Həmid Herisçi ilə bağlı ŞOK PAYLAŞIM
Cəmiyyət 14 Mart 2026, 10:00
21533
Ramin Cabbarlı yazır:
Şəxslər haqqında yazmağı sevmirəm. Amma elə şəxslər var ki, artıq təkcə “şəxs” olaraq qalmırlar, bir zehniyyətin, bir xarakter tipinin təcəssümünə çevrilirlər. Həmid Herisçi də mənim üçün belə fiqurlardan biridir.
Məsələ təkcə Həmid Herisçinin özü də deyil. Məsələ həm də onu ört-basdır edən, dəyərlərə bağlılığı dostluğa bağlılığından zəif olan yazıçı çevrəsidir. Elə bir çevrə ki, dost bildiyi birini açıq tənqid etməyə cəsarəti çatmır. Əvəzində qəbilə zehniyyəti ilə min cür bəhanə, min cür hekayə, min cür izah uydurulur. Yanlışa yanlış demək əvəzinə, ona ədəbi don geyindirilir.
Yazıçılıq təkcə texniki bacarıq deyil. Əgər bu bacarıq sonda yanlışlara haqq qazandırmaq, həqiqəti gizlətmək, mənəvi mövqesizliyi gözəlləşdirmək üçün istifadə olunursa, orada artıq ədəbiyyatdan yox, sadəcə məharətlə bəzədilmiş saxtalıqdan danışmaq olar. Məncə, bu tip yazıçıların oxuculara verəcəyi ciddi bir şey də yoxdur.
Həmçinin oxuyun
Həmid Herisçi illərlə İrana gedib, orada azərbaycanlıları və başqa millətləri əzən bir rejimi öyən müsahibələr verib, İranı etnik haqlar baxımından az qala dünyaya örnək kimi təqdim edən çıxışlar edib. Güney Azərbaycanlıların Həmid Herisçiyə qarşı olmasının kökündə də məhz bu davranış dayanır. Güneylilər təqib olunanda, həbs ediləndə, susdurulanda biz onun yenə də rahat şəkildə İrana gedib bu cür müsahibələr verdiyini görürdük. Təbrizdə və Güneydə yazıçılar İranda ədalətsizlik və ayrıseçkiliyə etiraz etdiyi zaman sürgün həyatı yaşamış bir mübarizin oğlunun Quzey Azərbaycandan İrana gedib belə çıxışlar etməsini hamı xatırlayır.
Ona görə də indi kimsə çıxıb “biz Təbrizi sevdiyimiz üçün Həmidi sevirdik” deməsin. “Atasının mübarizəsinə görə Həmidi sevirik” də deməsin. İstedadınız varsa bu şəkildə istifadə etməyin. Təbriz sevgisini bəhanəyə çevirib siyasi və mənəvi mövqesizliyinizi ədəbi bacarıqla bəzəməyə çalışmayın.
Bir həqiqəti də ayrıca demək lazımdır: Həmid Herisçinin atasının mübarizəsinin krediti atasına aiddir. O simvolik dəyərini oğula miras kimi yazmaq olmaz. Heç kimin atasının keçmişi oğulun bugünkü mövqesizliyinə, yaxud atasını sürgün edən zehniyyətə xidmət edənlərə bəraət qazandırmır.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Zakir Fərəcov növbəti dəfə qəbul keçirdi
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov şəhərin 17-ci mikrorayonunda sakinlərlə növbəti səyyar qəbul keçirib.İH-dən Citypost.az-a verilən xəbərə görə, açıq dialoq şəraitində təşkil olunan görüşün əsas məqsədi vətəndaşların gündəlik qayğı və problemlərini yerində dinləmək, onların müraciətlərinə çevik və məqsədyönlü yanaşmanı təmin etməkdən ibarət olub.Görüş zamanı sakinlər tərəfindən qaldırılan məsələlər müxtəlif istiqamətləri – kommunal xidmətlər, məşğulluq imkanları, sosial təminat, abadlıq və digər sahələri əhatə edib. Səsləndirilən müraciətlər diqqətlə qeydə alınıb, bir sıra məsələlərin operativ həlli üçün aidiyyəti qurumlara konkret göstərişlər verilib.Səyyar qəbulda şəhər icra hakimiyyətinin struktur bölmələrinin əməkdaşları ilə yanaşı, müvafiq xidmət təşkilatlarının nümayəndələri də iştirak ediblər.Qeyd olunub ki, vətəndaş məmnunluğunun...
01 May 2026, 14:10
Hərbçilərimizə şəxsi jeton veriləcək
Qanunverciliyə “hərbi qulluqçuların şəxsi jetonu” anlayışı daxil edilir.Citypost.az xəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanununun layihəsində öz əksini tapıb. Layihəyə əsasən, şəxsi jeton həlak olmuş, ölmüş, xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçuların şəxsiyyətini müəyyən etmək üçün istifadə edilən, fərdi identifikasiya nömrəsini və qan qrupunu özündə əks etdirən nişandır. Hərbi qulluqçular hərbi xidmət keçdikləri dövlət orqanları (dövlət orqanının strukturuna daxil olan qurumlar) tərəfindən şəxsi jetonla təmin edilirlər. Hərbi qulluqçuların şəxsi jetonla təmin edilməsi, həmçinin şəxsi jetonun...
01 May 2026, 13:45
Zahid Oruc:"Yaxın gələcəkdə ölkəmizin milli məhsulları İrəvanda xüsusi mövqe qazanacaq”
Gömrük Məcəlləsinə təklif edilən çoxsaylı dəyişikliklər ölkəmizin iqtisadi inkişafı, biznes mühitinin şəffaflığı və beynəlxalq ticarət sisteminə inteqrasiya baxımından mühüm əhəmiyyət daşıyır. Bu sözləri Milli Məclisin deputatı Zahid Oruc bildirib.Dövlət büdcəsinin formalaşmasında mühüm paya malik olan gömrük sisteminin rolu son illər önəmli səviyyəyə çatıb. Müqayisəli yanaşsaq, cəmi 5 il əvvəl dövlət büdcəsinə gömrük daxilolmaları 3–3,5 milyard manat civarında olduğu halda, hazırda göstərici 6–7 milyard manata yaxınlaşıb.Regional kontekstdə baxsaq, Ermənistanda illik gömrük daxilolmaları xeyli aşağıdır, yəni 1–1,2 milyard ABŞ dolları, Gürcüstanda isə 2,5–3 milyard ABŞ dolları səviyyəsindədir. Eyni zamanda, Azərbaycanın xarici ticarət coğrafiyası da genişlənib: əgər bir neçə il əvvəl aktiv ticarət tərəfdaşlarının...
01 May 2026, 13:32
Zahid Oruc:"Üçbaşlı müharibə partiyası”nı gücləndirirən həm də Brüssel bürokratiyasıdır”…
Son 36 ildə Avropa Parlamentinin Ermənistan–Azərbaycan münaqişəsi və Qarabağ məsələsinə dair onlarla qətnaməyə nəzər saldıqda, Ukraynanın ərazi bütövlüyünü qətiyyətlə müdafiə edənlərin torpaqlarımızın işğalına necə haqq qazandırdıqlarını aydın görürük.Bunu Milli Məclisin deputatı Zahid Oruc bildirib. Zahid Orucun sözlərinə görə, 1990-2000-ci illərdə yalnız erməni əhalisinin humanitar böhrana məruz qalması və müdafiəsi iddia edən avrübürokratlar münaqişənin siyasi köklərini pərdələyərək separatizmə dəstək verir, öz müqəddaratını təyin etməyi qabardır, dondurulmuş münaqişə və “status-kvo” ifadələri ilə işğalı legitimləşdirməyə, Qarabağ rejimini tanıtdırmağa çalışırlar. 2020-ci ildə Vətən müharibəsində Qələbəmizdən sonra AvroParlament məğlub dövlətlərin tribunasına çevrilərək, İrəvan hakimiyyətinin dilə gətirmədiyi abidə, qayıdış və xristian irsinin...
01 May 2026, 13:31
Diplomatlar Qarabağa səfər çərçivəsində Xankəndini ziyarət ediblər
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Xankəndiyə gəliblər."Report" xəbər verir ki, nümayəndə heyəti səfər çərçivəsində Zəfər parkı ziyarət edib.Onlar şəhərdə aparılan bərpa işləri ilə tanış olublar.Qeyd edək ki, Qarabağ və Şərqi Zəngəzura ikigünlük səfərdə ümumilikdə 62 ölkə və beynəlxalq təşkilatın 150-dən çox səfiri, diplomatı, hərbi attaşesi və digər nümayəndəsi iştirak edir.Diplomatik korpusu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edir....
01 May 2026, 13:30
İlham Əliyev Ədalət Fərəcovu "Əmək" ordeni ilə təltif etdi
Ədalət Fərəcov 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib.Citypost.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.Sərəncama əsasən, Azərbaycanın ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Ədalət Nurulla oğlu Fərəcov 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib.
01 May 2026, 12:50