Sabahın hava proqnozu AÇIQLADI
Cəmiyyət 03 Mart 2026, 12:47
2817
Azərbaycanda martın 4-də bəzi yerlərdə hava yağıntılı keçəcək.
Citypost.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi şəhərətrafı ərazilərdə az çiskinli olacağı ehtimalı var. Cənub-qərb küləyi günün ikinci yarısında mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq, arabir güclənəcək.
Havanın temperaturu gecə 3-6° isti, gündüz 8-11° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 75-80 %, gündüz 65-70 % təşkil edəcək.
Həmçinin oxuyun
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 0-5° isti, gündüz 9-14° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 13-də Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitlə geniş tərkibdə görüşü olub.Bu barədə Citypost.az xəbər verir.
13 Oktyabr 2026, 11:47
Milli Məclisin plenar iclası başlayıb, 13 məsələ müzakirə olunacaq
Milli Məclisin payız sessiyasının növbəti plenar iclası başlayıb.Citypost.az xəbər verir ki, gündəliyə "Azərbaycan Respublikasının Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının, Kioto Protokolunun və Paris Sazişinin katibliyi arasında İqlim Həftəsi-4 və Adaptasiya Komitəsinin 30-cu iclası barədə Anlaşma Memorandumu"nun təsdiqi və Azərbaycanla Qırğızıstan arasında iki saziş və bir müqaviləni ratifikasiyası daxil olmaqla ümumilikdə 13 məsələ daxildir.İclasa spiker Sahibə Qafarova sədrlik edir....
13 Oktyabr 2026, 11:21
TƏBİB: 8 ayda 246 mindən çox əməliyyat aparılıb
Azərbaycanda 2026-cı ilin ilk 8 ayı ərzində tibb müəssisələrinə ümumilikdə 17 466 652 müraciət qeydə alınıb və vətəndaşlara 65 269 059 milyon tibbi xidmət göstərilib.Bu barədə Citypost.az-a TƏBİB-dən məlumat verilib.Bildirilib ki, hesabat dövründə 246 572 cərrahi əməliyyat icra olunub. Gündəlik orta hesabla tibb müəssisələrinə 83 974 müraciət daxil olub.Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə ölkə üzrə 8 ay ərzində ümumilikdə 1 103 705 müraciət qeydə alınıb....
13 Oktyabr 2026, 10:15
Ədalət Verdiyev: “Özünüzü başqa ölkənin maraqlarına qurban etməyin”
Ötən gün Masazır qəsəbəsində dörd avtomobili yandırmaqda şübhəli bilinən şəxslərin Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanıldığı bildirildiCitypost.az xəbər verir ki, Hərbi ekspert Ədalət Verdiyev hadisə ilə bağlı fikirlərini bölüşərək avtomobillərin yandırılması ilə Azərbaycan dövlətinin zəifləyəcəyini düşünən şəxslərə müraciət edib.Ekspert bu barədə sosial şəbəkə hesabında yazıb.“Bu düşüncədə olan, yəni maşın yandırmaqla İranın Azərbaycan ərazisində söz sahibi olacağına inanan beyinsiz insanlara səslənirəm: özünüzü başqa ölkənin maraqlarına qurban etməyin.Azərbaycan dövləti maşın yandırmaqla zəifləyən deyil. Amma siz və ailəniz bir saniyəlik alışqanı maşına tutmağa görə uzun illər iztirab içində yaşayacaqsınız”, – deyə Ədalət Verdiyev bildirib.Turan...
13 Oktyabr 2026, 09:34
Jurnalist Nailə Balayevadan hicab məsələsi ilə bağlı SƏRT MESAJ
Jurnalist Nailə Balayeva Bakı məktəblərinin birində hicabla bağlı yaranan vəziyyəti işıqlandırarkən üzləşdiyi hadisə barədə məlumat verib.Citypost.az xəbər verir ki, Jurnalist bu barədə sosial şəbəkə hesabında yazıb.Nailə Balayeva bildirib ki, dünən məktəblərdən birinin qarşısında baş örtüyünü açmadıqları üçün dərsə buraxılmayan qızların valideynləri və şagirdlərlə söhbət edib, onlardan müsahibə alıblar. Məqsəd isə onların üzləşdiyi problemi işıqlandırmaq olub.Onun sözlərinə görə, söhbət başa çatmamış jurnalistləri və müsahibə verdikləri şəxsləri kənardan çəkərək görüntüləri İranla əlaqəli olduğunu iddia etdiyi Telegram kanallarına ötürüblər.“Əcəba, nədir sizin davanız? Dediyiniz kimi, uşaqlarınızı oxutmaq, yoxsa bağlı olduğunuz İranın qarşısında sadiqliyinizi və işlədiyinizi sübut etmək? Bunun rəzalətdən başqa adı varmı? Bunu kim...
13 Oktyabr 2026, 09:31
Gələcəyimizi düşünürüksə, bu qərarı dəstəkləməliyik” – Turan Etibaroğlu
Jurnalist Turan Etibaroğlu məktəbə hücum, avtomobillərin yandırılması və şüşələrin sındırılması kimi halları tənqid edib, vahid məktəbli formasının tətbiqini dəstəklədiyini bildirib.Jurnalist bu barədə sosial şəbəkə hesabında yazıb.O, qeyd edib ki, məktəbə hücum etmək, avtomobil yandırmaq və şüşələri sındırmaq heç bir etiraz mədəniyyətinə sığmır. Onun sözlərinə görə, baş verənlər qəbul edilən qərarın nə qədər doğru və vaxtında olduğunu bir daha göstərir.“Belə təhlükəli meyillərin genişlənməsinə, cəmiyyətdə xaos və aqressiya mühitinin formalaşmasına imkan vermək olmazdı”, – deyə Turan Etibaroğlu vurğulayıb.Jurnalist vahid məktəbli formasının tətbiqini sona qədər dəstəklədiyini bildirib. O qeyd edib ki, məsələ təkcə geyimdən ibarət deyil, həm də məktəb mühitində nizam-intizamın, bərabərliyin və...
13 Oktyabr 2026, 09:15