Ev kirayə verənlərin nəzərinə - Cərimə 5 dəfə artırılıb
Hüquq 13 Yanvar 2026, 12:17
214
Vergi Məcəlləsinə edilən dəyişikliklər çərçivəsində 2026-cı il yanvarın 1-dən fiziki şəxslərə aid yaşayış sahələrinin fiziki şəxslərə kirayəyə verilməsindən əldə olunan gəlirlərə 10 faiz vergi tətbiq olunur. İndiyədək belə şəxslər arasında evlərin kirayəyə verilməsindən əldə olunan gəlirdən 14 faiz vergi tutulurdu.
CityPost.az-ın məlumatına görə, bu dəyişiklik o deməkdir ki, evini 400 manata kirayə vermiş şəxs artıq aylıq 56 manat yox, 40 manat vergi ödəməlidir. Yenilik sahibkarlıq fəaliyyəti çərçivəsində icarəyə verilən, yaxud hüquqi şəxslərə kirayəyə verilən əmlaklara aid deyil. Bu kateqoriya üçün 14 faizlik vergi dərəcəsi dəyişməz olaraq qalır.
Dəyişiklik heç də ev kirayəsindən gəlir əldə edənlərin daha az vergi ödəməsi xarakteri daşımır. Məqsəd vergidən yayınma hallarının qarşısını almaq, fiziki şəxslərə məxsus evlərin kirayə müqavilələrinin və bu müqavilələr üzrə əməliyyatların rəsmiləşdirilməsini təşviq etməkdir.
Vergidən yayınma hallarının qarşısının alınması sahəsində daha bir yenilik isə maliyyə sanksiyaları (cərimə) ilə bağlıdır. Belə ki, 2026-cı ildən vergi orqanında qeydiyyata alınmaq üçün ərizənin verilməməsinə görə 200 manat məbləğində cərimə müəyyən edilib. Bu əmələ görə cərimə əvvəl də olsa da, məbləği 40 manat idi. Bu da o deməkdir ki, evini kirayə verən şəxs vergi qeydiyyatına alınmaq üçün ərizə vermədiyi halda artıq 40 manat yox, 200 manat cərimə olunacaq.
Qeyd edək ki, bundan başqa, vergi ödəyicisi əldə etdiyi kirayə haqlarına görə vergi orqanına müəyyən olunmuş müddətdə hesabat təqdim etmədiyinə görə 40 manat məbləğində cərimə olunur. Həmçinin verginin hesabatda göstərilən məbləği real məbləğinə nisbətən azaldılıbsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılıbsa, azaldılmış və ya yayındırılmış vergi məbləğinin 50 faizi miqdarında cərimə tətbiq edilir.
Həmçinin oxuyun
Lakin o da vurğulanmalıdır ki, evini kirayəyə verən şəxs vergi orqanında qeydiyyata alınmadan da əldə etdiyi gəlirə görə vergi ödənişini həyata keçirə bilər.
Belə ki, 2025-ci il yanvarın 1-dən kirayə gəliri əldə edən vətəndaşlara özləri vergi orqanında qeydiyyata durmadan agent müəyyən etmək və vergi öhdəliklərini yerinə yetirmək vəzifəsini həmin şəxsə həvalə etmək hüququ verilib. Qanunvericiliyə görə, vergi agenti vergini hesablayır, onu vergi ödəyicisindən tutur və təyinatı üzrə köçürür. Vergi ödəyicilərinə ödənilən gəlirlərin, onlardan tutulan və təyinatı üzrə köçürülən vergilərin, o cümlədən hər vergi ödəyicisi üzrə ayrıca qeydiyyat aparmaq vergi agentinin öhdəliyidir.
Təcrübədə evini müqavilə bağlamadan kirayəyə verilməsi hallarında ev sahibləri ilə yanaşı, kirayəçilərin də məsuliyyətə cəlb olunduğu hallara rast gəlmək olur. Belə ki, bu halda yaşayış yeri və olduğu yer üzrə qeydiyyatdan keçməmək kirayəçilər üçün məsuliyyət yaradır. Bu halda İnzibati Xətalar Məcəlləsinə görə, vətəndaşın yaşayış yeri və olduğu yer üzrə qeydiyyatdan keçməməsinə, yaxud qeydiyyata alma və qeydiyyatdan çıxma qaydalarına əməl etməməsinə görə xəbərdarlıq edilir və ya 30 manat məbləğində cərimə edilir.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Köhnə etibarnamə sürücüyə 20 min manata başa gəldi – (VİDEO)
Ceyhun Məmmədov 2008-ci ildə Hyundai markalı avtomobili 30 illik etibarnamə ilə alıb. Bir neçə ay sonra avtomobili satmaq qərarına gəlib və onu əvvəlki sahibi Nəsrulla Hüseynova geri qaytarıb. Daha sonra avtomobil üçüncü şəxsə satılıb. Sonuncu dəfə isə nəqliyyat vasitəsi 2014-cü ildə idarəetmə hüququ olmayan Bəhruz Mehdiyevin əlinə keçib və Nizami rayonu ərazisində qəza törədərək digər avtomobilə 20 min manatlıq ziyan vurub. CityPost.az xəbər verir ki,zərərçəkən avtomobil “Bakı Sığorta” şirkətində sığortalı olduğundan şirkət ödəniş edib. Lakin 9 il sonra, 2023-cü ildə sığorta şirkəti məhkəməyə müraciət edərək dəymiş zərərin avtomobilin əvvəlki sahibi Ceyhun Məmmədov tərəfindən ödənilməsini tələb edib. Şirkətdən bildirilib ki, artıq məhkəmə qərarı...
13 Yanvar 2026, 13:13
Vergi ödəyicilərinin hüquqları pozulur - AÇIQLAMA
“Vergi orqanlarının kameral vergi yoxlamaları zamanı “İnzibati icraat haqqında” Qanunun tələblərinə əməl olunub-olunmaması mütləq araşdırılmalıdır”.CityPost.az xəbər verir ki, bu sözləri hüquqşünas Aqşin İsgəndərov deyib. O bildirib ki, vergi ödəyicisi barədə əlavə verginin hesablanması ilə bağlı kameral qərar qəbul edilməzdən əvvəl vergi ödəyicisinin inzibati icraat hüquqları təmin edilməli, ona yoxlamanın nəticələri (uyğunsuzluqlar) barədə məlumat məktubu göndərilməli, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada izahatların və müvafiq sənədlərin təqdim edilməsi üçün kifayət qədər vaxt verilməlidir.Hüquqşünas onu da əlavə edib ki, təcrübədə isə bəzən vergi orqanları qanunvericiliyin bu tələblərinə əməl etmir. Nəticədə vergi orqanları tərəfindən hesablanmış əlavə vergi məbləqləri ilə bağlı qəbul edilən qərarlar məhkəmələr tərəfindən ləğv olunur. Aytac Ali...
09 Yanvar 2026, 11:41
“WhatsApp” yazışmaları sübut sayılır - DİQQƏT
Dostuna borc verən, amma pulunu geri ala bilməyən şəxslərin sayı artır.CityPost.az xəbər verir ki, hüquqşünaslar bildirir ki, borcun qaytarılmaması hallarında yazılı müqavilənin olmaması iddianın mümkünsüz olması demək deyil.Belə ki, tərəflər arasında rəsmi müqavilə bağlanmasa belə, “WhatsApp” və digər messencerlərdə aparılan yazışmalar sübut kimi istifadə oluna bilər. Belə ki, bu yazışmalar əqdin tərəfləri üçün sirr hesab edilmir və mahiyyət etibarilə tərəflər arasındakı hüquqi münasibətləri əks etdirən rəsmi razılaşma kimi qiymətləndirilir.Qeyd edək ki, borcun məbləği, verilmə vaxtı və qaytarılma öhdəliyi yazışmalarda aydın şəkildə əksini tapırsa, həmin materiallar məhkəməyə sübut kimi təqdim edilə bilər. Bu halda borc verən şəxs hüquqlarını məhkəmə qaydasında tələb etmək imkanına malikdir. Aytac Ali...
08 Yanvar 2026, 15:14
Boşanmaq istəyən şəxslərin nəzərinə: 10 yaşdan yuxarı övladınız varsa bunu mütləq bilməlisiniz!
Boşanma zamanı uşaq kimdə qalmalıdır?CityPost.az xəbər verir ki, bununla bağlı yaranan suallara hüquqşünas Aqşin İsgəndərov aydınlıq gətirib. Onun sözlərinə görə, məhkəmə təcrübəsi göstərir ki, uşaq əksər hallarda anasının yanında qalır:“BMT Baş Məclisinin 1959-cu il 20 növbə tarixli qətnaməsi ilə qəbul olunmuş Uşaq Hüquqları Bəyannaməsinin 6-cı prinsisinə görə, uşaq yalnız istisna hallarda anasından alınabilir. İstisna hallara, ananın uşağın tərbiyəsi və inkişafı ilə məşğul olmaq imkanından məhrum olması daxildir. Məsələn, ananın psixi xəstəliyi, narkomaniya, alkoholizm və ya digər xəstəliklərdən əziyyət çəkməsi, uşağa qarşı qəddar rəftar göstərməsi, ona psixi və fiziki zor tətbiq etməsi, valideynlik hüquqlarına zidd hərəkətlər etməsi və s. hallardır.Belə hallarda uşaq atasının yanında saxlanıla bilər”.Hüquqşünas vurğulayıb ki, 10 yaşını tamam etmiş uşaqların valideynlərdən...
08 Yanvar 2026, 13:04
Vərəsəlik hüququ kimlərə verilə bilər?
İnsan dünyasını dəyişəndən sonra onun əmlakı, borcları və digər hüquqları Qanunvericilikdə nəzərdə tutulan qaydada vərəsəsinə keçir. Lakin, təcrübə göstərir ki, miras məsələsi bir çox hallarda anlaşmazlıq və mübahisələrə səbəb olur. Kim vərəsə sahibi sayılır? Pay necə bölüşdürülməlidir? Kim hansı əmlaka iddia edə bilər? Bu kimi suallara aydınlıq gətirmək üçün Azərbaycan Vəkillər Kollegiyasının üzvü, vəkil Şəms Mirzəyeva Citypost.az-ın suallarını cavablandırıb: "Mülki Qanunvericiliyə görə vərəsəlik hüququ 2 formada yaranır. Vəsiyyət və qanun üzrə. Əgər dünyasını dəyişmiş şəxs vəsiyyət etməyibsə miras qanunun müəyyən etdiyi növbələrə uyğun bölüşdürülür. Birinci növbədə ölənin övladları, rəsmi nikah əsasında olan həyat yoldaşı və valideynlər miras hüququ əldə etmiş olurlar....
28 Noyabr 2025, 13:54
Kürdəmirdə canavarlar daha bir kəndə hücum edib, 13 baş qoyun tələf olub
Kürdəmir rayonunda canavarlar daha bir qoyunçuluq təsərrüfatına hücum edərək 13 baş qoyunu parçalayıblar.Hadisə rayonun Sığırlı kəndində yerləşən fermer Mübariz Hacıyevə məxsus fermada baş verib.Yırtıcılar sürü şəklində qoyun sürüsünə hücum çəkərək 13 baş xırdabuynuzlu heyvanı tələf ediblər.Təsərrüfat sahibinin sözlərinə görə, canavarların hücumu son vaxtlar daha da artıb. O bildirib ki, canavarların hücumu nəticəsində ona ümumilkdə 4 min manata yaxın maddi ziyan dəyib.Qeyd edək ki analoji hadisə iki gün öncə rayonun Çöl-Qubalı kəndində də qeydə alınmışdı. Həmin hadisə zamanə canavarlar fermerin 16 baş xırdabuynyzlu heyvanını tələf edərək ona ümumilikdə 10 min manata yaxın maddi ziyan vurmuşdu....
25 Noyabr 2025, 15:05