Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
Cəmiyyət 13 Yanvar 2026, 19:25
215
Hazırda Bakıda müşahidə edilən yağmurlu hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.
CityPost.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatında bildirilib.
Həmçinin oxuyun
Qeyd edilib ki, bununla bağlı Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib. Eyni zamanda bütün tablolarda “sürüşkən yol” işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Bir ay öncə təyin edilən başçı buna görə işdən çıxarılıb
Bakının Nəsimi rayonunun ayyarımlıq icra başçısı Elxan İbrahimovun işdən çıxarılmasının təfərrüatı məlum olub.Axar.az-ın əldə etdiyi məlumata görə, E.İbrahimovun işdən azad edilməsinə səbəb iş adamlarından böyük məbləğdə pul tələb etməsi olub.Bildirilir ki, yeni vəzifəsinə təyin olunan kimi Elxan İbrahimov məşhur “Ağçiçəyim” mağazalar şəbəkəsinin üzərinə 200 min manat öhdəlik qoyub.Şirkət rəhbərliyi də buna görə ölkə rəhbərliyinə şikayət edib. Ölkə başçısı isə dərhal qərarını verib.Qeyd edək ki, Elxan İbrahimov Azərbaycam Prezidenti İlham Əliyevin 2025-ci il 12 noyabr sərəncamı ilə Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmiş, dekabrın 29-də isə vəzifəsindən azad olunmuşdu....
13 Yanvar 2026, 20:28
Prezident: Hər ay Qarabağa qayıdan vətəndaşların sayı artır
Son iki il ərzində, - antiterror əməliyyatından sonra, - 2023-cü ildən bu yana bütün bu bölgələrdə - Ağdərədə, Xocalıda, Xankəndidə, Xocavənddə həyat bərpa edilir.CityPost.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Ağdərənin Aşağı Oratağ, Çıldıran, Heyvalı və Çapar kəndlərinin sakinləri ilə görüşdə bildirib.Beş il bundan əvvəl vaxtilə işğal altında olmuş digər ərazilərə köçkünlərin qayıtmağa başladıqlarını vurğulayan dövlət başçısı deyib ki, bu gün artıq 73 min insan - həm keçmiş köçkün, həm də ki, köçkün olmayan, amma azad edilmiş ərazilərdə işləyənlər, çalışanlar, oxuyanlar yerləşiblər və hər ay Qarabağa qayıdan vətəndaşların sayı artır....
13 Yanvar 2026, 19:46
General təqaüdə göndərildi
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini, general-mayor Aqşin Kazımov vəzifəsindən azad olunub. CityPost.az Qaynarinfo-ya istinadən xəbər verir ki, general-mayor Aqşin Kazımov vəzifəsindən azad olunaraq, son yaş həddi (60 yaş) ilə əlaqədar təqaüdə göndərilib. Bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.Qeyd edək ki, general-mayor Aqşin Kazımov 2024-cü ilin dekabr ayında Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi vəzifəsindən azad olunaraq, Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini təyin olunmuşdu. ...
13 Yanvar 2026, 18:54
Adnan Əhmədzadə ilə bağlı məhkəmədən YENİ QƏRAR
Adnan Əhmədzadənin həbs müddəti uzadılıb.SOCAR-ın İnvestisiya Departamentinin sabiq rəhbər müavini Adnan Əhmədzadə ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.CityPost.az xəbər verir ki, bununla bağlı təqdimata Səbail Rayon Məhkəməsində baxılıb və qərar qəbul edilib.Qərara əsasən, Adnan Əhmədzadə barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.Qeyd edək ki, Adnan Əhmədzadə ötən ilin sentyabr ayında DTX-nin keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.Adnan Əhmədzadə iqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur.Mənbə:APA...
13 Yanvar 2026, 18:48
Bakı-Sumqayıt sakinləri üçün BƏD XƏBƏR - Qiymət....
Yanvarın 17-dən Bakı-Sumqayıt istiqamətində fəaliyyət göstərən 594 və 595 nömrəli ekspres marşrutlarında gedişhaqqı 10 qəpik artırılaraq 90 qəpik təşkil edəcək.Bu barədə Citypost.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.Belə ki, 594 və 595 nömrəli marşrutlar artıq əsas müntəzəm xətlərə alternativ kimi fəaliyyət göstərəcək. Sözügedən marşrutlar istifadəyə verildikdə həmin istiqamətdə alternativlər az idi. Hazırda isə bu istiqamət üzrə yeni yaradılmış 500 və marşrutu uzadılmış 503 nömrəli avtobuslar ötən ildən iki şəhər arasında əsas tələbatı qarşılayır. Bu marşrutlarda tarif dəyişilmir və 80 qəpik səviyyəsində qalır. Bu xətlərdə hazırda ekoloji təmiz CNG mühərrikli və müasir BMC markalı ümumilikdə 41 avtobus istismar olunur.Qeyd edilib ki,...
13 Yanvar 2026, 16:30
ƏHMƏD RƏCƏBLİ KİMDİR?
ƏHMƏD RƏCƏBLİ – bu ad və soyadı eşidəndə insanların əksəriyyəti Bakının Nərimanov rayonu ərazisində yerləşən məşhur küçəni xatırlayırlar. CityPost.az xəbər verir ki, Mircəfər Bağırovun səhvən həbs etdirdiyi, azərbaycanlı polimat, bioloq, seleksiyaçı alim, genetik polessor, akademik Əhməd Rəcəblidən gedir söhbət. O, 1898-ci ildə İrəvanda anadan olub. Azərbaycan Xalq Cumhuriyyətinin Avropaya göndərdiyi 100 tələbədən biri olub. Altı dildə danışmağı bacaran Əhməd Rəcəbli peruca Ali Kral Aqrar İnstitutunu bitirib. Azərbaycana qayıdıb. Zaqatalada Kənd Təsərrüfatı Texnikumunu yaradıb, tütünçülük və meyvəçilik sahəsində ixtiralar etməklə aqrar elminə yeniliklər gətirib. 1937-ci ilin repressiyası Əhməd Rəcəblidən də yan keçməyib. Belə ki, “xaricdə oxumuş” “şübhəli keçmişi olan” Əhməd Rəcəbli həbs...
13 Yanvar 2026, 15:15