Bizə yazın

Baku

-°C

USD

-

"Azər", yoxsa "Azəri"? - Millət vəkilindən şərh 

Cəmiyyət 25 Yanvar 2026, 14:19

22770

Millət vəkili Səyyad Aranın məsələyə yanaşması stilistika baxımından doğrudur. Bütün sahəvi işlətmələr üçün Azərbaycan sözünün qısaldılmış forması kimi "Azər" işlədilirsə, bu, "Azəriqaz"a da şamil olunmalıdır. Ancaq Səyyad müəllim bilməmiş deyil ki, siyasi, elmi və bədii mətnlərimizdə "azəri" sözü də ayrı-ayrı müəlliflər tərəfindən dəfələrlə işlədilmiş, hətta xalq şairi Rəsul Rza ötən əsrin 70-ci illərində "Azəri Sovet Ensiklopediyası" nəşr etməyə də qərar vermişdi. Lakin bu cəhd yarımçıq qalmış və onu ensiklopediyanın I cildini alayarımçıq buraxmaqla baş redaktorluqdan uzaqlaşdırmışdılar.

CityPost.az  xəbər verir ki, bu fikirləri millət vəkili Fazil Mustafa qeyd edib.

Millət vəkilinin sözlərinə görə, sonralar "azər xalqı", "azəri dili" kimi başlıqlar altında elmi-etnoqrafik nəşrlər də peyda olub:

“Ancaq nə "azər", nə də "azəri" xalqı və dilinin elmi baxımdan bizim Azərbaycanla əlaqəsi sübuta yetirilməmişdir. Kimin işlətməyindən asılı olmayaraq, “azəri” termininin ağlabatan elmi izahı yoxdur. Azərbaycan sadəcə tarixi-coğrafi ərazinin adıdır və onun da fərqli izahları günümüzə qədər verildiyinə görə təkrarlamağa lüzum görmürəm.

İlk Böyük Sovet Ensiklopediyasının I cildində (1925) dilimiz "Azərbaycan dili" və ya "azəri dili" adlandırılsa da, mənşəcə türk dilləri qrupuna aid edilir. Kiçik Sovet Ensiklopediyasının I cildində (1928) isə bizi "Azərbaycan türkləri", "Azərbaycan tatarları", yaxud "azərbaycanlılar" adlandırırlar, ancaq bizi türk-səlcuqların bu ərazini işğalı nəticəsində formalaşan xalq kimi göstərirlər.

Ağlabatan versiya isə budur: Azərbaycan ərazinin adıdır, bu da İran və Rusiya türk aydınları arasında zaman-zaman mübahisə predmeti olub. Birincilər bu adın ancaq İran ərazisində olan Azərbaycanı ehtiva etdiyini, quzeyin isə tarixən Arran (Alban) adlandırıldığını yazırdılar. İkincilər isə bu adı vahid etnosun yaşadığı məkan olaraq görürdülər. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yarananda bu cür adın seçilməsinə ən çox İranda yaşayan türk aydınlar etiraz etmişdilər.

"Azərbaycan xalqı" və "Azərbaycan dili" siyasi terminlərdir. Stalinist siyasətin nəticəsinə "türk" və ya "Azərbaycan türkü" adının dəvşirmə formasıdır. Əslində "Azərbaycan" adlı bu siyasi vahidin içində böyük çoxluğu türklər təşkil etməklə, ərazidə yaşayan bütün böyüklü-kiçikli xalqlar “azərbaycanlı” adlandırılmaqdadır. Azər xalqı və ya azəri xalqı və dili haqqında ciddi elmi bilgilər olmasa da, qədim Azərbaycan ərazisində yaşamış etnik elementlərdən birinə aid olması mümkündür. Bütün hallarda bu tanıtımın biz türklərə aidliyi yoxdur və illərdir süni konstruksiya ilə bunu sübut etməyə çalışanlar hansısa ciddi elmi nəticə ortaya qoya bilməyiblər. Azərbaycan dili isə təmiz türk dilidir və ya türk dilinin mühüm qollarından biridir və əslində bu ad da elmi deyil, siyasi yanaşmanın məhsuludur.

"Azərbaycan xalqı" deyəndə mütləq çoxluğu türklərin təşkil etdiyi bütün etnik mozaikanın içinə alan siyasi bir təşəkkül başa düşülür. "Azərbaycan dili" deyəndə isə Azərbaycan xalqının rəsmi dövlət dili olan türk dili və ya türk dillərinin mühüm qolu nəzərdə tutulur. Açıq ifadə etsək, əslində indiki müstəqillik dönəmimizdə biz siyasi təşəkkülümüzün sabitliyi və dövlətimizin bütövlüyü üçün etnik mənsubiyyəti siyasi kimliklə uzlaşdırmağa loyal yanaşmışıq”.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Milli Məclisin plenar iclası başlayıb, 13 məsələ müzakirə olunacaq 

Milli Məclisin payız sessiyasının növbəti plenar iclası başlayıb.Citypost.az xəbər verir ki, gündəliyə "Azərbaycan Respublikasının Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının, Kioto Protokolunun və Paris Sazişinin katibliyi arasında İqlim Həftəsi-4 və Adaptasiya Komitəsinin 30-cu iclası barədə Anlaşma Memorandumu"nun təsdiqi və Azərbaycanla Qırğızıstan arasında iki saziş və bir müqaviləni ratifikasiyası daxil olmaqla ümumilikdə 13 məsələ daxildir.İclasa spiker Sahibə Qafarova sədrlik edir....

13 Oktyabr 2026, 11:21

TƏBİB: 8 ayda 246 mindən çox əməliyyat aparılıb

Azərbaycanda 2026-cı ilin ilk 8 ayı ərzində tibb müəssisələrinə ümumilikdə 17 466 652 müraciət qeydə alınıb və vətəndaşlara 65 269 059 milyon tibbi xidmət göstərilib.Bu barədə Citypost.az-a TƏBİB-dən məlumat verilib.Bildirilib ki, hesabat dövründə 246 572 cərrahi əməliyyat icra olunub. Gündəlik orta hesabla tibb müəssisələrinə 83 974 müraciət daxil olub.Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə ölkə üzrə 8 ay ərzində ümumilikdə 1 103 705 müraciət qeydə alınıb....

13 Oktyabr 2026, 10:15

Ədalət Verdiyev: “Özünüzü başqa ölkənin maraqlarına qurban etməyin”  

Ötən gün Masazır qəsəbəsində dörd avtomobili yandırmaqda şübhəli bilinən şəxslərin Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanıldığı bildirildiCitypost.az xəbər verir ki, Hərbi ekspert Ədalət Verdiyev hadisə ilə bağlı fikirlərini bölüşərək avtomobillərin yandırılması ilə Azərbaycan dövlətinin zəifləyəcəyini düşünən şəxslərə müraciət edib.Ekspert bu barədə sosial şəbəkə hesabında yazıb.“Bu düşüncədə olan, yəni maşın yandırmaqla İranın Azərbaycan ərazisində söz sahibi olacağına inanan beyinsiz insanlara səslənirəm: özünüzü başqa ölkənin maraqlarına qurban etməyin.Azərbaycan dövləti maşın yandırmaqla zəifləyən deyil. Amma siz və ailəniz bir saniyəlik alışqanı maşına tutmağa görə uzun illər iztirab içində yaşayacaqsınız”, – deyə Ədalət Verdiyev bildirib.Turan...

13 Oktyabr 2026, 09:34

Jurnalist Nailə Balayevadan hicab məsələsi ilə bağlı SƏRT MESAJ

Jurnalist Nailə Balayeva Bakı məktəblərinin birində hicabla bağlı yaranan vəziyyəti işıqlandırarkən üzləşdiyi hadisə barədə məlumat verib.Citypost.az xəbər verir ki, Jurnalist bu barədə sosial şəbəkə hesabında yazıb.Nailə Balayeva bildirib ki, dünən məktəblərdən birinin qarşısında baş örtüyünü açmadıqları üçün dərsə buraxılmayan qızların valideynləri və şagirdlərlə söhbət edib, onlardan müsahibə alıblar. Məqsəd isə onların üzləşdiyi problemi işıqlandırmaq olub.Onun sözlərinə görə, söhbət başa çatmamış jurnalistləri və müsahibə verdikləri şəxsləri kənardan çəkərək görüntüləri İranla əlaqəli olduğunu iddia etdiyi Telegram kanallarına ötürüblər.“Əcəba, nədir sizin davanız? Dediyiniz kimi, uşaqlarınızı oxutmaq, yoxsa bağlı olduğunuz İranın qarşısında sadiqliyinizi və işlədiyinizi sübut etmək? Bunun rəzalətdən başqa adı varmı? Bunu kim...

13 Oktyabr 2026, 09:31

Gələcəyimizi düşünürüksə, bu qərarı dəstəkləməliyik” – Turan Etibaroğlu

Jurnalist Turan Etibaroğlu məktəbə hücum, avtomobillərin yandırılması və şüşələrin sındırılması kimi halları tənqid edib, vahid məktəbli formasının tətbiqini dəstəklədiyini bildirib.Jurnalist bu barədə sosial şəbəkə hesabında yazıb.O,  qeyd edib ki, məktəbə hücum etmək, avtomobil yandırmaq və şüşələri sındırmaq heç bir etiraz mədəniyyətinə sığmır. Onun sözlərinə görə, baş verənlər qəbul edilən qərarın nə qədər doğru və vaxtında olduğunu bir daha göstərir.“Belə təhlükəli meyillərin genişlənməsinə, cəmiyyətdə xaos və aqressiya mühitinin formalaşmasına imkan vermək olmazdı”, – deyə Turan Etibaroğlu vurğulayıb.Jurnalist vahid məktəbli formasının tətbiqini sona qədər dəstəklədiyini bildirib. O qeyd edib ki, məsələ təkcə geyimdən ibarət deyil, həm də məktəb mühitində nizam-intizamın, bərabərliyin və...

13 Oktyabr 2026, 09:15

Sabah Nizami rayonunun bəzi ərazilərində qaz olmayacaq

Bu gün Bakının Nizami rayonunun bəzi ərazilərində qaz təchizatı dayandırılacaq.Citypost.az bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinə istinadən xəbər verir.Məlumata görə, aşkar olunmuş qaz sızmasının aradan qaldırılması ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Nizami rayonunun Bəkir Çobanzadə küçəsinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.

13 Oktyabr 2026, 09:08