“Qorilla” Manaf Ağayevi rüsvay etdi
Cəmiyyət 16 Fevral 2026, 18:02
346
Yasamalın ensiz, dar küçələri ilə soruşa-soruşa onun yaşadığı ünvana gəlib çatdıq. Ona məxsus yöndəmsiz tikilmiş mənzil digərlərindən seçilir. Qonşu evlər səliqəli, müasir, iki və üç mərtəbəlidir. Açıq giriş qapısından primitiv üsulla hazırlanmış pərdə asılıb. Qapı açıq olduğu üçün kəndarını açarla döyürəm. İçəridən xırıltılı, siqaret çəkən adam səsi gəlir. “Gəl, kimsən? Kimi axtarırsan?!”...
Pərdəni qaldırıb içəri daxil oluram. Sallağı oturub, arıq və çəlimsizdir. Əllərinin üstündəki damarlar o qədər yoğundur ki, istər-istəməz həmən nəzərə çarpır. Uzun və qarışıq saçları, qeyri-adi görünüşü tanınmış rəssam Səttar Bəhlulzadəni xatırladırdı. Evdə özünə məxsus bir abu-hava var. İnsanı hər şey sanki keçmişə qaytarır. Amma, mənzildə nə varsa yerli-yerində, səliqəlidir. Sovet dönəmindən qalma “Zil” markalı soyuducu, “Vesna” radio maqnitofon, “Qorizont” televizor və korpusu dəmirdən olan qəribə sərinkeş... Stolun üstəndəki güldandan tutmuş külqabıya qədər, divardakı saat və evi işıqlandıran çılçıraqın ən azı 40-50 yaşı var. Amma hər bir əşya işləkdir.
Məqsədimizin ondan müsahibə almaq olduğunu bildirdik. Öskürək danışmağa imkan vermir, öskürə-öskürə əli ilə “yox, nəyə lazımdır ki”... deyə qəti etiraz edir. Əlləri titrəyir. Cibindən filtirsiz siqaret çıxardıb kibritlə yandırır. Acgözülklə sümürüb gözlərini bir nöqtəyə dikərək:
- İnsanlar yaşamaq üçün sağlamlıqlarına görə külli miqdarda pul verməyə hazırdır. Mən isə Allahın təmənnasız verdiyi ömrü yaşaya bilmədim. Məndən asılı olan və olmayan çoxlu səhvlər etdim. Buda son...
Hesab edirəm ki, söhbətə körpü salmaq üçün əlverişli məqam yetişib. Nədən başlaayacağımı bilmirəm. Odur ki, soruşuram.
- Neçə yaşınız var?
- Gələn il deyəsən 80 olacaq. Amma bu çiyinlərimdə 800 ilin yükünü daşımışam.
- Ömrünüzün neçə ilini qazamatda keçirmisiniz?
- İnanın bu barədə danışmağa utanıram. Çünki burada fəxarət duyulası bir şey görmürəm. Zindan həyatı əslində tale işidir. Üst-üstə 50 il oralarda olmuşam.
- Bəs sizə niyə “Qorilla” deyiblər?... Özünüzün mənalı və rəvan adınız var.
- Köhnə sovetlər məkanında hər yerdə dərin hörmət və nüfuz sahibi olan bakılı qanuni oğru Batya (Bəxtiyar Kərimovu nəzərdə tutur-red) məni belə çağırırdı. Bundan sonra hamı məni belə tanıdı və çağırdı.
- Kimləri görmüsüz qazamatda?
- Kimləri görməmişəm... Generallar, nazirlər, raykomlar, prokurorlar, hakimlər... Onlarla birgə cəza çəkdiyim vaxtlar olub. Qazamat həyatın güzgüsüdür. Orada kimin kim olduğu tez ortaya çıxır. Elə adamlarla rastlaşmışam ki, türməyə gəlir, bir ay ümumi dustaqlarla birlikdə yaşaya bilmir. Pul verib sıçovul kimi özünə yuva qurur və orada daldalanır.
- Məsələn, hansı vəzifəli şəxsləri qazamatda görmüsünüz?
- İsgəndər Həmidovu, Vahid Musayevi, Surət Hüseynovu, Müzamil Abdullayevi, Nizami Qocayevi, Rövşən Əkbərovu, Zakir Nəsirovu, Vilyam Hacıyevi, Fərhad Əliyevi, Əli İnsanovu, Cahangir Hacıyevi, Hüseyn Abdullayevi görmüşəm. İsgəndər Həmidov və Fərhad Əliyevdən başqa dustaqlara qaynayıb-qarışan vəzifəli görməmişəm. İnsan ən yaxın adamının ölümünü unuda bilər, amma əlindən alınan ruzini unuda bilməz. Xalqın malına toxunan, onu yoxsullaşdıran adam öz sonunu hazırlayır. Bu adını çəkdiklərim bu və ya digər formada xalqın malını çapıb-talayanlar, ondan rüşvət alanlardır.
Bir neçə vəzifəlinin zır-zır ağladığının şahidi olmuşam. Bilirsiniz, vəzifədə olanda kim xalqın içində olubsa, qazamatda da qara dustağın arasında olub. Etik cəhətdən ad çəkmək düzgün sayılmaz. Bir neçə vəzifəli görmüşəm ki, qazamat həyatına altı ay dözə bilməyib, özünü asıb öldürüb.
- Qazamatda kitab oxumağa çox vaxt olur?
- Orada hər şeydən çox adamın vaxtı olur. Vaxt tez keçir, amma müddət ötmür. Oralarda olduğum müddətdə həmişə abrımı qorumağa çalışmışam. Ac olmuşam, amma heç kəsə ağız açmamışam. Özümü tox göstərməyə çalışmışam. Hesab edirəm ki, ilk növbədə insanın əxlaqı olmalıdır. Əxlaqdan məhrumsansa, nə qədər yüksəyə qalxsan belə yenə rəzilsən.
- Hansı yazıçıların əsərlərini daha çox oxumusunuz?
- Dostoyevskini, Tolstoyu, Kafkanı, Orxan Pamuku, Füzulini, Əliağa Vahidi, Cəlil Məmmədquluzadəni, Əbdürrəhim bəy Haqverdiyevi, Əliağa Kürçaylını, Əli Kərimi, Əlisa Nicatı dönə-dönə oxumuşam.
- Bəs Anar, Çingiz Abdullayev...
- Çingizin yazdıqları ədəbiyyat deyil axı... Bu cür zövqsüz əsərləri oxuya bilmirəm. Qaldı Rəsul Rzanın oğluna qazamatda olanda ona məktub yolladıq ki, kitabxanada qıtlıqdı. Bizə kitab yollasın, heç cavabda vermədi.
- Bəs müasir Azərbaycan yazarlarından kimi tanıyırsınız?
- Şərif Ağayarı, Aqşin Yeniseyi, Şəhriyar Del Geranini oxumuşam. Onların yazdıqları vaxt gələcək dünya arenasına çıxacaq. Ola bilsin ki, digər istedadlı müasir yazarlarımız da mövcuddur. Amma, mən tanış deyiləm.
- Həbsxanada müğənni ilə cəza çəkdiyiniz olub?
(Bir az fikirləşir...-red.)
- Müğənni? Hə, olub... Eyvaz Həsənovu və Baba Mirzəyevi Bayıl türməsində görmüşəm. Onlar o zaman səhv etmirəmsə valyuta alverinə görə ilişmişdilər. Hər ikisi balandyor (yemək paylayan-red.) işləyirdilər. Onlar az cəza almışdılar. Tez buraxıldılar.
- Necə düşünürsünüz, oxuyan və ya hər hansı alətdə ifa edən özünü avtoritet kimi apara bilər?
- Baxır oxuyana. İosif Kobzonu yəqin tanıyırdınız, eşitmisiniz... Onu mahnılarına və hərəkətlərinə görə bütün “vorovskoy” dünya hörmətlə anır.
- Saz ifaçısı Namiq Fərhadoğlu ilə müğənni Tacir Şahmalıoğlunun sözləri üst-üstə düşməyib. Namiq Tacirə deyib ki, Şamaxı toy məclisində sənin bığını qırxıblar. Manaf adlı oxuyan var, yəqin eşitmisiniz? Onları barışdırıb və Namiqə deyib ki, Tacir barədə dediklərinə aydınlıq verə bilməzsən... Bu nə deməkdi?
- Bəlkə də Manaf dediyiniz adamdan soruşsanız adının mənası nədir heç aydınlıq verə bilməz. Manaf hara, aydınlıq istəmək hara... Bir adam ki, saçına rəng vura, o bir aparıcı var e, qaşlarını alan ona qardaş, Mətanət Əsədovaya bacı deyə. Onu müzakirə etməyə dəyməz axı... Saçına rəng qoyan kişi cinsindən olanları türməyə girən kimi üzdəniraqların briqadasına yazırlar. Elə adamlar normal kişilərlə birlikdə cəza çəkə bilməz. Hesab edirəm ki, belə adamlar barədə danışmaq bizim söhbətin mövzusu deyil. Manaf dediyiniz yaxşı olar ki, gedib öz işləri ilə məşğul olsun. Qarğa dağın zirvəsinə çatarsa, qartal oranı dərhal tərk etməlidir. Çünki qarğının fəth ucalıq zirvə sayıla bilməz. Manaf həqiqətən kimlərləsə söhbət aparmağa gedirsə və aydınlıq verməsini tələb edirsə bu deməkdir ki, hər şeyin sonudur.
Əliabbas
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Sabah Günəş tutulması baş verəcək
İlin ilk tutulması halqalı Günəş tutulması olacaq. Tutulma 17 fevral saat 13:56-da başlayacaq və 18:27-də başa çatacaq.Bu barədə CİtyPost.az-a Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.Maksimum fazası 16:12-yə təsadüf edən bu tutulma əsasən Antarktida üzərindən müşahidə olunacaq. Tutulmanın növü müşahidəçinin mövqeyindən asılı olduğuna görə Argentina, Madaqaskar, Cənubi Afrika Respublikası, Tanzaniya, Zimbabve, Namibiya, Seyşel adaları, Mozambik, Çili, Botsvana, Malavi, Zambiya, Cənubi Corciya və Cənubi Sendviç adaları, Mavriki, Reyunion, Lesoto və digər bir sıra ölkələrdə görünəcək.Tutulmalar Günəşin qarşısından Yer və ya Ay keçərək onun işığını qismən və ya tam kəsdiyi zaman müşahidə olunur. Yer orbitinin müstəvisi ilə Ay orbitinin müstəvisi arasında cəmi 5°09′ fərq...
16 Fevral 2026, 19:08
Ən çox rol alan aktyorlar kimlərdir...
Azərbaycanın ən çox filmə çəkilən aktyorları Həsən Məmmədov, Rasim Balayev və Şahmar Ələkbərovdur. Sıralamada üçüncü yerdə olan Həsən Məmmədov ümumilikdə 71 filmə çəkilib. Bura onun çəkildiyi kinolar, sənədli filmlər və barəsində çəkilən filmlər daxildir. Lakin Həsən Məmmədov çəkildiyi baş rolların sayına görə liderdir. O, 30 filmdə baş rola çəkilib. İkinci yerdə görkəmli aktyor, tanınmış incəsənət xadimi Rasim Balayev gəlir. R.Balayev 113 filmə çəkilmişdir. Ən nəhayət birinci yerdə tamaşaçıların sevə-sevə seyr etdikləri Şahmar Ələkbərov dayanır. Şahmar Ələkbərov 148 kino filmə çəkilib. Xaricdə çəkildiyi kinoların sayına görə lider olan aktyorumuz isə Tariyel Qasımovdur. O, 11 ölkədə çoxsaylı filmlərdə yer alıb. Bəs dünyada ən çox...
16 Fevral 2026, 18:17
Azad edilmiş ərazilərdə daha 60 mina aşkarlandı
İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik (09.02.2026-15.02.2026) məlumat açıqlanıb.Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) Citypost.az-a verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda, eyni zamanda, Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində 53 piyada əleyhinə mina, 7 tank əleyhinə mina, 130 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.Bildirilib ki, 385 hektar ərazi mina və PHS-lərdən təmizlənib....
16 Fevral 2026, 16:27
Vatikanda QMİ-nin nümayəndəliyi yaradılacaq
Vatikanda Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəliyi yaradılacaq.Citypost.az xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə məlumat verib.A.Paşazadə xatırladıb ki, hazırda QMİ-nin İstanbulda, Tiflisdə, Batumidə, Dərbənddə nümayəndəlikləri və qazılıqları fəaliyyət göstərir:"Əhatə coğrafiyamızı genişləndirmək istiqamətində işlər davam edir. Hazırda Vatikanda nümayəndəliyimizin yaradılması istiqamətində danışıqlar aparırıq".
16 Fevral 2026, 15:27
İbadət satdı, Cavanşir aldı...
Yerli mətbuatın verdiyi xəbərə görə, Maliyyə Nazirliyinin keçmiş aparat rəhbəri Cavanşir Yusifov Şəmkir rayonunda daha bir ticarət obyekti alıb. Bu “Yamin” şadlıq sarayıdır. Keçmiş aparat rəhbəri bundan əvvəl də Şəmkir ərazisində fəaliyyət göstərən “Murovdağ” şadlıq sarayının satın almışdı. Onun az öncə aldığı həmin obyekti oğlu Rüfət Yusifovun adına rəsmiləşdirdiyi bildirilir.Gəncə Dövlət Universitetinin qalmaqallı rektoru Yusif Yusifovun qardaşı olan Cavanşir Yusifov ötən ilin martında Maliyyə Nazirliyindəki vəzifəsindən uzaqlaşdırılıb. Onlar əslən Kəlbəcər rayonundandırlar. Sabiq Millət vəkili, hazırda Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini olan Cavid Qurbanovla eyni çevrədəndirlər. Citypost.az-ın əldə etdiyi xəbərə görə “Yamin” şadlıq sarayının əvvəlki sahibi, keçmiş prokurorluq əməkdaşı, hazırda biznes...
16 Fevral 2026, 15:25
Vüqar Qurbanov işdən azad olunub
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov vəzifəsindən azad edilib.Citypost.az xəbər verir ki, sədrin səlahiyyətlərinin icrası qurumun müavini Anar İsrafilova həvalə olunub.Hələlik rəsmi qurumlar tərəfindən Vüqar Qurbanovun vəzifədən azad edilməsinin səbəbləri açıqlanmayıb.Məsələ ilə bağlı əlavə məlumat veriləcəyi gözlənilir.Qeyd edək ki, V.Qurbanov 2022-ci ilin sentyabrında TƏBİB-in icraçı direktoru təyin edilmişdi. (Bakupost)
16 Fevral 2026, 14:15