Müdafiə Nazirliyində ötən ilin yekunlarına dair kollegiya iclası olub
Cəmiyyət 14 Fevral 2026, 15:07
1797
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə 2025-ci ilin yekunlarına dair Müdafiə Nazirliyinin Kollegiya iclası keçirilib.
CİTYpOST.AZ xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Nazir müavinləri, qoşun (qüvvə) növləri komandanları, Əlahiddə Ümumqoşun Ordu Komandanı, Milli Müdafiə Universitetinin rektoru, baş idarə, idarə rəisləri, hərbi birlik, birləşmə komandirlərinin və aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə videobağlantı formatında keçirilən iclasda cari ildə görülmüş işlərin nəticələri təhlil edilib və 2026-cı ildə qarşıda duran vəzifələr müzakirə olunub.
Müdafiə naziri Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında 2025-ci ildə ordu quruculuğu sahəsində həyata keçirilən uğurlu islahatlardan danışıb, Ali Baş Komandanın Ordu qarşısında qoyduğu tapşırıqları iştirakçılara çatdırıb. Azərbaycanın beynəlxalq nüfuzunun davamlı şəkildə yüksəlməsində və regionun qlobal güc mərkəzinə çevrilməsində Azərbaycanın müdafiə potensialının mühüm rol oynadığını xüsusi qeyd edib.
General-polkovnik Z.Həsənov 8 Noyabr - Zəfər Günündə Azərbaycan Ordusunun Silahlı Qüvvələrinin digər strukturları ilə birgə keçirdiyi Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi paradda nümayiş etdirilən nümunəvi nizam-intizamın və hərbi qüdrətin, eləcə də texniki təminatın Müzəffər Ali Baş Komandan tərəfindən yüksək qiymətləndirildiyini qürur hissi ilə bildirib.
Müdafiə naziri bildirib ki, dövlət başçısının tapşırıqlarına uyğun olaraq, ölkəmizin ərazi bütövlüyünün silahlı müdafiəsinin təşkili, hərbi təhlükəsizliyin etibarlı şəkildə təmin edilməsi, qoşunların əməliyyat imkanlarının və döyüş qabiliyyətinin artırılması, eləcə də müasir silah sistemlərinin Azərbaycan Ordusunun arsenalına daxil edilməsi istiqamətində tədbirlər ardıcıl və uğurla həyata keçirilir.
Kollegiya iclasının sədri Z.Həsənov 2025-ci ildə Azərbaycan Ordusunun xidməti-döyüş fəaliyyətində qanunazidd hərəkətlərin qarşısının alınmasında və korrupsiya ilə mübarizədə, eləcə də əks-kəşfiyyatın təşkilində Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının, Dövlət Təhlükəsizlik Xidmətinin və Hərbi Prokurorluğun rəhbərliklərinin dəstəyini xüsusi qeyd edərək, bu istiqamətdə görülən birgə tədbirlərin cari ildə də davam etdiriləcəyini kollegiya iştirakçılarının diqqətinə çatdırıb.
Daha sonra Azərbaycan Ordusunda 2025-ci il ərzində həyata keçirilmiş xidməti-döyüş fəaliyyəti ətraflı şəkildə təhlil olunub. Qeyd edilib ki, əvvəlki illərdə olduğu kimi, 2025-ci ildə də Ali Baş Komandanın rəhbərliyi altında ordu quruculuğu sahəsində aparılan islahatlar qətiyyətlə davam etdirilib.
Kollegiya iclasında çıxış edənlər ötən il ərzində Azərbaycan Ordusunun hərbi qulluqçularının 15 ikitərəfli və çoxtərəfli beynəlxalq təlimlərdə iştirak etdiklərini bildiriblər. Müxtəlif növ hərbi təlimlərin və intensiv döyüş hazırlığı məşğələlərinin keçirilməsi nəticəsində qoşunların döyüş qabiliyyətinin, eləcə də şəxsi heyətin peşəkarlıq səviyyəsinin daha da yüksəldiyi vurğulanıb.
Qeyd olunub ki, 2025-ci ildə səfərbərlik hazırlığına da xüsusi diqqət yetirilib, səfərbərlik ehtiyatlarının keyfiyyətinin artırılması istiqamətində mühüm addımlar atılıb. Belə ki, 2025-ci il ərzində toplanışlara cəlb edilən 19 mindən artıq müxtəlif ixtisaslı hərbi vəzifəlilərin bilik və bacarıqları təkmilləşdirilib, onlara silahlanmaya yeni qəbul edilmiş silah və texnikadan istifadə qaydaları öyrədilib, eləcə də praktiki məşğələlər keçirilib. Bu istiqamətdə görülən işlərin 2026-cı ildə də davam etdiriləcəyi bildirilib.
Azad olunmuş ərazilərdə həyata keçirilən mühəndis-istehkam tədbirləri, yeni yolların çəkilməsi, eləcə də hərbi infrastrukturların yaradılması istiqamətində görülən işlər kollegiya üzvlərinin diqqətinə çatdırılıb. Məruzə olunub ki, 2025-ci il ərzində Mühəndis-istehkam bölmələri və digər dövlət qurumları ilə birgə 79 km-dək yeni yol inşa edilib, 67 km-dək yol qardan təmizlənib, 571 km-dən artıq yol isə bərpa edilib.
Şəxsi heyətin sağlamlığının qorunması və möhkəmləndirilməsi, praktiki məşğələlərin səmərəliliyinin artırılması və nizam-intizamın daha da gücləndirilməsi məsələlərinə xüsusi önəm verildiyi qeyd olunub.
Bildirilib ki, Azərbaycan Ordusunda qoşunların müəyyən edilmiş normalara uyğun olaraq vaxtında bütün növ maddi-texniki vəsaitlərlə təmin edilməsi, şəxsi heyətin keyfiyyətli qidalanmasının təşkili, silahların, zirehli və avtomobil texnikasının daim döyüş tətbiqinə hazır vəziyyətdə saxlanılması təmin olunub. Hərbi hissələrin raket, döyüş sursatları və digər hərbi avadanlıqlarla fasiləsiz təchiz edildiyi vurğulanıb.
Həmçinin oxuyun
Şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən tədbirlər, xüsusilə yüksək dağlıq ərazilərdə yerləşən bölmələrdə ərzaq, əşya, yanacaq və odun ehtiyatlarının normalara uyğun yaradılması, hərbi qulluqçuların isti geyimlə tam təmin edilməsi və ümumilikdə maddi-texniki təminat sahəsində qarşıya qoyulan məqsədlərə ötən il ərzində nail olunduğu diqqətə çatdırılıb.
Daha sonra hərbi təhsil sistemində həyata keçirilən yeniliklər barədə ətraflı məlumat verilib. Hərbi akademik təhsil sisteminin müasirləşdirilməsi məqsədilə hərbi qulluqçular üçün bir sıra yeni kursların təsis edildiyi, hərbi uçot ixtisasları ilə ali təhsil proqramları arasında uyğunluğun təmin olunması məqsədilə yeni ixtisasların açıldığı bildirilib.
İclasda Azərbaycan Ordusunun nümayəndələrinin ölkə xaricində və daxilində bir sıra akademik və strateji kurslarda iştirak etməsinin peşəkar kadr hazırlığına müsbət təsir etdiyi xüsusi vurğulanıb.
Şəxsi heyətin komplektləşdirilməsi sahəsində də ötən il ərzində bir sıra yeniliklərin tətbiq edildiyi, eləcə də ştatların optimallaşdırılması məqsədilə Azərbaycan Ordusunda müvafiq struktur dəyişikliklərinin aparıldığı qeyd olunub.
Kollegiya iclası zamanı vəzifəli şəxslərin 2025-ci ilin yekunları və gələcək planlarla bağlı fikir və təklifləri dinlənilib.
Yekun çıxışında general-polkovnik Z.Həsənov Azərbaycan Ordusunun xidməti-döyüş fəaliyyəti və ötən il ərzində əldə etdiyi nailiyyətlərin Ali Baş Komandan tərəfindən yüksək qiymətləndirildiyini bildirib. O, hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində beynəlxalq əməkdaşlığın, eləcə də birgə təlimlərin regionda dayanıqlı sülh və təhlükəsizliyin təmin olunmasında mühüm əhəmiyyət daşıdığını qeyd edib.
Nazir 2026-cı il üçün planlaşdırılan fəaliyyətlərdən bəhs edərək şəxsi heyətin peşəkarlığının artırılmasına, qoşunların döyüş hazırlığı səviyyəsinin daha da yüksəldilməsinə, təlim və səhra məşğələlərinin intensivliyinin artırılmasına, silahlanmaya yeni qəbul edilmiş silah və texnikanın mənimsənilməsi və səmərəli istifadəsinin yüksəldilməsinə, eləcə də innovativ texnologiyaların tətbiqinə xüsusi diqqət yetirilməsinin vacibliyini bir daha vurğulayıb.
Ayıq-sayıqlığın təmin olunması məqsədilə döyüş növbətçiliyi və qoşun xidmətinin təşkilinə daha məsuliyyətli yanaşmaq ilə bağlı müvafiq tapşırıqlar verilib.
Hərbi hissələrdə gündəlik xidməti fəaliyyət zamanı yanğın təhlükəsizliyi və digər təhlükəsizlik qaydalarına ciddi əməl olunmasının, qış mövsümündə havaların soyuması ilə əlaqədar mövsümi respirator virus infeksiyalarından qorunma tədbirlərinin gücləndirilməsinin zəruriliyi xüsusi qeyd edilib.
Müdafiə naziri qış aylarında Azərbaycan Ordusunun bölmələrinin təminat məsələlərinə ciddi nəzarətin həyata keçirilməsini, hərbi hissələrdə yaradılan bütün növ ehtiyatların daima nəzarətdə saxlanılmasını, şəxsi heyətin xidməti və sosial-məişət şəraitinin daha da yaxşılaşdırılmasını, eləcə də psixoloji və tibbi təminat məsələlərinin diqqət mərkəzində olmasını aidiyyəti vəzifəli şəxslərə tapşırıb. Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 2026-cı ilin "Şəhərsalma və Memarlıq İli" elan edilməsi ilə əlaqədar müvafiq tədbirlərin həyata keçirilməsi kollegiya iştirakçılarının diqqətinə çatdırılıb.
Kollegiya iclasının sonunda müdafiə naziri 14 fevral Hərbi Hava Qüvvələri günü münasibətilə şəxsi heyəti təbrik edib. Azərbaycan Ordusunun bundan sonra da Ali Baş Komandanın və xalqımızın etimadını layiqincə doğruldacağına əminliyini ifadə edib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
"Zərifə xanımın yazdığı "Yüksək etimad" kitabı bu gün də həkimlərin stolüstü kitabıdır"
Milli Məclisin deputatı Zaur Şükürov YAZIR:15 aprel – Azərbaycan elminin və səhiyyəsinin böyük siması görkəmli alim-oftalmoloq, akademik Zərifə xanım Əliyevanın anım günüdür. Zərifə xanımın fəaliyyəti təkcə onun peşə nailiyyətləri ilə deyil, həmçinin daşıdığı yüksək mənəvi dəyərlər, xalqına olan sonsuz sevgisi və yüksək humanizm prinsipləri ilə ölçülür və onun ömür yolu fədakarlığın, elmi titullardan öncə gələn insanlığın və vətənpərvərliyin ali nümunəsidir.1942-ci ildə orta məktəbi bitirən Zərifə xanım Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olur və 1947-ci ildə institutu əla qiymətlərlə bitirərək, həkimlik fəaliyyətinə və elmi axtarışlarına başlayır.XX əsrin ortalarında Azərbaycanda göz xəstəlikləri, xüsusilə də ağır nəticələrə, hətta tam korluğa səbəb olan traxoma...
14 Aprel 2026, 22:06
Bakının bir sıra yollarında sürət həddi endirilib
Hava şəraiti ilə əlaqədar bir sıra yollarda sürət həddi endirilib, portallarda "sürüşkən yol" işarəsi aktivləşdirilib.Bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.Hazırda hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi 20 km/saat, Heydər Əliyev prospekti-Mərdəkan körpüsünə qədər olan yolda isə bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.Bununla bağlı Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib. Eyni zamanda bütün tablolarda "sürüşkən yol " işarəsi qoyulub.Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir....
14 Aprel 2026, 22:06
Anar Bayramov TƏBİB-in İcraçı direktoru təyin edilib
Aprelin 14-də "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" (TƏBİB) publik hüquqi şəxsin Müşahidə Şurasının sədri, Azərbaycan Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi Xalid Əhədovun sədrliyi ilə Şuranın iclası keçirilib. CityPost.az xəbər verir ki, iclasda Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmanının 3.3-cü bəndi rəhbər tutularaq, TƏBİB-in İcraçı direktorunun vəzifəyə təyin olunması məsələsinə baxılıb. Müşahidə Şurasının qərarı ilə Anar Bayramov TƏBİB-in İcraçı direktoru təyin edilib.Anar Bayramov Azərbaycan Tibb Universitetinin məzunudur və təhsil aldığı dövrdə Akademik Mirqasımov adına təqaüdə layiq görülüb və təhsilini qırmızı diplomla, Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyat və İdarəetmə ixtisası üzrə magistratura pilləsini fərqlənmə diplomu ilə bitirib. 2003-cü ildən...
14 Aprel 2026, 20:30
Kəmaləddin Heydərova iki yeni müavin təyin edildi
Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub.CityPost.az xəbər verir ki, Cəbrayıl Eldar oğlu Xanlarov və daxili xidmət general-mayoru Yusif Mahmud oğlu Nəbiyev Fövqəladə hallar nazirinin müavinləri təyin ediliblər.Bildirilib ki, Cəbrayıl Eldar oğlu Xanlarov 03.11.1972-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetini bitirib, iqtisad elmləri namizədidir.Yusif Mahmud oğlu Nəbiyev isə 18.09.1982-ci ildə Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetini bitirib, hüquq üzrə fəlsəfə doktorudur.Apa...
14 Aprel 2026, 18:26
Nigar Arpadarai: Qadınlar qərarverici şəxslər sırasında yer almalıdırlar
Qadınların masa arxasında olmasını istəyirik, onlar qərarverici şəxslər sırasında yer almalıdırlar."Report" xəbər verir ki, bunu Milli Məclisin deputatı, COP29-un Yüksəksəviyyəli Çempionu Nigar Arpadarai Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) "AQEM məkanında davamlı inkişaf naminə qadınların səslərinin gücləndirilməsi" mövzusunda beynəlxalq konfransı çərçivəsində təşkil edilən "Ətraf mühitin qorunması və dayanıqlılığın artırılmasında qadın liderliyi" adlı panel müzakirədə deyib.O qeyd edib ki, Azərbaycanda qadınlar biznes sektorunda çalışır və bunu inkişaf etdirmək vacibdir:"Qadınların masa arxasında olmasını istəyirik, onlar qərarverici şəxslər sırasında yer almalıdırlar. Qadınlar siyasətdə balanslı yanaşma ortaya qoyur. Həmçinin qızlar üçün təhsil əlçatanlılığı olmalıdır. Azərbaycan bu məsələdə nümunədir"....
14 Aprel 2026, 17:54
Fərid Qayıbov Avropa Atletika Assosiasiyasının prezidenti ilə görüşdü
Gənclər və idman naziri Fərid Qayıbov Bakıda səfərdə olan Avropa Atletika Assosiasiyasının prezidenti Dobromir Karamarinovla görüşüb.Citypost.az xəbər verir ki, qonağı salamlayan nazir ölkəmizdə idman sahəsində görülən işlər və əldə olunan nailiyyətlər barədə məlumat verib.Görüş zamanı Azərbaycan ilə Avropa Atletika Assosiasiyası arasında əməkdaşlıq və birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə olunub.Görüşdə Avropa Atletika Assosiasiyasının baş icraçı direktoru Kristian Milz və Kommunikasiya departamentinin rəhbəri Biljana Daniçiç, Azərbaycan Atletika Federasiyasının prezidenti Cavid Qurbanov və baş katibi Məhərrəm Sultanzadə də iştirak ediblər....
14 Aprel 2026, 17:48