Bizə yazın

Baku

-°C

USD

-

Məşhur mahnıların sözlərinin müəllifi prokuror imiş...  

Cəmiyyət 13 Mart 2026, 14:46

3249

Dövlət mükafatı laureatı, filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadə deyidirdi ki, istedad elə bir hissdir ki, onun qarşısını heç bir maneə ala bilməz. Yaradıcı, istedadlı insan harada olmasından, hansı vəzifə tutmasından asılı olamayaraq öz missiyasını yerinə yetirəcək. Onun başqa bir gözəl fikri də var idi. Deyirdi istedadlı insanlara yol açıb, şərait yaratmaq lazımdır. İstedadsızlar onsuzda nail olacaqlar.

Müxtəlif peşə sahibləri var ki, onlar Azərbaycan ədəbiyyatında yadda qalan nümunələr yaradıblar. Onlardan biri də Sabir Abdindir. Sabir 1963-cü il yanvar ayının 16-da Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin hüquqşünaslıq fakülətisni bitirib. Uzun illər prokurorluq orqanlarında çalışıb. Yardımlı, Kürdəmir, Sabirabad rayonlarında prokuror köməkçisi, Mingəçevir şəhər prokurorunun müavini, prokuror əvəzi, Füzuli rayon prokuroru, Baş Prokurorluq Aparatında müxtəlif idarələrində böyük prokuror və bu kimi digər məsul vəzifələri icra edib. Baş Ədliyyə müşaviridir. Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2008-ci il tarixli sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmişdir. 

Sabir Abdin uzun illərdir bədii yaradıcılıqla məşğul olur. Onun ilk şeiri 1978-ci ildə Yardımlıda çıxan “Yeni kənd” qəzetində dərc olunub. Sonralar müxtəlif nəşriyyatlarda “Demə mənə, heç nə demə” (“Bayatı” - 1997), “Qınamasın bu yurd məni” (“Bayatı” – 1998), “Mənə dəniz verin” (“Azərbaycan Milli Ensiklopediyası” – 2002), “Sənə məktublarım” (“Açıq dünya” – 2007), “Sizssiz sizinlə” (“Vektor” – 2010), “Adını sən seç” (“Yazıçı” – 2016) şeirlər kitabları kütləvi tirajlarla nəşr edilib. Onun 100-dən artıq şeirinə Azərbaycanın tanınmış bəstəkarları Cavanşir Quliyev, Nadir Əzimov, Vüsal Qurbanov, Vüqar Camalzadə, Əli Baxış, Rauf Məmmədov, Sahil Əliyev və digərləri tərəfindən mahnılar yazılıb. Sabir Abdinin sözlərinə yazılmış mahnılar “Mənə dəniz verin…”, “Yağış istədim”,, “Bağışla”, “Gəlmədin”, “Xəbərin yox”, “Bilirəm, getmisən”, “Yarpaq yağışı”, “Sən mənə kimisə xatırladırsan”, “Bir gün”, “Səndən sonra”, “Gözlə məni”, “Sənin olsun”, Azərbaycanın xalq artistləri İlhamə Quliyeva, Eyyub Yaqubov, Zaur Rzayev, Brilyant Dadaşova, Zülfiyyə Xanbabayeva, , əməkdar artist Mətanət İsgəndərli, tanınmış müğənnilər Bahar Lətif qızı, Damla, Asif Məhərrəmov, Səidə Dadaşova, Qədir Qızılsəs, Ləman Əzimova və başqaları tərəfindən sevilərək ifa olunur və dillər əzbəridir. 

Müşərrəfxanım 

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Adnan Əhmədzadənin həbs müddəti uzadılıb 

SOCAR-ın İnvestisiya Departamentinin sabiq rəhbər müavini Adnan Əhmədzadə ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.Citypost.az-a xəbər verir ki, bununla bağlı təqdimata Səbail Rayon Məhkəməsində baxılıb və qərar qəbul edilib.Qərara əsasən, Adnan Əhmədzadə barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 2 ay uzadılıb.Qeyd edək ki, Adnan Əhmədzadə ötən ilin sentyabr ayında DTX-nin keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.Adnan Əhmədzadə iqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur....

13 Mart 2026, 15:53

Aviasiya tariximiz barədə maraqlı məlumatlar  

Azərbaycanda ilk təyyarə uçuşu 1910-cu ilin oktyabr ayında Bakıda həyata keçirilmişdir. Bu uçuşu Sergey Utoçkin “Farman-30” təyyarəsi ilə icra etmişdir. Lakin Azərbaycanda ilk beynəlxalq uçuş isə Gəncə-Tiflis marşrutu üzrə Aleksandr Vasilyev tərəfindən 1910-cu ilin noyabrında yerinə yetirilmişdir. Azərbaycanda bu cür uçuşlara görə hava limanları da artıq mövcud idi. Belə ki, birinci hava limanı 1910-cu ilin sonunda Bakıda, ikinicisi isə 1911-ci ilin əvvəllərində Yevlaxda istifadəyə verilmişdir.Azərbaycanın ilk hərbi təyyarəçisi Fərrux Ağaqayıbov olub. O, Birinci Dünya müharibəsində misilsiz qəhrəmanlıqlar göstərdiyi üçün orden və medallarla təltif edilmişdir. Azərbaycanın təyyarəçiləri arasında ilk beynəlxalq mükafat alan pilotumuz isə Əlibəy Verdiyev idi. Azərbaycan Xalq Cumhuriyyəti dönəmində də...

13 Mart 2026, 14:48

Mürsəl İbrahimov Bərdədə vətəndaşları qəbul edib 

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-mayor Mürsəl İbrahimov Bərdə rayon şöbəsinin inzibati binasında Bərdə, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Laçın, Xocalı şəhər və rayonlarından olan vətəndaşları qəbul edib.Bu barədə Citypost.az-a Xidmətdən məlumat verilib.Bildirilib ki, qəbulda 4 şəhid ailəsi və 3 müharibə iştirakçısı olmaqla 20 vətəndaşın müraciəti dinlənilib. Vətəndaşlar Dövlət Xidmətində həqiqi hərbi xidmətə və ya işə qəbul, övladlarının gələcək müddətli həqiqi hərbi xidmət yerinin müəyyənləşdirilməsi və s. məsələlərlə bağlı müraciət ediblər.Xidmət rəisi qəbul zamanı hər bir vətəndaşın müraciətini dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.Vətəndaşların müraciətlərinin bir...

13 Mart 2026, 14:36

Rusiya-Ukrayna müharibəsində iki azərbaycanlı həlak oldu

Rusiya-Ukrayna müharibəsində daha 3 azərbaycanlı həyatını itirib.Modern.az-ın əldə etdiyi məlumata görə, Rusiya ordusu sıralarında müharibəyə qoşulmuş Zülfüqarov Nurlan Şahmar oğlu, Məmmədov Hüseyn Hüseyn oğlu (1998-ci il) və Məlikov Samir Çərkəz oğlu (1997-ci il) həlak olub.Onların Ukraynanın Dnepropetrovsk, Zaporojye və Donetsk vilayətlərində həlak olduqları bildirilir.

13 Mart 2026, 14:35

Naxçıvanda əhalinin sayı açıqlanıb 

Naxçıvanda əhalinin sayı açıqlanıbBu barədə Citypost.az-a Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən məlumat verilib.Bildirilib ki, 1 fevral 2026-cı il tarixə muxtar respublikada əhalinin sayı 2025-ci ilin müvafiq dövrünə nisbətən 1393 nəfər və ya 0,3 faiz artaraq 472444 nəfər olub.

13 Mart 2026, 14:34

19 yaşlı qadın doğuş zamanı öldü 

Tərtərdə 19 yaşlı qadın doğuş zamanı ölüb.Citypost.az xəbər verir ki, hadisə ötən gün baş verib.Belə ki, Hacıqərvənd kənd sakini 2007-ci il təvəllüdlü Röya Allahverdiyevanın Rayon Mərkəzi Xəstəxanasında doğuş zamanı öldüyü bildirilir.Faktla bağlı araşdırma aparılır.

13 Mart 2026, 13:05