Unudulmaz Aydın Səlimzadə!
Cəmiyyət 10 Fevral 2026, 10:41
7790
Çoxları yaxşı tanıyırdı, hələ də tanıyanlar, xatırlayanlar az deyil, gözəl bir dostumuz, dəyərli bir ziyalımız vardı — Aydın Səlimzadə!
Olduqca mehriban, sədaqətli, qılıqlı bir insan idi.
Əslində, sahə qəzeti olan "Elm" qəzetinin, redaktoru olduğu vaxtda, ən yüksək səviyyəyə qaldırmışdı. Səhər tezdən hamı yuxudan oyanıb "Elm" axtarırdı.
Mən orta məktəbdə oxuyanda o, artıq ADU-nun tarix fakültəsinin tələbəsi idi. Tanışlığımız, dərhal da dostlaşmağımız həmin illərdə olmuşdu. Sonralar mən tələbə olanda Aydan da Moskvaya SSRİ Elmlər Akademiyasınsına təcrübəyə gəlmişdi. 2-3 il bir yerdə unudulmaz Moskva həyatı yaşadıq. Unudulmaz xatirələrimiz var, ömür vəfa etsə, yazaram,inşallah.
Aydın çox az yaşadı, çox az.
Bu gün Aydının da anım günüdür.
1995-in 9 martında 42 yaşında qəfildən bizi qoyub getdi...
Elə bil uçurdun səmalarda sən,
Yarı yolda qaldın, sındı qanadın.
Adın kimi ayidın idi hər işin,
Bircə bu ölümün aydın olmadı.
Ata-anan üçün, Rübabə üçün
Özüylə qar-boran gətirdi bu yaz.
Sənsizlik yükünü çəkəcək daha
İki qönçə balan — Aygünlə, Ayaz.
Qohumdan tanışdan, dostdan ötəri
Həmişə gedirdin əldən-ayaqdan.
Yaşıl yarpaq kimi, tər çiçək kimi
Ömrün baharında düşdün budaqdan.
Yenicə ev-eşik qurmuşdun hələ,
Hardan gəldi axı, sənə əcəl tuş?
Yarıyacan yazmadı heç qələmin,
Onun ömrü səninkindən uzunmuş.
Həmçinin oxuyun
Adın çəkiləndə dilimiz yanır,
Səndən söz düşəndə gözümüz dolur.
Sənin hər sözünə biz inanırdıq,
İndi yoxluğuna inanmaq olmur...
Şeirlər yazardın...
Nədənsə sonra
Alimliyin üstələdi şeirini.
Səndən sonra elə boşluq yaranıb.
Min-min adam doldurammır yerini.
Qapın açıq idi tanışa, dosta,
İndi qapını da aça bilmirik...
Yoxluğun bağlayıb əl-qolumuzu —
Sənin yoxluğundan qaça bilmirik...
Maarif Soltan
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Əhalinin orta aylıq xərcləri 662 manata yüksəlib
Bu ilin yanvar-mart aylarında Azərbaycanda bir istehlakçı orta hesabla ayda 662,1 manat və ya 2025-ci ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 59,8 manat çox vəsait xərcləyib.CityPost.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu ilin yanvar-mart aylarında istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 20,4 milyard manat təşkil edib.Bu göstərici 2025- ci ilin yanvar-mart aylarına nisbətən real ifadədə 4,6 faiz artıb.Ümumi dəyərin 78,1 faizini pərakəndə ticarət dövriyyəsi, 18,8 faizini əhaliyə göstərilmiş ödənişli xidmətlərin dəyəri, 3,1 faizini isə ictimai iaşə dövriyyəsi təşkil edib. Qeyri-dövlət sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 2025-ci...
16 Aprel 2026, 18:12
Kamran Əsədovun məhkəməsində şahidlər dindirilib
Buraxılış və qəbul imtahanlarına qanunsuz texniki vasitələrin keçirilməsi ilə bağlı cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.APA-nın yerli bürosunun məlumatına görə, bu gün Gəncə Şəhər Məhkəməsində hakim Elçin Məmmədovun sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.Şahid R.M. təqsirləndirilən Gündüz Abbasovu tanıdığını bildirib. O deyib ki, Gündüz Abbasova 45 min dollar verib. Onun sözlərinə görə, həmin vəsaitdən ona da pul çatmalı imiş.Dövlət ittihamçısı bildirib ki, şahidin ifadəsində bəzi ziddiyyətlər var.İş üzrə zərərçəkmiş kimi tanınan Dövlət İmtahan Mərkəzinin nümayəndəsi vəsatət qaldırıb. O bildirib ki, iş üzrə ibtidai istintaqda dindirilən bir qrup şəxs məhkəməyə gəlməyib. DİM nümayəndəsi məhkəmədən xahiş edib ki, həmin şəxslər...
16 Aprel 2026, 17:50
Allahşükür Paşazadə Türkiyədə məktəblərə silahlı hücumlarla əlaqədar başsağlığı verib
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Türkiyəyə başsağlığı verib.Citypost.az xəbər verir ki, bu barədə QMİ məlumat yayıb.A.Paşazadənin Türkiyə Diyanət İşləri Başkanı Safi Arpaquşa ünvanladığı məktubda son günlərdə Şanlıurfa və Kahramanmaraşda müəllim və şagirdlərə qarşı törədilmiş qətl hadisələrinə diqqət çəkilib. QMİ sədri hadisələrin Azərbaycan xalqının və şəxsinin kədərinə səbəb olduğunu vurğulayıb:"Ümid edirəm ki, qardaş Türkiyədə mövcud olan əmin-amanlığa xələl gətirən bu kimi hadisələr bir daha təkrarlanmayacaq.Kədərinizi sizinlə bölüşür, həlak olanların ailələrinə, yaxınlarına, bütün Türkiyə xalqına öz adımdan, Qafqaz və Azərbaycan müsəlmanları adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara Allahdan şəfalar diləyirəm".Xatırladaq ki, aprelin 14-də Şanlıurfanın Siverek rayonundakı...
16 Aprel 2026, 17:35
Cəbrayılda növbəti əmək yarmarkası keçiriləcək
Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə Cəbrayıl rayonunda növbəti əmək yarmarkası təşkil ediləcək.Citypost.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyi məlumat yayıb.Aktiv məşğulluq tədbiri aprelin 22-də saat 11:00-da Cəbrayıl şəhəri, M.Mehdizadə adına tam orta məktəbdə keçiriləcək.Tədbirdə işaxtaran şəxslərə 20 müəssisə tərəfindən növbətçi mühəndis, aqronom, nəqliyyat üzrə mütəxəssis, mexanik, elektrik montyoru, mühəndis, operator, qaynaqçı, avtokar sürücüsü, fəhlə, usta və s. peşə istiqamətləri üzrə 100-ə yaxın vakansiya təqdim ediləcək.Əmək yarmarkasına gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir....
16 Aprel 2026, 17:21
“Məktəb ictimai müzakirədə” adlı tədbir keçirilib
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) və Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə həyata keçirilən “Məktəb ictimai müzakirədə” layihəsi çərçivəsində növbəti görüş təşkil olunub.Bu barədə Citypost.az-a BŞTİ-dən məlumat verilib.Bildirilib ki, İlyas Əfəndiyev adına Elitar gimnaziyada keçirilən görüşdə Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, "APA Media Group"un Baş direktoru Vüsalə Mahirqızı, millət vəkilləri Fazil Mustafa və Hikmət Babaoğlu, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Hikmət Əlizadə, BŞTİ-nin Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov, təhsil müəssisəsinin pedaqoji kollektivi, şəhid ailələri, media təmsilçiləri, valideynlər və digər qonaqlar iştirak ediblər.Bildirilib ki, qonaqlar əvvəlcə təhsil ocağının foyesində şagirdlərin əl işlərindən ibarət sərgiyə...
16 Aprel 2026, 17:05
Naxçıvan iqtisadiyyat nazirinin yeni müavini təyin edilib
Naxçıvan Muxtar Respublikası (MR) iqtisadiyyat nazirinə yeni müavin təyin edilib.Qurumun mətbuat xidmətindən "Report"un yerli bürosuna verilən məlumata əsasən, bu vəzifəyə Müslüm Əli oğlu Cabbarzadə təyin edilib.Qeyd edək ki, M.Cabbarzadə bundan əvvəl muxtar respublikanın İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini vəzifəsində çalışıb, rəis vəzifələrini icra edib.
16 Aprel 2026, 17:00