Bizə yazın

Baku

-°C

USD

-

Ötən ay Azərbaycan Gürcüstandan 500-dən çox avtomobil idxal edib 

Cəmiyyət 19 Fevral 2026, 17:48

115

Ötən ay Azərbaycan Gürcüstandan ümumi dəyəri 20,4 milyon ABŞ dolları olan 536 ədəd minik avtomobili idxal edib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin xarici ticarət portalında bildirilib.

Avtomobil tədarükü dəyər baxımından 1,6 dəfə, say baxımından isə 50 ədəd azalıb.

Yanvarda Gürcüstandan ixrac edilmiş minik avtomobillərinin ümumi sayı 7 460 ədəd təşkil edib. Qonşu ölkənin avtomobil ixracının 7,18%-i Azərbaycanın payına düşüb.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Hazırki havanın vəziyyəti AÇIQLANDI

Fevralın 19-u saat 16:00-a olan faktiki hava açıqlanıb.Milli Hidrometeorologiya Xidmətindən Citypost.az-a verilən məlumata görə, bəzi rayonlarda yağıntlı və küləkli hava şəraiti müşahidə olunur.Şahbuz, Gədəbəy, Sarıbaşda (Qax) yağış, Qrız (Quba), Xınalıq, Daşkəsən və Şahdağda isə qar yağır.Bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Naftalanda 28, Goranboyda 27, Tərtərdə 25, Lerikdə 23, Qəbələdə 22, Gəncə, Tovuz, Qobustan, Göyçayda 20, Mingəçevir, Ağdam, Balakəndə 18, Sabirabad, Bakıda və Abşeron yarımadasında 17, Şamaxıda 16, Şabran, Yevlaxda 15 m/s-dək güclənir.Göyçay, İmişli, Sabirabadda duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır....

19 Fevral 2026, 16:52

Daha bir vəkilə cəza verildi

Yol verilən intizam pozuntularına görə 1 vəkilin fəaliyyəti müəyyən müddətə dayandırılıb.Citypost.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin fevralın 18-də keçirilən növbəti iclasında qərar qəbul olunub.Bundan başqa, 1 vəkilə xəbərdarlıq tətbiq edilib, 1 vəkil isə cərimələnib. (APA)

19 Fevral 2026, 16:51

Qonşusuna hədə-qorxu gələnə hökm oxundu 

Qonşusunu döyərək hədə-qorxu gəlməkdə təqsirləndirilən Təhminə Abuşovanın məhkəmə istintaqı yekunlaşıb.Citypost.az məlumatına görə, bu barədə qərar Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.Dövlət ittihamçısı Eldar Məmmədov ittiham nitqi ilə çıxış edərək məhkəməyə təqsirləndirilən şəxsin 7 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.Vəkil müdafiə çıxışı etdikdən sonra təqsirləndirilən şəxs son söz deyib. Müşavirədən sonra məhkəmə hökmü elan edib. Hökmə əsasən Təhminə Abuşova 3 il müddətinə azadlıqdan məhrum edilib.Onun çəkdiyi cəza da çıxılmaqla təqsirləndirildiyi maddənin birinci hissəsinə tövsüf edildi. Bununla da o, 6 aydan sonra azadlığa çıxa biləcək. Ona qarşı Cinayət Məcəlləsinin 182.2 - ci (Hədə-qorxu ilə tələb etmə) maddəsi...

19 Fevral 2026, 16:46

Ruslan Eyyubovun həbs müddəti uzadılıb

Siqaret qaçaqmalçılığı ilə bağlı başlanmış cinayət işi üzrə həbs edilən “Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” ASC-nin rəhbəri Ruslan Eyyubovun həbs müddəti uzadılıb.Citypost.az APA-a istinadən xəbər verir ki, onunla bağlı qətimkan tədbirinin müddətinin uzadılması barədə istintaq orqanı tərəfindən verilən təqdimata Binəqədi Rayon Məhkəməsində baxılıb və qərar qəbul edilib.Qərara əsasən, təqsirləndirilən Ruslan Eyyubovun barəsində seçilmiş həbs qətimkan tədbiri 3 ay müddətinə uzadılıb.Qeyd edək ki, təqsirləndirilən şəxs Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanan cinayət işi üzrə saxlanılıb. Ötən ilin dekabr ayında barəsində 2 ay müddətə həbs qətimkan tədbiri seçilib.Ona Cinayət Məcəlləsinin 206.4. (Qaçaqmalçılıq, mütəşəkkil dəstə tərəfindən törədildikdə, 213-1.2.2, 213-1.2.3-ci...

19 Fevral 2026, 16:35

“Yelo Bank”a iki yeni icraçı direktor təyin edilib 

“Yelo Bank”a iki yeni icraçı direktor təyin edilib.“APA-Economics”in bankdan əldə etdiyi məlumata görə, bankda Mikrobiznes müştəriləri üzrə və Pərakəndə məhsulların satışı üzrə icraçı direktor vəzifələrinə yeni şəxslər təyin edilib.Məlumata əsasən, Mikrobiznes müştəriləri üzrə icraçı direktor vəzifəsi Yaşar Soltanova həvalə olunub. Yaşar Soltanov 2020-ci ilin yanvarından 2026-cı ilin yanvar ayınadək “Yelo Bank”ın Mikrobiznes müştəriləri departamentinin direktoru vəzifəsində çalışıb.Bundan başqa, Pərakəndə məhsulların satışı üzrə icraçı direktor vəzifəsinə Tərlan Rüstəmov təyin olunub. O, 2019-cu ildən “Yelo Bank”da fəaliyyət göstərir, 2020-ci ildən isə bankın Pərakəndə məhsulların satışı departamentinin direktoru olub....

19 Fevral 2026, 16:30

Şəhid Şahin Kərimov Mingəçevirdə dəfn edildi 

Birinci Qarabağ müharibəsində itkin düşmüş şəhid Şahin Heydər oğlu Kərimov Mingəçevir şəhərindəki Şəhidlər xiyabanında dəfn edilib.Citypost.az  xəbər verir ki, şəhidin nəşinin qalıqları bu gün yaşadığı Mingəçevir şəhərinə gətirilib. Şəhidlə vida mərasimi keçirilib, cənazə namazı qılınıb, dualar oxunub.Sonra şəhidin nəşinin qalıqları Mingəçevir şəhərindəki Şəhidlər xiyabanına gətirilib. Dəfn mərasimində şəhidin ailə üzvləri və yaxınları ilə yanaşı, şəhər icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, deputat Aydın Mirzəzadə, qazilər, şəhid ailələri, ictimaiyyət nümayəndələri iştirak ediblər.Mərasimdə şəhidin Vətən qarşısında xidmətlərindən danışılıb, onun xatirəsinin daim əziz tutulacağı bildirilib.Şəhidin nəşinin qalıqları yaylım atəşi altında torpağa tapşırılıb. Tabutun üzərinə örtülmüş Azərbaycanın üçrəngli Bayrağı şəhidin anasına verilib.Qeyd edək ki, Şahin...

19 Fevral 2026, 16:20