Bizə yazın

Baku

-°C

USD

-

Anar Bayramov TƏBİB-in İcraçı direktoru təyin edilib 

Cəmiyyət 14 Aprel 2026, 20:30

514

Aprelin 14-də "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" (TƏBİB) publik hüquqi şəxsin Müşahidə Şurasının sədri, Azərbaycan Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi Xalid Əhədovun sədrliyi ilə Şuranın iclası keçirilib. 

CityPost.az  xəbər verir ki, iclasda Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmanının 3.3-cü bəndi rəhbər tutularaq, TƏBİB-in İcraçı direktorunun vəzifəyə təyin olunması məsələsinə baxılıb. 

Müşahidə Şurasının qərarı ilə Anar Bayramov TƏBİB-in İcraçı direktoru təyin edilib.

Anar Bayramov Azərbaycan Tibb Universitetinin məzunudur və təhsil aldığı dövrdə Akademik Mirqasımov adına təqaüdə layiq görülüb və təhsilini qırmızı diplomla, Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyat və İdarəetmə ixtisası üzrə magistratura pilləsini fərqlənmə diplomu ilə bitirib. 2003-cü ildən tibb üzrə fəlsəfə doktorudur.

1998-ci ildən “MediClub” klinikasında həkim işləyib, 2002-ci ildən “A-Group” Sığorta Şirkətində müxtəlif vəzifələrdə çalışıb, şirkətin İdarə Heyətinin sədri olub. 2021-ci ildən əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri vəzifəsində çalışıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri olub.

Azərbaycan Respublikası Prezidentinin 17 aprel 2025-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsinə təyin olunub.

2006–2014-cü illərdə Azərbaycan Sığortaçılar Assosiasiyasının Tibbi Sığorta Komitəsinin sədri, 2012-2017-ci illərdə Xəzər-Avropa Maliyyə Klubunun (CEİBC) prezidenti, 2017-2020-ci illərdə Xəzər-Avropa Klubunun Sığorta Komitəsinin rəhbəri olub.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

"Zərifə xanımın yazdığı "Yüksək etimad" kitabı bu gün də həkimlərin stolüstü kitabıdır"

Milli Məclisin deputatı Zaur Şükürov YAZIR:15 aprel – Azərbaycan elminin və səhiyyəsinin böyük siması görkəmli alim-oftalmoloq, akademik Zərifə xanım Əliyevanın anım günüdür. Zərifə xanımın fəaliyyəti təkcə onun peşə nailiyyətləri ilə deyil, həmçinin daşıdığı yüksək mənəvi dəyərlər, xalqına olan sonsuz sevgisi və yüksək humanizm prinsipləri ilə ölçülür və onun ömür yolu fədakarlığın, elmi titullardan öncə gələn insanlığın və vətənpərvərliyin ali nümunəsidir.1942-ci ildə orta məktəbi bitirən Zərifə xanım Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olur və 1947-ci ildə institutu əla qiymətlərlə bitirərək, həkimlik fəaliyyətinə və elmi axtarışlarına başlayır.XX əsrin ortalarında Azərbaycanda göz xəstəlikləri, xüsusilə də ağır nəticələrə, hətta tam korluğa səbəb olan traxoma...

14 Aprel 2026, 22:06

Bakının bir sıra yollarında sürət həddi endirilib 

Hava şəraiti ilə əlaqədar bir sıra yollarda sürət həddi endirilib, portallarda "sürüşkən yol" işarəsi aktivləşdirilib.Bu barədə  Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.Hazırda hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi 20 km/saat, Heydər Əliyev prospekti-Mərdəkan körpüsünə qədər olan yolda isə bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.Bununla bağlı Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib. Eyni zamanda bütün tablolarda "sürüşkən yol " işarəsi qoyulub.Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir....

14 Aprel 2026, 22:06

Kəmaləddin Heydərova iki yeni müavin təyin edildi 

Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub.CityPost.az  xəbər verir ki, Cəbrayıl Eldar oğlu Xanlarov və daxili xidmət general-mayoru Yusif Mahmud oğlu Nəbiyev Fövqəladə hallar nazirinin müavinləri təyin ediliblər.Bildirilib ki, Cəbrayıl Eldar oğlu Xanlarov 03.11.1972-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetini bitirib, iqtisad elmləri namizədidir.Yusif Mahmud oğlu Nəbiyev isə 18.09.1982-ci ildə Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetini bitirib, hüquq üzrə fəlsəfə doktorudur.Apa...

14 Aprel 2026, 18:26

Nigar Arpadarai: Qadınlar qərarverici şəxslər sırasında yer almalıdırlar 

Qadınların masa arxasında olmasını istəyirik, onlar qərarverici şəxslər sırasında yer almalıdırlar."Report" xəbər verir ki, bunu Milli Məclisin deputatı, COP29-un Yüksəksəviyyəli Çempionu Nigar Arpadarai Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) "AQEM məkanında davamlı inkişaf naminə qadınların səslərinin gücləndirilməsi" mövzusunda beynəlxalq konfransı çərçivəsində təşkil edilən "Ətraf mühitin qorunması və dayanıqlılığın artırılmasında qadın liderliyi" adlı panel müzakirədə deyib.O qeyd edib ki, Azərbaycanda qadınlar biznes sektorunda çalışır və bunu inkişaf etdirmək vacibdir:"Qadınların masa arxasında olmasını istəyirik, onlar qərarverici şəxslər sırasında yer almalıdırlar. Qadınlar siyasətdə balanslı yanaşma ortaya qoyur. Həmçinin qızlar üçün təhsil əlçatanlılığı olmalıdır. Azərbaycan bu məsələdə nümunədir"....

14 Aprel 2026, 17:54

Fərid Qayıbov Avropa Atletika Assosiasiyasının prezidenti ilə görüşdü

Gənclər və idman naziri Fərid Qayıbov Bakıda səfərdə olan Avropa Atletika Assosiasiyasının prezidenti Dobromir Karamarinovla görüşüb.Citypost.az xəbər verir ki, qonağı salamlayan nazir ölkəmizdə idman sahəsində görülən işlər və əldə olunan nailiyyətlər barədə məlumat verib.Görüş zamanı Azərbaycan ilə Avropa Atletika Assosiasiyası arasında əməkdaşlıq və birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə olunub.Görüşdə Avropa Atletika Assosiasiyasının baş icraçı direktoru Kristian Milz və Kommunikasiya departamentinin rəhbəri Biljana Daniçiç, Azərbaycan Atletika Federasiyasının prezidenti Cavid Qurbanov və baş katibi Məhərrəm Sultanzadə də iştirak ediblər....

14 Aprel 2026, 17:48

İsmayıllıda taksi sürücüsünə hücum edib

İsmayıllıda taksi sürücüsünə qarşı quldurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.Citypost.az-a xəbər verir ki, naməlum şəxslər müştəri qismində mindikləri taksi sürücüsünə xəsarət yetirərək onun nəqliyyat vasitəsini ələ keçirib və hadisə yerindən uzaqlaşıblar.DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, tədbirlərlə həmin avtomobil digər ərazidə tərk edilmiş vəziyyətdə aşkarlanıb.Polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 49 yaşlı Pünhan Qurbanov və 44 yaşlı Tərlan Yusubov paytaxt ərazisində gizləndikləri yer müəyyən edilərək saxlanılıblar.Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir....

14 Aprel 2026, 17:38