Bizə yazın

Baku

-°C

USD

-

ABŞ Ticarət Palatası Prezident İlham Əliyevi biznes icması ilə görüş üçün Vaşinqtona dəvət edib 

Cəmiyyət 09 Fevral 2026, 21:02

257

ABŞ Ticarət Palatasının beynəlxalq üzvlərlə əlaqələr, Yaxın Şərq və Türkiyə üzrə baş vitse-prezidenti Kuş Çoksi ölkəsinin biznes icmasını təmsil edən daha böyük nümayəndə heyəti ilə görüşmək üçün Azərbaycan Prezidenti İlham Əliyevi Vaşinqtona dəvət edib.

 Citypost.az  xəbər verir ki, o, bu barədə Azərbaycan Prezidentinin qəbulunda deyib.

"Azərbaycana çox böyük maraq var. Hesab edirəm ki, hər şey iki il bundan əvvəl COP-dan başladı və COP çox uğurlu bir tədbir oldu və Sizin xatırlatdığınız kimi bu COP-da dünyanın ehtiyacı olan neftin və ənənəvi enerjinin və yeni enerji mənbələrinin önəmi qeyd olundu. Bu gün burada bütün sektorlardan - əsas sektorlardan, yaranmaqda olan sektorlarda fəaliyyət göstərən şirkətlərin nümayəndələri yığışıb.

O vaxtdan bəri biz Azərbaycana çox böyük marağın olduğunun şahidiyik. Sizin nazirlər həmişə gələ bilərlər. Qarşılıqlı əlaqə üçün nə qədər çox imkan olsa, Azərbaycanda Amerika şirkətləri üçün mövcud olan fürsətlərin onlar tərəfindən qavranılması bir o qədər də çox olacaq.

Gələn dəfə Siz Nyu-Yorkda olanda, - Sizin necə məşğul olduğunuzu bilirəm, lakin biz əvvəlcədən planlaşdıracağıq, - səfəriniz çərçivəsində bizim üçün dəyirmi masanın təşkilində yardımçı olmağı xahiş edəcəyik. Bəlkə Nyu-Yorka bir gün əvvəl gələ bilərsiniz, - hətta bu, bazar günü də ola bilər, - Sizin fikirlərinizi, şirkətlərlə bağlı fikirlərinizi öyrənmək istəyirik", - K. Çoksi vurğulayıb.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Əli silah tutmayan gənci sağlam kimi hərbiyə aparmaq istəyən MƏMUR KİMDİR?

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və tibb mərkəzləri “yararsız” desə də, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) həkim komissiyası vətəndaşın sağlam olmasını deyir.Oxu24.com-un redaksiyasına müraciət edən Nihat Novruz oğlu Aslanov hərbi xidmətə çağırış prosesində üzləşdiyi yanaşmalardan  və Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Tibbi-Sosial Ekspert Komissiyasının qərarından şikayətçidir.N.Aslanovun sözlərinə görə, universiteti bitirdikdən sonra  Səfərbərlik Xidmətinin Rayon Şöbəsinə müraciət edib və könüllü xidmət etmək istəyini bildirib. Lakin 2022-ci ildə keçirdiyi ağır əməliyyat nəticəsində sağ biləyinə yerləşdirilən daimi mil ciddi problem yaradıb.“Nizami Tibb Mərkəzi, Travmatologiya İnstitutu və hərbi komissarlığın (Red- Səfərbərlik Xidmətinin) öz həkimləri qolumdakı milə və funksiya pozuntusuna  görə məni...

09 Fevral 2026, 22:07

Fəzail Ağamalının ölüm səbəbi bilindi 

Xəbər verdiyimiz kimi, Milli Məclisin sabiq deputatı, Ana Vətən Partiyasının keçmiş sədri Fəzail Ağamalı vəfat edib.CityPost.az  Teleqraf-a istinadən bildirir ki, F.Ağamalı qızı Günay Ağamalı və nəvəsi ilə müalicə üçün Türkiyəyə gedibmiş. O, müalicə aldığı xəstəxanada bu gün dünyasını dəyişib. Məlumata görə, F.Ağamalı uzun müddət idi xərçəng xəstəliyindən əziyyət çəkirmiş.Mərhumun nəşi yaxın saatlarda Bakıya göndəriləcək.Qeyd edək ki, F.Ağamalı Milli Məclisin II, III, IV, V və VI çağırış deputatı olub....

09 Fevral 2026, 20:31

Ramiz Mehdiyevin cinayət işi üzrə Əli Kərimli və daha iki nəfərin həbs qətimkan tədbirinin müddəti uzadılıb

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev barəsində cinayət işi çərçivəsində həbs edilən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədrinin müşaviri Məmməd İbrahim, AMEA katibliyinin keçmiş rəisi, Prezident Administrasiyasının keçmiş əməkdaşı Eldar Əmirov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.CityPost.az  xəbər verir ki, Səbail Rayon Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətinin müstəntiqlərin vəsaiti əsasında onlar barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı təqdimat baxılıb.Məhkəmə hər bir təqdimatı təmin edib və təqsirləndirilən şəxslərin həbs qətimkan tədbirinin müddəti daha 4 ay uzadılıb.Qeyd edək ki, təqsirləndirilən şəxslər Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə istintaqa cəlb olunub.Onlara Cinayət Məcəlləsini. 278.1 (hakimiyyəti zorla ələ...

09 Fevral 2026, 20:27

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

Sabiq millət vəkili Fəzail Ağamalı vəfat edib.Manset.az-ın əldə etdiyi məlumata görə, o, bu dəqiqələrdə Türkiyədə dünyasını dəyişib.Fəzail Ağamalının qızı, millət vəkili Günay Ağamalı faktı saytımıza təsdiqləyib.Allah rəhmət eləsin!

09 Fevral 2026, 19:46

ASAN Xidmət 1 milyonluq avadanlıq alacaq 

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (“ASAN xidmət”) mərkəzlərinin və Agentliyin aparatının enerji təhlükəsizliyini gücləndirir.Citypost.az xəbər verir ki, bu məqsədlə genişmiqyaslı texniki dəstək xidmətlərinin satınalınması üçün 1.059.740,30 azn məbləğində tender elan olunub.Vəsait xidmət mərkəzlərində fəaliyyətin fasiləsizliyini təmin edən mühüm avadanlıqların işlək vəziyyətdə saxlanılmasına yönəldiləcək.

09 Fevral 2026, 18:00

Tahir Budaqov Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib 

Tahir Yaqub oğlu Budaqov Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.Citypost.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

09 Fevral 2026, 16:52