Ruben Vardanyanın məhkəməsi davam etdirilir
Cəmiyyət 10 Fevral 2026, 12:00
235
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi fevralın 10-da davam etdirilir.
Citypost.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində keçirilən prosesdə Azərbaycan dövləti adından zərərçəkmiş qismində Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədov çıxış edib. O, dövlət ittihamı tərəfindən təqdim edilmiş, ittiham aktında qeyd olunmuş bütün faktlarla, dəlillərlə, sübutlarla razı olduğunu söyləyib və bunun nəzərə alınmasını məhkəmədən xahiş edib.
Daha sonra zərərçəkmiş şəxslərin hüquqi varisləri - Azad Kərimov, Oqtay Şıxəliyev və digərləri çıxış edərək təqsirləndirilən şəxsin ən ağır cəzaya - ömürlük həbsə məhkum edilməsini məhkəmədən xahiş ediblər.
Təqsirləndirilən şəxs R.Vardanyan məhkəməyə müraciət edərək, müdafiəçisi Emil Babışovla danışmaq istədiyini bildirib. Məhkəmə onun vəsatətini təmin edib. Təqsirləndirilən şəxsin vəkili ilə görüşməsi ilə əlaqədar məhkəmədə fasilə elan olunub.
Məhkəmə prosesi fasilədən sonra davam etdiriləcək.
Həmçinin oxuyun
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Leyla Əliyeva “Yüksələn işıq” sərgisini ziyarət edib
Heydər Əliyev Beynəlxalq Aeroportunda dünyaşöhrətli fotojurnalist Reza Deqatinin “Yüksələn işıq” adlı sərgisi açılıb.APA xəbər verir ki, Leyla Əliyeva sərgini ziyarət edib.Reza Deqati Leyla Əliyeva sərgi ilə bağlı ətraflı məlumat verib.Qeyd edək ki, “Yüksələn işıq” sərgisi Reza Deqatinin (www.instagram.com/rezaphotography/) obyektivindən Azərbaycanın vətəndaşlarını, təbiətini, adət-ənənələrini və gündəlik həyatının incə ahəngini əks etdirir. Bu fotolar təkcə görüntü deyil, ölkənin ruhunu və işığını əks etdirən canlı hekayələrdir.“Azərbaycan Hava Yolları” QSC (AZAL) üçün bu sərgi səyahətin əsl mahiyyətini kəşf etməyi, ünsiyyəti və mədəniyyətlər arasında körpülər qurmaq gücünü ifadə edir. Reza Deqatinin fotoları müxtəlif taleləri və hekayələri bir-birinə yaxınlaşdırdığı kimi, aviasiya da məsafələri aradan qaldıraraq insanları...
10 Fevral 2026, 12:47
Qar yağacaq, yollar buz bağlayacaq
Azərbaycanda fevralın 11-də bəzi yerlərdə sulu qar, qar yağacağı proqnozlaşdırılır.Bu barədə Citypost.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı, 10-dan 11-nə keçən gecə və səhər bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 1° şaxtadan 2°-dək isti, gündüz 2-5° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 % olacaq.Gecə və səhər bəzi şəhərətrafı yolların buz bağlayacağı ehtimalı var.Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə...
10 Fevral 2026, 12:34
ADY: Qatarlar qrafik üzrə hərəkətini davam etdirir
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti ilə bağlı zəruri qabaqlayıcı tədbirlər görür.Bu barədə Citypost.az-a səhmdar cəmiyyətindən bildirilib.Qurumun məlumatına görə, ölkə boyunca dəmiryol vağzal, stansiya və dayanacaqlarında qatarların və sərnişinlərin təhlükəsiz hərəkəti üçün işçi heyəti fasiləsiz çalışır, platformalarda xüsusi örtüklər salınıb."Hazırda qatarlar qrafik üzrə hərəkətini davam etdirir. Hava şəraiti sabitləşənədək analoji tədbirlər davam etdiriləcək. Sərnişinləri platformalarda hərəkət zamanı diqqətli olmağa və dəmiryol xətlərini müvafiq keçidlərdən keçməyə çağırırıq", - məlumatda qeyd edilib....
10 Fevral 2026, 11:51
Bölgədə risklər artmaqdadır: Yaxın Şərq alarm vəziyyətində
Yaxın Şərq yenə qlobal gündəmin ən həssas nöqtəsinə çevrilməkdədir. Regionda paralel şəkildə davam edən münaqişələr, böyük güclərin toqquşan maraqları və daxili siyasi böhranlar eskalasiya risklərini daha da artırır. Bugünkü əsas təhlükə ondan ibarətdir ki, lokal qarşıdurmalar istənilən an nəzarətdən çıxaraq regional müharibəyə çevrilə bilər.Hazırkı mərhələdə əsas risk münaqişələrin bir-birinə bağlanmasıdır. İsrail–Qəzza xəttində yaşanan gərginlik Livan sərhədinə, oradan isə Suriya və İran faktoruna keçid alır. Bu zəncirvari proses Yaxın Şərqdə təkcə bir müharibənin deyil, bir neçə cəbhəli qarşıdurmanın yaranması ehtimalını artırır.Eskalasiya risklərini dərinləşdirən əsas amillərdən biri də diplomatik boşluqdur. Beynəlxalq vasitəçilik mexanizmləri zəiflədikcə, tərəflər siyasi həll yollarına deyil, güc faktoruna üstünlük...
10 Fevral 2026, 11:26
Qanunsuz saxlanılan silah-sursat aşkarlanıb
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.Citypost.az xəbər verir ki, bu barədə DİN-dən bildirilib. Fevralın 9-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 tapança, 23 tüfəng, 1 patron darağı və 55 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
10 Fevral 2026, 10:54
Unudulmaz Aydın Səlimzadə!
Çoxları yaxşı tanıyırdı, hələ də tanıyanlar, xatırlayanlar az deyil, gözəl bir dostumuz, dəyərli bir ziyalımız vardı — Aydın Səlimzadə!Olduqca mehriban, sədaqətli, qılıqlı bir insan idi.Əslində, sahə qəzeti olan "Elm" qəzetinin, redaktoru olduğu vaxtda, ən yüksək səviyyəyə qaldırmışdı. Səhər tezdən hamı yuxudan oyanıb "Elm" axtarırdı.Mən orta məktəbdə oxuyanda o, artıq ADU-nun tarix fakültəsinin tələbəsi idi. Tanışlığımız, dərhal da dostlaşmağımız həmin illərdə olmuşdu. Sonralar mən tələbə olanda Aydan da Moskvaya SSRİ Elmlər Akademiyasınsına təcrübəyə gəlmişdi. 2-3 il bir yerdə unudulmaz Moskva həyatı yaşadıq. Unudulmaz xatirələrimiz var, ömür vəfa etsə, yazaram,inşallah.Aydın çox az yaşadı, çox az.Bu gün Aydının da anım günüdür.1995-in 9 martında...
10 Fevral 2026, 10:41