Bizə yazın

Baku

-°C

USD

-

Xeyrəddin Qoca Gömrük Komitəsi ilə bağlı Prezident İlham Əliyevə MÜRACİƏT ETDİ... 

Cəmiyyət 13 Yanvar 2026, 15:05

781

Yazıçı Xeyrəddin Qoca Azərbaycan Dövlət Gömrük Komitəsində çalışan qızı Aygün Qoca ilə bağlı sosial media vasitəsilə Prezident İlham Əliyevə müraciət edib.

Müraciəti olduğu kimi təqdim edirik:

"Möhtərəm cənab Prezident!

Sözümü heç kimə çatdıra bilmədiyim üçün sosial mediada Sizə müraciət etməyə məcbur oldum.

Məni tanıyanlar bilirlər ki, ədalətsizliyə dözmürəm. Azərbaycan Dövlət Gömrük Komitəsində qızım Aygün Qocaya haqsızlıq edirlər, onun hüquqlarını pozurlar. O da sözünü heç kimə çatdıra bilmir, mən bu işə qarışmadığımdan, tək qalıb kömək istəyir.

Aygün Qoca 2014-cü ildən DGK-nın Gömrük tarifləri şöbəsində baş inspektor vəzifəsində çalışır. O, bu vəzifəyə ən aşağı vəzifədən pillə-pillə yüksəlmişdir Polkovnik-leytenantdır. Keçirilmiş attestasiya nəticəsində vəzifə dərəcəsi bir pillə endirilərək böyük inspektor təyin olunmuşdur. Buna etiraz etməmiş,10.12.2025-ci il tarixli əmrlə özünün razılığı olmadan və ixtisasına tamamilə zidd olan Katibliyin Qərarların İcrasına nəzarət şöbəsinə yerdəyişmə edilmişdir. Bu əmr qanunsuzdur! Çünki əmək funksiyasının dəyişdirilməsi AR Əmək Məcəlləsinin 56-cı maddəsinə əsasən, işçinin əmək funksiyası (ixtisası, peşəsi) yalnız tərəflərin qarşılıqlı razılığı ilə ola bilər. Qızımın "Qərarların icrasına nəzarət" (kargüzarlıq) sahəsinə keçirilməsi peşə fəaliyyətinin sonlandırılmasına bərabərdir.

Məcburetmə və təzyiq: Kadrlar İdarəsinin rəisi Vüqar Əsgərov tərəfindən qızıma qarşı sözlü təzyiqlər göstərilmiş, subyektivcəsinə "yer yoxdur" bəhanəsi ilə əmək hüquqları pozulmuşdur. Bu yerdəyişmə qızım Aygün Qocanın iş keyfiyyəti ilə deyil, iş yerində "yer açmaq" və korrupsiya meylli maraqlarla bağlıdır. Bu isə "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" Qanunun tələblərinə ziddir.

Yuxarıda qeyd olunanları və "Əmək Məcəlləsinin 294-cü, 296-cı maddələrini rəhbər tutularaq qızımın yerdəyişməsi haqqında 10.12.2025-ci il tarixli qanunsuz əmr ləğv edilməlidir. Qızım əvvəlki iş yerinə - Gömrük Siyasəti İdarəsinin Gömrük tarifləri şöbəsinə böyük inspektor vəzifəsinə bərpa olunmaq haqqında qərar çıxarılmasını istəyir.

Aygün Qocaya qarşı edilən qanunsuz təzyiqlərə, peşə nüfuzuna vurulan zərərə və qanunsuz əmrə görə o, 1 ay öz hesabına məzuniyyət götürərək, işsiz və pulsuz qalmışdır. O, cavabdehdən maddİ və mənəvi ziyanın tutulmasını istəyir.

Aygün Qoca tək anadır, öhdəsində universitetin birinci kursunda oxuyan qızı var.

Butün bunları nəzərə alaraq, Aygün Qocaya kömək etməyinizi xahiş edirəm.

DƏRİN HÖRMƏT VƏ EHTİRAMLA,

Xeyrəddin Qoca"

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Bakı-Sumqayıt sakinləri üçün BƏD XƏBƏR - Qiymət....

Yanvarın 17-dən Bakı-Sumqayıt istiqamətində fəaliyyət göstərən 594 və 595 nömrəli ekspres marşrutlarında gedişhaqqı 10 qəpik artırılaraq 90 qəpik təşkil edəcək.Bu barədə Citypost.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.Belə ki, 594 və 595 nömrəli marşrutlar artıq əsas müntəzəm xətlərə alternativ kimi fəaliyyət göstərəcək. Sözügedən marşrutlar istifadəyə verildikdə həmin istiqamətdə alternativlər az idi. Hazırda isə bu istiqamət üzrə yeni yaradılmış 500 və marşrutu uzadılmış 503 nömrəli avtobuslar ötən ildən iki şəhər arasında əsas tələbatı qarşılayır. Bu marşrutlarda tarif dəyişilmir və 80 qəpik səviyyəsində qalır. Bu xətlərdə hazırda ekoloji təmiz CNG mühərrikli və müasir BMC markalı ümumilikdə 41 avtobus istismar olunur.Qeyd edilib ki,...

13 Yanvar 2026, 16:30

ƏHMƏD RƏCƏBLİ KİMDİR?  

ƏHMƏD RƏCƏBLİ – bu ad və soyadı eşidəndə insanların əksəriyyəti Bakının Nərimanov rayonu ərazisində yerləşən məşhur küçəni xatırlayırlar. CityPost.az  xəbər verir  ki, Mircəfər Bağırovun səhvən həbs etdirdiyi, azərbaycanlı polimat, bioloq, seleksiyaçı alim, genetik polessor, akademik Əhməd Rəcəblidən gedir söhbət. O, 1898-ci ildə İrəvanda anadan olub. Azərbaycan Xalq Cumhuriyyətinin Avropaya göndərdiyi 100 tələbədən biri olub. Altı dildə danışmağı bacaran Əhməd Rəcəbli peruca Ali Kral Aqrar İnstitutunu bitirib. Azərbaycana qayıdıb. Zaqatalada Kənd Təsərrüfatı Texnikumunu yaradıb, tütünçülük və meyvəçilik sahəsində ixtiralar etməklə aqrar elminə yeniliklər gətirib. 1937-ci ilin repressiyası Əhməd Rəcəblidən də yan keçməyib. Belə ki, “xaricdə oxumuş” “şübhəli keçmişi olan” Əhməd Rəcəbli həbs...

13 Yanvar 2026, 15:15

Türkiyədə prokuror keçmiş həyat yoldaşı olan hakimi məhkəmə binasında güllələyib 

Türkiyədə məhkəmə binasında silahlı insident baş verib.Citypost.az APA-ya istinadən xəbər verir, hadisə İstanbulun Kartal rayonunda yerləşən regional apellyasiya məhkəməsində qeydə alınıb.Belə ki, prokuror keçmiş həyat yoldaşı olan hakimi güllələyib.Qadın hakimin vəziyyəti ağır qiymətləndirilir, hadisəni törətməkdə şübhəli bilinən prokuror saxlanılıb.

13 Yanvar 2026, 15:11

Ölkə başçısı Ağdərədə vətəndaşın evində oldu 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 13-də Ağdərə rayonunun Çapar kəndində görülmüş işlərlə tanış olub. Citypost.az xəbər verir ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov dövlətimizin başçısına kənddə görülmüş işlər barədə məlumat verdi.Qeyd edək ki, Çapar Ağdərə rayonunun İmarət Qərvənd kənd inzibati ərazi dairəsində, Qarabağ silsiləsinin cənub-şərq yamacında yerləşir. Burada qala və məbəd memarlıq abidələri var. Çapar kəndi Azərbaycan Silahlı Qüvvələrinin 2023-cü ildə həyata keçirdikləri antiterror əməliyyatı nəticəsində işğaldan azad edilib.Çaparda mövcud olan fərdi evlərin sayı 104-dür. Onlardan da 41-i yararsız, 63-ü isə qismən yararlıdır. Evlərdən 40-ı artıq istismara hazırdır. İl ərzində daha 23 ev bərpa...

13 Yanvar 2026, 15:06

Azərbaycan SSR-nin ilk Xarici İşlər Naziri kim olub?  

1920-ci ilin aprel ayının 28-də Qızıl Ordu tərəfindən Azərbaycan işğal edildikdən sonra Azərbaycanda müvəqqəti olaraq idarə etməni təmin etmək üçün Müvəqqəti İnqlab Komitəsi formalaşdırıldı. CityPost.az  xəbər verir  ki,onun tərkibində də icra orqanı olan Xalq Komissarlar Soveti yaradıldı. Həmin Xalq Komissarlar Sovetində Xarici İşlər Komissarı vəzifəsi, həm də Komissarlar Sovetinin sədri olan Nəriman Nərimanova həvalə olundu. 1921-ci ilin martında Sovetlər Qurultayında Azərbaycanın oturuşmuş hakimiyyət orqanları yaradıldıqda isə Xarici İşlər Komissarı vəzifəsi Mirzə Davud Hüseynova tapşırıldı. Lakin, 1922-ci ildə Azərbaycanın Zaqafqaziya Federasiyası və SSR-nin tərkibinə girməsi ilə bağlı bu vəzifə ləğv edildi. 1944-cü ildə yenidən Xarici İşlər Naziri vəzifəsi bərpa olundu. Bu...

13 Yanvar 2026, 15:00

 Baş prokurordan təyinat 

Prokurorluq orqanlarında yeni kadr təyinatı olub.CityPost.az   xəbər verir ki, Manset.az-ın əldə etdiyi məlumata görə, Baş prokuror Kamran Əliyevin müvafiq əmri ilə Ağstafa Rayon Prokurorluğunun böyük müstəntiqi Toğrul Həsənov tutduğu vəzifədən azad edilərək Suraxanı Rayon Prokurorluğunun köməkçisi vəzifəsinə təyin edilib.Qeyd edək ki, Suraxanı rayon prokuroru Rəşid Mahmudovdur.

13 Yanvar 2026, 14:57