Yol polisi yük avtomobili sürücülərinə müraciət edib
Cəmiyyət 17 Fevral 2026, 09:24
262
Baş Dövlət Yol Polisi İdarəsi yük avtomobili sürücülərinə müraciət edib.
CityPost.az xəbər verir ki, müraciətdə deyilir:
"Yük avtomobillərinin iştirakı ilə baş verən yol qəzalarının artması ciddi narahatlıq doğurur. Təsadüfi deyil ki, yük avtomobillərinin sürücüləri tərəfindən yol verilən - sürət həddinin aşılması, ötmə və manevretmə qaydalarının pozulması, sağ zolaq boş olduğu halda sol hərəkət zolağına yerləşərək arxadan gələn nəqliyyat axınına yol verilməməsi kimi kobud qayda pozuntuları digər sürücülərin haqlı narazılığına səbəb olmaqla yanaşı, həm də ciddi qəza riski yaradır".
Həmçinin oxuyun
Bildirilib ki, nasaz avtomobillərin istismarı, avtomobilin yorğun, yuxusuz halda idarə olunması, yükün düzgün qablaşdırılmaması, sükan arxasında diqqəti yayındıran hərəkətlərə yol verilməsi, yol kənarında qanunsuz parklanma halları da yük avtomobillərinin sürücüləri tərəfindən ən çox törədilən qayda pozuntularıdır.
Müşahidələr göstərir ki, avtomagistrallarda baş verən yol-nəqliyyat hadisələrinin əksəriyyəti məhz belə qayda pozuntuları səbəbindən baş verir.
"Baş Dövlət Yol Polisi İdarəsi bir daha yük avtomobillərinin sürücülərinə müraciət edərək, onları sadalanan qayda pozuntularından çəkinməyə, digər hərəkət iştirakçılarına hörmətlə yanaşmağa, yüksək peşəkarlıq nümunəsi göstərməklə sürücülük mədəniyyətinə töhfə verməyə çağırır. Unutmayaq! Yolda məsuliyyət özümüzün və digər hərəkət iştirakçılarının təhlükəsizliyi üçün vacibdir",- müraciətdə qeyd edilib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Eldar Əzizov müşavirə keçirdi - Adil Əliyevə TÖHMƏT verdi
Bakı Şəhər İcra Hakimiyyətində paytaxtın rayon icra hakimiyyətlərinin başçıları və şəhər kommunal xidmətlərinin rəhbərlərinin iştirakı ilə növbəti müşavirə keçirilib.BŞİH-dən Citypost.az-a verilən xəbərə görə, Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən verilən məlumata görə, müşavirədə şəhərin sanitar təmizliyinin və onun yaz-yay mövsümünə hazırlığının vəziyyəti, əsaslı təmir, abadlıq və yaşıllaşdırma işləri və o cümlədən qanunsuz tikintilərlə bağlı məsələlər müzakirə olunub.İclasda çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, rayon icra hakimiyyəti başçıları rayonlarda olan nöqsanları operativ şəkildə aşkar edib aradan qaldırmalı, məsuliyyət və təşəbbüskarlığın bu gün zamanın tələbi olduğunu yadda saxlamalıdırlar.Eldar Əzizov Suraxanı, Qaradağ və Xəzər rayonlarında sanitar təmizlik məsələlərinin...
17 Fevral 2026, 10:36
Nazirlər Kabineti mülkiyyət hüquqların dövlət qeydiyyatı barədə qərar verib
Nazirlər Kabineti 5 oktyabr 2015-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları"nda dəyişiklik edib.CityPost.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.Qərara əsasən, hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərlə torpağın kateqoriyası (məqsədli təyinatı) dövlət torpaq kadastrında saxlanılan məlumatlara uyğun gəlmədikdə qeydiyyat orqanının vəzifəli şəxsləri 15 iş günü müddətində yerquruluşu sənədlərinin təhlili yolu ilə araşdırma aparır. Araşdırmanın nəticəsinə əsasən təqdim edilən sənədlərdə göstərilən məlumatların doğruluğu təsdiq edildikdə, əmlak üzərində hüquqlar dövlət qeydiyyatına alınır və dövlət torpaq kadastrında müvafiq düzəlişlər edilir....
17 Fevral 2026, 09:52
Rusiyada azərbaycanlı vəkil Ələkbər Qarayev həbs olunub
Rusiyada azərbaycanlı vəkil Ələkbər Qarayev saxlanılıb və barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib.APA-nın əldə etdiyi məlumata görə, Rusiya hüquq-mühafizə orqanları Qarayevi iki tanışı ilə birlikdə Krasnoyarsk şəhərində saxlayıb.Rusiya İstintaq Komitəsinin Krasnoyarsk diyarı və Xakasiya üzrə Baş İstintaq İdarəsinin məlumatında Qarayevin dələduzluqda şübhəli bilinərək saxlanıldığı qeyd olunub.O, Rusiya Cinayət Məcəlləsinin 30-cu maddəsinin 3-cü hissəsi və 159-cu maddəsinin 4-cü hissəsi (mütəşəkkil dəstə tərəfindən xüsusilə külli miqdarda törədilmiş dələduzluğa cəhd) ilə şübhəli bilinir. Vəkil barəsində artıq məhkəmə qərarı ilə 2 aylıq həbs qətimkan tədbiri seçilib.Ələkbər Qarayevin və tanışlarının Sibiryak Tikinti Şirkətinin (Krasnoyarsk diyarının ən böyük inşaatçısı) prezidenti Vladimir Yeqorovdan rüşvət aldığı iddia...
17 Fevral 2026, 00:17
Prezident İlham Əliyevin sosial media hesablarında Serbiyaya rəsmi səfəri ilə bağlı paylaşım edilib
Prezident İlham Əliyevin sosial media hesablarında Serbiya Respublikasına rəsmi səfəri ilə bağlı paylaşım edilib.CityPost.az paylaşımı təqdim edir:Prezident İlham Əliyevin Serbiya Respublikasına rəsmi səfəri (15-16.02.2026) pic.twitter.com/mzZSu6bwwA— İlham Əliyev (@azpresident) February 16, 2026
16 Fevral 2026, 22:35
FHN-dən kritik xəbərdarlıq: Təhlükəli hava şəraiti gözlənilir
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, fevralın 17-18-də qərb küləyinin güclənməsi və havanın temperaturunun tədricən yüksəlməsi fonunda bəzi yüksək dağlıq ərazilərdə qar uçqunu olması ehtimalı var.CityPost.az xəbər verir ki, bununla əlaqədar Fövqəladə Hallar Nazirliyi müvafiq təhlükəsizlik qaydalarını bir daha xatırladıb.Belə ki, qar uçqunundan qorunmaq üçün uçqun ehtimalı olan yerlərdən, o cümlədən dik yamaclardan kənar gəzmək, qar uçqunu başladıqda isə dərhal qaçaraq onun yolu üstündən kənara çıxmağa çalışmaq, yaxınlıqdakı qayanın çıxıntısı altında gizlənmək lazımdır.Əgər qar uçqunundan qaçıb qurtarmaq mümkün deyilsə, çanta və bu kimi digər əşyaları kənara atın, çömələrək dizlərinizi özünüzə sıxıb bədəninizi axının hərəkət istiqamətinə yönəldin.Uçqun sizi yaxalayıbsa:- nəfəs yollarını qardan...
16 Fevral 2026, 21:22
Vüqar Qurbanovun 300 minlik avtomobili: Nömrəsi... - Foto
Bu gün TƏBİB-in İcraçı direktoru vəzifəsindən azad edilən Vüqar Qurbanovun şəxsi avtomobili və nömrəsinin fotosu yayılıb.CityPost.az Milli.az-a istinadən xəbər verir ki, Vüqar Qurbanovun şəxsi avtomobili 99-VJ-999 nömrəli BMV X7 markalı minik vasitəsidir. Vüqar Qurbanov avtomobilin nörməsini də təsadüfən seçməyib.Sözügedən avtomobilin orta bazar dəyəri 250-300 min manatdır.Qeyd edək ki, V.Qurbanovun vəzifədən azad olunması ilə bağlı rəsmi məlumat TƏBİB tərəfindən təsdiqlənsə də, qurum sədrinin niyə işdən çıxarıldığı açıqlanmayıb.Son olaraq 2025-ci ilin sentyabrında Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən TƏBİB-də yoxlamaların aparılması ilə bağlı məlumatlar yayılmışdı.Vüqar Qurbanovun da vəzifədən azad olunmasının sözügedən yoxlamaların nəticəsi ilə əlaqəli olması istisna olunmur. İddialara görə, yoxlamalar...
16 Fevral 2026, 20:52