Ramiz Mehdiyevlə bağlı elmi genetik tədqiqatlara başlanıldı – Onun erməni olduğu sübut olunur - SENSASİYA
Cəmiyyət 22 Noyabr 2025, 13:49
150
Son günlərdə Ramiz Mehdiyev ətrafında etnik mənşə ilə bağlı sübutlar mediada təqdim edilib. Onun həyat yoldaşı Qalina Mehdiyevanın erməni olması və bu amilin Mehdiyevin karyerasında rol oynaması ilə bağlı müxətlif dəlillər cəmiyyətə təqdim edilib.
Araşdırmalar davam etdikcə daha ilginc faktlar ortaya çıxıb. Həmin araşdırmalara görə, Ramiz Ənvər oğlu Mehdiyevin Naxçıvan Muxtar Resublikasının Şərur rayonunun Qarxun kəndində doğulduğu deyilir. Maraqlıdır ki, onun bu kənddə artıq yaxın qohumları qalmayıb. Əldə etdiyimiz məlumatlara görə, Mehdiyevin Qarxun kəndində bir əmisi oğlu yaşayıb və o, Naxçıvan Kooperativ İttifaqının kənd mağazasında işləyib. Onun Ramiz Mehdiyevin həyatına şahid olduğunu iddia edə bilmərik, onunla danışa da bilmərik, çünki dünyasını dəyişib. Bu gün də illərdir həmin kənddə belə bir söz-söhbət dolaşır ki, Ramiz Mehdiyev körpə ikən çamadana qoyulub və qəbiristanlığa atılıb. Buna görə əsl valideynlərinin kimliyi bəlli deyil. Bəzi iddialara görə, Mehdiyevin valideynləri Ermənistandan Naxçıvana köçüblər. Məsələ burasındadır ki, Ramiz Mehdiyevin bioqrafiyasında onun Bakı şəhərində doğulduğu deyilir. Jurnalist, siyasi şərhçi Heydər Oğuzun araşdırmalarına görə isə Naxçıvan ağsaqqalları əsaslı şəkildə şahidlik edir ki, Ramiz Mehdiyevin anası onu Naxçıvana qucağında gətirib. Bununla da Ramiz “Ənvəroviç”in qeyri-rəsmi evlilikdən törəmiş uşaq olduğu sübut edilir. Və bununla da onun heç də Bakıda dünyaya gəlmədiyi dəqiq faktlarla göstərilib.
Digər məlumatlara görə, əslən Şərur rayonunun Qarxun kəndindən olduğu iddia edilən Ramiz Ənvəroviçin atası Ənvər kişi bir ildən sonra səfərbərliyə alınaraq yenicə başlamış Finlandiya-SSRİ müharibəsinə göndərilib. Hansısa səbəbdən ondan uzun illər xəbər alınmayıb. Yoldaşı bu səbəbdən övladını qucağına alıb başqa yerlərə köçüb və oralarda məskunlaşıb.
Heydər Oğuz daha sonra yazır: “Ənvər kişi uzun illərdən sonra vətənə qayıdandan sonra da problemləri bitmir. Sovet hakimiyyəti onun müharibə dövründə düşmənə satıldığından şübhələnirmiş və bu səbəbdən bütün qohum-əqrəbaları qorxularından Ənvər kişi ilə bütün əlaqələrini kəsib. Hətta Ramiz Mehdiyevin özünün də sovet hakimiyyətinin ağır dövrlərində atası barədə danışmaqdan xoşlanmır. Hakimiyyət pillələrində yüksələ bilsin deyə, bir növ ondan imtina edir. (Yeri gəlmişkən, haşiyəyə çıxaraq bildirmək istərdim ki, Ramiz Mehdiyev kadr seçimində də özü kimi atasından imtina edənlərlə işləməyə üstünlük verirdi. Təsadüfi deyil ki, Ramiz “Ənvəroviç”in ən yaxın silahdaşı da (kimdən söhbət getdiyini bildiyiniz üçün özümə əziyyət verib adını çəkmirəm) atasından imtina etmişdi). Beləcə, özü və əsli-kökü barədə şaiyələrin yayılmasına şərait yaradır.
Naxçıvan şəhərində yaşadığı zamanlar anası ağır xəstəlik keçirir və qısa müddətdən sonra həyatla vidalaşır. Uşaq yaşda yetim qalan Ramiz Mehdiyevin internat məktəblərindən birində yetişdirildiyi iddia olunur. Beləcə, valideynlərinin ikisini də müxtəlif səbəblərdən itirən Ramiz Mehdiyevin təlim-tərbiyəsi tamamilə sovet rejiminin ümidinə qalır.
Qısası, ot kökü üstə bitər, Ramiz Mehdiyevin atası da özü kimi vətənə xəyanətdə şübhəli bilinirmiş”.
Qeyd edək ki, KONKRET.az-ın Araşdırma Qrupuna daxil olan səhih məlumatlarda deyilirdi ki, Ramiz Mehdiyevin həyat yoldaşı Qalina Yuryevna erməni əsillidir. Onun qondarma tərcümeyi-halında 15 fevral 1944-cü ildə Gürcüstanın Poti şəhərində gürcü ailəsində anadan olduğu deyilsə də, Qalina Yuryevnanın anası ermənidir. O, özü də bunu dəfələrdə yaxın qohumlarının, ətrafının yanında fəxrlə bildirib. Atasının gürcü, anasının erməni olduğu ailə çox kasıb olub. Alina Manukyanın qızı Qalina 1960-1965-ci illərdə Suxumi Dövlət Universitetində təhsil alıb. Ramiz Mehdiyevlə ikinci ailə həyatından sonra Azərbaycana köçüb və bir müddət sonra ad və familiyası dəyişdirilib. Nədənsə sonralar Qalina Mehdiyevanın anasının ad və soyadı Natela Qurskaya kimi rəsmiləşdirilib. Onun dəfnində erməni dilində ağı deyildiyi şahidlərin ifadəsi ilə təsdiqlənib.
Əlbəttə, dərin elmi-genetik tədqiqatlar, akademik genealogiya analizləri və ya rəsmi arxiv sənədləri hələ ki, media üçün əlçatmazdır. Ümid edirik ki, bu istiqamətdə dövlətinin müvafiq qurumları da hərəkətə keçəcək.
Həmçinin oxuyun
Amma bəzi mənbələrdə soyadlar, ailə tarixçəsinin qarışdırılması sübuta yetirilib. Çünki Ramiz Mehdiyevin etnik mənşəyinin mürəkkəb olduğunu onun Qarxun kəndində olan yaxın qohumları da vaxtilə təsdiqləyib.
Antropoloji quruluşuna görə də Mehdiyevin yaxın qohumları ilə heç bir oxşarlığı yoxdur. Belə bir informasiya var ki, Ramiz Mehdiyevlə bağlı elmi antropometriya (üz strukturu, genetik test) tədqiqatlarına başlanıb. Çünki ictimaiyyətə açıq genetik test nəticələri, arxiv sənədləri və ya tarixçilərin konsensus hesabatları da vacibdir.
Prezident Administrasiyasına rəhbərlik etdiyi dövrlərdə onun millətçilik ideyaları ilə bağlı öz dəst-xətti olub, xüsusən də beynəlmiləlçilik adı altında Azərbaycanda 30 min erməninin yaşaması haqqında jurnalistlər qarşısında həvəslə danışması hələ də yaddan çıxmayıb. Bu gün Ramiz Mehdiyevlə bağlı ciddi cinayət ittihamları – dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirmə, cinayət yolu ilə varlanma maddələri onun erməni millətindən olduğu barədə məlumatların daha sürətlə yayılmasına rəvac verib ki, bu da anlaşılandır. Yəqin ki, biz 2026-cı ildə Ramiz Mehdiyevin tamamilə erməni olması ilə bağlı elmi və tarixi faktların da şahidi olacağıq.
Azərbaycan dövlətçiliyinə qarşı yalnız erməni xislətli adamlar, milli mənsubiyyəti müəmmalı olanlar məhz belə dəhşətli cinayətlər törədə bilər. Araşdırma qrupuna onun bir cinayət əməli ilə bağlı yeni bir məlumat daxil olub. Belə ki, 2012-2013-cü illərdə onun malikanəsinin geniş zirzəmisində saxlanılan yüz minlərlə dollar pulu siçovullar tərəfindən yeyilib. Bu barədə Ramiz Mehdiyevə məlumat verildikdə dərhal qərar qəbul olunub. Belə ki, cənab Mehdiyev zədələnmiş və yeyilmiş pullarının dəyişdirilməsi üçün Azərbaycan Beynəlxalq Bankının o vaxtkı rəhbəri Cahangir Hacıyevə zəng edib. Cahgangir Hacıyev dövlətə xəyanət edərək külli miqdarda pulu dəyişərək Ramiz Mehdiyevə yeni əskinasları maşınlarla daşıtdırıb.
Qeyd edək ki, 2015-ci ildə neftin qiymətinin sürətlə düşməsi Beynəlxalq Bankda yoxa çıxan, yeyilən və “yuyulan” milyardları ortaya çıxardıb. C.Hacıyevin və yaxınlarının Ramiz Mehdiyevin pullarının Rusiyaya daşınması Gürcüstan vasitəsilə həyata keçirilib. Həmin pulların bir qismi Ənvəroviçin Moskvadakı himayədarlarına, digər qismi isə Moskvada supermarketlər şəbəkəsi açmasına yönəldilib. O dövrdə “Kommersant” qəzeti yazırdı ki, ABB-Moskva bankı tərəfindən maliyyələşdirilən kredit layihəsi çərçivəsində iki il ərzində Rusiyanın iri şəhərlərində “Setka” adlı supermarketlər şəbəkəsi yaradılacaq. Burada Ramiz Mehdiyev də payı olduğu çox sonralar üzə çıxdı.
KONKRET.az-ın ARAŞDIRMA QRUPU
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Prezident İlham Əliyev dərman preparatları istehsalı müəssisəsinin açılışında iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Abşeron rayonunun Hökməli qəsəbəsində “Scandens Pharmaceutical Industries Ltd” MMC-nin dərman preparatları istehsalı müəssisəsinin açılışında iştirak edib.CityPost.az xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov və baş direktor Kamran Həsənov dövlətimizin başçısına müəssisə barədə məlumat verdilər.Beynəlxalq standartlara uyğun layihələndirilən müəssisə Almaniya, İsveçrə və İtaliyanın qabaqcıl texnologiya və avadanlıqları ilə təchiz olunub. İl ərzində müəssisədə antibiotiklər, diabetologiya, hepatologiya, kardiologiya, andrologiya, allerqologiya və qastroenterologiya sahələrinə aid təxminən 800 milyon ədəd tablet və kapsul dərman preparatı istehsal olunacaq. İstehsal olunan məhsullar həm daxili bazara çıxarılacaq, həm də gələcəkdə ixrac ediləcək. Müəssisədə 120 iş yeri yaradılıb.Dəyəri 74 milyon manat olan layihə...
22 Noyabr 2025, 12:09
Yasamaldakı yanğında 3 nəfər öldü - Rəsmi açıqlama
TƏBİB Yasamalda yaşayış binasında baş verən yanğınla bağlı açıqlama yayıb.CityPost.az xəbər verir ki, açıqlamada deyilir:“Təcili tibbi yardım briqadası tərəfindən 15 nəfərə ilkin tibbi xidmət göstərilib və tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.Bu ana qədər ümumilikdə 20 nəfər (5 nəfər özü müraciət etməklə) Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub, onlara zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir.3 nəfərin isə həkiməqədər ölüm faktı qeydə alınıb”....
21 Noyabr 2025, 23:50
DTX-nin Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sistemi yaradılır
Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sisteminin yaradılması ilə əlaqədar Fərman imzalayıb.CityPost.az-ın məlumatına görə, Fərmana əsasən, yaradılacaq sistem MİRAS adlandırılacaq.Fərmanda qeyd olunub ki, DTX MİRAS-ın formalaşdırılması, aparılması, fəaliyyətinin təşkili və inkişaf etdirilməsi, həmçinin ondan səmərəli istifadənin təmin edilməsi üçün zəruri tədbirlər görməlidir.Dövlət başçısı Dövlət Təhlükəsizliyi Xidmətinin Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sistemi haqqında Əsasnaməni də təsdiq edib.Əsasnamədə göstərilir ki, MİRAS-ın formalaşdırılmasının məqsədi Xidmətin "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında", "Əməliyyat-axtarış fəaliyyəti haqqında", "Terrorçuluğa qarşı mübarizə haqqında", "Dövlət sirri haqqında", "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikasının qanunları və digər normativ hüquqi aktları ilə müəyyən edilmiş hüquq...
21 Noyabr 2025, 16:46
Mənzər Nurəliyevaya çətir tutan general kimdir? - Sən demə Mənzərin xanımı da var imiş...
Son günlər Mədəniyyət Nazirliyi ətrafında skandallar yaşanır.İş o yerə şatıb ki,sənət adamlarının bir qismi Nazirliyin bir neçə əməkdaşına qarşı sözün əsl mənasında müharibə elan edib.Şikayətçilərin bir neçə nəfər olması onların haqlı tərəf kimi görünməsini gücləndirir.Sənət adamlarının arqumentlərinə qarşı tərəf isə şablon açıqlamalarla cavab verməklə işini bitirmiş hesab edir.Belə olan halda rəsmi durum çətin vəziyyətə düşür və debatlarda sənət adamlarına uduzur.Dünən Baku TV-nin efirində yayımlanan "Aktual Gündəm" verilişində olduğu kimi...Verilişdə Mədəniyyət Nazirliyini təmsil edən şəxslərin sənətçilərin sərt sualları qarşısında aciz qaldığı açıq-aşkar görünürdü.Efirdə verilən suallardan biri də münasibətlərin bu həddə çatmasına səbəbkar kimi göstərilən Mənzər Nurəliyevanın kimliyi və təhsili idi.Buna da cavab verilmədi...CityPost.az xəbər...
21 Noyabr 2025, 14:21
Daxili işlər naziri Gürcüstana səfər edib, birgə saziş imzalanıb
Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov noyabrın 21-də Gürcüstana səfər edib.DİN Mətbuat Xidmətindən CityPost.az-a bildirilib ki, nazir Vilayət Eyvazov Tbilisidə Gürcüstanın daxili işlər naziri Geka Geladze ilə görüşü olub.Görüşdə ölkələrin Daxili İşlər nazirlikləri arasında ikitərəfli əlaqələr, hər iki xalqın maraqlarına uyğun olaraq təhlükəsizlik məsələləri müzakirə edilib.Səfər çərçivəsində nazirliklər arasında qarşılıqlı informasiya mübadiləsi, əməkdaşlıq və birgə təhlükəsizlik tədbirlərinə dair saziş imzalanıb....
21 Noyabr 2025, 13:22
Hesablama Palatasının xərclər smetası sabit saxlanılıb
Hesablama Palatasının 2026-cı il üçün xərclər smetası 11 milyon 455 min 897 manat təşkil edəcək.CityPost.az-ın məlumatına görə, 2025-ci ildə xərclər smetası eyni həcmdə olub.Gələn il əməyin ödənişinə 9 milyon 915 min 236 manat nəzərdə tutulub.Hesablama Palatasının əməkdaşlarının ölkədaxili ezamiyyətləri üçün 60 min manat, xarici ölkələrə ezamiyyətləri üçün isə 150 min manat proqnozlaşdırılıb.
21 Noyabr 2025, 13:01