Bizə yazın

Baku

-°C

USD

-

“Mən yer üzündə müəllimdən yüksək ad tanımıram” — Ramidə Allahverdiyeva YAZIR

Cəmiyyət 28 Aprel 2026, 12:10

2444

Bu, ulu öndər Heydər Əliyevin şərəfli peşə sahibləri müəllimlərə verdiyi qiymətdir. Azərbaycan cəmiyyətində də son dövrə kimi münasibət eynən belə olub. İnsanlar övladlarına təhsil verən  müəllimlərə qarşı hörmət və ehtiramla davranıb. Bəs, nə oldu, niyə fikirlər düşüncələr dəyişdi ki, münasibət də bu səviyyəyə gəldi?

Artıq ictimaiyyətlə məktəb arasındakı bağlar qırılmağa, müəllim-şagird münasibətləri çat verməyə başladı.

Əlbəttə ki,  onu da nəzərə almalıyıq ki, məktəb təhsil verir, tərbiyə yox. Tərbiyəni ailə verir, məktəb isə onu daha da genişlındirib, düzgün istiqamətə yönəldir.

Əgər, bir uşağın bünövrəsi möhkəm təməllər üzərində qurulmayıbsa,  burada məktəb və ona təhsil verən müəllimlər aciz tərəf kimi əhəmiyyətini itirir. Əbəs yerə deməyiblər, “uşaq ailənin güzgüsüdür". Evdə, ailədə, ata-ana və baba-nənədən nə əxz edib, tərbiyə alıbsa, cəmiyyət içində də o yöndən hərəkət edəcək. Odur ki, hansısa məktəblinin tərbiyəsizliyini və yaxud da törətdiyi cinayət motivli hərəkətini məktəbin ünvanına yazmayın. 

Bu gün islah olunmayan, çətin tərbiyə olunan istənilən sayda uşaq var. Ailələrin məsələyə laqeyd yanaşması, bəzən də övladını harınlamış, qudurğan və eqoist xarakterdə böyütməsi problemin bir az da qabarmasına zəmin yaradır. Elə bir dövrə gəlib çatmışıq ki, artıq, bir zamanlar şərəfli peşə sahibləri deyib, ilahiləşdirdiyimiz müəllimlər dərs dediyi şagirdə “gözün üstündə qaşın var deyə bilməz”. Əgər əvvəllər məsələyə valideynlər “nəzarət" edib, uşağına acıqlanan müəllimin üzərinə hücum çəkərək, məktəblilərin gözü qarşısında təhqir edirdisə, bu günün şərtlərinə əsasən, artıq qanuniləşdirilib. Müəllim şagirdə qarşı hərhansı kobud rəftar edərsə, bu, qanunla 200 manat cərimə ilə cəzalandırılacaq. 

Ailəsində, evində övladına tərbiyə verə bilməyən valideyn bunun əziyyətini çəkən müəllimi dövlətə şikayət edir. Bütün peşələri insanlara aşılayan müqəddəs müəllim, birzamanlar təhsil verdiyi və müəyyən məqama ucaltdığı şagirdi tərəfindən cərimələnəcək.

O zaman nə müəllimə hörmət qalacaq, nə də şagirdə məhəbbət.  Hər şey şübhə və qorxu üzərində inkişaf edəcək. Əlbəttə ki, vəziyyətin belə məqama gəlib çıxmasına səbəb olan amillərdən biri də məktəblərdə kişi müəllimlərin azlıq təşkil etməsidir. Nə qədər kişi müəllim çox olarsa, məktəbli də bir o qədər özünü nizam-intizamlı aparar. Çünki kişi müəllimlərin bir zəhmi var. Məktəbli yeniyetmə oğlanlara qadın müəllimlər bəzən səslərini belə qaldıra bilmirlər. Onlarla xüsusi söhbətlər aparılması elə də effekt verə bilməz. Lakin kişi müəllimin məktəbli oğlanla hərhansı söhbəti az da olsa bəhrəsini göstərər, problemin müsbət istiqamətdə inkişafına təkan verər.

Müəllif: Ramidə Allahverdiyeva

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

FHN intensiv yağışlarla bağlı tədbirlər həyata keçirir 

Xəbər verildiyi kimi, ötən gecədən başlayaraq Bakıda və Abşeron yarımadasında intensiv yağışlar yağıb, düşən yağıntının miqdarı 103 mm qeydə alınıb ki, bu da aylıq normanın 523 %-ni təşkil edir.FHN Mətbuat xidmətindən  verilən məlumata görə, bununla əlaqədar, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən intensiv yağışların yaratdığı fəsadların aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülür.Belə ki, FHN-in Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətləri, Mülki müdafiə qoşunları və Bakı Regional Mərkəzi tərəfindən Bakı şəhərinin müxtəlif istiqamətlərində, Sumqayıt şəhəri və Abşeron rayonunda su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması və digər zəruri təhlükəsizlik tədbirləri həyata keçirilir.İşlər bir sıra istiqamətlərdə...

17 May 2026, 18:35

Sabah 27 dərəcə isti olacaq - PROQNOZ 

Bakıda və Abşeron yarımadasında mayın 18-də fasilələrlə yağış yağacağı gözlənilir.Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, yarımadanın bəzi yerlərində qısamüddətli intensiv olacağı ehtimalı var. Cənub-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 14-16° isti, gündüz 18-23° isti olacaq. Atmosfer təzyiqi 752 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 65-75 % olacaq.Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir duman. Mülayim qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.Havanın temperaturu gecə 13-16° isti, gündüz 22-27° isti, dağlarda gecə 5-10° isti, gündüz 11-16°, bəzi...

17 May 2026, 14:10

Yağışlarla əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti intensiv iş rejimindədir 

Bakıda müşahidə olunan intensiv yağışlar səbəbindən yaranmış fəsadların aradan qaldırılması istiqamətində işlər davam etdirilir.Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətindən verilən məlumata görə, bu gün səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyəti, paytaxtın RİH başçıları, onların aparatı və aidiyyatı təsərrüfat strukturları gücləndirilmiş iş rejimində çalışır.Qeyd edilib ki, yağış nəticəsində bəzi ərazilərdə normanı dəfələrlə üstələyən yağıntının kollektorlar tərəfindən kənarlaşdırılması gecikmələr müşahidə edilir.Nəticədə , bəzi ərazilərdə su yığılması halları müşahidə edilir, şəhər ərazisində belə ərazilər monitorinq qrupları tərəfindən müəyyən edilərək aidiyyatı üzrə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə təqdim edilir.Aidiyyatı qurumlar tərəfindən yağan yağışın fəsadlarının aradan qaldırılması istiqamətində işlər davam etdirilir....

17 May 2026, 13:36

İlham Əliyev Tokayevi doğum günü münasibətilə təbrik edib 

Azərbaycan Prezidenti İlham Əliyev mayın 17-də qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayevə zəng edib.Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.Dövlət başçısı Prezident Kasım-Jomart Tokayevi ad günü münasibətilə təbrik edib, ona möhkəm cansağlığı, fəaliyyətində uğurlar, qardaş Qazaxıstan xalqına daim rifah və tərəqqi arzulayıb.Qazaxıstan Prezidenti göstərilən diqqətə və səmimi təbriklərə görə minnətdarlığını bildirib.Telefon danışığı zamanı Azərbaycan ilə Qazaxıstan arasında dostluq və qardaşlıq münasibətlərinin uğurla inkişaf etdiyi vurğulanıb, əməkdaşlığın müxtəlif sahələrdə genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.Dövlət başçıları, həmçinin mayın 15-də qədim Türküstan şəhərində keçirilmiş Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünü məmnunluqla xatırlayıb, həmin tədbirin Türk dünyasında həmrəyliyin və çoxtərəfli əməkdaşlığın gücləndirilməsi baxımından önəmini...

17 May 2026, 12:00

İlham Əliyev Keniya Prezidentini ilə görüşüb 

Azərbaycan Prezidenti İlham Əliyev mayın 17-də Keniyanın Prezidenti Uillyam Samoei Rutonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.CityPost.az  xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

17 May 2026, 10:43

Zimbabvenin Vitse-prezidenti WUF13-də iştirak üçün Azərbaycana gəlib 

Zimbabvenin Vitse-prezidenti Konstantino Quveya Dominik Nyikadzino Çivenqa Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak etmək məqsədilə mayın 17-də Azərbaycana səfərə gəlib.CityPost.az  xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı mədəniyyət naziri Adil Kərimli və digər rəsmi şəxslər qarşılayıblar.

17 May 2026, 10:10