70 yaşın astanasında – Əliqismət Lalayevlə müsahibə
Sənət aləmi 28 Aprel 2026, 10:46
31793
Bu ilin iyul ayında görkəmli sənətşünas, pedaqoq Əliqismət Lalayevin 70 yaşı tamam olur. Onu sahib olduğu fəxri adlarla təqdim etmək kifayətdir: Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi, Azərbaycan Respublikasının Fəxri mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent… Bu titullar hər kəsə nəsib olmur.
Əliqismət müəllim hazırda təcrübəli pedaqoq kimi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində və Bakı Xoreoqrafiya Akademiyasında fəaliyyət göstərir, mədəniyyətimiz, teatr və xoreoqrafiya sənəti üçün kadrların hazırlanmasına böyük töhfə verir. O, həmçinin Azərbaycan Teatr Xadimləri İttifaqının və Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü kimi müxtəlif tədbirlərdə fəal iştirak edir. Azərbaycan Jurnalistlər Birliyinin üzvü olaraq mədəniyyətin müxtəlif sahələrinə dair yazıları ilə də daim diqqət çəkir. Türk Ağsaqqalları Birliyinin idarə heyətinin üzvü kimi isə həm paytaxtda, həm də regionlarda keçirilən tədbirlərdə tez-tez görünür.
70 illik yubileyi ərəfəsində sənətkarın hansı işlərlə məşğul olduğunu öyrənmək üçün ona müraciət etdik.
– Əliqismət müəllim, yubiley ərəfəsində hansı planlarınız var?
– Daşkənddə “Azərbaycan–Orta Asiya teatr əlaqələri” kitabım özbək dilində çap olunub. Kitabın təqdimatına dəvət almışam, zaman tapan kimi getməyi düşünürəm. 70 illiyimlə bağlı dostlar həyat və yaradıcılığım haqqında film çəkmək istəyirlər. Digər tədbirlər də planlaşdırılır.
– Son vaxtlar fəaliyyətiniz daha çox hansı istiqamətdədir?
– Son dövrlər yeni tamaşalara baxmağa daha çox vaxt ayırıram. Heydər Əliyev Sarayında tələbəm, ƏSA Teatrının yaradıcısı və bədii rəhbəri Nihad Qulamzadənin “Paris Notrdam kilsəsi” tamaşasına baxdım. İnklüziv səhnə işi kimi çox böyük maraq doğurdu. Sevinirəm ki, istedadlı gənclər var, səhnəni onlara etibar etmək olar. Universitetdə də maraqlı tələbə işləri nümayiş olunur, onların tamaşalarında iştirak etməyə çalışıram. Elə bilirəm ki, hər şey yaxşı olacaq. Təki sağlamlıq olsun!
70 yaşın astanasında olan sənətkarın bu qədər aktiv fəaliyyəti doğrudan da maraq doğurur. Əliqismət müəllimin öz sözləri ilə desək, inanırıq ki, hər şey yaxşı olacaq – təki sağlamlıq olsun.
Turan
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Azər Qismət: Mehriban Xanlarova teatra qaytarılmalıdır
Tanınmış jurnalist Azər Qismət aktrisa Mehriban Xanlarovanın teatrdan uzaqlaşdırılması ilə bağlı fikirlərini bölüşüb.Jurnalist bildirib ki, yaradıcı kollektivlərdə fikir ayrılığı və emosional müzakirələr normal haldır və bunu adi istehsalat müəssisələri ilə müqayisə etmək düzgün deyil. O qeyd edib ki, dünya teatr təcrübəsində də yaradıcı şəxslərin fərqli davranışlarına daha həssas yanaşılıb.Azər Qismət yazıb ki, Lenkom teatrının Bədii rəhbəri və Baş rejissoru Mark Zaxarov aktyorlar Aleksandr Abdulov və Oleq Yankovskinin çətin xarakterinə baxmayaraq, onların sənətinə görə münasibətdə anlayış nümayiş etdirirdi.Jurnalist Mehriban Xanlarovanın heç kimə xəsarət yetirmədiyini, teatrın fəaliyyətini pozmadığını vurğulayaraq, onun sadəcə irad bildirdiyini qeyd edib. O hesab edir ki, bu cür məsələlər...
23 İyun 2026, 10:07
Bəhram Bağırzadədən Cabir İmanovun 50 illiyində duyğusal paylaşım
Əməkdar artist Bəhram Bağırzadə mərhum dostu Cabir İmanovun 50 illik yubileyi münasibətilə təsirli paylaşım edib.Citypost.az xəbər verir ki, o, sosial şəbəkə hesabında bildirib ki, bu gün Cabir İmanovun 50 yaşı tamam olacaqdı. Bəhram Bağırzadə dostunun vaxtsız itkisini dərin kədərlə xatırlayaraq, onun yoxluğunun hələ də qəbul edilməsinin çətin olduğunu qeyd edib.“Bu günü çox gözləmişdik. Bir araya gəlməyi, səni qucaqlamağı, xoş sözlər deməyi, birlikdə gülməyi və gözəl yubileyini qeyd etməyi arzulayırdıq. Amma tale başqa cür qərar verdi. Sənin aramızdan ayrılmağından bir ilə yaxın vaxt keçir”, – deyə o yazıb.Əməkdar artist vurğulayıb ki, zaman insanın ağrısını azaltmır, sadəcə onunla yaşamağı öyrədir. O, Cabir...
22 İyun 2026, 09:00
Şakira "Linkoln ilə Vəkil" serialının ulduzu ilə romantik münasibətə başlayıb?
Şakira "The Lincoln Lawyer" serialının ulduzu Manuel Qarsiya-Rulfo ilə görüşdə göründüyü zaman şəxsi həyatı ilə bağlı yeni şayiələr dalğasına səbəb olub .Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, 48 yaşlı qlobal ulduz çərşənbə axşamı gecəsi 44 yaşlı meksikalı aktyorla birlikdə Qərbi Hollivuddakı məşhur Sunset Tower Otelindən çıxarkən görüntüləndikdən sonra romantik münasibətlər şayiələrinə səbəb olub.Və bu, sadəcə iki məşhurun eyni anda səhnədən çıxması deyil. Cütlük eyni maşına minərkən paparassilər tərəfindən görüntülənib: Qarsiya-Rulfo maşın sürür, Şakira isə sərnişin oturacağında oturub.İkisi də bir-birinin yanında özlərini tamamilə rahat hiss edirdilər, dayanacaqda maşınlarını gözləyərkən zarafatlaşıb səmimi şəkildə gülümsəyirdilər.Qarsiya-Rulfo müğənni üçün otelin qapısını tutaraq əsl centlmen...
18 İyun 2026, 10:40
“Avroviziya” qalibi Bakıya gəlir
“Avroviziya-2026”nın qalibi, bolqarıstanlı müğənni Dara Bakıya gəlir.Citypost.az Musavat.com-a istinadən xəbər verir ki, bu ilin ən çox danışılan ifaçılarından olan Dara beynəlxalq musiqi festivalı olan DREAM FEST 2026-da səhnəyə çıxacaq.Festival 23-26 iyul tarixlərində Bakının “Sea Breeze” sahilində keçiriləcək və dünyanın müxtəlif ölkələrindən tanınmış sənətçiləri bir araya gətirəcək.Dara bu il Avroviziya Mahnı Müsabiqəsində Bolqarıstana tarixi qələbə qazandıran “Bangaranga” mahnısını canlı ifa edəcək. Vyanada keçirilən finalda səsləndirilən mahnı həm münsiflər heyətindən, həm də tamaşaçılardan yüksək xal toplayaraq ölkəyə ilk “Avroviziya” qalibiyyətini gətirib....
17 İyun 2026, 17:37
Akademik Musiqili Teatrda “Balaca şahzadə” əsəri əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş olunub
Uşaqların Beynəlxalq Müdafiəsi Günündə Azərbaycan Dövlət Akademik Musiqili Teatrında dünyaşöhrətli fransız yazıçısı Antuan de Sent-Ekzüperinin “Balaca şahzadə” əsəri əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş olunub.Citypost.az xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Alona Əliyeva tamaşanı izləyiblər.Həm uşaqlar, həm də böyüklər üçün nəzərdə tutulan səhnə əsəri əyləncəli olmaqla yanaşı, dərin məna kəsb edir.Tamaşanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, səhnələşdirəni yazıçı-publisist İlqar Fəhmi, bəstəkarı Ruslan Ağababayev, rəssamı Məryəm Ələkbərli, xoreoqrafı Rusiyanın Əməkdar incəsənət xadimi Sergey Qritsay, baletmeysterləri Əməkdar artistlər Zakir və Yelena Ağayevlər, bərpaçı rejissoru Sevinc Məmmədova, bərpaçı xoreoqrafı Məhəmməd Abdullayev, rejissor assistenti...
02 İyun 2026, 12:55
Roza Zərgərli Kadırovla görüşdü
Müğənni Roza Zərgərli Çeçenistan rəhbəri Ramzan Kadırovla görüşüb.Citypost.az xəbər verir ki, o, bu haqda sosial şəbəkə hesabında paylaşım edib.“Səmimi qarşılamalarına, Azərbaycan musiqisinə olan sevgisinə görə Çeçenistan rəhbəri Ramzan Kadırova dərin minnətdarlığımı bildirirəm.Bu, mənim üçün böyük şərəf və fəxrdir” , - deyə paylaşımda qeyd edib.
01 İyun 2026, 08:55