Bizə yazın

Baku

-°C

USD

-

Abşeronda 16 kiloqram narkotik dövriyyədən çıxarılıb

Hadisə 29 Aprel 2026, 12:50

272

Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib.

Bu barədə Citypost.az DİN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, tədbirlər zamanı saxlanılan əvvəllər məhkum olunmuş Orxan Əliyevdən 3 kq 700 qram heroin və metamfetamin, Elçin Mehdiyevdən 5 kq 843 qram marixuana, heroin, metamfetamin, eləcə də 100 ədəd metadon həbi, Emil Abdullayevdən 2 kq 150 qram heroin, Gülzadə Əliyevadan 2 kq 200 qram heroin və metamfetamin, Mehdi Rzayev, Qahir Qarayev və Pərvanə Səfərovadan isə ümumilikdə 2 kq 763 qram marixuana, heroin və metamfetamin aşkarlanıb.

Keçirilən əməliyyatlar nəticəsində ümumilikdə 16 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Araşdırmalar davam etdirilir.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Gürcüstanda 10 yaşlı azərbaycanlının ölümünə səbəb olan sürücü saxlanılıb 

Ötən gün Gürcüstanın Marneuli rayonunda 10 yaşlı Eldar Hüseynovun ölümü ilə nəticələnmiş yol qəzası ilə bağlı 19 yaşlı şəxs saxlanılıb.APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyindən bildirilib.Faktla bağlı yol hərəkəti qaydalarının və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması maddəsi üzrə istintaq aparılır.Qeyd edək ki, yol qəzası ötən gün axşam saatlarında Marneuli-Bolnisi avtomobil yolunda baş verib. Yüksək sürətlə hərəkət edən avtomobilin sürücüsü idarəetməni itirərək yolu keçən Eldar Hüseynovu vurub.Eldar Hüseynov xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb....

29 Aprel 2026, 12:06

Qanunsuz saxlanılan silahlar aşkarlanıb 

Aprelin 28-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 7 avtomat silahı, 2 qumbara, 1 alışdırıcı, 3 tüfəng, 2 patron darağı və 83 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.Bu barədə Citypost.az-a Daxili İşlər Nazirliyindən bildirilib.DİN-in əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

29 Aprel 2026, 10:51

Sumqayıtda silah-sursat aşkarlanıb 

Sumqayıt şəhərində silah-sursat aşkarlanıb."Report"un yerli bürosu xəbər verir ki, hadisə şəhərin Hacı Zeynalabdin qəsəbəsi ərazisində qeydə alınıb.Ərazidən 1 ədəd 7,62 kalibrli "AK-74 Kalaşnikov" markalı avtomat və həmin silaha məxsus 30 ədəd patron aşkar edilib.Faktla bağlı araşdırma aparılır.

29 Aprel 2026, 10:06

Şəmkirdə 28 qoyun yanaraq tələf olub 

Şəmkir rayonunun Sabirkənd kəndində tövlə yanıb."Report"un Qərb bürosunun məlumatına görə, yanğın kənd sakini Telman Əliyevə məxsus, sahəsi 60 kvadratmetr olan tövlədə baş verib.Daha sonra alov yaxınlıqda yerləşən, Fərqanə Məmmədovaya məxsus tövləyə də keçib. Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri alovu söndürüblər.Yanğın nəticəsində Telman Əliyevə məxsus tövlə tamamilə yanıb. Tikilidə olan 30-a yaxın qoyundan 28-i yanaraq tələf olub.Həmçinin, alovun keçdiyi Fərqanə Məmmədovaya məxsus, sahəsi 70 kvadratmetr olan tövlənin yanar konstruksiyaları da yanıb. Hadisə zamanı xəsarət alan olmayıb. Təsərrüfat sahiblərinə ciddi maddi ziyan dəyib.Faktla bağlı araşdırma aparılır....

28 Aprel 2026, 13:56

Abşeronda 40 min manatlıq oğurluqda şübhəli bilinən şəxs saxlanılıb 

Abşeron rayonu ərazisində yerləşən evlərin birindən 40 min manat dəyərində inşaat materialları, kombi aparatı və avtomobil ehtiyat hissələri oğurlanıb.Bu barədə Citypost.az Daxili İşlər Nazirliyindən məlumat verilib.Bildirilib ki, keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər oğurluq və narkotiklə əlaqəli cinayətlərə görə məhkum olunmuş 38 yaşlı R.Mahmudov müəyyən edilərək saxlanılıb. Onun taladığı əşyaların bir qismini satdığı məlum olub.Araşdırma aparılır.

28 Aprel 2026, 12:16

Cəliləbadda məktəblini maşın vurub öldürüb 

Cəlilabadda 13 yaşlı yeniyetməni avtomobil vuraraq öldürüb.Modern.az xəbər verir ki, 1970-ci il təvəllüdlü Yarməmmədov Həmid Edison oğlu idarə etdiyi "VAZ 21043" minik markalı avtomobillə Üçtəpə kəndindən Təzəkənd kəndi istiqamətində hərəkətdə olarkən 2013-cü il təvəllüdlü Zamanov Murad Möhübbət oğlunu vurub.Yeniyetmə aldığı xəsarətlərdən xəstəxanaya aparılarkən yolda ölüb.Faktla bağlı araşdırma aparılır.

28 Aprel 2026, 09:52