Bizə yazın

Baku

-°C

USD

-

Emin Əmrullayev Xaçmazda tədris prosesi ilə tanış olub 

Cəmiyyət 16 Aprel 2026, 15:03

554

Aprelin 16-da elm və təhsil naziri Emin Əmrullayev Xaçmaz şəhəri C.Cabbarlı adına 6 nömrəli tam orta ümumtəhsil məktəbində olub.

Bu barədə Citypost.az  Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, əvvəlcə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev ilə birlikdə ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub. Daha sonra sözügedən təhsil müəssisəsində şəhidlərin xatirəsinə ucaldılmış abidə ziyarət olunub, onların əziz xatirəsi ehtiramla yad edilib.

"Nazir məktəbdə yaradılmış şəraitlə tanış olub, sinif otaqlarında keçirilən dərs prosesini izləyib, müəllim və şagirdlərlə görüşüb. Görüş zamanı tədrisin keyfiyyəti, təhsil mühitinin təşkili və şagirdlərin bilik və bacarıqlarının inkişafı məsələləri müzakirə olunub.

Sonra nazir peşə təmayüllü siniflər, STEAM yanaşmasının tətbiq olunduğu tədris mühiti, müasir tədris metodlarının tətbiqi ilə yaxından tanış olub, eləcə də “Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində təşkil edilən dərsləri izləyib. Məktəbdə həyata keçirilən tədris prosesi və mövcud infrastruktur barədə nazirə ətraflı məlumat təqdim olunub. Nazir tərəfindən təhsil prosesinin daha da təkmilləşdirilməsi, innovativ yanaşmaların genişləndirilməsi və tədrisin keyfiyyətinin artırılması istiqamətində müvafiq tapşırıq və tövsiyələr verilib",- məlumatda qeyd edilib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

“Azərkosmos”-un Nizamnamə kapitalı artırılıb 

Nazirlər Kabineti 26 fevral 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Kosmik Agentliyin ("Azərkosmos") Nizamnaməsi"ndə dəyişiklik edib.Citypost.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.Qərara əsasən, "Azərkosmos"un nizamnamə kapitalı 94 000 000 manat və yaxud 19,85 % artırılaraq 473 605 880 manatdan 567 605 880 manata çatdırılıb.

16 Aprel 2026, 16:30

DGK Ermənistandan mal idxalını şərh edib 

Cari ilin mart ayında Niderland Krallığından 960 ABŞ dollar dəyərində qızıl gül idxal edilib.Bu barədə Citypost.az-a  Dövlət Gömrük Komitəsindən bildirilib.Qeyd olunub ki, “Xarici ticarətin gömrük statistikasının nəşr olunması Qaydası”nın 3.3-cü bəndinə əsasən idxalda malın mənşə ölkəsi tərəfdaş ölkə hesab edildiyindən sözügedən qızıl güllər xarici ticarətin gömrük statistikasında Ermənistandan idxal edilən mallar kimi öz əksini tapıb.Qeyd edək ki, bu ilin I rübündə Azərbaycan Ermənistana 5 milyon 757.48 min ABŞ dolları dəyərində məhsul ixrac edib.Dövlət Gömrük Komitəsinin hesabatına əsasən bu dövrdə Ermənistandan Azərbaycana idxal olunan məhsulların dəyəri isə 960 ABŞ dolları təşkil edib.Qeyd edək ki, Azərbaycandan Ermənistana ötən ildən neft məhsullarının göndərilməsinə...

16 Aprel 2026, 16:21

Milli Bank  BOKT-u cərimələyib 

Mərkəzi Bank ləğv prossesində olan “Finoko” bank olmayan kredit təşkilatını (BOKT) inzibati məsuliyyətə cəlb edib.Citypost.az bu barədə AMB məlumat yayıb.Belə ki, tənzimləyici tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində qanunvericiliklə müəyyən edilmiş müddətdə hesabatların təqdim olunması və Məlumatların Elektron Açıqlanması Sistemi vasitəsilə ictimaiyyətə açıqlanması qaydalarının pozulması səbəbi ilə “Finoko” BOKT ASC (ləğv prosesindədir) 2000 manat məbləğində cərimə edilib.

16 Aprel 2026, 15:44

Bəxtiyar Məmmədov yüksək vəzifəyə təyin olundu

Naxçıvan Muxtar Respublikası (MR) Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini vəzifəsinə təyinat olub."Report"un yerli bürosunun məlumatına görə, muxtar respublikanın Baş naziri Cabbar Musayevin aprelin 16-da imzaladığı sərəncamla Bəxtiyar Məmməd oğlu İsmayılov Naxçıvan MR Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini vəzifəsinə təyin edilib.Qeyd edək ki, B.İsmayılov əmək fəaliyyəti dövründə Şahbuz Rayon İcra Hakimiyyətində və Naxçıvan MR Ali Məclisində çalışıb. O, müxtəlif illərdə muxtar respublikanın Dövlət Statistika Komitəsinə, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə, həmçinin Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə rəhbərlik edib....

16 Aprel 2026, 15:26

Hikmət Babaoğlu "Şöhrət" ordeni ilə təltif edilib

Hikmət Baba oğlu Məmmədov “Şöhrət” ordeni ilə təltif edilib.Citypost.az  xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.Qeyd edilib ki, o, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə bu ordenlə təltif edilib.

16 Aprel 2026, 15:15

Bakıda Azərbaycan–Rusiya İşgüzar Şurasının iclası keçiriləcək 

Azərbaycanın Rusiyaya investisiyalarının həcmi 1,2 milyard dollardır.APA xəbər verir ki, bunu Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev Zəngilan şəhərində keçirilən Azərbaycan ilə Rusiya arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökümətlərarası Komissiyanın 24-cü iclasında çıxışı zamanı deyib.O qeyd edib ki, bu investisiyaların əhəmiyyətli hissəsi turizm və rekreasiya sahəsinə yönəlib və bu istiqamətdə müasir sanatoriya-kurort obyektlərinin yaradılması üzrə bir sıra mühüm layihələr həyata keçirilib. Bu layihələr çərçivəsində Yessentuki, Kislovodsk və Jeleznovodsk şəhərlərində obyektlər istifadəyə verilib.Baş nazirin müavini vurğulayıb ki, Azərbaycan kapitalı Rusiyada emal sənayesində, o cümlədən Krasnodar diyarının ərzaq sektorunda da təmsil olunur.Onun sözlərinə görə, bu, iki ölkə arasında iqtisadi əməkdaşlığın getdikcə...

16 Aprel 2026, 15:10