İcra başçıları nə qədər maaş alır? - MƏBLƏĞ
Cəmiyyət 19 Noyabr 2025, 23:25
243
Azərbaycan Respublikasında icra hakimiyyəti başçılarının aylıq əməkhaqları inzibati-ərazi vahidlərinin statusu və əhalisinin sayına uyğun olaraq müəyyən edilir.
CityPost.az kredit.az-a istinadla xəbər verir ki, bu sistem bölgələr arasında sosial-iqtisadi fərqləri və idarəetmə məsuliyyətini nəzərə almaq məqsədi daşıyır.
1 mart 2022-ci ildən etibarən icra başçılarının maaşlarına əhəmiyyətli artım tətbiq olunub — həmin tarixdən etibarən əsas maaşın üzərinə 1,5 misli əlavə hesablanır.
İqtisadçı ekspert Natiq Cəfərlinin araşdırmasına görə, hazırda icra başçılarının maaşları aşağıdakı kimidir:
Bakı şəhəri icra başçısı – 7 650 manat
Gəncə və Sumqayıt şəhərlərinin icra başçıları – 5 625 manat
Həmçinin oxuyun
Əhalisi 100 mindən çox olan rayonlar (Abşeron, Masallı, Şəmkir və s.) – 4 587,5 manat
Əhalisi 50–100 min arasında olan rayonlar (Ucar, Lerik, Beyləqan və s.) – 4 225 manat
Əhalisi 50 minədək olan rayonlar (Xızı, Sədərək, Daşkəsən və s.) – 3 837,5 manat
Eyni zamanda, icra başçılarının maaşlarından 14% gəlir vergisi, 3% DSMF ayırması, 2% icbari tibbi sığorta, 0,5% işsizlik sığortası və YAP üzvlük haqqı tutulur.
Qeyd edək ki, 1 mart 2022-dək Bakı şəhəri icra başçısının maaşı 3 060 manat idi. Artım qərarı idarəetmədə motivasiyanın gücləndirilməsi və effektivliyin artırılması məqsədi daşıyır.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Prezident İlham Əliyev Ağdamın işğaldan azad olunmasının ildönümü ilə bağlı paylaşım edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdamın işğaldan azad olunmasının 5-ci ildönümü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.CityPost.az xəbər verir ki, paylaşımda "Zəfər Tariximiz: 20 Noyabr 2020-ci il Ağdam" sözləri qeyd olunub.
20 Noyabr 2025, 00:27
Ağdamın işğaldan azad olunmasından 5 il ötür
Bu gün - noyabrın 20-i Ağdam Şəhəri Günüdür.CityPost.az-ın xəbərinə görə, şəhərin erməni işğalçılarından təmizlənməsindən beş il ötür.Azərbaycanın Vətən müharibəsində qazandığı parlaq qələbə nəticəsində Ağdam bir güllə atılmadan düşmən tapdağından azad olunub.Belə ki, 2020-ci ilin sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusu əzəli torpaqların azadlığı uğrunda genişmiqyaslı əks-hücum əməliyyatlarına başlayıb. Hərbi əməliyyatlar zamanı uzun illər işğal altında olan torpaqlar Azərbaycan Silahlı Qüvvələri tərəfindən kəndbəkənd, qarışbaqarış azad edilib. Azad olunan hər bir kənd isə növbəti yaşayış məntəqəsindən düşmənin qovulması üçün strateji mövqeyə çevrilib.Ağdam düşmən tərəfindən bütünlüklə minalandığından, Ermənistanın işğalçı qoşunlarının əsas hissəsi bu istiqamətdə cəmləşdiyindən və ən möhkəm istehkamların burada quraşdırıldığından Azərbaycan Ordusu hərbi...
20 Noyabr 2025, 00:16
SON DƏQİQƏ! Rəqsanə ev dustaqlığına buraxıldı
Tanınmış müğənni Rəqsanə İsmayılovanın ev dustaqlığına buraxılması ilə bağlı xəbər yayılıb.Manset.az-ın əldə etdiyi məlumata görə, Sabunçu Rayon Məhkəməsinin qərarı ilə bu dəqiqələrdə Rəqsanə İsmayılova barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib.Ətraflı məlumat veriləcək.
19 Noyabr 2025, 17:40
Kamran Əliyev 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib - SƏRƏNCAM
Baş prokuror Kamran Əliyev 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.CityPost.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.Sərəncamla K.Əliyev həmin ordenə Azərbaycanın prokurorluq orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə layiq görülüb.
19 Noyabr 2025, 16:30
Zahid Oruc: Xankəndidə 500-dən çox obyektin sahibkarlara icarəyə verilməsi real iqtisadi dinamika yaradıb
Xankəndidə 500-dən çox obyektin sahibkarlara icarəyə verilməsi real iqtisadi dinamika yaradıb.CityPost.az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentin bugünkü plenar iclasında "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.O bildirib ki, Əmlak Məsələləri Dövlət Xidmətinin məlumatına görə, dövlətin balansında olan 10 minə yaxın qeyri-yaşayış obyektinin yalnız 30 faizinin icarəyə verilməsi iqtisadi rezervləri və büdcə gəlirləri üçün əlavə mənbələri göstərir:"Cəmi iki il əvvəl azad olunan Xankəndidəki iqtisadi canlanma modeli bunu təsdiqləyir. Belə ki, əhali məskunlaşmağı aparılmadığı şəraitdə 500-dən çox obyektin sahibkarlara şəffaf qaydada verilməsi real iqtisadi dinamika yaradıb".Komitə sədri həmçinin qeyd...
19 Noyabr 2025, 16:10
Rüşvət almaqda təqsirləndirilən hərbi komissar və işçilərinə hökm oxunub
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Xəzər rayon idarəsinin rəisi Ramin Şükürov, həmin idarənin Çağırış şöbəsinin baş zabiti Xalid Əzimov və zabiti Emil Nəbiyevin barəsində cinayət işi üzrə məhkəmədə hökm oxunub.CityPost.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edərək Ramin Şükürovun 10, Xalid Əizmovun 9, Emil Nəbiyevin isə 8 il azadlıqdan məhrum edilməsini məhkəmə təklif edib.Prokuror hər üç təqsirləndirilən şəxsin məhkəmə zalından həbs edilməsini istəyib.Təqsirləndirilən şəxslər və vəkillər çıxışları zamanı ittihamları qəbul etmədikləri və məhkəmənin barələrində bəraət hökmü çıxarılmasını istəyib.Prosesdə hökm oxunub. Hökmə əsasən, Ramin Şükürov 4 il sınaq müddəti...
19 Noyabr 2025, 16:07