Bizə yazın

Baku

-°C

USD

-

Bakıda xadimə çalışdığı evdən 50 min manatlıq qızıl oğurlayıb 

Hadisə 21 Noyabr 2025, 14:16

112

Paytaxtın Səbail rayonunda talama cinayəti baş verib.

Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Badamdar qəsəbə sakininin evindən 50 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. Bu barədə zərərçəkən polisə müraciət edib.

Səbail RPİ-nin 41-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlə həmin evdə xadimə kimi çalışan 50 yaşlı M.Abdullayeva şübhəli şəxs qismində müəyyən olunaraq saxlanılıb. Araşdırmalarla onun qızıl-zinət əşyalarını ayrı-ayrı vaxtlarda hissə-hissə evdən oğurladığı müəyyən olunub.

İdarənin 9-cu Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı isə iki vətəndaşın ümumilikdə 2470 manat nağd pul və bank kartlarını oğurlamaqda şübhəli bilinən 21 yaşlı N.İsmayılova da tutulub.

Hər iki fakt üzrə araşdırmalar davam etdirilir

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Bakıda 4 nəfəri cərəyan vuraraq öldürüb 

Bakının Binəqədi şosesində yerləşən restoranın yaxınlığında 4 nəfər cərəyan vurması nəticəsində ölüb.Hadisə bu gün qeydə alınıb.Ölənlərin restoranın əməkdaşları olduğu bildirilir.Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Araşdırma aparılır.Qeyd edək ki, hadisə barədə ilkin olaraq "Qafqazinfo" məlumat yayıb.

21 Noyabr 2025, 13:47

Tural Məmmədov Türkiyəyə qaçdı… “Ada mebel” barəsində cinayət işi başlandı 

Bakı şəhərində “Ada Fabrik” adı altında guya hər növ mebellərin sifarişi və satışı ilə məşğul olan dələduz dəstənin peyda olmasına dair məlumat vermişdik.CityPost.az  xəbər  verir   ki, mebel fırıldaqçılarının toruna düşən Bakı şəhəri,Binəqədi rayonu,Xocasən qəsəbə sakini Azər Orucovun şikayəti əsasında Bakı Şəhəri Binəqədi Rayonu Polis İdarəsinin 40-cı Polis Bölməsinin əməkdaşları işin ilkin təhqiqatını tamamlayıb,istintaqa təhvil verib.Bir daha xatırladaq  ki,xüsusi ilə "tiktok" platformasında bu kimi  hallara geniş rast gəlinir. Belə ki, "Ada Fabrik - mebeldunyasıyedek"  profilində mebellə bağlı müxtəlif cür elanlar paylaşılır."Tiktok" (Bu linkdə) və  "İnstagram"  (Bu linkədə)platformalarında paylaşılan  elanlarda  vətəndaşlara müxtəlif cür mebellər təklif olunur. Bu üsulla vətəndaşları cəlb edən elan...

20 Noyabr 2025, 13:00

200-dən artıq vətəndaşın kart məlumatlarını ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb 

Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları 200-dən artıq vətəndaşın kart məlumatlarını ələ keçirməkdə şübhəli bilinən şəxsi saxlayıb.Bu barədə  Daxili İşlər Nazirliyindən məlumat verilib.Bildirilib ki, kiberpolisin həyata keçirdiyi əməliyyat-texniki tədbir nəticəsində özünü kredit mütəxəssisi kimi təqdim edərək müxtəlif səhifələrdə "sərfəli şərt, az komissiya, zamin tələb olunmadan kreditlərin verilməsi" adı altında insanların pulunu ələ keçirən əvvəllər də eyni əmələ görə məhkum olunmuş 32 yaşlı Kənan Əmirahlı saxlanılıb.Araşdırmalarla məlum olub ki, K.Əmirahlı sosial şəbəkələrdə kampaniya keçirildiyini və güzəştli şərtlərlə kreditlərin verilməsi ilə bağlı elanlar yerləşdirib. Daha sonra ona müraciət edən şəxslərin kart məlumatlarını və onların mobil telefonlarına göndərilmiş "OTP" təhlükəsizlik kodlarını...

19 Noyabr 2025, 16:55

Mebel emalatxanasında 10 nəfərin öldüyü yanğınla bağlı ittiham edilənlərə hökm oxunub 

“Bakı Ağac Emalı” Açıq Səhmdar Cəmiyyətinin (ASC) ərazisində yerləşən mebel emalatxanasında 10 nəfərin ölümü, 23 nəfərin xəsarət alması ilə nəticələnən partlayışla bağlı təqsirli bilinən şəxslərin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.Hökmə əsasən, təqsirləndirilən Tağı İbrahimov və Toğrul Rzayev 6 il müddətinə azadlıqdan məhrum edilib.Qeyd edək ki, ötən ilin yanvarın 15-də paytaxtın Bakının Binəqədi rayonunda “Bakı Ağac Emalı” Açıq Səhmdar Cəmiyyətinin ərazisində yerləşən mebel emalatxanalarında 10 nəfərin ölümü, 23 nəfərin xəsarət alması ilə nəticələnən yanğınla müşayiət olunan partlayış baş verib.Fakt əsasında Baş Prokurorluğun Kriminalistika və informasiya...

19 Noyabr 2025, 14:48

Balakəndə kanalda meyit tapılıb 

Balakən rayonunda kanalda meyit tapılıb.Hadisə noyabrın 17-də Katex kəndində baş verib. Kənd sakini 1967-ci il təvəllüdlü İsmayıl Balayevin üzərində zorakılıq əlamətləri görünməyən meyiti kəndin ərazisində su kanalında tapılıb.Araşdırma aparılır.

18 Noyabr 2025, 14:58

Bakıda 70 min manat və qızıl əşyaları oğurlayan şəxs saxlanılıb - VİDEO 

Paytaxtın Nizami rayonunda yerləşən evlərin birindən oğurluq edilib.CityPost.az DİN-ə istinadən xəbər verir ki, zərərçəkən polisə müraciət edərək naməlum şəxsin mənzilindən içərisində 70 min nağd pul, 8 min manat dəyərində qızıl-zinət əşyaları və şəxsi sənədləri olan seyfinin talandığını bildirib.Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri ilə cinayət əməlini törətməkdə şübhəli bilinən 26 yaşlı Məhəmməd Məcid müəyyən olunaraq saxlanılıb. Araşdırmalarla həmin şəxsin ev sahibinin mənzildə olmadığından istifadə edərək içəri daxil olduğu və seyfi oğurladığı məlum olub. Hadisə zamanı saxlanılan şəxsin cinayətin baş verdiyi ünvana gəliş-gedişi təhlükəsizlik kameraları vasitəsilə də görüntülənib.Faktla bağlı Nizami Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin...

18 Noyabr 2025, 12:36