Bizə yazın

Baku

-°C

USD

-

Sabah Sabunçu və Binəqədinin bir hissəsində qaz kəsiləcək 

Cəmiyyət 08 Aprel 2026, 22:06

278

Sabah Bakının Sabunçu və Binəqədi rayonlarının bir hissəsinin təbii qazla təchizatında fasilə yaranacaq.

CityPost.az  bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin Tərtər regional Qaz İstismar İdarəsinə istinadən xəbər verir.

Məlumata əsasən, qaz xətlərində aparılacaq təmir-quraşdırma işləri ilə əlaqədar saat 10:00-dan etibarən Sabunçu rayonu üzrə Maştağa-Gülçülük, Südçülük, Daş Karxanası və Subtropik Sovxoz ərazisinin, Binəqədi rayonu üzrə isə 7-ci mikrorayon, A.Kunanbayev, İ.Hacıyev və S.Axundov küçələrinin qaz təchizatı müvəqqəti dayandırılacaq.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Naxçıvan Ali Məclisində ombudsman haqqında qanunun ləğv edilməsi məsələsinə baxılacaq 

Yeddinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2026-cı il yaz sessiyasının 10 aprel tarixində keçiriləcək beşinci iclasının gündəliyi müəyyənləşdirilib.İclasda Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2025-ci il üzrə fəaliyyəti haqqında hesabat dinləniləcək.Bununla yanaşı, "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Qanunun ləğv edilməsi barədə məsələ müzakirəyə çıxarılacaq.İclasda həmçinin "Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda təqdim olunacaq.Gündəliyə daxil edilən digər məsələ "Naxçıvan Muxtar Respublikasının bəzi dövlət orqanlarının rəhbər işçilərinə yeni vəzifə maaşlarının müəyyən edilməsi barədə" qərar layihəsi ilə bağlıdır.Eyni zamanda, Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının tərkibində dəyişiklik edilməsi məsələsinə...

08 Aprel 2026, 21:59

Anar Pirməmmədov FHN-dəki vəzifəsinə qaytarıldı 

Fövqəladə Hallar Nazirliyində (FHN) Ərizələrin və şikayətlərin qəbulu şöbəsinin müdiri polkovnik-leytenant Anar Pirməmmədov vəzifəsinə qaytarılıb. CityPost.az-ın  Qaynarinfo-ya istinadən məlumatına görə, model və bloger Çelsi Baxşıyevanın yaydığı videolarla gündəmə gələn Anar Pirməmmədovun sözügedən hadisəyə görə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov tərəfindən vəzifəsindən uzaqlaşdırıldığı deyilirdi. Etibarlı mənbədən əldə etdiyimiz məlumata görə, artıq hadisə ilə bağlı araşdırma başa çatdığından Anar Pirməmmədov vəzifəsinə bərpa olunub. Qeyd edək ki, Çelsi Baxşıyeva Anar Pirməmmədova qarşı ciddi ittihamlar səsləndirib. O iddia edib ki, aralarında sevgi münasibəti olub. Daha sonra Pirməmmədovun evli və iki övladı olduğunu öyrənib, şəxsi xarakterli video və yazışmaları sosial şəbəkələrdə yayıb. Onu da bildirək ki, Anar Pirməmmədov...

08 Aprel 2026, 21:49

Milli Məclisinin İnsan hüquqları komitəsində slovakiyalı Ombudsmanla görüş keçirilib - FOTO

Azərbaycan Respublikası Milli Məclisinin İnsan hüquqları komitəsində Slovakiya Respublikasının Ombudsmanı Robert Dobrovodskinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə geniştərkibli görüş keçirilib.CityPost.az  xəbər verir ki, nümayəndə heyəti bu səfəri Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın rəsmi dəvəti əsasında, təsisatlararası əməkdaşlığı gücləndirmək məqsədilə reallaşdırıb.Səfər çərçivəsində təşkil olunan bu görüş, tərəflər arasında hüquqi müstəvidə qarşılıqlı təcrübə mübadiləsinin aparılması üçün mühüm platforma rolunu oynayır. Görüş zamanı iki ölkə arasında insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində mövcud olan əlaqələrin hazırkı vəziyyəti və inkişaf perspektivləri ətraflı müzakirə edilib.Komitə üzvləri qonaqlara Azərbaycanın qanunvericilik bazasında insan hüquqlarının təminatı istiqamətində həyata keçirilən son islahatlar barədə ətraflı məlumat...

08 Aprel 2026, 18:34

Türkiyə İrana humanitar yardım göndərib 

Türkiyə İrana humanitar yardım göndərib.Cityost.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Kemal Memişoğlu özünün "X" sosial media hesabında yazıb.Məlumata görə, humanitar yardım tibbi ləvazimatlardan ibarət olub."İnsani prinsiplərlə könül coğrafiyamızın hər guşəsindəki məzlumlara dəstək olmağa, yaraları sağaltmağa və ümidləri yenidən cücərtməyə davam edirik. Bu inamla hazırlanmış tibbi ləvazimat və avadanlıqlarla yüklənmiş yardım TIR-larımız qonşu İrana doğru yola çıxıb. İnsanı həyatını diqqətdə saxlayan bir yanaşma ilə sahib olduğumuz bütün imkanları şəfa gözləyənlər üçün səfərbər etməyi davam etdirəcəyik", - nazir qeyd edib....

08 Aprel 2026, 17:33

Prezident Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 8-də Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak ediblər.Citypost.az xəbər verir ki, Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayev, Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Samir Rzayev dövlətimizin başçısına və birinci xanıma mərkəzin fəaliyyəti barədə məlumat verdilər.Bildirildi ki, Beynəlxalq Təlim Mərkəzi “Azərbaycan Hava Yolları” QSC-nin təşəbbüsü ilə Milli Aviasiya Akademiyasının ərazisində yaradılıb. Mərkəz uçuş heyətinin fövqəladə vəziyyətlər üzrə hazırlığı, həmçinin hava hərəkətini idarəetmə dispetçerlərinin nəzəri və praktiki təlimi üçün nəzərdə tutulub.Yeni kompleksdə Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO)...

08 Aprel 2026, 17:30

28 uşaq ailə himayəsinə qaytarıldı

Cari ilin ilk 3 ayında 28 valideyn himayəsindən məhrum olmuş uşaq ailə himayəsinə qaytarılıb.Sosial Xidmətlər Agentliyindən Citypost.az-a məlumat verilib.Bildirilib ki, onlardan 13-ü oğlan, 15-i isə qızdır."Eyni zamanda həyata keçirilən profilaktik sosial iş və ailələrə fərdi yanaşma nəticəsində 74 uşağın ailəsindən ayrılaraq müəssisələrə düşməsinin qarşısı alınıb. Bu uşaqlardan 30-u oğlan, 44-ü qızdır", - məlumatda qeyd olunub.

08 Aprel 2026, 17:16