Bizə yazın

Baku

-°C

USD

-

Dövlət maliyyəsinin idarə olunması vahid platformada birləşdirilir 

Cəmiyyət 16 Aprel 2026, 13:31

433

“Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi (RDMİS) dövlət maliyyəsinin idarə olunmasında şəffaflıq və operativliyi təmin edən əsas rəqəmsal alətlərdən biri kimi fəaliyyətə başlayıb (www.rdmis.gov.az).

Bu barədə Citypost.az-a Maliyyə Nazirliyindən məlumat verilib.

Məlumata görə, RDMİS vasitəsilə büdcə, xəzinədarlıq, dövlət borcu, mühasibat uçotu və digər maliyyə prosesləri inteqrasiya olunmuş şəkildə idarə olunacaq. Bu yanaşma müxtəlif istiqamətlər üzrə məlumatların vahid platformada birləşdirilməsinə və dövlət qurumları arasında koordinasiyanın daha səmərəli təşkilinə imkan yaradır.

Dövlət maliyyəsində şəffaflığın artırılmasına, nəzarət mexanizmlərinin gücləndirilməsinə və hesabatlılığın yüksəldilməsinə xidmət edən sistem Maliyyə Nazirliyinin bütün informasiya sistemlərinə vahid mərkəzdən daxilolma və idarəetmə imkanını təmin edir. Eyni zamanda, məlumatların mərkəzləşdirilmiş bazada toplanması və real vaxt rejimində maliyyə göstəricilərinə çıxış imkanları qərarların daha dəqiq, operativ və analitik əsaslarla qəbul edilməsinə şərait yaradacaq.

RDMİS “Büdcə məlumatlarını idarəetmə”, “Dövlət maliyyə nəzarəti”, “Dövlət proqramlarının və investisiya xərclərinin maliyyələşdirilməsi”, “Dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi”, “Dövlət müəssisələrinin rəqəmsal monitorinqi”, “e-azadolma”, “e-müqavilə”, “e-mühasibat”, “e-rüsum”, “e-mədaxil”, “Elektron ciddi hesabat blankları”, “Xəzinədarlığın rəqəmsal idarə edilməsi” və “İnzibati cərimələrin mərkəzi avtomatlaşdırılmış lövhəsi” altsistemləri daxil olmaqla, ümumilikdə 13 altsistemdən ibarətdir.

Artıq aprelin 10-dan etibarən RDMİS-nin “e-müqavilə” altsistemi istifadəyə verilib. Dövlət satınalmalarının şəffaf, operativ və səmərəli təşkilini təmin edən sistem büdcə təşkilatları tərəfindən mal, iş və xidmətlərin satın alınması üzrə müqavilələrin bağlanılması və göndərilməsini həyata keçirir.

Qeyd edək ki, “Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi haqqında Əsasnamə Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 26 yanvar tarixli Fərmanı ilə təsdiq edilib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Prezident İlham Əliyev Türkiyəyə işgüzar səfərə gedib 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə 5-ci Antalya Diplomatiya Forumunda iştirak etmək üçün aprelin 16-da Türkiyəyə işgüzar səfərə gedib.Citypost.az xəbər verir ki, Antalya Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Antalya şəhərinin valisi Hulusi Şahin və digər rəsmi şəxslər qarşılayıblar.

16 Aprel 2026, 14:52

Zəngilanda Rusiya-Azərbaycan Hökumətlərarası Komissiyasının 24-cü iclası keçirilir 

Bu gün Zəngilan şəhərində Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökümətlərarası Dövlət Komissiyasının 24-cü iclası keçirilir.APA xəbər verir ki, iclasda Hökümətlərarası Dövlət Komissiyasının həmsədrləri – Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk və Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin sədirliyi ilə Rusiya və Azərbaycan arasında praktiki qarşılıqlı fəaliyyətin bütün aktual məsələlər kompleksi müzakirə edilir.Müzakirələrdə ticarət-iqtisadi, sənaye, enerji, nəqliyyat-logistika və aqrar-sənaye əməkdaşlığının möhkəmləndirilməsi əsas diqqət mərkəzindədir....

16 Aprel 2026, 14:37

Mağazadan 2900 manatlıq telefon oğurlanıb 

Paytaxtın Yasamal rayonunda elektronika mağazalarının birindən 2900 manat dəyərində mobil telefon oğurlanıb.Bu barədə Citypost.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 36 yaşlı O.Burciyev saxlanılıb. Araşdırmalarla məlum olub ki, o, satıcının başının qarışıq olmasından istifadə edərək əməli törədib. Saxlanılan şəxsin Nəsimi rayonu ərazisindəki mağazadan da 750 manat dəyərində qızıl-zinət əşyası talaması məlum olub.Araşdırmalar davam etdirilir....

16 Aprel 2026, 14:36

Ukraynada azərbaycanlı hərbçi itkin düşüb 

Rusiya ordusunun tərkibində döyüşən azərbaycanlı hərbçi Zaur Əjdər oğlu Hacıəliyev Ukraynada itkin düşüb.Modern.az xəbər verir ki, bu barədə onun  qohumu sosial şəbəkə hesabında videomüraciət paylaşıb.“Qohumum Hacıəliyev Zaur Əjdər oğlunu axtarıram.O, 1977-ci ilin 16 dekabrında Xaçmaz rayonunda anadan olub. Zaur müharibəyə qədər Rusiyanın Krasnadar şəhərində yaşayıb. Rusiya ordusunun tərkibində Kursk və Luqansk ərazilərində döyüşlərdə iştirak edən Zaur 2024-cü ildə itkin düşüb. Sonuncu dəfə onunla həmən ilin avqustunda dostu əlaqə saxlayıb. Bundan sonra onunla heç bir əlaqə qura bilməmişik”.Videomüraciəti təqdim edirik:...

16 Aprel 2026, 14:22

Xaricdə təhsil alan 255 nəfərin diplomu tanınmayıb

2026-cı ilin I rübündə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə xarici kvalifikasiyaların tanınması ilə bağlı 1305 müraciət daxil olub.Bu barədə Citypost.az-a Təhsildə Keyfiyyət Təminatı Agentliyindən məlumat verilib.Müraciətçilərin 1050-si barədə müsbət qərar verilərək onlara müvafiq şəhadətnamələr təqdim edilib, 255 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb."Mənfi qərarla yekunlaşan müraciətlərə nəzər saldıqda, 110 fakt üzrə tədris yükünü mənimsəmək üçün təhsil alınan ölkənin ərazisində tələb olunan normativdən az olma, 50 əhəmiyyətli fərq (kredit sayı), 28 tədris yükünü mənimsəmək üçün təhsil alınan ölkənin ərazisində tələb olunan normativdən az olma və əhəmiyyətli fərq, 14 təhsilalma forması, 10 autentik (həqiqi) olmayan diplom , 10 ekvivalenti olmayan ixtisas, 9 qəbula...

16 Aprel 2026, 14:14

Özünü bank əməkdaşı kimi təqdim edərək kartdan pul oğurlayan şəxs saxlanılıb 

Özünü bank əməkdaşı kimi təqdim edərək kartdan pul oğurlayan şəxs saxlanılıb.Citypost.az xəbər verir ki, paytaxt sakini olan bir nəfər polisə müraciət edərək bank kartından 400 manatın oğurlandığını bildirib.Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 42 yaşlı İ.Tahirov müəyyən edilərək saxlanılıb. Araşdırmalarla məlum olub ki, o, zərərçəkənə zəng edərək özünü bank əməkdaşı kimi təqdim edib. Daha sonra kartda texniki problem olduğunu bildirərək qarşı tərəfin hesabında olan pul vəsaitini oğurlayıb.Araşdırmalar davam etdirilir. (APA)...

16 Aprel 2026, 13:27