Bizə yazın

Baku

-°C

USD

-

Elon Musk cərrahlara SƏSLƏNDİ :“Boşuna tibb oxumayın, robotlar həkimlərin yerinə keçəcək”

Tibb 13 Yanvar 2026, 09:00

257

Tesla CEO-su Elon Mausk tibb dünyasında böyük müzakirələrə səbəb olan açıqlama verib. Musk, süni intellekt və insansı robotların əməliyyat otaqlarını ələ keçirəcəyini iddia edərək, cerrahları qıcıqlandıran sözlər səsləndirib.

citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, ABŞ-lı mühəndis və həkim Peter Diamandis-in təqdim etdiyi “Moonshots” podkastına qatılan Elon Musk, süni intellekt və insansı robotların səhiyyədə köklü dəyişikliklər yaradacağını bildirib.

Musk tibb sahəsində insan resursu probleminə diqqət çəkərək bildirib ki, “hazırda yaxşı cerrahların sayı çox azdır”. O əlavə edib ki, yaxşı həkim olmaq uzun illər tələb edir, amma bu müddət ərzində səhv riski tam aradan qalxmır:“Doktorların vaxtı məhduddur, biliklər isə daim dəyişir. Dünyadakı bütün cerrahlardan çox robot olacaq” – deyə Musk qeyd edib.

Elon Musk, Tesla-nın insansı robotu Optimus-un cərrahi qabiliyyətlərinə dair suala cavab verərkən, bu prosesin “üç il ərzində” həyata keçiriləcəyini vurğulayıb: “Optimus zamanla insanlardan daha dəqiq və səhvsiz əməliyyatlar edə biləcək.”

Musk robotların inkişafını üç əsas sahədəki sürətli irəliləyişlə izah edib: “süni intellekt proqram təminatı, süni intellekt çip performansı və mexaniki dəqiqlik.” O, daha əvvəlki açıqlamalarında Optimus-un 2026-cı ildə kommersiya istehsalına daxil olacağını bildirmişdi. Lakin ABŞ-dakı tibb mütəxəssisləri bu iddianı real hesab etməyiblər. New York Universitetinin Grossman Tibb Fakültəsindən bioetik mütəxəssis Arthur Caplan robotların üç il ərzində insan cerrahları üstələyəcəyini inandırıcı saymayıb.

Caplan bildirib ki, cərrahiyyədə insan faktoru çox mürəkkəbdir və nəticələrin müqayisəsi uzun müddət tələb edəcək. “Robotik cərrahiyyə hələ bu səviyyədə deyil. Robotların qısa müddətdə ürək, beyin, ortopediya və pediatriya əməliyyatlarında insanlardan üstün olması mümkün deyil. Bəzi əməliyyatlar yüksək bacarıq tələb edir və bu, sadəcə proqramlaşdırıla bilməz” – deyə Caplan əlavə edib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Elm dünyasında sensasion iddia: Kişiliyin genetik simvolu təhlükə altındadır

Kişilərin bioloji cinsiyyətini müəyyən edən əsas genetik element — Y xromosomu — tədricən zəifləyir və gələcəkdə tamamilə yox ola bilər. Alimlərin hesablamalarına görə, son 300 milyon il ərzində Y xromosomu atasal genlərinin təxminən 97 faizini itirib. CityPost.az xəbər verir ki, bu fakt onun uzunmüddətli taleyi ilə bağlı ciddi elmi müzakirələrə yol açıb.Təkamül bioloqu Cenni Qreyvs Y xromosomundakı bu geriləmənin bir neçə milyon il ərzində onun tamamilə sıradan çıxması ilə nəticələnə biləcəyini irəli sürür. Onun sözlərinə görə, bu proses kişilərin yox olması demək olmasa da, cinsiyyətin müəyyən olunması mexanizmlərinin köklü şəkildə dəyişə biləcəyinə işarədir.Mütəxəssislər xatırladır ki, təbiətdə bunun artıq nümunələri mövcuddur. Kor siçanlar və tikanlı siçanlar kimi bəzi növlər Y xromosomunu itirdikdən sonra...

09 Yanvar 2026, 10:03

Bu ilin yeddi ayında İİV-ə yoluxanların sayı məlum olub - RƏSMİ 

Bu ilin yeddi ayı ərzində aparılan müayinələr nəticəsində 762 nəfər İnsanın immunçatışmazlığı virusu ilə (İİV) yaşayan şəxs aşkar edilərək qeydiyyata alınıb.Bu barədə  Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzindən məlumat verilib.Bildirilib ki, onlardan 749 nəfəri Azərbaycan vətəndaşı, 13 nəfəri isə əcnəbi olub. Azərbaycan vətəndaşları arasında 542 nəfəri kişi, 207 nəfəri qadındır.Cari dövrdə İİV-ə yoluxan Azərbaycan vətəndaşları arasında inyeksion narkotik istifadəsi ilə əlaqəli hallar 35 nəfər təşkil edib.2024-cü ilin eyni dövrü ilə müqayisədə (799 nəfər) bu il yoluxma hallarında cüzi azalma müşahidə olunur. Bu göstərici, vaxtında aparılan müayinələrin və profilaktik tədbirlərin əhəmiyyətini bir daha təsdiqləyir."Qeyd edək ki, İİV-in qarşısının alınmasında ən vacib...

14 Avqust 2025, 10:26

Çinli həkimlər 5000 kilometr uzaqlıqdan əməliyyat ediblər  

Çinli cərrahlar peyk texnologiyasından istifadə etməklə 5000 kilometr uzaqlıqdan robot əməliyyatlar ediblər.CityPost.az  xəbər  verir   ki, Çinli cərrah Prof. Dr. Rong Liunun rəhbərlik etdiyi qrup, Lhasada 5000 kilometr uzaqlıqdan peyk və robot cərrahiyyə texnologiyasından istifadə etməklə Pekində iki xəstə üzərində əməliyyat keçirib.Ənənəvi 5G dəstəkli cərrahi sistemlərdə məsafə məhdudiyyəti olsa da, bu əməliyyatda 'Apstar-6D' peykinin aktivləşdirilməsi ilə gecikmələrin minimuma endirildiyi bildirilib.Professor Rong Liunun rəhbərlik etdiyi həkimlər qaraciyər xərçəngi və hemangioma olan iki xəstəni təxminən 124 dəqiqə davam edən əməliyyatlarla müalicə ediblər. Bildirilib ki, yeni nəsil qoşulma sistemləri sayəsində əməliyyat zamanı məlumat axını fasiləsiz təmin edilib və əməliyyatlar yüksək dəqiqliklə həyata keçirilə bilir....

02 İyul 2025, 15:54

Ağ çörək bağırsaq xərçəngi riskinin artırır - TƏDQİQAT

Yeni genişmiqyaslı araşdırma göstərdi ki, müntəzəm olaraq ağ çörək yemək xərçəngin ən çox yayılmış və təhlükəli növlərindən biri olan bağırsaq xərçəngin inkişaf riskini artıra bilər.

23 İyun 2025, 16:30

Hər gün oruc tutmaq klassik pəhrizlərdən daha effektivdir

Fasiləli oruc, ənənəvi pəhrizlərdən daha effektiv şəkildə arıqlamağa kömək edir. Alternativ gün orucu arıqlamaq üçün xüsusilə yaxşıdır.

21 İyun 2025, 18:44

Gəncədə iki nəfər qidadan zəhərlənib 

Gəncə şəhərində zəhərlənmə hadisəsi baş verib.Hadisə şəhər ərazisində qeydə alınıb.1981-ci il təvəllüdlü Zaur Cəfərov və 1990-cı il təvəllüdlü Qədir Kazımov qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.Onlara dərhal tibbi yardım göstərilib. Hazırda hər iki şəxsin vəziyyətinin kafi olduğu bildirilir.İlkin məlumata görə, zəhərlənməyə qəbul etdikləri qida səbəb olub. Faktla bağlı araşdırma aparılır.

21 İyun 2025, 00:20