Pensiyalarla bağlı QƏRAR – Nə qədər artacaq, kimlər YARARLANACAQ?
Cəmiyyət 09 Fevral 2026, 23:13
272
Xəbər verdiyimiz kimi, Azərbaycanda əmək pensiyalarının artırılması ilə bağlı yeni mexanizm tətbiq olunub. Pensiyalar 2025-ci il üzrə ölkədə orta aylıq əməkhaqqının illik artım tempinə uyğun olaraq 9,3 faiz indeksləşdirilib və bu artım 2026-cı ilin 1 yanvar tarixindən qüvvəyə minib.
CityPost.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin açıqlamasına əsasən, Prezident İlham Əliyevin “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” imzaladığı Sərəncama uyğun olaraq 2026-cı il yanvarın 1-dək təyin edilmiş bütün pensiyalar Dövlət Statistika Komitəsinin təqdim etdiyi rəsmi məlumatlar əsasında artırılır. Pensiyaçıların bu artımdan yararlanması üçün hər hansı müraciət etməsinə və sənəd təqdim etməsinə ehtiyac yoxdur. Artımlar elektron sistem vasitəsilə avtomatik şəkildə hesablanır.
Nazirlik bildirir ki, yanvar ayı üzrə pensiyalara edilən artımlar fevral ayının pensiyası ilə birlikdə ödəniləcək. Bu isə o deməkdir ki, pensiyaçılar fevral ayında həm yeni, artırılmış pensiya məbləğini, həm də yanvar ayına düşən artım fərqini eyni vaxtda alacaqlar. İndeksləşdirmə bütün pensiyaçıları, o cümlədən hərbi qulluqçuları, hüquq-mühafizə orqanlarının əməkdaşlarını və digər kateqoriyaları əhatə edir. Ümumilikdə artım 1,1 milyon pensiyaçıya şamil olunur və bunun üçün dövlət büdcəsindən illik əlavə 640 milyon manat vəsait ayrılıb.
Bununla yanaşı, sığortaolunanların fərdi hesablarında 2026-cı il yanvarın 1-dək toplanmış pensiya kapitalları da ötən il üzrə istehlak qiymətləri indeksinə uyğun olaraq 5,6 faiz artırılıb. Bu artım sosial sığorta sistemində iştirak edən şəxslərin gələcək pensiya təminatının dövlət tərəfindən də dəstəkləndiyini göstərir.
Həmçinin oxuyun
Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı-ekspert Akif Nəsirli NOCOMMENT.az-a bildirib ki, əmək pensiyalarının indeksləşdirilməsi “Əmək pensiyaları haqqında” qanuna əsasən hər il həyata keçirilir və bu mexanizm əvvəlki ildə ölkə üzrə orta aylıq əməkhaqqının artım faizinə uyğunlaşdırılır. Onun sözlərinə görə, 2025-ci ildə orta əməkhaqqının 9,3 faiz artması pensiyalarda da eyni səviyyədə artımın tətbiq olunmasına hüquqi əsas yaradıb və bu, pensiyaçıların gəlirlərinin inflyasiya fonunda qorunmasına xidmət edir: “İndeksləşdirmə bütün növ əmək pensiyalarına — yaşa görə, əlilliyə görə və ailə başçısını itirməyə görə pensiyalara şamil olunur. Yəni pensiyanın növündən asılı olmayaraq, əmək pensiyası alan hər bir vətəndaş bu artımdan yararlanır. Xüsusilə aşağı və orta pensiya alan şəxslər üçün bu artım mühüm sosial əhəmiyyət daşıyır, çünki qiymət artımları fonunda pensiyaçıların alıcılıq qabiliyyətinin müəyyən qədər qorunmasına imkan yaradır. Fərdi pensiya kapitallarının indeksləşdirilməsi gələcəkdə vətəndaşların daha yüksək pensiya almasına müsbət təsir göstərəcək”.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Fevralın 10-da qaz kəsiləcək - Bu ərazilərdə
Tovuz rayonunda 2 975 abonentin təbii qazla təminatında məhdudiyyətlər yaranacaq.CityPost.az xəbər verir ki, bu barədə Şəmkir Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.Qeyd olunub ki, məhdudiyyətin tətbiq edilməsi yeraltı qaz boru kəmərində müəyyən edilən sızmanın ləğv edilməsi zərurətindən irəli gəlir.Qeyd edək ki, təmir-bərpa işləri ilə əlaqədar olaraq fevralın 10-da saat 09:30-dan etibarən Əlibəyli, Hacallı, Yuxarı Mülkülü, Aşağı Öysüzlü və Yuxarı Öysüzlü kəndlərinə təbii qazın verilişi işlər yekunlaşana qədər dayandırılacaq....
09 Fevral 2026, 23:51
Əli silah tutmayan gənci sağlam kimi hərbiyə aparmaq istəyən MƏMUR KİMDİR?
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və tibb mərkəzləri “yararsız” desə də, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) həkim komissiyası vətəndaşın sağlam olmasını deyir.Oxu24.com-un redaksiyasına müraciət edən Nihat Novruz oğlu Aslanov hərbi xidmətə çağırış prosesində üzləşdiyi yanaşmalardan və Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Tibbi-Sosial Ekspert Komissiyasının qərarından şikayətçidir.N.Aslanovun sözlərinə görə, universiteti bitirdikdən sonra Səfərbərlik Xidmətinin Rayon Şöbəsinə müraciət edib və könüllü xidmət etmək istəyini bildirib. Lakin 2022-ci ildə keçirdiyi ağır əməliyyat nəticəsində sağ biləyinə yerləşdirilən daimi mil ciddi problem yaradıb.“Nizami Tibb Mərkəzi, Travmatologiya İnstitutu və hərbi komissarlığın (Red- Səfərbərlik Xidmətinin) öz həkimləri qolumdakı milə və funksiya pozuntusuna görə məni...
09 Fevral 2026, 22:07
ABŞ Ticarət Palatası Prezident İlham Əliyevi biznes icması ilə görüş üçün Vaşinqtona dəvət edib
ABŞ Ticarət Palatasının beynəlxalq üzvlərlə əlaqələr, Yaxın Şərq və Türkiyə üzrə baş vitse-prezidenti Kuş Çoksi ölkəsinin biznes icmasını təmsil edən daha böyük nümayəndə heyəti ilə görüşmək üçün Azərbaycan Prezidenti İlham Əliyevi Vaşinqtona dəvət edib. Citypost.az xəbər verir ki, o, bu barədə Azərbaycan Prezidentinin qəbulunda deyib."Azərbaycana çox böyük maraq var. Hesab edirəm ki, hər şey iki il bundan əvvəl COP-dan başladı və COP çox uğurlu bir tədbir oldu və Sizin xatırlatdığınız kimi bu COP-da dünyanın ehtiyacı olan neftin və ənənəvi enerjinin və yeni enerji mənbələrinin önəmi qeyd olundu. Bu gün burada bütün sektorlardan - əsas sektorlardan, yaranmaqda olan sektorlarda fəaliyyət göstərən şirkətlərin...
09 Fevral 2026, 21:02
Fəzail Ağamalının ölüm səbəbi bilindi
Xəbər verdiyimiz kimi, Milli Məclisin sabiq deputatı, Ana Vətən Partiyasının keçmiş sədri Fəzail Ağamalı vəfat edib.CityPost.az Teleqraf-a istinadən bildirir ki, F.Ağamalı qızı Günay Ağamalı və nəvəsi ilə müalicə üçün Türkiyəyə gedibmiş. O, müalicə aldığı xəstəxanada bu gün dünyasını dəyişib. Məlumata görə, F.Ağamalı uzun müddət idi xərçəng xəstəliyindən əziyyət çəkirmiş.Mərhumun nəşi yaxın saatlarda Bakıya göndəriləcək.Qeyd edək ki, F.Ağamalı Milli Məclisin II, III, IV, V və VI çağırış deputatı olub....
09 Fevral 2026, 20:31
Ramiz Mehdiyevin cinayət işi üzrə Əli Kərimli və daha iki nəfərin həbs qətimkan tədbirinin müddəti uzadılıb
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev barəsində cinayət işi çərçivəsində həbs edilən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədrinin müşaviri Məmməd İbrahim, AMEA katibliyinin keçmiş rəisi, Prezident Administrasiyasının keçmiş əməkdaşı Eldar Əmirov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.CityPost.az xəbər verir ki, Səbail Rayon Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətinin müstəntiqlərin vəsaiti əsasında onlar barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı təqdimat baxılıb.Məhkəmə hər bir təqdimatı təmin edib və təqsirləndirilən şəxslərin həbs qətimkan tədbirinin müddəti daha 4 ay uzadılıb.Qeyd edək ki, təqsirləndirilən şəxslər Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə istintaqa cəlb olunub.Onlara Cinayət Məcəlləsini. 278.1 (hakimiyyəti zorla ələ...
09 Fevral 2026, 20:27
SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi
Sabiq millət vəkili Fəzail Ağamalı vəfat edib.Manset.az-ın əldə etdiyi məlumata görə, o, bu dəqiqələrdə Türkiyədə dünyasını dəyişib.Fəzail Ağamalının qızı, millət vəkili Günay Ağamalı faktı saytımıza təsdiqləyib.Allah rəhmət eləsin!
09 Fevral 2026, 19:46