Bizə yazın

Baku

-°C

USD

-

Şahin Qurbanov da soyadını dəyişir?...  

Cəmiyyət 24 Aprel 2026, 15:11

24191

Citypost.az xəbər verir  ki, Manset.az-ın əldə etdiyi məlumata görə, TƏBİB-in Daxili nəzarət və monitorinq departamentinin rəhbəri Qurbanov Orxan Ənvər oğlu öz soyadını dəyişib. Onun bu addımı qurumun əvvəlki rəhbəri Vüqar Qurbanovla qohum olduğu üçün atdığı iddia edilir.

Onun soyadını dəyişərək Ənvərli etməsi öz vəzifəsini qoruması ilə əlaqələndirilib. 

Məsələ ilə bağlı sayt adıçəkilən Orxan Qurbanovla əlaqə saxlayıb. O, məlumatı təsdiqləyib:

“Mən soyadımı dəyişə bilmərəm? İstəmişəm ki, soyadım atamın adı ilə bağlı olsun. Ona görə dəyişib atamın adını götürmüşəm.Vüqar Qurbanovun isə qohumu deyiləm".

Daha sonra əməkdaşımızın “soyadınızı Vüqar Qurbanovun məsləhəti ilə dəyişmisiniz?” sualına isə cavab verməyib.

Citypost.az-a daxil olan məlumata görə TƏBİB-in sabiq icraçı derektoru Vüqar Qurbanov vaxtı ilə işə qəbul etdiyi və vəzifə verdiyi onun soyadını daşıyanlara və bilavasitə çətiri altında olanlara soyadlarını dəyişməklə də olsa, istənilən üsula əl atıb müxtəlif yollarla maskalanaraq vəzifədə qalmalarını tövsiyyə edib. 

Onun vəzifəyə gətirdiklərindən biri də İmişli Mərkəzi Xəstəxanasının direktoru Şahin Qurbanovdur. Şahin Qurbanov yerli mətbuatda sabiq rəhbərini “əyyaş”, “içki düşkünü” adlandırmış və “onunla bir stəkan çay da içməmişəm” deyərək hamını önləyib baltanı kökündən vuraraq onu ilk ifşa edən adam olmuşdu. Ardınca isə bir qədər də irəli gedərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində vaxtı ilə bir yerdə işlədiklərini əsas gətirərək TƏBİB-in yeni icraçı direktoru Anar Bayramov barədə “Anar müəllim, öz adamımızdır” ifadəsini işlətmişdi. Bilmək olmaz, bəlkə elə bu da vəzifədə qalmaq üçün Şahin Qurbanovun digər bir maskalanma üsuludur. 

Maraqlıdır, bəs görəsən Şahin Qurbanov necə soyadını dəyişməyi düşünürmü? Axı o da Orxan Qurbanov kimi Vüqar Qurbanovla eyni soyadı daşıyır. Sözsüz ki, Şahin Qurbanovdan bu addımı gözləmək olar, ona görə ki, vaxtı ilə içki məclisləri təşkil etdiyi “ağsaqqalım” dediyi adamı oturduğu kreslosu soyumamış təhqirlərə məruz qoydu.

Əlbəttə,zaman-zaman vəzifəyə,pula görə ad,soyad və ata adını dəyişənlərlə,hətta,arvadının soyadına keçən ləyaqətsiz və soysuz sarsaq adamlarla rastlaşmışıq.

Bu yerdə adamın yadına tanınmış şair Oqtay Rzanın aşağıdakı şeiri düşür:

Yayılsın cahana qəlbimin səsi,

Yaralı ürəyim dərd oylağıdır. 

Dünyada xəbərin ən heyrətlisi,

Alçağın zirvədən boylanmağıdır. 

İmişli Mərkəzi Xəstəxanasının direktoru Şahin Qurbanovla əlaqə salxayıb, mövcud məsələyə dair (həqiqətən soyadını dəyişmək istəyib-istəməmək) fikirlərini öyrənə bilmədik. Ona görə ki, o, məqsədli şəkildə Citypost.aza məxsus şəhər və mobil telefon nömrələrini bloklayıb. Ş.Qurbanov bu kimi  hərəkətləri ilə jurnalistin peşə fəaliyyətinə açıqcasına mane olur. Bir daha Ş.Qurbanovun nəzərinə çatdırırıq ki, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 163-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət məsuliyyəti yarada bilər. 

Müşərrəfxanım  

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

FHN intensiv yağışlarla bağlı tədbirlər həyata keçirir 

Xəbər verildiyi kimi, ötən gecədən başlayaraq Bakıda və Abşeron yarımadasında intensiv yağışlar yağıb, düşən yağıntının miqdarı 103 mm qeydə alınıb ki, bu da aylıq normanın 523 %-ni təşkil edir.FHN Mətbuat xidmətindən  verilən məlumata görə, bununla əlaqədar, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən intensiv yağışların yaratdığı fəsadların aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülür.Belə ki, FHN-in Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətləri, Mülki müdafiə qoşunları və Bakı Regional Mərkəzi tərəfindən Bakı şəhərinin müxtəlif istiqamətlərində, Sumqayıt şəhəri və Abşeron rayonunda su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması və digər zəruri təhlükəsizlik tədbirləri həyata keçirilir.İşlər bir sıra istiqamətlərdə...

17 May 2026, 18:35

Sabah 27 dərəcə isti olacaq - PROQNOZ 

Bakıda və Abşeron yarımadasında mayın 18-də fasilələrlə yağış yağacağı gözlənilir.Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, yarımadanın bəzi yerlərində qısamüddətli intensiv olacağı ehtimalı var. Cənub-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 14-16° isti, gündüz 18-23° isti olacaq. Atmosfer təzyiqi 752 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 65-75 % olacaq.Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir duman. Mülayim qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.Havanın temperaturu gecə 13-16° isti, gündüz 22-27° isti, dağlarda gecə 5-10° isti, gündüz 11-16°, bəzi...

17 May 2026, 14:10

Yağışlarla əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti intensiv iş rejimindədir 

Bakıda müşahidə olunan intensiv yağışlar səbəbindən yaranmış fəsadların aradan qaldırılması istiqamətində işlər davam etdirilir.Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətindən verilən məlumata görə, bu gün səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyəti, paytaxtın RİH başçıları, onların aparatı və aidiyyatı təsərrüfat strukturları gücləndirilmiş iş rejimində çalışır.Qeyd edilib ki, yağış nəticəsində bəzi ərazilərdə normanı dəfələrlə üstələyən yağıntının kollektorlar tərəfindən kənarlaşdırılması gecikmələr müşahidə edilir.Nəticədə , bəzi ərazilərdə su yığılması halları müşahidə edilir, şəhər ərazisində belə ərazilər monitorinq qrupları tərəfindən müəyyən edilərək aidiyyatı üzrə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə təqdim edilir.Aidiyyatı qurumlar tərəfindən yağan yağışın fəsadlarının aradan qaldırılması istiqamətində işlər davam etdirilir....

17 May 2026, 13:36

İlham Əliyev Tokayevi doğum günü münasibətilə təbrik edib 

Azərbaycan Prezidenti İlham Əliyev mayın 17-də qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayevə zəng edib.Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.Dövlət başçısı Prezident Kasım-Jomart Tokayevi ad günü münasibətilə təbrik edib, ona möhkəm cansağlığı, fəaliyyətində uğurlar, qardaş Qazaxıstan xalqına daim rifah və tərəqqi arzulayıb.Qazaxıstan Prezidenti göstərilən diqqətə və səmimi təbriklərə görə minnətdarlığını bildirib.Telefon danışığı zamanı Azərbaycan ilə Qazaxıstan arasında dostluq və qardaşlıq münasibətlərinin uğurla inkişaf etdiyi vurğulanıb, əməkdaşlığın müxtəlif sahələrdə genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.Dövlət başçıları, həmçinin mayın 15-də qədim Türküstan şəhərində keçirilmiş Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünü məmnunluqla xatırlayıb, həmin tədbirin Türk dünyasında həmrəyliyin və çoxtərəfli əməkdaşlığın gücləndirilməsi baxımından önəmini...

17 May 2026, 12:00

İlham Əliyev Keniya Prezidentini ilə görüşüb 

Azərbaycan Prezidenti İlham Əliyev mayın 17-də Keniyanın Prezidenti Uillyam Samoei Rutonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.CityPost.az  xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

17 May 2026, 10:43

Zimbabvenin Vitse-prezidenti WUF13-də iştirak üçün Azərbaycana gəlib 

Zimbabvenin Vitse-prezidenti Konstantino Quveya Dominik Nyikadzino Çivenqa Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak etmək məqsədilə mayın 17-də Azərbaycana səfərə gəlib.CityPost.az  xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı mədəniyyət naziri Adil Kərimli və digər rəsmi şəxslər qarşılayıblar.

17 May 2026, 10:10