Bizə yazın

Baku

-°C

USD

-

Prezident İlham Əliyev dərman preparatları istehsalı müəssisəsinin açılışında iştirak edib 

Cəmiyyət 22 Noyabr 2025, 12:09

1709

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Abşeron rayonunun Hökməli qəsəbəsində “Scandens Pharmaceutical Industries Ltd” MMC-nin dərman preparatları istehsalı müəssisəsinin açılışında iştirak edib.

CityPost.az  xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov və baş direktor Kamran Həsənov dövlətimizin başçısına müəssisə barədə məlumat verdilər.

Beynəlxalq standartlara uyğun layihələndirilən müəssisə Almaniya, İsveçrə və İtaliyanın qabaqcıl texnologiya və avadanlıqları ilə təchiz olunub. İl ərzində müəssisədə antibiotiklər, diabetologiya, hepatologiya, kardiologiya, andrologiya, allerqologiya və qastroenterologiya sahələrinə aid təxminən 800 milyon ədəd tablet və kapsul dərman preparatı istehsal olunacaq. İstehsal olunan məhsullar həm daxili bazara çıxarılacaq, həm də gələcəkdə ixrac ediləcək. Müəssisədə 120 iş yeri yaradılıb.

Dəyəri 74 milyon manat olan layihə özəl investisiya hesabına həyata keçirilib. Şirkət İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş investisiya təşviqi sənədi hesabına idxal olunan avadanlıqlara görə 6,5 milyon manat güzəşt əldə edib.

Müəssisənin fəaliyyətə başlaması Azərbaycanın əczaçılıq sənayesində yeni inkişaf mərhələsi kimi qiymətləndirilir. Burada xammaldan hazır məhsula qədər dərman preparatlarının istehsalının bütün mərhələləri həyata keçiriləcək. Yeni müəssisə ölkəmizdə əczaçılıq sənayesinin inkişafına və yerli istehsalın güclənməsinə töhfə verəcək. Yerli və beynəlxalq tələblərə cavab verən rəqabətqabiliyyətli məhsulların istehsalı ölkəmizin ixrac imkanlarını da genişləndirəcək.

Müəssisə, eyni zamanda, əczaçılıq sahəsində peşəkar kadrların hazırlanması və əməli bacarıqların inkişafı üçün baza rolunu oynayacaq. “Scandens Pharmaceutical Industries Ltd” MMC, Azərbaycan Tibb Universiteti, Macarıstanın Peç Universiteti və “Panon Pharma” şirkəti arasında imzalanmış dördtərəfli Memorandum çərçivəsində burada əczaçı və qeyri-əczaçı ixtisasları üzrə qısa və uzunmüddətli təlim və təcrübə proqramlarının həyata keçirilməsi nəzərdə tutulub.

Prezident İlham Əliyev müəssisəni işə saldı.

Müəssisənin damında ümumi gücü 450 kVt/saat olan 710 ədəd Günəş paneli quraşdırılıb ki, enerji sərfiyyatının təxminən 40 faizi bu panellər vasitəsilə ödənəcək.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Ramiz Mehdiyevin  vəzifədə olan daha bir qohumu peyda olub

Boz Kardinalın vəzifədə olan daha bir qohumu peyda olub.Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının prorektorlarından biri, Azərbaycan Respublikası Prezident Administrasiyasının sabiq rəhbəri, hazırda barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Ramiz Mehdiyevin yaxın qohumu Əlikram Abdullayevdir. Citypost.az-ın əldə etdiyi xəbərə görə 84 yaşlı Ə.Abdullayev tədris işləri üzrə prorektor vəzifəsini daşıyır. O, 23.03.1941-ci ildə Şamaxı rayonunun Məlikçobanlı kəndində anadan olub. Müşərrəfxanım  

15 Yanvar 2026, 11:24

Milli Qəhrəman Şahin Tağıyevin cənazəsi bu gün Hərbi Memorial Məzarlıqda dəfn olunacaq 

Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyevla vida və dəfn mərasimi sabah saat 11:00-də keçiriləcək.Citypost.az xəbər verir, bu barədə APA-ya mərhumun ailə üzvləri məlumat verib.O, Hərbi Memorial Məzarlıqda dəfn olunacaq.Qeyd edək ki, Milli Qəhrəmanın cənazəsi bu gün axşam Bakıya gətiriləcək.Xatırladaq ki, əslən Şuşadan olan Şahin Tağıyev 1949-cu il fevralın 3-də Tərtər şəhərində doğulub. O, 2001-ci ildə Azərbaycanı tərk edərək Avropaya köçüb. Şahin Tağıyev İsveçdə qocalar evində uzun sürən xəstəlikdən sonra vəfat edib....

15 Yanvar 2026, 09:50

Bakıdan yola salınan Vaqif Xaçatryandan Ermənistanda İLK AÇIQLAMA 

"Vaqif Xaçatryanın əhvalı yaxşıdır, hazırda vətəni Ermənistandadır və səbirsizliklə qohumları ilə görüşü gözləyir". CityPost.az  Savashmedia.az-a istinadla xəbər verir ki, bunu Ermənistanın səhiyyə naziri Anahit Avanesyan jurnalistlərə açıqlamasında deyib. O əlavə edib ki, Bakıda həbsxanadan Ermənistana gətirilən Vaqif Xaçatryan bu gün xəstəxanaya aparılıb və orada müayinədən keçib. "Hazırda müayinədən keçir. Bilirik ki, onun xroniki ürək xəstəliyi var idi, ona görə də əlavə müayinələr aparmalıyıq. Peşəkar komandamız sonrakı müalicə kursu ilə bağlı qərar verəcək. Hazırda onun vəziyyəti normaldır. Dedi ki, Ermənistanda yaxşıyam", - nazir bildirib. Xatırladaq ki, Azərbaycan və Ermənistan arasında əldə olunmuş ikitərəfli razılığa və humanizm prinsiplərinə uyğun olaraq, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müxtəlif maddələri...

15 Yanvar 2026, 09:44

Azərbaycanda 7 vəkilə xəbərdarlıq edilib 

Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib.Bu barədə CityPost.az-a  kollegiyadan məlumat verilib.Bildirilib ki, iclası giriş sözü ilə açan Kollegiyanın sədri Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti, görülən işlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib.Sonra iclasın gündəliyinə uyğun olaraq vəkilliyə qəbulla bağlı məsələyə baxılıb. Belə ki, ixtisas imtahanlarının yazılı və şifahi mərhələlərini, həmçinin icbari təlim proqramlarını uğurla tamamlayan namizədlər üçün andiçmə mərasimi keçirilib. Namizədlər vəkil etikası normalarına və peşə borcuna sadiq qalacaqlarına dair and içərək Kollegiyanın üzvlüyünə qəbul olunublar. Onlara vəkil vəsiqələri təqdim edilib və gələcək fəaliyyətlərində uğurlar arzulanıb.Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 dekabr 2025-ci...

15 Yanvar 2026, 09:40

Hər səhər içdiyiniz suya bunları əlavə etsəniz tənəffüsünüz dəyişəcək!

Tənəffüs sisteminin sağlam işləməsi ümumi sağlamlıq və həyat keyfiyyəti üçün son dərəcə vacibdir. Ancaq müasir həyat tərzi, hava çirkliliyi, qidalanma pozuntuları və fiziki hərəkətsizlik səbəbindən nəfəs alma qabiliyyətimiz zəifləyə bilər. Bu problemi aradan qaldırmaq üçün mürəkkəb dərmanlara qaçmadan əvvəl daha təbii və gündəlik üsulları sınaqdan keçirmək mümkündür. Bu bloqda hər səhər içdiyiniz adi suya sadəcə bir neçə təbii əlavə etməklə tənəffüs keyfiyyətinizi necə dəyişə biləcəyinizi izah edəcəyik. Bu əlavələr həm nəfəs yollarını təmizləyir, həm bəlğəmi azaldır, həm də ağciyərləri qoruyur. Üstəlik, bu üsullar ev şəraitində asanlıqla və ucuz başa gələn texnikalardır. Səhər su içmək onsuz da bədənin oyanmasına kömək edir;...

14 Yanvar 2026, 23:27

Tək qalmaq istəyi tənbəllik deyil – Bunu necə açıqlayaq?

Tək qalmaq istəyi çox zaman insanlar tərəfindən yanlış başa düşülür və bu vəziyyət tez-tez tənbəllik, sosial bacarıq çatışmazlığı və ya hətta motivasiya yoxluğu ilə əlaqələndirilir. Əslində isə tək qalmaq istəyi insanın daxili ehtiyaclarının, şəxsi enerji idarəsinin və emosional balansının bir hissəsi ola bilər. Hər kəsin sosiallaşma limiti fərqlidir və bu limitin aşılması zehni və emosional yorğunluğa gətirib çıxara bilər. Tək qalmaq, öz düşüncələrinə qulaq asmaq və daxili sükunəti qorumaq yaradıcılığı və məhsuldarlığı artıran vacib bir amildir. Bir çox insan tək qaldığında düşüncələrini təhlil etmək, həyat planlarını gözdən keçirmək və özünü daha dərindən tanımaq imkanı tapır. Sosial cəmiyyətin yaratdığı “həmişə aktiv...

14 Yanvar 2026, 23:25