Bizə yazın

Baku

-°C

USD

-

Ombudsman Ruben Vardanyanla bağlı açıqlama yaydı

Cəmiyyət 19 Fevral 2026, 15:18

171

Azərbaycanın İnsan hüquqları müvəkkili (ombudsman) “Amnesty International” təşkilatının Şərqi Avropa və Mərkəzi Asiya üzrə direktoru Mari Strazersin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı cinayətlərdə təqsirli bilinərək məhkum olunmuş Ermənistan vətəndaşı Ruben Vardanyan barəsində çıxarılan məhkəmə hökmü ilə əlaqədar bəyanatına münasibət bildirib.

Citypost.az xəbər verir ki, açıqlamada deyilir:

“Bakı Hərbi Məhkəməsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyan barəsində cinayət işi üzrə beynəlxalq məhkəmə təcrübəsinə tam uyğun şəkildə açıq məhkəmə prosesləri keçirilib, məhkəmə prosesində təqsirləndirilən şəxs, onun müdafiəçisi, zərərçəkmiş şəxslər, onların hüquqi varisləri və nümayəndələri sərbəst şəkildə iştirak edib, məhkəmənin gedişatı mediada geniş şəkildə işıqlandırılıb. Yekunda R.Vardanyan ittiham edildiyi cinayətlərdə təqsiri tam sübuta yetirilərək məhkəmə tərəfindən qəti olaraq 20 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Beynəlxalq insan hüquqları hüququnun müddəaları və beynəlxalq məhkəmə təcrübəsinə tam uyğun şəkildə keçirilmiş məhkəmə prosesinin yekunu olaraq məhkəmə tərəfindən Ruben Vardanyan barəsində çıxarılmış hökmlə əlaqədar “Amnesty International” beynəlxalq qeyri-hökumət təşkilatı rəsmisinin yaymış olduğu bəyanat istər hüquqi, istərsə də mənəvi baxımdan yanlış, qeyri-obyektiv və qərəzlidir.

Belə ki, bəyanatda irəli sürülən iddialar, səsləndirilən ifadələr BMT Nizamnaməsinin və digər beynəlxalq hüquqi sənədlərin tələbləri ilə tam ziddiyyət təşkil edir, İkinci Dünya müharibəsində sülh və bəşəriyyət əleyhinə cinayətlər törətmiş şəxslərlə eyni statusa malik şəxslər müdafiə altına alınır, 30 ildən artıq bir müddətdə azərbaycanlılara qarşı törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri barədə hər hansı bir fikir bildirilmir.

Adıçəkilən təşkilatın sərgilədiyi yanaşma beynəlxalq qeyri-hökumət təşkilatları üçün zəruri olan obyektivlik, balanslılıq və peşəkar etika prinsiplərinə ziddir və bəyanatın qeyri-obyektivliyini ehtiva edir.

“Amnesty International” təşkilatı rəsmisinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri və digər ağır cinayətlər törətməkdə ittiham olunan bir şəxsin “müdafiəsi” məqsədilə Azərbaycana qarşı bu cür ittihamların irəli sürülməsi təşkilatın qərəzli mövqeyini, ölkəmizə qarşı yürüdülən ikili standartları bir daha nümayiş etdirir. Belə selektiv yanaşma və faktların kontekstdən çıxarılması həmin qurumun fəaliyyətində obyektivlikdən uzaqlaşdığını göstərir və bu, təşkilatın hansı mənbələrdən maliyyələşdirildiyi və hansı siyasi təsirlər altında fəaliyyət göstərdiyi məsələsini yenidən gündəmə gətirir.

Hüquqi baxımdan vurğulanmalıdır ki, Ruben Vardanyan barəsində irəli sürülmüş ittihamlar həm Azərbaycan Respublikasının milli qanunvericiliyinə, həm də beynəlxalq hüquq normalarına uyğun olaraq ağır və xüsusilə təhlükəli cinayətlər kateqoriyasına aiddir. Cinayət təqibi konkret sübutlara və hüquqi faktlara əsaslanıb və məhkəmə araşdırması qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirilib.

Bütün istintaq və məhkəmə prosesi zamanı təqsirləndirilən şəxsin müdafiə hüquqları tam təmin edilib. Şəxsin vəkillə təmini, müdafiə mövqeyini hazırlaması və məhkəmə prosesində iştirak imkanları qanunvericiliyin və beynəlxalq standartların tələblərinə uyğun təşkil olunub. Ombudsman Aparatının əməkdaşları məhkəmə proseslərində iştirak edərək təqsirləndirilən şəxsin hüquq və azadlıqlarının təmini vəziyyətini bilavasitə müşahidə ediblər.

Bununla yanaşı, Ombudsmanın Milli Preventiv Qrupu (MQP) tərəfindən təqsirləndirilən erməniəsilli şəxslərlə, o cümlədən Ruben Vardanyanla görüşlər keçirilib, onların saxlanma şəraiti və rəftar məsələləri davamlı monitorinq edilib. Bu monitorinqlər beynəlxalq standartlara uyğun həyata keçirilib, şəxsin fundamental hüquq və azadlıqlarının təmin olunması vəziyyəti daim diqqətdə saxlanılıb. Ombudsman Aparatının əməkdaşları tərəfindən həyata keçirilən başçəkmələrdə təqsirləndirilən erməniəsilli şəxslərə, o cümlədən R.Vardanyana öz ana dilində hüquqları izah edilib, MPQ-nin həkim üzvü tərəfindən səhhətlərinin mövcud vəziyyəti yoxlanılıb, onlara istəklərinə uyğun müvafiq nəşr vəsaitləri və öz ana dillərində qanunvericilik aktları təqdim olunub.

“Amnesty International” təşkilatı rəsmisinin bəyanatında hüquqi aspektlərdən kənara çıxılaraq məsələyə siyasi çalar verilməsi, eləcə də təsdiqlənməmiş iddiaların fakt kimi təqdim edilməsi həmin təşkilatın Azərbaycana qarşı qərəzli mövqeyini bir daha nümayiş etdirir.

“Amnesty International” beynəlxalq qeyri-hökumət təşkilatını qərəzli və selektiv yanaşmadan imtina etməyə, hüquqi proseslərə siyasi çalar verməkdən çəkinməyə və insan hüquqlarının müdafiəsinə həqiqətən obyektiv, balanslı və peşəkar prinsiplər əsasında xidmət etməyə çağırırıq.

Beynəlxalq hüquq müdafiə fəaliyyəti yalnız faktlara, hüquqa və ədalətə söykəndiyi halda legitim və inandırıcı ola bilər”.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Şəhid Şahin Kərimov Mingəçevirdə dəfn edildi 

Birinci Qarabağ müharibəsində itkin düşmüş şəhid Şahin Heydər oğlu Kərimov Mingəçevir şəhərindəki Şəhidlər xiyabanında dəfn edilib.Citypost.az  xəbər verir ki, şəhidin nəşinin qalıqları bu gün yaşadığı Mingəçevir şəhərinə gətirilib. Şəhidlə vida mərasimi keçirilib, cənazə namazı qılınıb, dualar oxunub.Sonra şəhidin nəşinin qalıqları Mingəçevir şəhərindəki Şəhidlər xiyabanına gətirilib. Dəfn mərasimində şəhidin ailə üzvləri və yaxınları ilə yanaşı, şəhər icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, deputat Aydın Mirzəzadə, qazilər, şəhid ailələri, ictimaiyyət nümayəndələri iştirak ediblər.Mərasimdə şəhidin Vətən qarşısında xidmətlərindən danışılıb, onun xatirəsinin daim əziz tutulacağı bildirilib.Şəhidin nəşinin qalıqları yaylım atəşi altında torpağa tapşırılıb. Tabutun üzərinə örtülmüş Azərbaycanın üçrəngli Bayrağı şəhidin anasına verilib.Qeyd edək ki, Şahin...

19 Fevral 2026, 16:20

Birinci Qarabağ şəhidi Nail Dənziyev Lerikdə dəfn edildi 

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Nail Fahil oğlu Dənziyevin nəşinin qalıqları Lerik rayonunda torpağa tapşırılıb.Citypost.azxəbər verir ki, Lerik rayonunun Mastail kənd sakini, 1974-cü il təvəllüdlü Nail Fahil oğlu Dənziyevin nəşinin qalıqları aparılan araşdırmalardan sonra aşkar edilərək eyniləşdirilib.Nail Dənziyev 1992-ci ilin sentyabrında Sırxavənd istiqamətində gedən döyüşlər zamanı itkin düşmüşdü. 18 yaşında Vətən qarşısında borcunu yerinə yetirərkən itkin düşən hərbçi uzun müddət itkin hesab olunub. 1997-ci ilin fevralında ona rəsmi olaraq şəhid statusu verilib.Dəfn mərasimində Lerik rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri, qazilər, hüquq-mühafizə orqanlarının əməkdaşları və rayon sakinləri iştirak ediblər.Şəhidin xatirəsi ehtiramla anılıb, ruhuna dualar oxunub. Dövlət Himni səsləndirilib, tabutuna...

19 Fevral 2026, 15:13

Birinci Qarabağ müharibəsinin itkin şəhidi Rəsul Ağayev Sabirabadda torpağa tapşırılıb

Birinci Qarabağ müharibəsinin itkin şəhidi Rəsul Babaxan olu Ağayev Sabirabad rayon Nərimankənd kənd qəbiristanlığında dəfn olunub.Citypost az xəbər verir ki, əvvəlcə Nərimankənd kəndində şəhidlə vida mərasimi olub, cənazə namazı qılınıb. Mərasimdə şəhidin ailə üzvləri, rayon icra hakimiyyətinin nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Vida mərasimindən sonra Rəsul Ağayev hərbi orkestrin və yaylım atəşinin müşayiəti ilə torpağa tapşırılıb.Qeyd edək ki, Rəsul Ağayev 1968-ci ildə Nərimankənd kəndində anadan olub. O, Birinci Qarabağ müharibəsi zamanı döyüşlərə yollanıb. 1992-ci il Sırxavənd kəndi (Ağdərə) istiqamətində gedən döyüşlərdə itkin düşüb. Rəsul Ağayev Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və...

19 Fevral 2026, 15:07

 I Qarabağ müharibəsinin itkin-şəhidi Azad Cəlilovla vida mərasimi keçirilib 

Ucar rayonunda Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən Azad Sabir oğlu Cəlilovla vida mərasimi keçirilib."Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, vida mərasimində şəhidin doğmaları, Ucar rayonunun rəsmi şəxsləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.Qeyd edək ki, Azad Sabir oğlu Cəlilov 1975-ci il fevralın 14-də Ucarın Alpout kəndində anadan olub. 1994-cü il fevralın 6-da Kəlbəcər rayonunun Bağırlı kəndi (Murovdağ silsiləsi) istiqamətində gedən döyüşlər zamanı itkin düşüb.A.Cəlilov doğulduğu kənddə dəfn ediləcək....

19 Fevral 2026, 13:48

Onlarla bağlı Prezidentə siyahı getdi - ADLAR 

Xəbər verdiyimiz kimi,hakim işləmək üçün zəruri olan keyfiyyətlərə yiyələnməsi Komitə tərəfindən qiymətləndirilərək 34 hakimliyə namizəd müsahibədə müvəffəqiyyət qazanmış, onların hakim vəzifəsinə uyğunluğu, o cümlədən ixtisaslaşdırma haqqında rəylər Məhkəmə-Hüquq Şurasına təqdim olunub.Dünən  Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimovun sədrliyi ilə baş tutan iclasda müsabiqəni uğurla başa vurmuş 34 hakimliyə namizədlə fərdi söhbətlər aparılıb, onlara tövsiyələr verilib və yekunda birinci instansiya məhkəmələrinin hakimi vəzifələrinə təyin olunmaları üçün təkliflərin hazırlanması qərara alınıb.Yeni qaydalara əsasən hakimliyə namizədlər hakim təyin olunduqdan dərhal sonra peşə hazırlığı məqsədilə Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında təşkil olunacaq təlimə cəlb ediləcəklər.CityPost.az xəbər verir ki,Oxu24.com siyahıda adı olan 34 nəfərin kimliyi barədə məlumat...

19 Fevral 2026, 13:47

Gənc oğlan eyvandan yıxılaraq həyatını itirdi

Bakıda ölümlə nəticələnən hadisə baş verib.Citypost.az xəbər verir ki, dünən saat 13 radələrində 1998-ci il təvəllüdlü Azər İsmayılov yaşadığı Bakıxanov qəsəbəsi (Razin) Ə.Ağayev küçəsindəki evin 4-cü mərtəbəsindəki eyvanından yıxılıb.O, hadisə yerində ölüb.Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.(Qafqazinfo)

19 Fevral 2026, 13:35