Gürcüstanda xüsusi əməliyyat zamanı 84 nəfər saxlanılıb
Dünya 29 Aprel 2026, 14:46
321
Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) ölkə ərazisində narkotiklərin qanunsuz dövriyyəsinə və qanunsuz silah-sursat saxlanmasına qarşı genişmiqyaslı əməliyyat keçirib, 84 nəfər saxlanılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə DİN-in Mərkəzi Cinayət Polisi Departamentinin direktoru David Kiknadze bu gün keçirdiyi brifinqdə məlumat verib.
O bildirib ki, saxlanılanlar arasında həm Gürcüstan, həm də xarici ölkə vətəndaşları var.
Həmçinin oxuyun
Onları 20 ilə qədər və ya ömürlük həbs cəzası gözləyir.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Zelenski: Ukrayna Rusiyaya zərbələrin məsafəsini artıracaq
Ukrayna Rusiyaya qarşı zərbələrinin məsafəsini artıracaq. Lakin dronlar artıq 1500 kilometrdən çox məsafədəki hədəflərə çatır.Citypost.az xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski bu barədə “Telegram” kanalındakı paylaşımında bildirib.Zelenski hazırkı mərhələni “uzaqmənzilli sanksiyalar” - Ukrayna silahlarının Rusiyaya qarşı istifadəsində yeni bir istiqamət adlandırıb.“Birbaşa məsafə 1500 kilometrdən çoxdur. Biz müvafiq məsafələri artıracağıq və bunlar Ukraynanın tamamilə ədalətli cavablarıdır”, - deyə Prezident yazıb.Onun sözlərinə görə, hər bir zərbə Rusiyanın üç sahədə - hərbi sənaye, logistika və neft ixracı imkanlarını azaldır.“Nəticələr hamı üçün aydındır. Rusiyanın müharibəyə son qoymalı olduğu da hamıya bəllidir. Diplomatiyaya keçməyin vaxtıdır və Moskva bu siqnala qulaq asmalıdır”, - deyə dövlət...
29 Aprel 2026, 16:00
Rusiya 9 May paradını texnikasız keçirəcək
Rusiyanda 9 May Qələbə Günü Paradının texnikasız keçirilməsinin səbəbi məlum olub.Citypost.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov danışıb.O, qeyd edib ki, bu qərar Kiyevin "terror fəaliyyəti" ilə bağlıdır:"Hərbi əməliyyatlardan danışırıq. Hər gün döyüş meydanında mövqelərini itirən Kiyev rejimi indi tammiqyaslı terror hücumuna başlayıb. Buna görə də, bu terror təhdidi fonunda, əlbəttə ki, təhlükəni minimuma endirmək üçün bütün tədbirlər görülür. Parad keçiriləcək. Amma unutmayaq ki, keçənilki parad yubiley paradı idi və genişmiqyaslı keçirilməliydi. Bu il texnikalar olmasa da, parad yenə də, baş tutacaq"....
29 Aprel 2026, 15:51
Kobaxidze: Mayın sonuna qədər ABŞ ilə qarşılıqlı əlaqələr aktivləşəcək
Gürcüstanın Baş naziri İrakli Kobaxidze mayın sonuna qədər Tbilisi və Vaşinqton arasında qarşılıqlı əlaqələrin aktivləşdirilməsi planları barədə bildirib."Report" Gürcüstan mediasına istinadən xəbər verir ki, bu barədə o, jurnalistlərə deyib.Baş nazirin sözlərinə görə, mayın sonuna qədər bir sıra istiqamətlər üzrə konkret nəticələr gözlənilir və tərəflər arasında kommunikasiya nəzərəçarpacaq dərəcədə dərinləşəcək."Mayın sonuna qədər müəyyən istiqamətlərdə konkret nəticələr görəcəksiniz. Kommunikasiya qurulacaq. Məhz nəyin necə baş verəcəyi barədə təfərrüatları açıqlaya bilmərəm, ancaq görəcəksiniz ki, mayın sonuna qədər Gürcüstan və ABŞ arasında ünsiyyət dərinləşəcək", - o vurğulayıb....
29 Aprel 2026, 15:28
Tramp əlində "silah" İranı hədələdi: Ağıllı olun!
ABŞ prezidenti Donald Trump İranı sərt tənqid edib.Citypost.az xəbər verir ki, Tramp "Truth Social" hesabında paylaşım edərək bildirib ki, İran hələ də qeyri-nüvə statusu ilə bağlı sazişi imzalamaqda çətinlik çəkir.“İran özünü ələ ala bilmir. Onlar qeyri-nüvə statusu ilə bağlı razılaşmanı necə imzalayacaqlarını bilmirlər. Onlara yaxşı olar ki, tez bir zamanda ağıllansınlar”, – deyə o qeyd edib.Tramp paylaşımında daha sərt ritorikaya keçdiyini də vurğulayıb: “Artıq heç bir "yaxşı oğlan" yoxdur!”Paylaşıma əlavə olunan süni intellektlə hazırlanmış fotoda isə Trampın partlayış fonunda avtomat silah tutduğu təsvir yer alıb. (Modern.az)...
29 Aprel 2026, 15:08
Pentaqon rəhbəri İrana görə ifadə verəcək
ABŞ müdafiə naziri Pit Heqset İranla müharibə ilə bağlı ilk dəfə ABŞ Konqresi qarşısında ifadə verəcək.Modern.az xəbər verir ki, Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsində keçiriləcək dinləmələrdə Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn də çıxış edəcək. Hər iki partiyanın qapalı brifinqlərdə verilən məlumatlardan narazılığı səbəbindən dinləmələrin gərgin keçəcəyi gözlənilir.Rəsmi gündəlik Donald Tramp administrasiyasının 1,5 trilyon dollarlıq büdcə sorğusuna həsr olunsa da, demokratların əsas məqsədi Heqseti Konqresin razılığı olmadan müharibəyə başlamaqda tənqid etməkdir. Respublikaçılar isə rəhbərliyə dəstəyi qorusa da, münaqişənin tezliklə başa çatdırılmasını və şəffaflıq tələb edirlər.Bundan əlavə, dinləmələr ərəfəsində bir qrup demokrat Küveytdə altı hərbçinin ölümü ilə bağlı araşdırma...
29 Aprel 2026, 13:43
Qazaxıstanın qərbinə PUA olduğu ehtimal edilən obyekt düşüb
Qazaxıstanın qərbinə, Aktöbe vilayətinə pilotsuz uçuş aparatı (PUA) olduğu ehtimal edilən obyekt düşüb."Report" Qazaxıstan mediasına istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları faktla bağlı yoxlamalara başlayıb. Qeyd olunur ki, sosial şəbəkələrdə yayılan videoda partlayış anı əks olunub."Aktöbe vilayətinin Polis Departamenti səlahiyyətli xidmətlərlə birgə Karqalı rayonunda PUA-nın qalıqlarına bənzər əşyaların aşkarlanması faktı üzrə yoxlama tədbirləri həyata keçirir. Obyekt yaşayış məntəqəsinin ərazisindən kənarda aşkarlanıb. Hadisənin bütün halları araşdırılır", - məlumatda bildirilib.Nəşrlər qeyd edib ki, bu, son bir ildə Qazaxıstanın qərbində baş vermiş ilk belə hadisə deyil. 2025-ci il fevralın 18-də Qərbi Qazaxıstan vilayətinin Bökeyorda rayonunun Uyalı kəndi yaxınlığında da PUA aşkarlanmışdı....
29 Aprel 2026, 13:05