Bizə yazın

Baku

-°C

USD

-

Vətəndaşların NƏZƏRİNƏ: Ödənilən cərimə vəsaitlərini geri almaq mümkün olacaq - VİDEO  

Cəmiyyət 14 Mart 2026, 21:35

1108

"İnzibati cərimələrin qaytarılması Qaydası" təsdiqlənib.

Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərara əsasən, artıq ödənilmiş inzibati cərimə dövlət büdcəsindən və ya inzibati cərimə növündə inzibati tənbeh vermə barədə qərar qəbul etmiş səlahiyyətli orqanların hesablarından qismən və ya tam şəkildə geri qaytarılacaq. Hüquqşünas Emil Aslanov bildirib ki, vətəndaşlar 20 gün ərzində yazılı və ya elektron qaydada müraciət etməklə cərimənin hansı büdcəyə ödənilməsindən asılı olaraq həmin vəsaitin geri qaytarılmasına nail ola bilərlər. Onun sözlərinə görə, artıq ödənilmiş məbləğin geri qaytarılması üçün 5 illik müddət nəzərdə tutulub:

"Bu müddət ərzində vətəndaşlar ödədikləri vəsaitin geri qaytarılması üçün müraciət edə bilərlər".

Qeyd edək ki, artıq ödəmənin qaytarılması üçün müraciət Qaydasının 4.4-cü bəndinə əsasən, araşdırma zamanı artıq ödəmənin qaytarılmalı olduğu halların mövcud olmadığı müəyyən edilərsə, bu barədə ərizə təqdim edən orqan tərəfindən müvafiq qərar qəbul edilməli və müraciət edən şəxsə 5 gün müddətində əsaslandırılmış yazılı məlumat təqdim olunmalıdır. Ərizənin təqdim edildiyi orqan tərəfindən qəbul edilmiş qərardan inzibati qaydada və ya məhkəmə qaydasında şikayət verilə bilər.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Yol polisi əlverişsiz hava şəraitində yollardakı vəziyyətlə bağlı sürücülərə müraciət edib 

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) əlverişsiz hava şəraitində yollardakı vəziyyətlə bağlı sürücülərə müraciət edib.BDYPİ-dən  verilən məlumata görə, həftəsonu gözlənilən əlverişsiz hava şəraiti yol hərəkəti təhlükəsizliyi baxımından sürücülərdən daha diqqətli olmağı tələb edir.Xüsusilə, gecə və səhər saatlarında ehtimal edilən dumanlı, çiskinli havanın görünüş məsafəsini əhəmiyyətli dərəcədə məhdudlaşdırdığını, həmçinin küləyin doğura biləcəyi fəsadlara qarşı qabaqlayıcı tədbirlərin əhəmiyyətini nəzərə alaraq, sürücülər, ələlxüsus yükdaşıma fəaliyyəti göstərən fiziki və hüquqi şəxslər zəruri ehtiyat tədbirləri görməli, təhlükəsizlik qaydalarına qeyd-şərtsiz əməl olunmalıdır.BDYPİ həftəsonu xüsusilə, respublika əhəmiyyətli avtomobil yollarında hərəkət intensivliyinin artacağını bir daha diqqətə çatdırmaqla yanaşı, bölgələrə səfər edəcək sürücülərə yağışlı havalarda daha məsuliyyətli olmağı, sürət...

18 Aprel 2026, 11:55

General Müşfiq Məmmədov vəzifəsindən azad edildi  

Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin rəisi, general-mayor Müşfiq Məmmədov vəzifəsindən azad edilib.CityPost.az  Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə müvafiq Əmr imzalanıb.İki il baş idarəyə rəhbərlik etmiş general Məmmədov təqaüdə göndərilib.Hələlik onun yerinə təyinat yoxdur.Qeyd edək ki, Müşfiq Məmmədov daha əvvəl uzun müddət Azərbaycanın Türkiyədəki hərbi attaşesi olub.

18 Aprel 2026, 11:46

FHN: Güclü külək zamanı bina və reklam lövhələrindən uzaq durmaq tövsiyə olunur 

Güclü külək zamanı bina və reklam lövhələrindən uzaq durmaq tövsiyə olunur.CityPost.az-a Fövqəladə Hallar Naziriliyindən (FHN) verilən məlumata görə, bu barədə nazirliyin qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciətində bildirilib.Məlumata görə, yaxın günlər ərzində ayrı-ayrı yerlərdə intensiv yağış yağacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi, şimşək çaxacağı və arabir güclü külək əsəcəyi proqnozlaşdırılır.Qeyd olunanları nəzərə alaraq, FHN müvafiq təhlükəsizlik qaydalarını bir daha xatırladır.Belə ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur.Bundan əlavə, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq,...

18 Aprel 2026, 11:39

“Brent” nefti 9%-dən çox ucuzlaşıb

"ICE London" qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2026-cı ilin iyun müqaviləsinin dəyəri 9,07% azalaraq 1 barelə görə 90,38 ABŞ dolları təşkil edib.CityPost.az-ın  məlumatına görə, Nyu-Yorkun "NYMEX" əmtəə birjasında 2026-cı ilin may ayında ixrac etməklə "WTI" markalı neftin 1 barelinin qiyməti də 11,45 azalaraq 83,85 ABŞ dollarına bərabər olub.

18 Aprel 2026, 10:08

Şəmkirdə məktəbdə yanğın olub

Şəmkirdə yanğın hadisəsi baş verib.APA-nın  məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.Belə ki, rayonda yerləşən Nəriman Nərimanov adına 2 mərtəbəli, ümumi sahəsi 900 kvadratmetr olan məktəbdə yanğın başlayıb.Dərhal hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınınları və canlı qüvvəsi cəlb edilib. Yanğın qısa müddətdə söndürülüb.Hadisə nəticəsində məktəbin kompüter otağında 30-a yaxın kompüterin 7 ədədi yanıb.Qeyd edək ki, yanğın zamanı xəsarət alan olmayıb. Araşdırma aparılır....

18 Aprel 2026, 10:07

Antalyada İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın görüşü keçirilir 

Antalyada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü keçirilir.Bu barədə CityPost.az Azertaca-a istinadən xəbər verir.

17 Aprel 2026, 20:38