Bizə yazın

Baku

-°C

USD

-

Görkəmli şəxsi itirdik

Cəmiyyət 10 Yanvar 2026, 14:17

558

Azərbaycan elminə və ali təhsilinə uzun illər töhfə vermiş tanınmış alim, professor Mustafa İslam oğlu Qarayev vəfat edib.

CityPost.az  xəbər verir ki, 90 yaşlı professor bu gün dünyasını dəyişib. 

Mustafa Qarayev 20 oktyabr 1936-cı ildə Laçın rayonun Minkənd  kəndində  anadan olub. 1945-1955-ci  illərdə elə həmin kəndin orta məktəbində təhsil alıb.

1956-cı ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinə qəbul olunub və 1961-ci ildə həmin fakültənin Riyaziyyat ixtisasını bitirib.

Əmək fəaliyyətinə 1961–1966-cı illərdə Azərbaycan Elmlər Akademiyasının Elmi Tədqiqat Energetika İnstitutunda elmi işçi kimi başlayan Mustafa Qarayev, 1966-cı ildən etibarən D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) “Riyaziyyat” kafedrasında müəllim kimi çalışıb.

O, 1975-ci ildə dissertasiya işini müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsini alıb, 1982-ci ildə dosent, 2005-ci ildə isə professor seçilib. Uzun müddət Azərbaycan Dövlət İqtisad Universitetinin “Riyaziyyat” kafedrasının müdiri vəzifəsində çalışıb.

Mustafa Qarayev 50-yə yaxın elmi məqalə, metodik göstəriş və dərs proqramının müəllifi idi. Onun pedaqoji və elmi fəaliyyəti dövlət tərəfindən də yüksək qiymətləndirilib. Belə ki, 2005-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Əməkdar müəllim” fəxri adına layiq görülüb, 2006-cı ildə “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilib. 2010-cu ildə isə İqtisad Universitetinin 80 illik yubileyi münasibətilə “Universitetin Qızıl Yubiley” medalı ilə mükafatlandırılıb.

Mustafa Qarayev ailəli idi, dörd övladı var.

Qeyd edək ki, Mustafa Qarayevin qardaşı Azərbaycan Dövlət Tibb Universitetinin mərhum professoru Zöhrab Qarayevdir. Musatafa Qarayev qardaşının yanında, Görədil qəbiristanlığında dəfn ediləcək.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Fazil Mustafa Amil Xəlilin müdafiəsinə qalxdı

Audiovizual Şurası dekabrın 25-i “Space TV”də yayımlanan “Gəl, danış!” proqramında aparıcının çıxışına görə (“Media haqqında” Qanunun 14.1.4-cü maddəsinin tələbləri pozulduğundan) yanvarın 14-ü saat 12:00-dan saat 15:00-dək yayımının 3 saatlıq dayandırılması barədə qərar verib.CityPost.az  xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa sosial şəbəkə hesabında paylaşıb. "Tamamilə yanlış qərardır. Şəxsən tanımasam da, verilişlərindən istedadını və cəfakeşliyini qiymətləndirdiyim Amil Xəlil ictimai əxlaqın qorunması istəqamətində cəsarətli fikir söyləyib, şəxsən kimisə hədəfə almayıb və tövsiyyəsi də sağlam məntiqə dayanır. Cəmiyyətdə baş verən əxlaqi deqradasiyanı jurnalistin dilə gətirməsinə qarşı bu cür addımlar zərərlidir. O halda kim danışacaq bu neqativləri, kim insanlara doğru fikirləri aşılayacaq? Söyüş...

10 Yanvar 2026, 23:06

Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq 

Azərbaycanın avtomobil yollarında yanvarın 11-də müşahidə ediləcək vəziyyət açıqlanıb.Bu barədə  Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Belə ki, dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı ehtimalı var.

10 Yanvar 2026, 17:26

İsrail XİN rəhbəri Azərbaycana səfər edəcək 

İsrailin xarici işlər naziri Gideon Saar yanvarın 26-da Azərbaycana səfər edəcək.Bu barədə Azərbaycan-İsrail Alyansı AIA Global məlumat verib.Səfər proqramında bir sıra görüşlər, o cümlədən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla danışıqlar planlaşdırılıb.Məlumata görə, Bakıdan sonra Gideon Saar Qazaxıstana gedəcək.

10 Yanvar 2026, 16:58

FHN güclü küləklə bağlı əhaliyə xəbərdarlıq edib 

Fövqəladə Hallar Nazirliyi yaxın günlərdə bəzi ərazilərdə gözlənilən güclü küləklə bağlı əhaliyə müraciət edərək təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırıb.Bu barədə CityPost.az  nazirliyin rəsmi saytına istinadən xəbər verir.Qeyd edilib ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur.Həmçinin, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir....

10 Yanvar 2026, 15:07

Kameraları sındırıb ödəmə terminallarından oğurluq edirmiş - Analoji cinayət 

Ağcabədi rayonu Taxta Körpü qəsəbəsində yerləşən maǧazaların birində quraşdırılan ödəmə terminalından pul və tütün məmulatlarının oǧurlanması, həmçinin mağazanın müşahidə kameralarının yaddaş qurğusunun sındırılması barədə polisə məlumat daxil olub.DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan  verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə oğurluq əməlini təqsirli bilinən Nahid Süleymanov saxlanılıb.Onun analoji əməli Bərdə rayonunda yerləşən mağazada da törətdiyi müəyyən edilib.Faktla bağlı Laçın Rayon Polis Şöbəsində cinayət işi başlanılıb .Məhkəmənin qərarı ilə N.Süleymanov barəsində həbs qətimkan tədbiri seçilib.Araşdırmalar davam etdirilir....

10 Yanvar 2026, 14:38

Sabah hava necə olacaq?

Azərbaycanda yanvarın 11-də havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.Bu barədə CityPost.az-a  Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman, az çiskin olacaq. Şimal-qərb küləyi səhər arabir güclənən cənub-qərb küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 3-5, gündüz 11-16 dərəcə isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 759 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 80-85 %, gündüz 65-70 % təşkil edəcək.Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.Havanın temperaturu gecə 0-5, gündüz 12-17...

10 Yanvar 2026, 12:38