Bizə yazın

Baku

-°C

USD

-

Tural Məmmədov Türkiyəyə qaçdı… “Ada mebel” barəsində cinayət işi başlandı 

Hadisə 20 Noyabr 2025, 13:00

1300

Bakı şəhərində “Ada Fabrik” adı altında guya hər növ mebellərin sifarişi və satışı ilə məşğul olan dələduz dəstənin peyda olmasına dair məlumat vermişdik.

CityPost.az  xəbər  verir   ki, mebel fırıldaqçılarının toruna düşən Bakı şəhəri,Binəqədi rayonu,Xocasən qəsəbə sakini Azər Orucovun şikayəti əsasında Bakı Şəhəri Binəqədi Rayonu Polis İdarəsinin 40-cı Polis Bölməsinin əməkdaşları işin ilkin təhqiqatını tamamlayıb,istintaqa təhvil verib.

Bir daha xatırladaq  ki,xüsusi ilə "tiktok" platformasında bu kimi  hallara geniş rast gəlinir. Belə ki, "Ada Fabrik - mebeldunyasıyedek"  profilində mebellə bağlı müxtəlif cür elanlar paylaşılır."Tiktok" (Bu linkdə) və  "İnstagram"  (Bu linkədə)platformalarında paylaşılan  elanlarda  vətəndaşlara müxtəlif cür mebellər təklif olunur. Bu üsulla vətəndaşları cəlb edən elan sahibləri pulları öncədən aldıqdan sonra yoxa çıxırlar. Vətəndaşların nömrələrini "qara siyahı"ya salan  səhifə adminləri  bu yolla növbəti qurbanlarını tora salırlar.

Azər  Orucov  bildirib ki,sözügedən şəxslərin qurduğu tələyə düşüb.O,051 593 85 14  "WhatsApp"  nömrəsi ilə əlaqə saxlayıb. 10 ədəd stul,1 ədəd stol üçün qarşı tərəfin  təqdim etdiyi  kart hesabına  750 AZN (Bu hesab Sevda.M adlı şəxsə məxsusdur) və 300 AZN (Bu hesab Vasif. Y  adlı şəxsə məxsusdur) ödəniş edib.

 

Azər Orucovun sözlərinə görə,fırıldaqçılar vətəndaşları inandırmaq üçün hətta,nüfuzlu "ADA" Universitetinin adından da istifadə ediblər.

"Sifarişi götürən şəxs telefon danışığı zamanı  bildirdi ki, “ADA Universiteti”nin nəzdində fəaliyyət göstərirlər. Adlar da  eyni olduğu üçün onlara inandım. İşlətdikləri  "whatsapp" hesabının profil  şəklində də "Ada fabrik"  sözləri əks olunub. 1500 AZN dəyərində 10 stul və 1 stol sifariş verdim.Onların tələblərinə uyğun olaraq əvvəlcə  750 AZN,sonra isə 300 AZN onların təqdim etdiyi kart hesabına ödəniş etdim.Qalan məbləği isə şifahi razılaşmaya əsasən təhvil-təslim zamanı ödəməli idim.Həmin şəxslər indi zənglərimə və mesajlarıma cavab vermir.Telefon nömrəmi “qara siyahı”ya salıblar",-deyə  vətəndaş bildirib.

Şikayətçi onu da bildirib ki,Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsində onun şikayəti nəsasında mebel fırıldaqçıları barədə aparılan işin təhqiqatı tamamlanıb.İş hazırda istintaq mərhələsindədir.Məhkəmənin qərarı əsasında kart sahiblərinin kimliyi bəlli olub.İşin əsas təşkilatçısı Məmmədov Tural Qoşqar isə istintaqdan yayınaraq Türkiyə Respublikasında gizlənib.O,Gədəbəy rayonunun Novoivanovka  kənd sakinidir.

Müşərrəfxanım

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

200-dən artıq vətəndaşın kart məlumatlarını ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb 

Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları 200-dən artıq vətəndaşın kart məlumatlarını ələ keçirməkdə şübhəli bilinən şəxsi saxlayıb.Bu barədə  Daxili İşlər Nazirliyindən məlumat verilib.Bildirilib ki, kiberpolisin həyata keçirdiyi əməliyyat-texniki tədbir nəticəsində özünü kredit mütəxəssisi kimi təqdim edərək müxtəlif səhifələrdə "sərfəli şərt, az komissiya, zamin tələb olunmadan kreditlərin verilməsi" adı altında insanların pulunu ələ keçirən əvvəllər də eyni əmələ görə məhkum olunmuş 32 yaşlı Kənan Əmirahlı saxlanılıb.Araşdırmalarla məlum olub ki, K.Əmirahlı sosial şəbəkələrdə kampaniya keçirildiyini və güzəştli şərtlərlə kreditlərin verilməsi ilə bağlı elanlar yerləşdirib. Daha sonra ona müraciət edən şəxslərin kart məlumatlarını və onların mobil telefonlarına göndərilmiş "OTP" təhlükəsizlik kodlarını...

19 Noyabr 2025, 16:55

Mebel emalatxanasında 10 nəfərin öldüyü yanğınla bağlı ittiham edilənlərə hökm oxunub 

“Bakı Ağac Emalı” Açıq Səhmdar Cəmiyyətinin (ASC) ərazisində yerləşən mebel emalatxanasında 10 nəfərin ölümü, 23 nəfərin xəsarət alması ilə nəticələnən partlayışla bağlı təqsirli bilinən şəxslərin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.Hökmə əsasən, təqsirləndirilən Tağı İbrahimov və Toğrul Rzayev 6 il müddətinə azadlıqdan məhrum edilib.Qeyd edək ki, ötən ilin yanvarın 15-də paytaxtın Bakının Binəqədi rayonunda “Bakı Ağac Emalı” Açıq Səhmdar Cəmiyyətinin ərazisində yerləşən mebel emalatxanalarında 10 nəfərin ölümü, 23 nəfərin xəsarət alması ilə nəticələnən yanğınla müşayiət olunan partlayış baş verib.Fakt əsasında Baş Prokurorluğun Kriminalistika və informasiya...

19 Noyabr 2025, 14:48

Balakəndə kanalda meyit tapılıb 

Balakən rayonunda kanalda meyit tapılıb.Hadisə noyabrın 17-də Katex kəndində baş verib. Kənd sakini 1967-ci il təvəllüdlü İsmayıl Balayevin üzərində zorakılıq əlamətləri görünməyən meyiti kəndin ərazisində su kanalında tapılıb.Araşdırma aparılır.

18 Noyabr 2025, 14:58

Bakıda 70 min manat və qızıl əşyaları oğurlayan şəxs saxlanılıb - VİDEO 

Paytaxtın Nizami rayonunda yerləşən evlərin birindən oğurluq edilib.CityPost.az DİN-ə istinadən xəbər verir ki, zərərçəkən polisə müraciət edərək naməlum şəxsin mənzilindən içərisində 70 min nağd pul, 8 min manat dəyərində qızıl-zinət əşyaları və şəxsi sənədləri olan seyfinin talandığını bildirib.Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri ilə cinayət əməlini törətməkdə şübhəli bilinən 26 yaşlı Məhəmməd Məcid müəyyən olunaraq saxlanılıb. Araşdırmalarla həmin şəxsin ev sahibinin mənzildə olmadığından istifadə edərək içəri daxil olduğu və seyfi oğurladığı məlum olub. Hadisə zamanı saxlanılan şəxsin cinayətin baş verdiyi ünvana gəliş-gedişi təhlükəsizlik kameraları vasitəsilə də görüntülənib.Faktla bağlı Nizami Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin...

18 Noyabr 2025, 12:36

Kapitan həbsdən məktub göndərdi - Generala ağır ittihamlar 

Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin sabiq rəis müavini, general-mayor Raul Zeynalov da daxil olmaqla, 9 nəfərin 3 milyon manata yaxın pulunu ələ keçirmə ittihamı ilə həbs edilən kapitan Ayaz Bayramov istintaq təcridxanasından müraciət ünvanlayıb.Kapitanın 28 vərəqlik yazılı müraciəti “Qafqazinfo”ya göndərilib.FHN-də xidmət etmiş A.Bayramov böyük dələduzluq cinayəti ilə bağlı mühakimə edilsə də, özünü təqsirli bilmir. O, həbsinə görə general Raul Zeynalovu günahlandırır, ilk gündən ona qarşı ittihamları səngimir.Ayaz Bayramovun sözlərinə görə, Raul Zeynalov ona bütün pulları faizə verib. Hətta qardaşı Nofəl Zeynalovu da bu işə qoşub. O deyir ki, sonradan aralarında ticarət yönümlü pul münasibətləri pozulub, elə bunun ardınca...

18 Noyabr 2025, 10:19

Bakıda 15 yaşlı yeniyetmə qətlə yetirilib, saxlanılan var 

Bu gün saat 22 radələrində Yasamal rayonu ərazisində 2010-cu il təvəllüdlü H. Mirzəyev kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib.CityPost.az xəbər verir ki, ona göstərilən tibbi müdaxilələrə baxmayaraq həyatını itirib.DİN-in Mətbuat Xidmətindən bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 2011-ci il təvəllüdlü Ə. Novruzlu saxlanılıb.Araşdırmalar davam etdirilir.

17 Noyabr 2025, 23:16