Bizə yazın

Baku

-°C

USD

-

Azərbaycanda 8 dövlət qurumu ləğv edilib 

Cəmiyyət 12 Yanvar 2026, 19:10

134

Azərbaycanda son 2 ayda 8 dövlət qurumu ləğv edilib, oxşar profilli bəzi qurumlar isə birləşdirilib.

 

CityPost.az  xəbər verir ki, həmin qurumların mütləq əksəriyyəti Naxçıvan Muxtar Respublikasında fəlaiyyət göstərirdi. Noyabr ayından etibarən Naxçıvanda 3 dövlət qurumu ləğv edilib, bir sıra qurumlar birləşdirilib.

 

Qeyd olunmalıdır ki, son dövrlər Naxçıvan Muxtar Respublikasında idarəetmə və institusional strukturda ciddi dəyişikliklər aparılır. Bu dəyişikliklər əsasən ayrı-ayrı dövlət qurumlarının ləğvi, səlahiyyətlərin mərkəzləşdirilməsi və bəzi strukturların birləşdirilməsi ilə müşayiət olunur.

 

Ləğv edilən qurumlardan biri Muxtar Respublikanın Dövlət Energetika Xidməti olub. Qurum 2017-ci ildə yaradılmışdı və elektrik enerjisinin istehsalı, ötürülməsi, təchizatı və bu sahədə dövlət tənzimlənməsini həyata keçirirdi. Lakin İlham Əliyevin 2025-ci ilin noyabrında imzaladığı sərəncama əsasən Naxçıvanda elektrik enerjisi təchizatının Azərişıq ASC-yə verilməsi bu qurumun funksional əhəmiyyətini aradan qaldırdı və nəticədə xidmət ləğv olundu.

 

Oxşar proses qaz təsərrüfatı sahəsində də baş verdi. 2025-ci ilin dekbarında Naxçıvan Muxtar Respublikasının Qaz İstismar Xidməti ləğv edildi və bundan sonra bölgədə qaz təchizatına Azəriqaz İstehsalat Birliyi nəzarət edəcək. Qurumun balansında olan əsas vəsaitlərin SOCAR-ın Qaz İxrac İdarəsinə verilməsi bu keçidin texniki və institusional əsasını formalaşdırdı. Qeyd edək ki, sözügedən xidmət 2019-cu ildə yaradılmışdı.

 

Sosial sahədə də struktur dəyişikliyi aparılıb. Belə ki, bu gün Naxçıvan Muxtar Respublikasının Tibbi Sosial-Ekspert Komissiyası ləğv edilib. 2008-ci ildən fəaliyyət göstərən bu komissiya əlillik dərəcəsinin müəyyən edilməsi, əmək qabiliyyətinin qiymətləndirilməsi və reabilitasiya ehtiyaclarının müəyyən olunması kimi mühüm funksiyalar icra edirdi. Yeni qərara əsasən, bu səlahiyyətlər Muxtar Respublikanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə olunub. Bu dəyişiklik sosial ekspertiza mexanizmlərinin mərkəzləşdirilməsi kimi qiymətləndirilir.

 

Bununla yanaşı, Naxçıvanda birləşdirmə yolu ilə optimallaşdırma prosesi də həyata keçirilir. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Naxçıvanpoçt” MMC, “Naxçıvan Telekom” MMC və “Naxçıvan Muxtar Respublikası Radio-Televiziya Ötürücü Mərkəzi” publik hüquqi şəxsi birləşdirilərək onların əsasında “Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzi” MMC yaradılıb. Yeni qurumun ümumi yığıncağının səlahiyyətləri MR Nazirlər Kabineti və MR İqtisadiyyat Nazirliyinə verilib.

 

Naxçıvan Muxtar Respublikasında struktur optimallaşmadırılması ilə paralel, Azərbaycan Elm və Təhsil Nazirliyində də bəzi qurumların ləğv edilməsi prosesi aparılıb. Belə ki, 2025-ci ilin dekabrında Elm və Təhsil Nazirliyinin tabeliyindəki “Nafta”, “Aşqar” və “Kompozit” Elmi İstehsalat Birliyi ləğv edilib./modern

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Prezidentdən Bakı sakinlərinə ŞAD XƏBƏR 

Su sektorunda rəqəmsal idarəetmə sistemi də tətbiq edilməlidir. Bir daha demək istəyirəm ki, Abşeron yarımadasının su təchizatını yaxşılaşdırmaq üçün ilk dəfə olaraq ölkəmizdə duzsuzlaşdırma zavodu inşa ediləcək. Bu prosesə start verildi.CityPost.az  xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramına həsr olunan müşavirədə çıxışında söyləyib.“Bunun üstünlüyü ondan ibarətdir ki, bu, sırf xarici investisiyalar hesabına həyata keçiriləcək layihədir. Bu imkan verəcək ki, biz Bakıya və Abşeron yarımadasına gələn suların həcmini artıraq. Bu sahədə texnoloji inkişaf da göz önündədir. Bizim Xəzər dənizinin suyu o...

12 Yanvar 2026, 18:52

Müvəqqəti fəaliyyət göstərən xüsusi icra məmurlarının xidmət haqqının ödənilməsi qaydası təsdiqlənib 

Müvəqqəti fəaliyyət göstərən xüsusi icra məmurlarının xidmət haqqının ödənilməsi qaydası təsdiqlənib.Citypost.az  xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.Qərarla xidmət haqqı aşağıdakı məbləğlərlə müəyyən olunacaq:- Qanunun 34.2-ci maddəsində nəzərdə tutulan hallarda əvəzetmə müddəti ərzində tutulmuş standart haqların sabit hissəsinin 10 faizi və ödənilmiş əlavə icra haqlarının 20 faizi (əvəzetmə müddəti ərzində icraatına başlanılmış və həmin müddətdə icrası tam təmin edilmiş icra sənədləri üzrə əlavə icra haqlarının 80 faizi) miqdarında;- Qanunun 35.1-ci və 35.2-ci maddələrində nəzərdə tutulan hallarda əvəzetmə müddəti ərzində tutulmuş standart haqların sabit hissəsinin 15 faizi və ödənilmiş əlavə icra haqlarının 30 faizi (əvəzetmə müddəti ərzində...

12 Yanvar 2026, 17:56

“Cənab Prezident, icazə versəniz, yaxınlaşardım” - Müşavirədə maraqlı dialoq 

Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə yanvarın 12-də Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramına həsr olunan müşavirə keçirilib. Müşavirədə çıxış edənlərdən biri də Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov olub.Citypost.az  xəbərinə görə, o, görülən işlərlə bağlı çıxış edən zaman Prezidentə bir xahişlə müraciət edib.- Möhtərəm cənab Prezident, bu proqramın hazırlanmasını şərtləndirən amilləri və onun əsas tərkib hissəsi olan istiqamətləri göstərmək üçün icazənizlə təqdimata keçmək istərdim. İcazə versəniz, cənab Prezident, yaxınlaşardım.Prezident İlham Əliyev:- Buyurun.Zaur Mikayılov:- Möhtərəm cənab Prezident, əvvəlcə Bakı şəhərində və Abşeron yarımadasında bugünkü sosial-iqtisadi inkişaf və...

12 Yanvar 2026, 17:53

Azərbaycanda havanın temperaturu 5-10 dərəcə enəcək - XƏBƏRDARLIQ 

Azərbaycanda yanvarın 13-ü axşamdan 14-ü axşamadək qeyri-sabit hava şəraiti ilə əlaqədar havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcək. CityPost.az  xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və Abşeron yarımadasında yanvarın 13-ü axşamdan 14-ü axşamadək hava şəraitinin arabir yağıntılı olacağı, 13-dən 14-nə keçən gecə və 14-də ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi, bəzi şəhərətrafı ərazilərdə yağışın sulu qarla qarışıq yağacağı ehtimalı var. Azərbaycanın rayonlarında yanvarın 13-ü günün ikinci yarısı şimal və qərb rayonlarından başlayaraq 15-i axşamadək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bəzi yerlərdə yağıntıların intensivləşəcəyi ehtimal olunur. Əsasən dağlıq və dağətəyi...

12 Yanvar 2026, 17:41

Bakı və Abşeronda su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair Dövlət Proqramı təsdiqlənib 

Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı təsdiq edilib.CityPost.az  xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.Sərəncamla Nazirlər Kabineti Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini əlaqələndirəcək və icrasına nəzarət edəcək, eləcə də tədbirlərin icra vəziyyəti barədə ildə bir dəfə Azərbaycan Prezidentinə məlumat verəcək.Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini Nazirlər Kabinetinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirəcək.Maliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyi Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilmə mexanizmlərinə uyğun olaraq hər il dövlət büdcəsinin və dövlət investisiya proqramlarının tərtibi...

12 Yanvar 2026, 17:34

Sabah Şirvan şəhərində 4 700-dən çox abonent qazsız qalacaq 

Sabah Şirvan şəhərinin bir hissəsinin qaz təchizatında fasilə yaranacaq.Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.Bildirilib ki, Şirvan şəhəri Naxçıvan küçəsində yerləşən 1 264 mənzilli, 25 binadan ibarət "MİDA" MMC yaşayış kompleksinin təbii qazla təmin olunması məqsədilə yeni çəkilmiş qaz xəttinin texniki şərtə əsasən "Şirvan Əhali" ölçü qovşağından qidalanan diametri 530 mm-lik mövcud kollektora birləşdiriləcək.Bu məqsədlə saat 10:00-dan etibarən işlər başa çatanadək Şirvan şəhərinin bir hissəsində (ümumi 4 705 abonent) qaz təchizatının daxildən dayandırılması planlaşdırılır....

12 Yanvar 2026, 17:27