Bizə yazın

Baku

-°C

USD

-

Bakıda yeni proses: yüzlərlə ailə köçürüləcək - Detallar 

Cəmiyyət 25 Aprel 2026, 13:30

183

Bir müddət əvvəl Bakıda sənədsiz və kollektorlar üzərində tikilən evlərin söküləcəyi barədə məlumat yayılmışdı. Bildirilirdi ki, icazəsiz tikilmiş evlərə suyun verilməsi dayandırılacaq, bəzi tikililər isə söküləcək. Lakin sonradan bu məsələ ilə bağlı ictimaiyyətə və mediaya əlavə məlumat təqdim olunmadı.

Hazırda araşdırmalar hazırda hansı mərhələdədir?

CityPost.az xəbər verir ki, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, CAATS prezidenti Vüqar Oruc Globalinfo.az-a açıqlamasında məsələnin qısa müddətdə həll olunacaq problem olmadığını bildirib.

“Çünki alternativ olaraq ya kollektorların fəaliyyəti dayandırılmalıdır ki, bu da ciddi problemlərə səbəb ola bilər, ya da həmin evlər sökülərək kollektorların fəaliyyəti bərpa edilməlidir. Eyni zamanda, kollektorlar normal işləməlidir ki, xüsusilə intensiv yağıntılar zamanı son dövrlərdə müşahidə olunan problemlər təkrarlanmasın. Bu məqsədlə dövlət səviyyəsində komissiya yaradılıb və hazırda vəziyyət araşdırılır”, - o deyib.

Ekspertin sözlərinə görə, təkcə kollektorların üzərində 1000-dən çox ev inşa olunub:

“Bu isə kifayət qədər böyük rəqəmdir. Hər belə evin ətrafında risk altında olan digər tikililər mövcuddur. Ümumilikdə, söhbət 6 mindən çox evdən gedir. Hər evdə orta hesabla 3-4 nəfərin yaşadığını nəzərə alsaq, bu məsələ 20 mindən çox vətəndaşı əhatə edir. Bu baxımdan hökumətin məsələyə ehtiyatla və ciddi yanaşması tam başadüşüləndir”.

V.Orucun vurğulayıb ki, məsələ yalnız hökumət səviyyəsində deyil, ictimai müstəvidə də müzakirə olunur:

“İcazəsiz tikililərə kommunal xidmətlərin göstərilməsinin dayandırılması ilə bağlı qərar 2023-cü ilin aprel ayında qəbul olunub. Bundan sonra qanunsuz tikinti aparmaq istəyən şəxslər – istər vətəndaşlar, istərsə də buna şərait yaradan məmurlar belə halların nəticələrini nəzərə almalıdırlar. Strateji əhəmiyyət daşıyan ərazilərdə, xüsusilə kommunikasiya xətlərinin keçdiyi yerlərdə tikintiyə icazə verilməməlidir. Qanunsuz tikililərə şərait yaradan və şəhəri potensial təhlükə qarşısında qoyan məmurlarla bağlı tədbirlərin görülməsi də müzakirə olunur. Lakin bu, geniş araşdırmalar tələb etdiyindən hələlik bu istiqamətdə konkret addım atılmayıb”.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Qəbələdə Prezident İlham Əliyevin Ukrayna Prezidenti ilə geniş tərkibdə görüşü keçirilir  

Qəbələdə Azərbaycan Prezidenti İlham Əliyevin Ukrayna Prezidenti Volodimir Zelenski ilə geniş tərkibdə görüşü keçirilir.CityPost.az  xəbər verir ki, bundan əvvəl iki prezident arasında təkbətək görüş olub.

25 Aprel 2026, 12:52

Bazar günü Azərbaycanda 24 dərəcəyədək isti olacaq 

Bakıda və Abşeron yarımadasında aprelin 26-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.Bu barədə  Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bildirilib ki, gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyi səhər mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 8-11° isti, gündüz 15-18° isti olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət 65-75 % təşkil edəcək.Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq rayonlarda qısamüddətli yağıntılı olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Ayrı-ayrı yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.Havanın temperaturu gecə 7-11° isti, gündüz 19-24° isti,...

25 Aprel 2026, 12:50

Azərbaycanda bəzi yerlərə yağış yağır - FAKTİKİ HAVA 

Azərbaycanda bəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə isə (Daşkəsən, Gədəbəy) qar yağır.CityPost.az  xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin aprelin 25-i saat 12:00-a olan məlumatında qeyd olunub.Bildirilib ki, düşən yağıntının miqdarı Ağstafa və Tovuzda 5, Balakən və Şəmkirdə 2, Culfa, Gəncə, Qax (Sarıbaş), Zaqatala, Şəki, Şamaxı, Quba, Qusar, Bərdə, Yevlax, Zərdab, Kürdəmir, Sabirabad və Lənkəranda 1 mm-dir.Bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Mingəçevirdə 28, Bərdə və Tərtərdə 25, Ağdamda 24, Goranboyda 23, Göyçayda 22, Naftalanda 21, Şəkidə 20, Kəlbəcərdə 19, Göygöldə 17, Sabirabad, Qobustan və Yardımlıda 16, Culfa, Balakən və Zaqatalada 15-m/s-yə çatır....

25 Aprel 2026, 12:22

Zelenski Azərbaycandadır - Prezident Qəbələdə qarşıladı - Fotolar 

Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir.CityPost.az  xəbər verir ki, Qəbələdə Azərbaycan Prezidenti İlham Əliyevin Ukrayna Prezidenti Volodimir Zelenski ilə təkbətək görüşü keçirilir.

25 Aprel 2026, 12:08

Bəzi marşrutların hərəkət sxemi dəyişdirilir 

Bəzi marşrutların hərəkət sxemi dəyişdirilir.CityPost.az  AYNA-ya istinadən xəbər verir ki, 24-27 aprel tarixlərində paytaxtın Səməd Vurğun və Rəşid Behbudov küçələri, eləcə də Heydər Əliyev prospektinin əsas və kənar yollarında (şəhər istiqaməti) aidiyyəti qurum tərəfindən aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.Məhdudiyyətlərə uyğun olaraq bəzi marşrutların hərəkəti alternativ küçələrlə təşkil ediləcək.Belə ki, Səməd Vurğun küçəsindən keçən 61 nömrəli marşrut Azadlıq prospektilə, 88A nömrəli marşrut isə Rəşid Behbudov və Salatın Əsgərova küçələrilə, Rəşid Behbudov küçəsindən keçən 4 nömrəli marşrut Puşkin küçəsi, Azadlıq prospekti və Füzuli küçəsilə, 5, 20, 61, 88 nömrəli marşrutlar isə Xaqani, Puşkin və Füzuli küçələrilə,...

24 Aprel 2026, 21:58

Nazirlər Kabineti fərdi istilik sistemlərinin quraşdırılması ilə bağlı qərar verib 

Nazirlər Kabineti "Çoxmənzilli yaşayış binaları layihələndirilərkən hər bir mənzil üzrə fərdi istilik sistemlərinin quraşdırılmasına icazə verilən hallar"ı təsdiq edib.CİTYPOST.AZ  xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni əmr imzalayıb.Qərara əsasən, çoxmənzilli yaşayış binaları layihələndirilərkən hər bir mənzil üzrə fərdi istilik sistemlərinin quraşdırılmasına bu hallarda icazə veriləcək: çoxmənzilli yaşayış binası azmərtəbəli (5 mərtəbəyə qədər) olduqda, çoxmənzilli yaşayış binasının yerləşəcəyi əraziyə qaz təchizatı nəzərdə tutulmadıqda, çoxmənzilli yaşayış binası üzrə mənzillərdə istilik təchizatının fərdi qaydada bərpa olunan enerji mənbələri hesabına təmin edilməsi nəzərdə tutulduqda....

24 Aprel 2026, 15:49