümdən 4 il ötür.
“Yeni Sabah” generalla bağlı maraqlı məlumatları təqdim edir.
Uzun illər Azərbaycan Ordusunda müxtəlif vəzifələrdə xidmət keçmiş Aleksandr Petroviç Vasyak 1954-cü il noyabrın 26-da Rusiyanın Leninqrad şəhərində anadan olub. O, birinci Qarabağ müharibəsinin ilk illərində ön cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Silahlı Qüvvələrinin mənfur erməni-rus birləşmələrinə qarşı döyüşlərində yuxarı komandanlığın nümayəndəsi kimi döyüş əməliyyatlarının idarə olunmasında aktiv formada qatılıb. A.Vasyak həmçinin 1992-ci ildə Ağdərə istiqamətində ermənilərə qarşı uğurlu əməliyyatlarda şəxsən iştirak edib. General birinci Qarabağ müharibəsindən sonra Müdafiə Nazirliyinin Əməliyyat İdarəsinin rəisi, Hərbi Elmi Mərkəzində məsul vəzifədə çalışıb. Ordudan tərxis olunduqdan sonra Ukraynada yaşayıb. Müdafiə naziri, general-polkovnik Zakir Həsənov onu Bakıya çağıraraq nazirliyin Daxili Təhlükəsizlik İdarəsinin şöbə rəisi vəzifəsinə təyin etmişdi.
A.Vasyak bir müddət sonra yenidən ordu sıralarından tərxis olunaraq bu dəfə Rusiyanın Kaluqa şəhərinə, ailə üzvlərinin yanına getmişdi.
O, 2021-ci il noyabrın 21-də həmin şəhərdə uzun sürən xəstəlikdən vəfat edib. Noyabrın 23-də Bakıda dəfn olunub.
Hərbi bloqçu Tofiq Şahmuradovun sözlərinə görə, A.Vasyak milliyətçə rus yox ukraynalıdır.
A.Vasyakın Birinci Qarabağ müharibəsinin iştirakçısı olduğunu xatırladan T.Şahmuradovun sözlərinə görə, o, 703 saylı hərbi hissədə əməliyyat bölmə rəisi olub:
“Sonra Müdafiə Nazirliyinin Baş əməliyyat idarəsinin rəisi vəzifəsinə təyin olunmuşdu. Uğurlu Horadiz əməliyyatından sonra general-mayor rütbəsi alıb.
Vasyakla birinci müharibəni keçən (köhnə döyüşçülər) zabit heyəti onun haqqında çox yüksək fikirdədirlər. Bu zabitlərin arasında Vətənimizə, ordumuza şərəflə xidmət etmiş, sanballı komandirlər də var. Onların fikri belədir ki, Aleksandr Vasyak bizlə ciyin-ciyinə döyüşüb, onun müharibədə necə iştirak etdiyin biz bilirik”.
Hərbi blokçunun sözlərinə görə, general-polkovnik Səfər Əbiyev müdafiə naziri işlədiyi dövrdə A.Vasyakı Əməliyyat baş idarəsinin rəisi vəzifəsindən azad edib və pensiyaya göndərib: “Aleksandr Vasyak qısa müddətdə vəzifədə qalıb. İşdən çıxarıldıqdan sonra səhhətində yaranan problemlərlə bağlı çox ağır günlər keçirdib, ciddi maddi ehtiyyacları olub, yoxsul həyat yaşıyıb. Həmən vaxtı ona 703-dən döyüş yoldaşları və Azərbaycan Ordusunun Baş Qərargah rəisi Nəcməddin Sadıkov maddi-mənəvi köməkliklər göstəriblər.
Özü bir məsələ danışmışdı. Deyirdi ki, Yeni il günü idi, “Nizami” metrosunun yaxınlığında evində imiş, evdə bayramı qeyd etməyə bir çöp də olmayıb, axşam tərəfi qapı döyülüb, qapını özü açıb görür ki, 703 saylı hərbi hissədən zabit yoldaşı böyük bir səbət bazarlıq gətirib. Vasyak kövrəlir, anasın səsliyir və deyir ki, bəs bayaq Allahın olmadığını söyləyirdin, budur Allah göndərib”.
T.Şahmuradov hesab edir ki, Azərbaycanda gənc nəslin Nəcməddin Sadıkov, Aleksandr Vasyak kimilərinə münasibəti tam fərqlidir: “O cümlədən müharibədən sonra orduya gələn gənc nəsil zabitlərin. Vasyakın Birinci Qarabağ müharibəsi ilə bağlı fəaliyyətinə qiymət verə bilmərəm, çünki danışılanlar əsasında məlumat sahibiyəm.
Səfər Əbiyev müdafiə naziri vəzifəsindən azad olunandan bir qədər sonra Ukraynada yaşayan Aleksandr Vasyak yenidən orduya çağırıldı. Amma ikinci dönəm fəaliyyəti ilə bağlı kifayət qədər məlumatlıyam. O, Nəcməddin Sadıkovun sağ əli idi, Baş Qərargah rəisinin bir çox işlərini görürdü. Ola bilər ki, Nəcməddin ona tam inandığı və işlərin yüngülləşdirmək üçün bəzi işlərini ona həvalə etmişdi.
Həmçinin oxuyun
Məsələn, cəbhə xəttində yerləşən strateji əhəmiyyətli hərbi hissəyə komandir təyin olunması üçün təqdimatı verilən zabitlərlə söhbətləşməni Aleksandr Vasyak aparırdı, o dedisə yaramır, həmin adamın kitabı bağlanırdı.
Korpusun qərargah-rəisi vəzifəsində təyinatlarada Vasyakın rəyi əhəmiyyətli idi.
Baş Qərargah rəisinin tabeçiliyində və ona aid olan işləri Aleksandr Vasyak aparırdı.
Adam həm Baş Qərargah rəisinin katibliyinə, həm də Baş Qərargah rəisinin yanında Kordinasiya İdarəsinə nəzarət edirdi.
Nəcməddin Sadıkovun ətrafında olan Elxan Məcidov, “Şlyapa Zahid” ləqəbli Zahid Niftəliyev, Nəcməddin Sadıkovun general-mayor rütbəli bacısı oğlu Ramin Əsgərov pul məsələrin həll edirdi. Aleksandr Vasyakın kimdənsə pul aldığını eşitməmişəm. Ümumiyyətlə, pula meyilli insan olmayıb. Nəcməddin Sadıkova çox yaxın olub, o birilərinə nisbətdə ən kasıbı Vasyak idi. Qazanmağına buda qazanırdı, amma o birilər kimi biznesmen deyildi.
Ola bilər Vasyak 1990-cı illərin əvvəlində çox savadlı zabit olub, onu tərifləyən dostlarımı da anlıyıram. Həmin vaxt bizdə barmaqla sayılacaq əməliyyat zabiti vardı.
Vasyak Birinci Qarabağ müharibəsində əməliyyatçı kimi fərqlənib, amma muasir döyüş əməliyyatlarının planlaşdırılması-aparılması onluq deyildi. Həm də artıq yaşlanmışdı.
Son dövrlər çıxıb getmək istiyirdi, səhhətində problemlər vardı, Nəcməddin Sadıkova olan borcuna görə qalmışdı, arada çıxıb korpusları yoxluyub, gəzirdi. Onda görmüşdüm. 2019-cu ildə korpuslarda snayper bölüklərinin ləğv olunması ilə bağlı qeyri-rəsmi əmri onun verdiyi deyilirdi. Bəlkə də onun üstünə atdılar.
Aleksandr Vasyak agent olub, Rusiyaya işləyib kimi sözləri qətiyyətlə deyə bilmərəm, çünki bununla bağlı əlimdə fakt yoxdur. Amma ikinci qayıdışında təmsil olunduğu qruplaşma orduya ciddi ziyan vurduğu ortadadır”.
Onun sözlərinə görə, A.Vasyak vəfat edəndə Azərbaycanda Şəhidlər xiyabanında dəfn olunmağı vəziyyət edibmiş: “Ona görə də cənazəsi Bakıya gətirilib dəfn olunub”.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
İş adamı Həcc ziyarətinə getdi -FOTOLAR
“Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri Fərhad Qaraşov Həcc ziyarətinə gedib.CityPost.az xəbər verir ki,iş adamı bu barədə instagram hesabında paylaşım edib.O,paylaşdığı fotoya "Müqəddəs ziyarətdə Uca Rəbbimin hüzurunda olmaq böyük nemətdir. Allah Kəbə Evinin ətrafında təvaf zamanı etdiyim dua və arzuları qəbul etsin. Şükürlər olsun" şərhini yazıb.Qeyd edək ki,Fərhad Qaraşov Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin keçmiş rəisi Arif Qaraşovun oğludur.Həmçinin O,Xocalı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş Milli Qəhrəman Aqil Quliyevin bacısı oğludur.3 iyun 2019-cu ildə Azərbaycan Respublikasının iqtisadi inkişafına verdiyi töhfəyə və sahibkarlığın genişləndirilməsi ilə bağlı dövlət siyasətinin həyata keçirilməsində səmərəli fəaliyyətinə görə...
24 Noyabr 2025, 13:09
İlham Əliyev TDT ölkələrinin qeyri-hökumət təşkilatlarının həmrəylik forumunun iştirakçılarına müraciət edib
Azərbaycan Prezidenti İlham Əliyev Bakıda ilk dəfə keçirilən Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrinin QHT-lərinin Həmrəylik Forumu iştirakçılarına müraciət ünvanlayıb.CityPost.az-ın məlumatına görə, müraciət mətnini Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev oxuyub.Müraciətdə deyilir:"Hörmətli forum iştirakçıları!Sizi Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumunda ürəkdən salamlayıram.Türk dövlətlərinin artan potensialı və qlobal müstəvidə gündən-günə güclənən mövqeyi daha iddialı məqsədlərin qarşıya qoyulmasını, birgə səylərin artırılmasını, bütün sahələrdə əməkdaşlığın dərinləşdirilməsini, çevik mexanizmlərin yaradılmasını zəruri edir. İlk dəfə keçirilən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumu bu istiqamətdə atılmış mühüm addımdır.Regionda və dünyada sülh, təhlükəsizlik, sabitlik,...
24 Noyabr 2025, 11:23
FHN: Bakıda partlayış baş verən ərazidən 7 nəfər xilas edilib
Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində beşmərtəbəli binada partlayış baş verib və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətləri və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.CityPost.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin idarə rəisi Toğrul Mehdiyev deyib. O bildirib ki, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən beşmərtəbəli ofis binasında yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi və dağıntıların yarandığı müəyyən edilib.FHN qüvvələri tərəfindən həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində 7 nəfər xilas edilib, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.Hadisə ilə əlaqədat aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır....
24 Noyabr 2025, 11:10
Baş Prokurorluq: Yasamal rayonundakı yanğınla bağlı istintaq obyektiv və qanun çərçivəsində aparılır
Baş Prokurorluq Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında 3 nəfərin ölümü ilə nəticələnən yanğınla bağlı media və ictimaiyyətə müraciət edib.CityPost.az xəbər verir ki, müraciətdə zərərçəkmiş şəxslərin hüquqları nəzərə alınmaqla, ibtidai istintaqın gedişinə dair qeyri-rəsmi mənbələrdən əldə olunan və dəqiqləşdirilməmiş həssas informasiyaların paylaşılmasının cəmiyyət arasında çaşqınlığa səbəb olduğu, eləcə də istintaqın obyektivliyinə zərər vurduğu diqqətə çatdırılıb."Bütün rəsmi və təsdiqlənmiş məlumatlar qısa zamanda yalnız Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən təqdim olunacaq.Media nümayəndələri və sosial şəbəkə istifadəçilərindən xahiş edirik ki, ibtidai istintaqla bağlı məlumat yayarkən qanunvericiliyin tələbləri rəhbər tutulmaqla, yalnız rəsmi mənbələrə istinad etsinlər, hüquqi əsası və təsdiqi olmayan...
23 Noyabr 2025, 23:11
Bakı-Qazax yolunda nəqliyyatın sıxlığı yaranıb
Bakı-Qazax yolunun 104-cü kilometrində, paytaxt istiqamətində aparılan təmir işləri ilə əlaqədar yaranmış sıxlığın aradan qaldırılması istiqamətində YPX əməkdaşları tərəfindən zəruri bütün tədbirlər görülür.Bu barədə DİN-in Mətbuat xidmətindən bildirilib.Qeyd edilir ki, yol sahəsinə əlavə naryad qrupları ayrılıb. YPX əməkdaşları hərəkətin tənzimlənməsi və təhlükəsizliyin təmin edilməsi məqsədilə gücləndirilmiş rejimdə xidmət aparırlar.
23 Noyabr 2025, 23:04
Sabah 21 dərəcə isti olacaq
Noyabrın 24-də gözlənilən hava proqnozu açıqlanıb.Bu barədə Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib.Bakıda və Abşeron yarımadasında külək əsəcəkSabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 10-14° isti, gündüz 16-20° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 80-85 %, gündüz 70-75 % olacaq.Azərbaycanın rayonlarında arabir duman olacaqNoyabrın 24-də Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 4-9° isti, gündüz...
23 Noyabr 2025, 13:44