Bizə yazın

Baku

-°C

USD

-

Türk şirkəti  "Preso"Qarabağda işləyən fəhləni işdən qovdu - Şəhidin dayısıdır 

Cəmiyyət 10 Fevral 2026, 15:31

7985

Fəhlə hüquqlarının pozulduğunu,tikinti şirkəti tərəfindən qanunsuz hərəkətlərlə üzləşdiyini və rəhbərlik tərəfindən təhqir olunduğunu bildirir.

CityPost.az  xəbər verir  ki,bu barədə oxu24.com-a müraciət edən fəhlə Şahin Abdullayev Qarabağda aparılan işlərdə iştirak edən Türkiyə şirkəti "Preso Texnoloji Elektronik Yazılım Mühendislik Sanayi ve Ticaret Anonim Şirketi" nin Azərbaycan filialının (Red-bundan sonra "Presco) rəhbər işçiləri tərəfindən qanunsuz olaraq işlədildiyini və əmək haqqının düzgün hesablanmadığını bildirib.

"Biz  Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolundakı tunellərində elektromexanika işlərini görürdük.Mənə işə götürülən zaman 1200 AZN əməkhaqqı alacağımı dedilər. Rəsmiləşmə zamanı həmin maaşın 784 manatı karta,yerdə qalan məbləği isə nağd şəkildə verildi. Buna ilk vaxtlar etiraz edəndə,bizi işdən çıxaracaqları ilə hədələdilər. Məcbur qalıb,bu qaydada işləməyə davam etdik. Daha sonra bizim başqa hüquqlarımızı da pozdular. Əlavə saatlarda işlədirlər,məzuniyyətə çıxmağa şərait yaratmırlar. Bu,təkcə mənə qarşı yox,şirkətdə işləyən bir çox əməkdaşlara qarşı belədir. Şuşada həyata keçirilən işlərə rəhbərlik edən  Abdulkərim Öncül tərəfindən küçə söyüşləri ilə təhqir olunmuşam. Bu barədə faktları baş ofisə də təqdim etmişəm. Amma bir tədbir görülməyib",deyə  şikayətçi olan  fəhlə bildirib.

Şahin Abdullayev işdən çıxarılmasına səbəb kimi,körpə itləri ölümdən xilas etməsi olduğunu bildirir.

"İşlədiyimiz ərazidə it balalamışdı.Hava soyuq və qarlı olduğu üçün onlara yazığım gəldi.Bizim yaşadığımız  ərazinin yaxınlığında  onlara yer düzəltdim və yemək verdim.Bu,AbdulKərim Öncülün xoşuna gəlmədi. Körpə itləri anasından ayırıb, qarın üstünə atdı və əraziyə gətirməyə icazə vermədi. Mən gecə itlərin səsinin gəldiyini eşitdim və ürəyim dözmədi .Onları bizim qaldığımızın yerin arxa tərəfinə gətirib,yemək verdim. Bunu bilən Abdulkərim Öncül mənimlə prinsip aparmağa başladı.Dedi ki,gəl,ərizə yaz,işdən çıx. Mənsə,ərizə yazmayacağımı,hüquqlarımı tələb edəcəyimi bildirdim",-deyə şahin Abdullayev bildirir.

Şəhid dayısı olan Şahin Abdullayev hüquqlarının pozulduğunu gördükdən sonra rəsmi qurumlara və şirkətin baş ofisinə şikayət etdiyini bildirir.

"Mən bu ərazilərə bağlıyam.Şuşa,Qarabağ mənim üçün doğmadır. Bacım oğlu Hikmət İbrahimov 44 günlük Vətən Müharibəsi zamanı bu ərazilərdə şəhid olub.Burada olan hər bir qarış,canlı,cansız mənə doğmadır. Ona görə də,haqsızlığa dözə bilmədim. Bir heyvanın göz görə-görə öldürülməsi hansı insanlığa sığırki?Biz Dövlət səviyyəsində sahibsiz heyvanların necə müdafiə olunduğunu görürürük.Xahiş edirəm ki,"Toplan" sığınacağı həmin itlərə sahib çıxsın.Onların taleyi məni narahat edir.

Mən başıma gələnlərlə bağlı Əmək Müfəttişliyinə rəsmi müraciət etmişəm.Üzərindən xeyli vaxt keçsə də,cavab verən yoxdur.Tələb edirəm ki,Əmək Müfəttişliyi və Vergilər Nazirliyi bu şirkətdə yoxlamalar aparsın.Vergidən yayınma faktları,əmək haqqının düzgün ödənilməməsi qanunun pozulması deyilmi?Bizim əlimizdə faktlar var.Sizə,maaşlarının əlnən,nağd şəkildə verildiyini sübut edən cədvəli təqdim edəcəm.Başqa faktlarım da çoxdur",-deyə şikayətçi bildirib.

İşçilərə pulun nağd şəkildə verildiyini sübut edən yazışmalar.

Şahin Abdullayevin dediyinə görə,onun işdən azad olunacağı barədə rəsmi xəbərdarlıq da olunub.

"Baş ofisə şikayət etdim.Mənə dedilər ki,işlər bitir.Sizi ixtisarla işdən çıxaracağıq.Mənə vurulan maddi və mənəvi ziyanın ödənilməsini tələb edirəm.Bu vaxta qədər adıma rəsmiləşdirilməli olan 1200 manat əməkhaqqının rəsmi ödənişlərini tələb edirəm.Bu,mənim pensiya kapitalıma da ciddi ziyan vurub".

Oxu24.com iddialarla bağlı şirkətin də mövqeyini öyrənib.

" Şirkətdə struktur dəyişikliklərinin aparılması zərurəti müəyyən edilmiş və ardınca layihənin bağlanması ilə əlaqədar əmək müqaviləsinin müddəti bitmiş bir sıra işçilərin əmək müqavilələrinin müddəti uzadılmamış və ya işçilərin əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilmişdir. 

Layihənin tamamlanması ilə əlaqədar əmək müqaviləsinə xitam verilməsi nəzərdə tutulan işçilərdən biri də fəhlə vəzifəsində çalışan Abdullayev Şahin Şirəli oğludur. İşçi 2023-cü ilin yay aylarından Şirkətdə çalışsa da, indiyədək əmək hüquqlarının pozulmasından şikayət etməmişdir. Görünür ki, Layihənin tamamlanması ilə əmək müqaviləsinə xitam veriləcəyi onu narahat etmiş və bu səbəbdən Şirkətə qarşı tələblər irəli sürməyə qalxmışdır.   

Bildiririk ki, Şirkət işçilərin öz mövqelərini ifadə etmək hüququna hörmətlə yanaşır, eyni zamanda öz işgüzar nüfuzunu və hüquqi maraqlarını qanunvericilik çərçivəsində qorumaq hüququnu özündə saxlayır. 

Şirkət vergi və əmək qanunvericiliyinin tələblərinə ciddi şəkildə əməl edir. Bütün əmək haqları əmək müqavilələrində göstərilən məbləğlər əsasında rəsmi qaydada, qanunvericiliklə müəyyən edilmiş üsullarla ödənilir və müvafiq dövlət orqanlarına bəyan edilir.  

Şirkət hər hansı qanunsuz əmək haqqı ödəmə mexanizmlərindən istifadə etmir. İşçilərə edilmiş hər hansı əlavə ödənişlər (mükafatlar və ya kompensasiyalar) qanunvericiliyə, daxili qaydalara və maliyyə uçotu tələblərinə uyğun şəkildə həyata keçirilmişdir.

Vergidən yayınma ilə bağlı səsləndirilən iddialar əsassızdır. Vergi öhdəliklərinə riayət olunması məsələləri aidiyyəti dövlət orqanlarının səlahiyyətinə daxildir və Şirkət bu orqanlarla tam əməkdaşlığa hazırdır. 

Şirkət iş vaxtının normal müddəti, artıq iş vaxtı, istirahət vaxtı və əməyin ödənilməsi ilə bağlı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinə əməl edir.

İş qrafikləri görülən işlərin xarakterindən asılı olaraq müəyyən edilmişdir. Zərurət yarandığı hallarda artıq iş vaxtı qanunvericiliyin tələblərinə uyğun, o cümlədən işçinin razılığı və müvafiq kompensasiya (əlavə ödəniş və ya istirahət vaxtı verilməsi) nəzərə alınmaqla təşkil edilmişdir.

Şirkət iş yerində hörmətsiz və qeyri-etik davranışlara münasibətdə qarşı sıfır tolerantlıq prinsipini rəhbər tutur. 

Qeyd edilməlidir ki, qeyri-etik ifadələrin səsləndirilməsi məsələsi Layihənin tamamlanması ilə əlaqədar Şahin Abdullayevlə işdən ayrılacağı barədə aparılan danışıqlar zamanı layihə meneceri ilə aralarında baş tutmuş söhbətdən qaynaqlanır. Şirkət bu məsələni diqqətdən kənarda qoymamış, mövcud məlumatları daxili prosedurlara uyğun olaraq nəzərdən keçirmiş və aidiyyəti şəxslərdən izahatlar almışdır. Araşdırma nəticəsində təqsirli şəxslər intizam məsuliyyətinə cəlb edilmişlər.

Şirkət peşəkar iş mühitinin qorunmasına və bütün məsələlərin qanunvericiliklə müəyyən edilmiş qaydada həllinə sadiqdir",-deyə açıqlamada qeyd edilir.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

"Zərifə xanımın yazdığı "Yüksək etimad" kitabı bu gün də həkimlərin stolüstü kitabıdır"

Milli Məclisin deputatı Zaur Şükürov YAZIR:15 aprel – Azərbaycan elminin və səhiyyəsinin böyük siması görkəmli alim-oftalmoloq, akademik Zərifə xanım Əliyevanın anım günüdür. Zərifə xanımın fəaliyyəti təkcə onun peşə nailiyyətləri ilə deyil, həmçinin daşıdığı yüksək mənəvi dəyərlər, xalqına olan sonsuz sevgisi və yüksək humanizm prinsipləri ilə ölçülür və onun ömür yolu fədakarlığın, elmi titullardan öncə gələn insanlığın və vətənpərvərliyin ali nümunəsidir.1942-ci ildə orta məktəbi bitirən Zərifə xanım Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olur və 1947-ci ildə institutu əla qiymətlərlə bitirərək, həkimlik fəaliyyətinə və elmi axtarışlarına başlayır.XX əsrin ortalarında Azərbaycanda göz xəstəlikləri, xüsusilə də ağır nəticələrə, hətta tam korluğa səbəb olan traxoma...

14 Aprel 2026, 22:06

Bakının bir sıra yollarında sürət həddi endirilib 

Hava şəraiti ilə əlaqədar bir sıra yollarda sürət həddi endirilib, portallarda "sürüşkən yol" işarəsi aktivləşdirilib.Bu barədə  Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.Hazırda hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi 20 km/saat, Heydər Əliyev prospekti-Mərdəkan körpüsünə qədər olan yolda isə bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.Bununla bağlı Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib. Eyni zamanda bütün tablolarda "sürüşkən yol " işarəsi qoyulub.Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir....

14 Aprel 2026, 22:06

Anar Bayramov TƏBİB-in İcraçı direktoru təyin edilib 

Aprelin 14-də "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" (TƏBİB) publik hüquqi şəxsin Müşahidə Şurasının sədri, Azərbaycan Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi Xalid Əhədovun sədrliyi ilə Şuranın iclası keçirilib. CityPost.az  xəbər verir ki, iclasda Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmanının 3.3-cü bəndi rəhbər tutularaq, TƏBİB-in İcraçı direktorunun vəzifəyə təyin olunması məsələsinə baxılıb. Müşahidə Şurasının qərarı ilə Anar Bayramov TƏBİB-in İcraçı direktoru təyin edilib.Anar Bayramov Azərbaycan Tibb Universitetinin məzunudur və təhsil aldığı dövrdə Akademik Mirqasımov adına təqaüdə layiq görülüb və təhsilini qırmızı diplomla, Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyat və İdarəetmə ixtisası üzrə magistratura pilləsini fərqlənmə diplomu ilə bitirib. 2003-cü ildən...

14 Aprel 2026, 20:30

Kəmaləddin Heydərova iki yeni müavin təyin edildi 

Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub.CityPost.az  xəbər verir ki, Cəbrayıl Eldar oğlu Xanlarov və daxili xidmət general-mayoru Yusif Mahmud oğlu Nəbiyev Fövqəladə hallar nazirinin müavinləri təyin ediliblər.Bildirilib ki, Cəbrayıl Eldar oğlu Xanlarov 03.11.1972-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetini bitirib, iqtisad elmləri namizədidir.Yusif Mahmud oğlu Nəbiyev isə 18.09.1982-ci ildə Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetini bitirib, hüquq üzrə fəlsəfə doktorudur.Apa...

14 Aprel 2026, 18:26

Nigar Arpadarai: Qadınlar qərarverici şəxslər sırasında yer almalıdırlar 

Qadınların masa arxasında olmasını istəyirik, onlar qərarverici şəxslər sırasında yer almalıdırlar."Report" xəbər verir ki, bunu Milli Məclisin deputatı, COP29-un Yüksəksəviyyəli Çempionu Nigar Arpadarai Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) "AQEM məkanında davamlı inkişaf naminə qadınların səslərinin gücləndirilməsi" mövzusunda beynəlxalq konfransı çərçivəsində təşkil edilən "Ətraf mühitin qorunması və dayanıqlılığın artırılmasında qadın liderliyi" adlı panel müzakirədə deyib.O qeyd edib ki, Azərbaycanda qadınlar biznes sektorunda çalışır və bunu inkişaf etdirmək vacibdir:"Qadınların masa arxasında olmasını istəyirik, onlar qərarverici şəxslər sırasında yer almalıdırlar. Qadınlar siyasətdə balanslı yanaşma ortaya qoyur. Həmçinin qızlar üçün təhsil əlçatanlılığı olmalıdır. Azərbaycan bu məsələdə nümunədir"....

14 Aprel 2026, 17:54

Fərid Qayıbov Avropa Atletika Assosiasiyasının prezidenti ilə görüşdü

Gənclər və idman naziri Fərid Qayıbov Bakıda səfərdə olan Avropa Atletika Assosiasiyasının prezidenti Dobromir Karamarinovla görüşüb.Citypost.az xəbər verir ki, qonağı salamlayan nazir ölkəmizdə idman sahəsində görülən işlər və əldə olunan nailiyyətlər barədə məlumat verib.Görüş zamanı Azərbaycan ilə Avropa Atletika Assosiasiyası arasında əməkdaşlıq və birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə olunub.Görüşdə Avropa Atletika Assosiasiyasının baş icraçı direktoru Kristian Milz və Kommunikasiya departamentinin rəhbəri Biljana Daniçiç, Azərbaycan Atletika Federasiyasının prezidenti Cavid Qurbanov və baş katibi Məhərrəm Sultanzadə də iştirak ediblər....

14 Aprel 2026, 17:48