Əliş Lənbəranskinin sevgilisi Nərgiz Xəlilova barədə HƏQİQƏTLƏR
Cəmiyyət 13 Yanvar 2026, 13:39
2079
Böyük bəstəkar və ictimai xadim Üzeyir bəy Hacıbəylinin dəfn mərasimində cənazənin yanında fəxri qaraulda dayanan məktəb şagirdi olan, arıq və çəlimsiz qızcığaz ordakıların diqqətini cəlb etmişdi. Bəs, kim idi sonradan hamının Nərgiz Xəlilova kimi tanıyacağı bu qızcığaz.
CityPost.az sözügedən xanımla bağlı maraqlı araşdırma aparıb.
Deyilənlərə görə yetkinlik çağında Bakıda Nərgizin həsrətini çəkənləri sayıb qurtarmaq belə mümkünsüz imiş. Nərgiz o qədər gözəl imiş ki, O, küçəyə çıxan zaman bütün diqqətləri cəlb etdiyindən, hətta avtomobil qəzaları qaçılmaz olurmuş.
Nərgizin atası Ramazan Xəlilov Tiflisdə yaşayıb. O, avar knyazının oğlu idi. İxtisasca jurnalist olan Ramazan 1930-cu ildə “Bakınskiy raboçiy” qəzetinin müxbiri kimi Leninqradda (indiki Sankt-Peterburq şəhərində) çalışır və orada da Nərgizin anası Elvira xanımla ailə qurur. Nərgiz də elə bu şəhərdə anadan olur. Böyük Vətən Müharibəsi bitdikdən sonra Nərgiz anası ilə birlikdə atasının yaşadığı Bakıya gəlir və onlar bir müddət bəstəkar Üzeyir bəy Hacıbəylinin evində məskunlaşırlar.
Ona görə ki, Nərgizin ata nənəsi Üzeyir bəylə M.Maqomayevin həyat yoldaşlarının bacısı idi. Həddən ziyada gözəl və cəlbedici olmasına baxmayaraq Nərgizin ailə həyatı uğursuz olub. Qayğısız uşaqlıq həyatı yaşayan Nərgiz çox hörmətli bir ailədən olan gənc və yaraşıqlı mühəndis Məlik Axundovla evlənir. M.Axundovun anası tibb elmləri doktoru, atası isə Azərbaycan SSR-nin Səhiyyə naziri idi.
Lakin, bir neçə il sonra Nərgiz və Məlik yollarını ayırmalı olublar. Səbəb kimi onların xasiyyətlərinin uyuşmazlığı və Məlikin Nərgizə qarşı amansız qısqanclıq etməsi göstərilir. Boşanandan sonra Nərgiz atası evinə qayıdır. O təkcə gözəlliyi ilə deyil, həm də geyim stili ilə də diqqətləri cəlb edirdi.
M.Maqomayev ona qastrollarda olduğu xarici ölkələrdən ən müasir dəblərə uyğun, zövqlü geyimlər gətirirdi. Bakıda şalvarlı kostyumu ilk dəfə məhz Nərgiz geyinir. Bu dəfə o varlı tat yahudilərindən birinin oğlu, qardaşının ortağı Slavik Aqoronov ilə tanış olur.
Həmçinin oxuyun
Slavik Nərgizi dəlicəsinə sevir və onlar bir müddət vətəndaş nikahı ilə ər-arvad kimi yaşayırlar. Daha sonra cütlük Moskvaya köçmək qərarına gəlirlər. Bütün problemlərin kökü də bax, bu köçdən sonra əmələ gəlir. Orada Slavik valyuta tacirlərinə qoşulur, əcnəbilərlə tanış olur və sovet rublunu sərfəli qiymətə valyutaya çevirməklə məşğul olur. Həmçinin Bakıya dəbli və tapılmayan mallar gətirərək hədsiz baha qiymətə satışını təşkil edir.
Əvvəlcə O, tək işləyir, sonra isə şəbəkə şəklində işləməyə qərar verir. Onun başçılıq etdiyi şəbəkə valyuta ilə bərabər, həm də qızıl alıb xaricə satmaqla məşğul olur. Yaxınlarından və qohumlarından heç biri Nərgizin və Slavikin Moskvada nə işlə məşğul olduqlarını bilmirdilər. Nərgiz ailəsinin gördüyü işi hamıdan gizlədir. Məcburiyyət qarşısında yaxınlarına yalan satır ki, guya O, Moskvada dissertasiya üçün material üzərində işləyir. Əri Slavik isə Beynəlxalq Münasibətlər İnstitutunda oxuyur.
Günlərin birində isə cütlük şübhəli şəxs kimi saxlanılır. Onların Bakıdakı və Moskvadakı mənzillərində axtarışlar aparılır və hər şey müsadirə olunur. Beləcə, Nərgiz Xəlilova valyuta ticarətində ittiham olunur və 8 il həbs cəzasına məhkum edilir. O, təyin edilən cəzanın ilk üç ilini Rusiyanın Lefortovo həbsxanasında, qalan beş ili isə Bakıdakı ümumi rejimli qadın həbsxanasında çəkir. Nərgiz ələ keçən dəstə üzvlərinin - Slavikin yoldaşlarının sadəcə adlarını bilirdi.
Amma hüquq mühafizə orqanları onun özünü də qrupla əlaqədə günahlandırırdı. Bakı gözəlinin sonrakı taleyində də baş verənlər diqqət çəkən məqamlarla zəngindir. Belə ki, DTK-nin müstəntiqi evli və iki qız atası olan İsa Qeşveld Nərgizi həbsxanaya düşməzdən əvvəl tanıyırmış və sən demə gizlicə ona aşiq imiş. Elə azadlığa çıxan kimi O, Nərgizə ürəyini açır. Nərgiz Qeşveldin təklifinə razılıq verib, ona ərə gedir. Onlar 16 il bir yerdə yaşayırlar. Onların evliliyi Qeşveldə DTK-kı vəzifəsini itirmək bahasına başa gəlir. O, bir daha hüquq mühafizə orqanlarında işləmək hüququndan məhrum edilməklə tutduğu vəzifədən azad edilir. Nərgiz həbsdən çıxandan sonra keçmiş sevgilisi Slavik Aqoronov ona yanına dönməsi üçün dil töküb yalvarsa da, O, bundan qəti şəkildə imtina edir.
Bakı gözəlinin bitməyən əfsanələri haqqında digər maraqlı məlumatlar da mövcuddur. Deyilənə görə Nərgiz hələ 17 yaşında olanda onun sevdalılarından biri də Bakının o zamankı meri tanınmış memar Əliş Lənbəranski imiş. Məşhur memar 1961-ci ildə onun şərəfinə Bakının Fəvvarələr Meydanında “Nərgiz” kafesini inşa etdirib. Bundan əlavə Parisdə restoran, Nyu-Yorkda iki mağazanı onun şərəfinə adlandırıb. Həmçinin Nərgiz Xəlilovaya Dağıstanlı şair Rəsul Həmzatov şeir, gürcü yazarı Otari Taktakaşvili roman, rus yazıçısı Arkadi Arkonov isə hekayə həsr edib.
Azərbaycan əsilli Eduard Beqranovun 2018-ci ildə nəşr olunan “Sevgililər” romanında da Nərgiz Xəlilovanın həyatına dair fraqmentlər mövcuddur. Onun həyatından bəzi faktlar Moskva Teatrının “Yarasa” tamaşasının da əsasını təşkil edib.
Bütün taleyində baş verənlərə rəğmən Nərgiz Xəlilova fəal, işğuzar bir həyat yaşayıb. Onun Azərbaycan Milli İncəsənət Muzeyində çalışdığı, xeyriyyə işləri gördüyü, Üzeyir bəy Hacıbəyli Fondunu zənginləşdirdiyi, gənc musiqiçilərə və digər mədəniyyət xadimlərinə sərmayə qoyduğu barədə bilgilər var. Nərgiz Xəlilova 150-dən çox Azərbaycan mədəniyyət xadimlərinə aid məqalələrin və ümumittifaq teatr və musiqi ensiklopediyasının həmmüəlliflərindən biridir. 1990-cı illərin sonlarında özünü pis hiss etməyə başlayır. Həkimlər səhvən ona yanlış diaqnoz qoyurlar. Nərgizi güclü antibiotiklərlə müalicə etsələr də, onun səhhəti get-getə ağırlaşır. 1998-ci ildə Moskvada Onkoloji Mərkəzdə ona leykoz diaqnozu qoyurlar. Dəfələrlə ailə həyatı qursa da, övlad sahibi olmayan Nərgiz Xəlilova Moskvada vəfat edir. Onun meyiti Bakıya sink tabutda gətirilir. Cənazəsi hava limanında tanıyanlar və tanımayanlar tərəfindən izdihamla qarşılanır. Məlum olmayan səbəblərdən onu Bakıda yerləşən xristianlara məxsus qəbristanlıqda dəfn edirlər.
Hazırladı: Müşərrəfxanım
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Ölkə başçısı Ağdərədə vətəndaşın evində oldu
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 13-də Ağdərə rayonunun Çapar kəndində görülmüş işlərlə tanış olub. Citypost.az xəbər verir ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov dövlətimizin başçısına kənddə görülmüş işlər barədə məlumat verdi.Qeyd edək ki, Çapar Ağdərə rayonunun İmarət Qərvənd kənd inzibati ərazi dairəsində, Qarabağ silsiləsinin cənub-şərq yamacında yerləşir. Burada qala və məbəd memarlıq abidələri var. Çapar kəndi Azərbaycan Silahlı Qüvvələrinin 2023-cü ildə həyata keçirdikləri antiterror əməliyyatı nəticəsində işğaldan azad edilib.Çaparda mövcud olan fərdi evlərin sayı 104-dür. Onlardan da 41-i yararsız, 63-ü isə qismən yararlıdır. Evlərdən 40-ı artıq istismara hazırdır. İl ərzində daha 23 ev bərpa...
13 Yanvar 2026, 15:06
Xeyrəddin Qoca Gömrük Komitəsi ilə bağlı Prezident İlham Əliyevə MÜRACİƏT ETDİ...
Yazıçı Xeyrəddin Qoca Azərbaycan Dövlət Gömrük Komitəsində çalışan qızı Aygün Qoca ilə bağlı sosial media vasitəsilə Prezident İlham Əliyevə müraciət edib.Müraciəti olduğu kimi təqdim edirik:"Möhtərəm cənab Prezident!Sözümü heç kimə çatdıra bilmədiyim üçün sosial mediada Sizə müraciət etməyə məcbur oldum.Məni tanıyanlar bilirlər ki, ədalətsizliyə dözmürəm. Azərbaycan Dövlət Gömrük Komitəsində qızım Aygün Qocaya haqsızlıq edirlər, onun hüquqlarını pozurlar. O da sözünü heç kimə çatdıra bilmir, mən bu işə qarışmadığımdan, tək qalıb kömək istəyir.Aygün Qoca 2014-cü ildən DGK-nın Gömrük tarifləri şöbəsində baş inspektor vəzifəsində çalışır. O, bu vəzifəyə ən aşağı vəzifədən pillə-pillə yüksəlmişdir Polkovnik-leytenantdır. Keçirilmiş attestasiya nəticəsində vəzifə dərəcəsi bir pillə endirilərək böyük...
13 Yanvar 2026, 15:05
Azərbaycan SSR-nin ilk Xarici İşlər Naziri kim olub?
1920-ci ilin aprel ayının 28-də Qızıl Ordu tərəfindən Azərbaycan işğal edildikdən sonra Azərbaycanda müvəqqəti olaraq idarə etməni təmin etmək üçün Müvəqqəti İnqlab Komitəsi formalaşdırıldı. CityPost.az xəbər verir ki,onun tərkibində də icra orqanı olan Xalq Komissarlar Soveti yaradıldı. Həmin Xalq Komissarlar Sovetində Xarici İşlər Komissarı vəzifəsi, həm də Komissarlar Sovetinin sədri olan Nəriman Nərimanova həvalə olundu. 1921-ci ilin martında Sovetlər Qurultayında Azərbaycanın oturuşmuş hakimiyyət orqanları yaradıldıqda isə Xarici İşlər Komissarı vəzifəsi Mirzə Davud Hüseynova tapşırıldı. Lakin, 1922-ci ildə Azərbaycanın Zaqafqaziya Federasiyası və SSR-nin tərkibinə girməsi ilə bağlı bu vəzifə ləğv edildi. 1944-cü ildə yenidən Xarici İşlər Naziri vəzifəsi bərpa olundu. Bu...
13 Yanvar 2026, 15:00
Baş prokurordan təyinat
Prokurorluq orqanlarında yeni kadr təyinatı olub.CityPost.az xəbər verir ki, Manset.az-ın əldə etdiyi məlumata görə, Baş prokuror Kamran Əliyevin müvafiq əmri ilə Ağstafa Rayon Prokurorluğunun böyük müstəntiqi Toğrul Həsənov tutduğu vəzifədən azad edilərək Suraxanı Rayon Prokurorluğunun köməkçisi vəzifəsinə təyin edilib.Qeyd edək ki, Suraxanı rayon prokuroru Rəşid Mahmudovdur.
13 Yanvar 2026, 14:57
Azərbaycanda "tələf oldu" kimi göstərilən 38 baş damazlıq heyvanla bağlı fakt təsdiqlənməyib
Hesablama Palatası apardığı səmərəlilik auditi nəticəsində Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xətti ilə damazlıq heyvandarlıq sahəsinə ayrılmış dövlət dəstəyinin icrası zamanı ciddi uyğunsuzluqlar aşkarlayıb.CityPost.az bu barədə Palatanın hesabatına istinadən xəbər verir.Audit çərçivəsində "Damazlıq heyvanın güzəştli şərtlərlə satışı və lizinqinin maliyyələşdirilməsi ilə əlaqədar öhdəlik haqqında iltizam" sənədlərinin şərtləri nəzərə alınmaqla aparılmış monitorinqlər zamanı fermer təsərrüfatlarında faktiki mövcudluğu aşkar edilməmiş 4 456 baş iri və xırdabuynuzlu damazlıq heyvan müəyyən edilib.Həmin heyvanların dəyərinin 60 % güzəşti üzrə dövlətin maliyyələşdirdiyi vəsaitin məbləği 5 milyon 127 min 534,4 manat təşkil edib.Bununla yanaşı, nazirliyin daxili nəzarət qaydasında apardığı monitorinqlər nəticəsində 86 baş...
13 Yanvar 2026, 14:56
Google sağlamlıq məlumatlarını yenidən gözdən keçirir
Google səhv sağlamlıq cavabları üzündən bəzi AI xülasələrini silibcitypost.az The Guardian qəzetinə istinadən xəbər verir ki, araşdırma göstərib ki, Google-un süni intellekt tərəfindən yaradılan xülasələri istifadəçilərə səhv sağlamlıq məlumatları təqdim edib.Guardian-ın yoxlamasından sonra Google sağlamlıqla bağlı bəzi suallara verilən AI Overviews cavablarını aradan qaldırıb. AI Overviews, axtarış nəticələrinin ən üstündə yerləşən və müəyyən mövzu və ya suala cavab olaraq süni intellekt tərəfindən hazırlanmış məlumat xülasələridir.Araşdırma göstərib ki, bu xülasələrin bəziləri səhv sağlamlıq məlumatları ehtiva edib və istifadəçiləri yanlış yönləndirmə və zərər görmə riski ilə üzləşdirə bilər. Məsələn, “qaraciyər qan testlərində normal aralıq nədir?” və “qaraciyər funksiyası testlərində normal aralıq nədir?”...
13 Yanvar 2026, 13:11