Əli silah tutmayan gənci sağlam kimi hərbiyə aparmaq istəyən MƏMUR KİMDİR?
Cəmiyyət 09 Fevral 2026, 22:07
290
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və tibb mərkəzləri “yararsız” desə də, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) həkim komissiyası vətəndaşın sağlam olmasını deyir.
Oxu24.com-un redaksiyasına müraciət edən Nihat Novruz oğlu Aslanov hərbi xidmətə çağırış prosesində üzləşdiyi yanaşmalardan və Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Tibbi-Sosial Ekspert Komissiyasının qərarından şikayətçidir.
N.Aslanovun sözlərinə görə, universiteti bitirdikdən sonra Səfərbərlik Xidmətinin Rayon Şöbəsinə müraciət edib və könüllü xidmət etmək istəyini bildirib. Lakin 2022-ci ildə keçirdiyi ağır əməliyyat nəticəsində sağ biləyinə yerləşdirilən daimi mil ciddi problem yaradıb.
“Nizami Tibb Mərkəzi, Travmatologiya İnstitutu və hərbi komissarlığın (Red- Səfərbərlik Xidmətinin) öz həkimləri qolumdakı milə və funksiya pozuntusuna görə məni hərbi xidmətə yararsız hesab ediblər. Əməliyyat edən həkimim Zahid Cəfərovun diaqnozuna görə, mən 5 kiloqramdan artıq yük qaldıra bilmərəm, soyuq havada qolum sızıldayır və barmaqlarımın hərəkəti məhduddur. Əlim silah tutacaq vəziyyətdə deyil”,-deyə çağırışı Nihat Aslanlı bildirib.
DSMF ilə ziddiyyət: “6 aylıq möhlət verdilər ki, mili çıxartdırım”.
Vətəndaş bildirir ki, Səfərbərlik Xidmətinin hərbi həkim komissiyası onun işini rəy üçün Sosial Müdafiə Fonduna göndərib. İlkin yoxlanışda ona 6 aylıq möhlət verilib və bildirilib ki, müddət bitdikdən sonra hərbi biletini ala bilər. Lakin müddət bitdikdən sonra vəziyyət köklü şəkildə dəyişib.
“6 ay sonra yenidən yoxlanışa çağırdılar. Bu dəfə Səfərbərlik Xidməti mənə bildirdi ki, biz səni yararsız yazsaq da, Sosial Müdafiə Fondu bizim rəyimizin üstündən xətt çəkərək səni yararlı hesab edib. Səbəb kimi isə göstərirlər ki, guya mənə o 6 ayı qolumdakı mili çıxartdırmaq üçün veriblər. Hansı ki, o mil ömürlükdür və sümük hələ də bitişməyib. Mili çıxartmaq əlimin tamamilə iflic olması deməkdir”.
Tariel Əhmədzadə ilə qalmaqallı söhbət...
Şikayətçi DSMF-nin Daxili Nəzarət şöbəsinin əməkdaşı olduğu bildirilən Tariel Əhmədzadə ilə görüşdüyünü və aldığı cavabdan şoka düşdüyünü qeyd edir.
“Tariel bəy mənə bildirdi ki, səni 59-cu qaydaya əsasən yararlı vurmuşuq. Qolumdakı ağrılara isə ‘subyektiv amildir, biz onu hiss etmirik’ deyərək kobud şəkildə cavab verdi. Hətta iddia etdi ki, ona qolunda mil olan, əli işləməyən adamı əsgər aparmaq üçün xüsusi səlahiyyət verib. Mən inanmıram ki, hansısa məmura xəstə vətəndaşı zorla xidmətə aparmaq tapşırığı verilsin”.
“Hər ay işimi-gücümü atıb qan verirəm”
Hazırda ailəli olan və ailəsinə baxan Nihat Aslanov hər ay hərbi komissarlığa çağırılmaqdan və təkrar-təkrar eyni analizləri verməkdən tükəndiyini deyir:
“Hər ay məni çağırıb yenidən qan analizi, ürək müayinəsi tələb edirlər. Martın 1-nə yenidən çağırış gəlib. Mənim hüquqi azadlığım yoxdur? Yararsız olduğum 6 fərqli rəylə sübut olunubsa, bir qurumun inadkarlığına görə niyə həyatım alt-üst olmalıdır? Bu məsələnin birdəfəlik həllini tələb edirəm”,-deyə şikayətçi bildirib.
Həmçinin oxuyun
Nihat Aslanovun şikayəti bir vətəndaşın taleyindən daha çox, fərqli dövlət qurumları arasındakı rəy ziddiyyətini ortaya qoyur. Səfərbərlik Xidmətinin və ixtisaslaşmış tibb mərkəzlərinin "hərbi xidmətə yaramır" dediyi şəxsin, DSMF tərəfindən "yararlı" hesab edilməsi ciddi suallar doğurur.
Vətəndaşın sağlamlıq vəziyyəti (qolunda ömürlük metal konstruksiyanın olması və sümük bitişməməsi faktı) hərbi xidmət zamanı həm onun özü, həm də xidmət yoldaşları üçün təhlükə yarada bilərmi?
Sosial Müdafiə Fondu tərəfindən tətbiq edilən "59-cu qayda" fiziki məhdudiyyəti olan vətəndaşların xidmətə cəlb olunmasına nə dərəcədə imkan verir?
Oxu24.com mövzu ilə bağlı hüquqşünasların və yazıda adları qeyd olunan qurumların da mövqeyini təqdim edəcək.
Qeyd edək ki,7 fevralda Mərkəzi Klinik Hərbi Hospitalda vəfat edən Müdafiə Nazirliyinin əsgəri Coşqun Zülfüqar oğlu Sadıqovun vərəm xəstəsi olduğu bildirilir.
Bu barədə hərbi ekspert Ədalət Verdiyev feysbukda paylaşım edib.
O bildirib ki, Coşqun atasız olub, özü də vərəmdən əziyyət çəkirmiş:
“Vərəm xəstəsini minlərlə şəxsi heyətin olduğu hərbi hissəyə göndərmək böyük risklər vəd edir.
Əgər əsgər xəstə idisə, hərbi xidmətə niyə göndərilib, hərbi hissə niyə xəstə əsgəri geri qaytarmayıb, yox əgər əsgər sağlam idisə, niyə 10 gün ərzində xəstələndi və dünyasını dəyişdi? Bütün suallara cavab tapılmalı, günahkarlar qanun çərçivəsində cəzalanmalıdır”.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Fevralın 10-da qaz kəsiləcək - Bu ərazilərdə
Tovuz rayonunda 2 975 abonentin təbii qazla təminatında məhdudiyyətlər yaranacaq.CityPost.az xəbər verir ki, bu barədə Şəmkir Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.Qeyd olunub ki, məhdudiyyətin tətbiq edilməsi yeraltı qaz boru kəmərində müəyyən edilən sızmanın ləğv edilməsi zərurətindən irəli gəlir.Qeyd edək ki, təmir-bərpa işləri ilə əlaqədar olaraq fevralın 10-da saat 09:30-dan etibarən Əlibəyli, Hacallı, Yuxarı Mülkülü, Aşağı Öysüzlü və Yuxarı Öysüzlü kəndlərinə təbii qazın verilişi işlər yekunlaşana qədər dayandırılacaq....
09 Fevral 2026, 23:51
Pensiyalarla bağlı QƏRAR – Nə qədər artacaq, kimlər YARARLANACAQ?
Xəbər verdiyimiz kimi, Azərbaycanda əmək pensiyalarının artırılması ilə bağlı yeni mexanizm tətbiq olunub. Pensiyalar 2025-ci il üzrə ölkədə orta aylıq əməkhaqqının illik artım tempinə uyğun olaraq 9,3 faiz indeksləşdirilib və bu artım 2026-cı ilin 1 yanvar tarixindən qüvvəyə minib.CityPost.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin açıqlamasına əsasən, Prezident İlham Əliyevin “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” imzaladığı Sərəncama uyğun olaraq 2026-cı il yanvarın 1-dək təyin edilmiş bütün pensiyalar Dövlət Statistika Komitəsinin təqdim etdiyi rəsmi məlumatlar əsasında artırılır. Pensiyaçıların bu artımdan yararlanması üçün hər hansı müraciət etməsinə və sənəd təqdim etməsinə ehtiyac yoxdur. Artımlar elektron sistem vasitəsilə avtomatik şəkildə hesablanır.Nazirlik...
09 Fevral 2026, 23:13
ABŞ Ticarət Palatası Prezident İlham Əliyevi biznes icması ilə görüş üçün Vaşinqtona dəvət edib
ABŞ Ticarət Palatasının beynəlxalq üzvlərlə əlaqələr, Yaxın Şərq və Türkiyə üzrə baş vitse-prezidenti Kuş Çoksi ölkəsinin biznes icmasını təmsil edən daha böyük nümayəndə heyəti ilə görüşmək üçün Azərbaycan Prezidenti İlham Əliyevi Vaşinqtona dəvət edib. Citypost.az xəbər verir ki, o, bu barədə Azərbaycan Prezidentinin qəbulunda deyib."Azərbaycana çox böyük maraq var. Hesab edirəm ki, hər şey iki il bundan əvvəl COP-dan başladı və COP çox uğurlu bir tədbir oldu və Sizin xatırlatdığınız kimi bu COP-da dünyanın ehtiyacı olan neftin və ənənəvi enerjinin və yeni enerji mənbələrinin önəmi qeyd olundu. Bu gün burada bütün sektorlardan - əsas sektorlardan, yaranmaqda olan sektorlarda fəaliyyət göstərən şirkətlərin...
09 Fevral 2026, 21:02
Fəzail Ağamalının ölüm səbəbi bilindi
Xəbər verdiyimiz kimi, Milli Məclisin sabiq deputatı, Ana Vətən Partiyasının keçmiş sədri Fəzail Ağamalı vəfat edib.CityPost.az Teleqraf-a istinadən bildirir ki, F.Ağamalı qızı Günay Ağamalı və nəvəsi ilə müalicə üçün Türkiyəyə gedibmiş. O, müalicə aldığı xəstəxanada bu gün dünyasını dəyişib. Məlumata görə, F.Ağamalı uzun müddət idi xərçəng xəstəliyindən əziyyət çəkirmiş.Mərhumun nəşi yaxın saatlarda Bakıya göndəriləcək.Qeyd edək ki, F.Ağamalı Milli Məclisin II, III, IV, V və VI çağırış deputatı olub....
09 Fevral 2026, 20:31
Ramiz Mehdiyevin cinayət işi üzrə Əli Kərimli və daha iki nəfərin həbs qətimkan tədbirinin müddəti uzadılıb
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev barəsində cinayət işi çərçivəsində həbs edilən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədrinin müşaviri Məmməd İbrahim, AMEA katibliyinin keçmiş rəisi, Prezident Administrasiyasının keçmiş əməkdaşı Eldar Əmirov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.CityPost.az xəbər verir ki, Səbail Rayon Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətinin müstəntiqlərin vəsaiti əsasında onlar barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı təqdimat baxılıb.Məhkəmə hər bir təqdimatı təmin edib və təqsirləndirilən şəxslərin həbs qətimkan tədbirinin müddəti daha 4 ay uzadılıb.Qeyd edək ki, təqsirləndirilən şəxslər Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə istintaqa cəlb olunub.Onlara Cinayət Məcəlləsini. 278.1 (hakimiyyəti zorla ələ...
09 Fevral 2026, 20:27
SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi
Sabiq millət vəkili Fəzail Ağamalı vəfat edib.Manset.az-ın əldə etdiyi məlumata görə, o, bu dəqiqələrdə Türkiyədə dünyasını dəyişib.Fəzail Ağamalının qızı, millət vəkili Günay Ağamalı faktı saytımıza təsdiqləyib.Allah rəhmət eləsin!
09 Fevral 2026, 19:46