Axtarışda olan Sevinc Hüseynova Azərbaycana ekstradisiya edildi
Hadisə 29 Aprel 2026, 14:48
306
Beynəlxalq axtarışda olan şəxs Türkiyə Respublikasında tutularaq Azərbaycana ekstradisiya edilib.
Citypost.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyindən bildirilib.
Məlumata görə, Ədliyyə Nazirliyi tərəfindən xarici dövlətlərin aidiyyəti qurumları ilə beynəlxalq axtarışa verilmiş, cinayət törədilməsində ittiham olunan şəxslərin tutularaq ölkəmizə gətirilməsi ilə bağlı səmərəli əməkdaşlıq tədbirləri davam etdirilir.
İnterpolun Azərbaycan Respublikasındakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilmiş və yeri Türkiyə Respublikasında müəyyən edilən daha bir şəxsin aprelin 29-da Nazirlik tərəfindən Azərbaycana ekstradisiyası həyata keçirilib.
Belə ki, 2018-ci ildən etibarən bir qrup vətəndaşı müvafiq vəzifələrə təyin etdirmək və ya işə düzəltmək adı ilə aldadaraq onlardan müxtəlif məbləğlərdə pul vəsaiti almaqla və vətəndaşların etibarından sui-istifadə etməklə, ümumilikdə 69 000 (altmış doqquz min) manat məbləğində pul vəsaitini mənimsəyərək zərərçəkmiş şəxslərə xeyli miqdarda maddi ziyan vurmaqda (Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 və 308.1-ci maddələri) ittiham edilmiş Azərbaycan Respublikasının vətəndaşı Hüseynova Sevinc Əlisafa qızının yeri Türkiyə Respublikasında müəyyən olunub və o, həbs edilib.
Həmçinin oxuyun
Baş Prokurorluğunun sorğusu və beynəlxalq prosedurlara uyğun tələb olunan sənədlərin təqdimatından, habelə aparılan danışıqlardan sonra həmin şəxsin ölkəmizə ekstradisiyası ilə bağlı razılıq əldə olunub. Bu da öz növbəsində ölkəmizin beynəlxalq aləmda mövcud olan nüfuzunun və Türkiyə Respublikasının ölkəmiz üçün etibarlı tərəfdaş olmasını bir daha təsdiq edir.
Hüseynova Sevinc Əlisafa qızı Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq baş idarəsinin və Nazirliyin Penitensiar xidmətinin məsul əməkdaşları tərəfindən Türkiyə Respublikasının Antalya şəhərindən ölkəmizə gətirilib və məhkəmənin həbs qərarına əsasən müvafiq istintaq təcridxanasına yerləşdirilib.
Nazirlik tərəfindən bu sahədə lazımi tədbirlər davam etdirilir.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Balakəndə yerin təkindən qanunsuz istifadə etməkdə şübhəli bilinən şəxslər müəyyən olunublar.
Balakəndə yerin təkindən qanunsuz istifadə etməkdə şübhəli bilinən şəxslər müəyyən olunublar.Bu barədə Citypost.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.Bildirilib ki, Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən bu istiqamətdə keçirilən tədbirlərlə Balakənçay çayında qeyri-qanuni qum-çınqıl daşınmasını və satışını həyata keçirən 2 nəfər müəyyən olunub. Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib. Araşdırma aparılır.
29 Aprel 2026, 16:30
Abşeronda 16 kiloqram narkotik dövriyyədən çıxarılıb
Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib.Bu barədə Citypost.az DİN-in mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, tədbirlər zamanı saxlanılan əvvəllər məhkum olunmuş Orxan Əliyevdən 3 kq 700 qram heroin və metamfetamin, Elçin Mehdiyevdən 5 kq 843 qram marixuana, heroin, metamfetamin, eləcə də 100 ədəd metadon həbi, Emil Abdullayevdən 2 kq 150 qram heroin, Gülzadə Əliyevadan 2 kq 200 qram heroin və metamfetamin, Mehdi Rzayev, Qahir Qarayev və Pərvanə Səfərovadan isə ümumilikdə 2 kq 763 qram marixuana, heroin və metamfetamin aşkarlanıb.Keçirilən əməliyyatlar nəticəsində ümumilikdə 16 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.Araşdırmalar davam etdirilir....
29 Aprel 2026, 12:50
Gürcüstanda 10 yaşlı azərbaycanlının ölümünə səbəb olan sürücü saxlanılıb
Ötən gün Gürcüstanın Marneuli rayonunda 10 yaşlı Eldar Hüseynovun ölümü ilə nəticələnmiş yol qəzası ilə bağlı 19 yaşlı şəxs saxlanılıb.APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyindən bildirilib.Faktla bağlı yol hərəkəti qaydalarının və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması maddəsi üzrə istintaq aparılır.Qeyd edək ki, yol qəzası ötən gün axşam saatlarında Marneuli-Bolnisi avtomobil yolunda baş verib. Yüksək sürətlə hərəkət edən avtomobilin sürücüsü idarəetməni itirərək yolu keçən Eldar Hüseynovu vurub.Eldar Hüseynov xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb....
29 Aprel 2026, 12:06
Qanunsuz saxlanılan silahlar aşkarlanıb
Aprelin 28-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 7 avtomat silahı, 2 qumbara, 1 alışdırıcı, 3 tüfəng, 2 patron darağı və 83 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.Bu barədə Citypost.az-a Daxili İşlər Nazirliyindən bildirilib.DİN-in əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
29 Aprel 2026, 10:51
Sumqayıtda silah-sursat aşkarlanıb
Sumqayıt şəhərində silah-sursat aşkarlanıb."Report"un yerli bürosu xəbər verir ki, hadisə şəhərin Hacı Zeynalabdin qəsəbəsi ərazisində qeydə alınıb.Ərazidən 1 ədəd 7,62 kalibrli "AK-74 Kalaşnikov" markalı avtomat və həmin silaha məxsus 30 ədəd patron aşkar edilib.Faktla bağlı araşdırma aparılır.
29 Aprel 2026, 10:06
Şəmkirdə 28 qoyun yanaraq tələf olub
Şəmkir rayonunun Sabirkənd kəndində tövlə yanıb."Report"un Qərb bürosunun məlumatına görə, yanğın kənd sakini Telman Əliyevə məxsus, sahəsi 60 kvadratmetr olan tövlədə baş verib.Daha sonra alov yaxınlıqda yerləşən, Fərqanə Məmmədovaya məxsus tövləyə də keçib. Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri alovu söndürüblər.Yanğın nəticəsində Telman Əliyevə məxsus tövlə tamamilə yanıb. Tikilidə olan 30-a yaxın qoyundan 28-i yanaraq tələf olub.Həmçinin, alovun keçdiyi Fərqanə Məmmədovaya məxsus, sahəsi 70 kvadratmetr olan tövlənin yanar konstruksiyaları da yanıb. Hadisə zamanı xəsarət alan olmayıb. Təsərrüfat sahiblərinə ciddi maddi ziyan dəyib.Faktla bağlı araşdırma aparılır....
28 Aprel 2026, 13:56