Bizə yazın

Baku

-°C

USD

-

Makron ABŞ və İran arasında danışıqların bərpasına çağırıb 

Dünya 14 Aprel 2026, 17:43

425

Fransa Prezidenti Emmanuel Makron İslamabadda yarımçıq qalmış ABŞ-İran danışıqlarının bərpasına çağırıb.

Citypost.az xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsində yazıb.

"Mən dünən İran Prezidenti Məsud Pezeşkian, eləcə də ABŞ Prezidenti Donald Trampla danışıqlar apardım, İslamabadda yarımçıq qalmış danışıqların bərpasına, anlaşılmazlıqlara aydınlıq gətirilməsinə və gərginliyin yeni mərhələlərinin qarşısının alınmasına çağırdım. Atəşkəs rejiminə bütün tərəflərin ciddi şəkildə riayət etməsi və Livana da şamil edilməsi xüsusilə vacibdir", - o yazıb.

O qeyd edib ki, Hörmüz boğazının heç bir şərt, yoxlama və ya rüsum olmadan ən qısa müddətdə yenidən açılması da eyni dərəcədə vacibdir. Bu şərtlər daxilində danışıqlar əsas maraqlı tərəflərin dəstəyi ilə tezliklə bərpa edilməlidir.

Makron xatırladıb ki, Fransa və Böyük Britaniya bu cümə günü Parisdə konfrans keçirəcək. Videobağlantı formatında olacaq bu konfransda müharibə aparmayan ölkələr bir araya gələcək. Bu ölkələr təhlükəsizlik şəraiti imkan verən kimi boğazda gəmiçilik azadlığının bərpasına yönəlmiş çoxtərəfli və yalnız müdafiə xarakterli missiyada iştirak etməyə hazırdır. (Report)

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Tramp: ABŞ və İran arasında danışıqlar yaxın iki gün ərzində bərpa oluna bilər 

ABŞ və İran arasında danışıqlar yaxın iki gün ərzində bərpa oluna bilər.Bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib.

14 Aprel 2026, 19:48

Pezeşkian altı ölkənin mövqeyini dəstəkləyib 

İspaniya, Çin, Rusiya, Türkiyə, İtaliya və Misir İsrailin İrana qarşı müharibə çağırışlarına qarşıdır.CityPost.az  xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian "X" sosial şəbəkə hesabında yazıb."Sivilizasiyaların mahiyyəti kritik tarixi məqamlarda özünü büruzə verir", - paylaşımda qeyd olunub.İran Prezidenti bildirib ki, İspaniya, Çin, Rusiya, Türkiyə, İtaliya və Misirin İsrailə qarşı tutduğu mövqe bu ölkələrin dərin mədəni və tarixi köklərindən qaynaqlanır.

14 Aprel 2026, 19:15

Ukraynaya 90 milyard avro ayrılır 

Ukrayna üçün nəzərdə tutulan 90 milyard avroluq Avropa Birliyi yardım paketinin verilməsi təxirə salınıb.Citypost.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının sözçüsü Bala Ujvari mətbuat üçün keçirdiyi brifinqdə bildirib."Avropa Komissiyası bu proqram çərçivəsində ilk ödənişləri ilin ikinci yarısında həyata keçirməyə sadiqdir", - deyə o jurnalistlərin suallarını cavablandırarkən qeyd edib.(Modern.az)

14 Aprel 2026, 17:31

Fransa BƏƏ-nin dron hücumlarından müdafiə olunmasına kömək edir 

Fransa Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) hərbi bazasına “Tigre” helikopterlərini yerləşdirib. Məqsəd bu ölkənin dronlara qarşı mübarizəsini gücləndirməkdir.Citypost.az xəbər verir ki, helikopterlər BƏƏ ilə müdafiə sahəsində imzalanmış razılaşma əsasında bu ölkəyə göndərilib.Qeyd edək ki, Fransa bu il fevralın 28-də BƏƏ-nin dron hücumlarına qarşı müdafiəsini təmin etmək üçün “Rafale” qırıcılarını bu ölkədə yerləşdirib.(AZƏRTAC )

14 Aprel 2026, 17:13

Rusiya Teleqramdakı bloklanmanı yumşaltmaq qərarına gəlib 

Kreml Rusiya prezidenti Vladimir Putinin reytinqinin aşağı düşməsindən ehtiyat edərək internet məhdudiyyətlərinə yanaşmasını yenidən nəzərdən keçirir.APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə "Bloomberg" yazıb.Agentliyin mənbələrinə görə, Federal Təhlükəsizlik Xidmətinin (FSB) daha sərt nəzarət üçün səyləri bəzi yüksək vəzifəli məmurları internetə girişin qadağan edilməsi ilə bağlı siyasi və iqtisadi risklər barədə xəbərdarlıq etməyə vadar edib.Mənbə bildirib ki, bu, repressiv tədbirləri yavaşlada bilər və "Telegram"ın Rusiyada fəaliyyətini davam etdirməsinə imkan verə bilər.Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov "Bloomberg"in şərh istəyinə cavab verməyib."Forbes" nəşrinin mənbəyi iddia edir ki, hakimiyyət orqanları "Telegram"dakı bloklanmanı yumşaltmaq qərarına gəliblər.Mənbənin sözlərinə görə, bu, ilin əvvəlindən vergi dəyişiklikləri,...

14 Aprel 2026, 16:48

Almaniya və Ukrayna müdafiə sahəsində əməkdaşlıq sazişi imzalayıb 

Berlində rəsmi səfərdə olan Ukrayna Prezidenti Volodimir Zelenski və Almaniya Kansleri Fridrix Merts müdafiə sahəsində əməkdaşlıq sazişi imzalayıb.Citypost.az xəbər verir ki, bu barədə “UNIAN“ məlumat yayıb.Almaniya Kansleri qeyd edib ki, Berlin və Kiyev ikitərəfli münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəldir.Tərəflər həmçinin yeni yardım paketi üzrə razılığa gəliblər. Paketə Hava Hücumundan Müdafiə sistemləri, pilotsuz uçuş aparatları və sursatlar üzrə əlavə dəstək daxildir. (APA)...

14 Aprel 2026, 16:04